Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 7(3-7)-37/2026 10.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Məhkum Məhkum və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) X4 iştirakı ilə MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsilə (soyğunculuq) məhkum olunmuş və * saylı Istintaq Təcridxanasında cəza çəkən məhkum Məhkum ona təyin olunmuş cəzanın çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə (hakim Məmmədov Elçin) ərizə təmin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Istintaq Təcridxanasında cəza çəkən məhkum Məhkum Şəmkir Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ### 2025-ci il tarixli hökmü üzrə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi qərara alınmışdır. IŞIN HALLARI: Işdə olan sənədlər: -Məhkum Məhkum şəxsi işindən və mülahizədən görünür ki, o, ##.##.1981-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğa qədər Şəmkir rayonu, Tatar kəndində qeydiyyatda olmaqla, yaşamışdır. -Şəmkir Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli hökmü ilə Məhkum CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilinib qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. -Məhkumluq haqqında tələbnamədən tələbnamədən görünür ki, Məhkum Şəmkir Rayon Məhkəməsinin ##.##.2010-cu il tarixli hökmü ilə CM-nin 128, 132, 66.2-ci maddələri ilə təqsirli bilinib 300 manat məbləğində cərimə cəzasına məhkum edilmiş və ##.##.2012-ci ildə cərimə tam ödənilmiş; daha sonra Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2011-ci il tarixli hökmü ilə CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən məsuliyyətdən və cəzadan azad edilərək haqqında ümumi tipli psixiatriya stasionarda məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilmiş; bundan sonra Tovuz Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə o, CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. -## ######## 2025-ci il tarixdən * saylı X6 və məişət xidməti işlərində qaynaqçı, halhazırda isə yeməkxana fəhləsi kimi saxlanılmışdır. Cəzasının əvvəli ##.##.2025-ci il, cəzasının sonu ##.##.2027-ci ildir və çəkilməmiş cəzası 01 (bir) il 05 (beş) ay 14 (on dörd) gündür. Əməyə münasibəti yaxşıdır, təcridxanada keçirilən ictimai işlərdə işləyir, zəhmətkeşdir, təcridxananın həyətyanı sahəsində abadlıq işlərində fəallıq göstərmişdir. Keçirilən tədbirlərdə fəal iştirak edir, məişətdə səliqəlidir, asudə vaxtlarında mədəni-kütləvi və idman tədbirlərində iştirak edir, kitab və qəzet materiallarından istifadə edir. Könüllü olaraq dövlətə olan 50 (əlli) manat ekspertiza xərcini ödəmişdir. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olduğunu bildirir, azadlıqda layiqli vətəndaş olacağına söz verir. Sakitdir, intizamlıdır, çalışqandır, verilən tapşırıqları vaxtında yerinə yetirir. Ailəsi və yaxın qohumları ilə əlaqə saxlayır. -Məhkum Məhkum təcridxana rəhbərliyi tərəfindən ##.##.2025-ci il tarixdə təcridxanada nümunəvi davranışda, əməyə vicdanlı münasibətinə görə “Təşəkkür”, ##.##.2025-ci il tarixdə təcridxanada nümunəvi davranışına, əməyə vicdanlı münasibətdə fərqləndiyinə görə “Əlavə telefon danışığına icazə”, ##.##.2026-cı il tarixdə nümunəvi davranışına, əməyə vicdanlı münasibətdə fərqlənməsinə görə “Təşəkkür”, həmçinin ##.##.2026-cı il tarixdə Novruz bayramı ilə əlaqədar təcridxanada keçirilmiş stolüstü tennis yarışında fərqləndiyinə görə “Əlavə telefon danışığına icazə”, ##.##.2026-cı il tarixdə “X1 Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə təcridxanada keçirilən tədbirlərdə fəal iştirak etdiyinə görə “Təşəkkür” verilməklə həvəsləndirilmişdir. Cəzalandırılması yoxdur. Məhkum Məhkum islah yoluna qədəm qoymuş, onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədəmüvafiq hesab edilir. Iş materialları üzrə Gəncə Şəhər Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASIYA PROTESTININ DƏLILLƏRI: Məhkəmənin qərarı ilə razılaşmayan cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru apellyasiya protesti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və məhkumun ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Məhkum ## ### 2024-cü il tarixdə narkotik vasitə qəbul edərək narkotik sərxoşluğu vəziyyətində X3 fiziki zor tətbiq etməklə sonuncuya məxsus 250 manat dəyərində mobil telefonu götürərək insan sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək açıq talamaqla soyğunçuluq etmişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Məhkum CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək üzərində qəti olaraq 3 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində faktiki olaraq 1 il 16 gününü çəkmişdir. Məhkəmə məhkumun cəzaçəkmə müəssisəsinin növünü dəyişdirən zaman nəzərə almamışdır ki, məhkum Məhkum narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə cəza çəkdiyi dövrdə ona təyin edilmiş cəzadan nəticə çıxarmayaraq bir daha qanunla qorunan iki ictimai münasibətlərə (mülkiyyət və zərəçəkmiş şəxin həyat və sağlamlığı) qəsd edərək yenidən narkotik sərxoşluğu vəziyyətində qadına qarşı fiziki zor tətbiq etməklə soyğunçuluq cinayətini törətmişdir. Həmiçinin, məhkəmə iş materiallarını araşdırmadan Məhkum əvvəlki şəxsiyyət əleyihə cinayətlər törətməsini, antisosial meyli insan olmasını, islah yoluna qədəm qoymağa meyli olmamasını, əksinə narkotik vasitələrə meyli olmasını nəzərə almadan əsassız və ədalətsiz qərar qəbul etmişdir. Bundan başqa, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə məhkum Məhkum cəzası “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən 06 ay azaldılmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışında iştirak edən cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Prokuror protestin dəlillərini müdafiə edərək protestin məzmununa uyğun çıxış edərək protestin təmin olunmasını xahiş etdi. Apellyasiya məhkəmə baxışında iştirak edən məhkum Məhkum və müdafiəçisi (vəkil) Zərniyar Abdullayeva protestin dəlillərinə etiraz edərək əsassız olduğunu və təmin edilməməsini xahiş etdilər. HÜQUQI MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını apellyasiya protestinin dəlilləri həcmində, həmçinin iş üzrə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsini protestin dəlillərindən asılı olmadan yoxlayaraq, aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya protesti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli və məhkumun ərizəsi təmin olunmamalıdır. Belə ki, iş materialında olan tələnamədən və sənədlərdən görünür ki, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsinə görə bir dəfə Tovuz Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına və barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən yenidən onun tərəfindən ## ### 2024cü il tarixdə narkotik vasitə qəbul edərək narkotik sərxoşluğu vəziyyətində soyğunçuluq cinayətini törədərək Şəmkir Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli hökmü ilə CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. CM-nin 234.1-ci maddəsinin sanksiyası- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulur. CM-nin 180.2.4-cü maddəsinin sanksiyası- üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hər iki maddənin sanksiyasından göründüyü kimi cinayət əməlləri CM-nin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər təsnifatına aiddir. Belə olan halda məhkum Məhkum törətdiyi və məhkum olunduğu az ağır cinayətlərə münasibətdə peşmançılıq çəkməsinə və islah olunduğu hissəsində konkret olaraq bu peşmanlığın və islah olunmasının nədə ifadə olunması göstərilməmiş, dəfələrlə müxtəlif maddələrlə əvvəllər məhkum olunmuş şəxsin qalan cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə verilmiş xasiyyətnamə müsbət olsa da belə, ona təyin olunmuş cəzanı çəkdiyi müddət ərzində davranışının digər məhkumlar üçün nümunə ola biləcəyi inandırıcı deyildir. Belə ki, məhkum Məhkum cəzasını çəkdiyi dövrdə mədəni-kütləvi tədbirlərdə iştirak etmək onun hüququ olduğu halda, onun nümunəvi davranışı, əməyə və təhsilə vicdanlı münasibəti isə cəzanın məqsədlərinə çatmaq məqsədi güdür. Həmçinin, cəzasını çəkdiyi dövrdə rejim qaydalarına əməl etməsi isə onun vəzifəsidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkum Məhkum barəsində tərtib edilmiş tələbnamədən görünür ki, Şəmkir rayon məhkəməsinin ##.##.2010-cu il tarixli hökmü ilə CMnin 128, 132, 66.2-ci maddələri ilə təqsirli bilinib 300 manat məbləğində cərimə cəzasına məhkum edilmiş və ##.##.2012-ci ildə cərimə tam ödənilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2011-ci il tarixli hökmü ilə CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən məsuliyyətdən və cəzadan azad edilərək haqqında ümumi tipli psixiatriya stasionarda məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilmişdir. Bununla da müəyyən olunur ki, məhkum Məhkum törətdiyi müxtəlif cinayətlərə görə məhkum olunmuş, barəsində bir neçə dəfə humanist addımlar atılmış və məhkumluğu ödənilsə də belə, hazırki iş üzrə məhkum Məhkum hökmlə təyin olunmuş cəzanın 3/1 hissəsindən çoxunu çəksə də belə onun islah yoluna qədəm qoyması iş materialında olan sənədlərdən və onun hərəkətlərindən öz təsdiqini əsaslı şəkildə tapmamışdır. Eyni zamanda məhkum Məhkum cəzasını çəkdiyi dövrdə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə barəsində amnistiya elan edilməsi haqqında ##.##.2025-ci il tarixli qərarının müddəaları tətbiq edilərək ona Şəmkir Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli hökmü ilə təyin edilmiş və üzərində qəti olaraq saxlanılmış 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin 06 (altı) ay müddəti azaldılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə məhkum Məhkum məhz cəzasının çəkilməmiş qalan hissəsini real olaraq günə gün * saylı Istintaq Təcridxanasında tam çəkdiyi halda cəzanın məqsədinə nail olmaq mümkündür. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəzasının çəkilməmiş qalan hissəsindən vaxtın əvvəl azad edilməsi üçün hər hansı bir qanuni əsaslar yoxdur. CPM-nin 398.1.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmaq səlahiyyətinə malikdir. Odur ki, apellyasiya protesti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli qərarı ləğv edilməli və məhkumun ərizəsi təmin olunmamalı, məhkum Məhkum çəkilməmiş qalan cəzasını PX-nin * saylı Istintaq Təcridxanasında çəkməsi davam etdirilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq və CPM-nin 397, 398, 399, 407-410, 412 və 520-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya protesti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv edilsin. Məhkum Məhkum ərizəsi təmin edilməsin. Məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini * saylı Istintaq Təcridxanasında çəksin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan, CPM-in 410.1.1-ci maddəsində göstərilən müddətlərdə Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-7)-37/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-7)-37/2026
10.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver