Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 7(3-7)-38/2026 06.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Məhkum Məhkum və müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun (vəkil) X2 iştirakları ilə Məhkum Məhkum çəkilməmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizənin təmin edilməməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Məhkum Məhkum çəkilməmiş qalan cəzasından şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. IŞIN HALLARI: Yevlax Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli hökmündən görünür ki, Məhkum CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. “Konstitusiya və Suverenlik Ili münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarına əsasən məhkum Məhkum azadlıqdan məhrumetmə cəzası 06 ay müddətinə azaldılmışdır. PX-nin * saylı Istintaq Təcridxanasının ##.##.2026-cı il tarixli mülahizəsindən görünür ki, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədəmüvafiq hesab edilmişdir. PX-nin * saylı Istintaq Təcridxanası tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, məhkum Məhkum müsbət xarakterizə olunmuşdur. Məhkum Məhkum az ağır cinayət törətmiş, həmçinin ona təyin edilmiş 04 il müddətə azadlıqdan məhrumetmə cəzasının yarısından çoxunu, yəni 02 (iki) il 10 (on) gününü həqiqətən çəkmişdir. Bundan başqa, Məhkum Məhkum təcridxana rəhbərliyi tərəfindən ##.##.2025-ci il tarixdə təcridxanada nümunəvi davranışına, əməyə və təhsilə vicdanllı münasibətdə fərqləndiyinə görə "Əlavə telefon danışığı", ##.##.2025-ci il tarixdə təcridxanada nümunəvi davranışına, əməyə və təhsilə vicdanllı münasibətdə fərqləndiyinə görə "Təşəkkür", ##.##.2025-ci il tarixdə təcridxanada "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni Il" münasibəti ilə keçirilən Şahmat, Dama və Nərd yarışlarında fəal iştirak etməsini nəzərə alaraq "Təşəkkür", ##.##.2026-cı il tarixdə təcridxanada nümunəvi davranışına, əməyə vicdanlı münasibətdə fərqləndiyinə görə "Təşəkkür", ##.##.2026-cı il tarixdə nümunəvi davranışına, əməyə vicdanlı münasibətdə fərqlənməsinə, həmçinin Novruz bayramı ilə əlaqədar təcridxanada keçirilmiş stolüstü tennis yarışında fərqləndiyinə görə "Əlavə telefon danışığı", ##.##.2026-cı il tarixdə "X1 Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə təcridxanada keçirilən tədbirlərdə fəal iştirak etdiyinə görə "Təşəkkür" elan edilməklə həvəsləndirilmişdir. (##.##.2026-cı il tarixli mülahizəyə münasibətdə). Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında materiala baxan Gəncə Şəhər Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkum Məhkum apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə razı olmadığını və əsassız olduğunu əsas gətirərək qərarın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında məhkum Məhkum və onun müdafiəçisi (vəkil) Zərniyar Abdullayeva şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdilər və şikayətin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barəsində prokurorluğun nümayəndəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmir. Məhkəmə kollegiyası prokurorluğun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə müqayisəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iş materialında olan sənədləri, eyni zamanda birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkrar etməyə zərurət görmədən hesab edir ki, məhkəmə düzgün və qanuni nəticəyə gəlmişdir. Məhkum Məhkum cəza çəkdiyi müddət ərzində şəxsiyyəti barədə mülahizə və xasiyyətnamə üzrə müsbət xarakterizə olunmasına baxmayaraq, hökmlə təyin olunmuş cəzanı çəkdiyi müddət ərzində digər məhkumlar üçün nümunə ola biləcək davranışının nədən ibarət olmasını müəyyən etmək hazırda iş materialından müəyyən deyil. * saylı Istintaq Təcridxanası tərəfindən verilmiş mülahizə və xasiyyətnaməyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkum tərəfindən cəzaçəkmə müəssisəsində daxil rejim qaydalarına əmək etmək onun vəzifəsi olduğu halda, mədənikütləvi tədbirlərdə iştirak etmək isə onun hüququdur. Belə olan halda məhkum Məhkum törətdiyi az ağır cinayətə münasibətdə (Yevlax Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmünə əsasən o, CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmiş) peşmançılıq çəkməsinə və islah olunduğu hissəsində konkret olaraq bu peşmanlığın və islah olunmasının nədə ifadə olunması göstərilməmiş, cəzaçəkmə müəssisəsi konkret nəyə əsaslanaraq məhkumun çəkilməmiş qalan cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə verdiyi mülahizəsi aydın deyil. Eyni zamanda Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarına əsasən məhkum Məhkum “Konstitusiya və Suverenlik Ili münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarı tətbiq edilməklə barəsində təyin olunmuş azadlıqdan məhrumetmə cəzası 06 ay müddətinə azaldılmaqla da onun barəsində bir dəfə humanist addım atılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən hallar nəzərə alınmaqla törətdiyi az ağır cinayət əməlinə görə məhkum Məhkum qarşı bir dəfə humanist addım atılmış, hazırki vəziyyətdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı həm satış məqsədi olmadan, həm də narkotik sataraq əhalinin sağlamlığına ciddi zərər vuran Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün heç bir əsas yoxdur, məhkumun islah olunması üçün o, tam olaraq günə-gün cəzasını çəkməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum məhz cəzasının çəkilməmiş qalan hissəsini PX-nin * saylı Istintaq Təcridxanasında tam çəkdiyi halda cəzaının məqsədinə nail olmaq mümkündür. Ona görə də apellyasiya şikayəti sadəcə formal mülahizələrdən ibarətdir və şikayətin təmin olunması üçün əsaslı hesab oluna bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı olmuşdur, ona görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. CPM-nin 407.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397.1, 398.1.1, 399.3, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-7)-38/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-7)-38/2026
06.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver