Məhkəmə qərarları › İş №7(3-7)-39/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-7)-39/2026

10.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 7(3-7)-39/2026 10.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Prokuror, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı İstintaq Təcridxanasının nümayəndəsi X1, məhkum Məhkum və onun müdafiəçisi - Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Məhkum çəkilməmiş qalan cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli *(*- ***)-**/**** saylı qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə (sədrlik edən hakim Ü.A.Babazadə) ##.##.1989-cu ildə Tovuz rayonu Əyyublu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı İstintaq təcridxanasında çəkən Məhkum cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad ediməsinə dair ərizəsinin rədd edilməsi qərara alınmışdır. Qərardan məhkum Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları Gəncə Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli ##.##.2025-ci il tarixli hökmünə əsasən Məhkum CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək ona 4 il 5 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarı ilə Məhkum barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə onun cəzası qəti olaraq 2 il 5 ay 20 gün saxlanılmışdır. Məhkum Məhkum ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsini xahiş etmişdir. Ərizə əsasında işə baxan birinci instansiya məhkəməsi məsələni yuxarıda göstərilən qaydada həll etmişdir. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin həmin qərarından məhkum Məhkum apellyasiya şikayəti verərək ərizəsinin heç bir əsaslı səbəb olmadan, qərəzli şəkildə təmin edilmədiyini bildirmiş və işinə Gəncə Apellyasiya Məhkəməsində yenidən baxılmasını xahiş etmişdir. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında məhkum Məhkum və müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək bildirdilər ki, Məhkum hal-hazırda cəzanın ücdə iki hissəsindən çox hissəsini çəkmişdir. Cəza çəkdiyi dövrdə barəsində hər hansı tənbeh tədbiri qətbiq edilməmiş, əksinə barəsində həvəsləndirmə tədbirləri tətbiq edilmişdir. Məhkum Məhkum cəza çəkdiyi dövr ərzində müsbət xarakterizə olunmuşdur. * saylı İstintaq Təcridxanasının mülahizəsindən görünür ki, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Odur ki, Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv edilməsini, Məhkum çəkilməmiş qalan cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya məhkəməsi iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Prokuror məhkum Məhkum cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin olunmasına etiraz etmədiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsi iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı İstintaq Təcridxanasının nümayəndəsi X1 mülahizədə göstərilənləri təsdiq edərək bildirdi ki, məhkum Məhkum cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədə müvafiq hesab edilir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 520.7ci maddəsinə əsasən hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında çıxarılmış məhkəmə qərarından bu Məcəllədə nəzərdə tutulmuş qaydada apellyasiya və ya kassasiya şikayəti, yaxud protesti verilə bilər. CPM-in 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib və proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv edilməli və Məhkum çəkilməmiş qalan cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanası tərəfindən təqdim edilmiş ## ### 2026-cı il tarixli xasiyyətnamədən görünür ki, Məhkum Məhkum ##.##.2024-cü il tarixdə * saylı İstintaq təcridxanasına daxil olmuşdur. Təcridxanada saxlanıldığı müddət ərzində Məhkum Daxili İntizam Qaydalarına riayət etmişdir. ## ###### 2025-ci il tarixdən məhkum Məhkum öz xahişi ilə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 69-cu maddəsinə əsasən * saylı İstintaq təcridxanasının təsərrüfat və məişət xidməti işlərində fəhlə kimi saxlanılmışdır. Cəza çəkdiyi müddət ərzində Daxili İntizam Qaydalarına riayət edir, ictimai-faydalı əməklə məşğul olur, əməyə vicdanlı münasibət göstərir, cəmiyyətdə qəbul edilmiş davranış normalarına riayət edir, təhsil və mədəniyyət səviyyəsini artırmaq üçün öz üzərində mütəmadi çalışır. Məhkumların asudə vaxtlarının səmərəli təşkili üçün keçirilən tədbirlərdə fəal iştirak edir. Dövlətə olan 282 (iki yüz səksən iki) manat ekspertiza xərcini ödəmişdir. Məhkum Məhkum törətdiyi cinayət əməlini səmimi etiraf edir, əməlindən peşman olduğunu bildirir. Azadlıqda layiqli vətəndaş olacağına söz verir. Məhkum Məhkum təcridxana rəhbərliyi tərəfindən ##.##.2025-ci il tarixdə təcridxanada nümunəvi davranışına, əməyə və təhsilə vicdanllı münasibətdə fərqləndiyinə görə "Əlavə telefon danışığı", ##.##.2025ci il tarixdə təcridxanada nümunəvi davranışına, əməyə və təhsilə vicdanllı münasibətdə fərqləndiyinə görə "Təşəkkür", ##.##.2025-ci il tarixdə təcridxanada "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni İl" münasibəti ilə keçirilən Şahmat, Dama və Nərd yarışlarında fəal iştirak etməsini nəzərə alaraq "Təşəkkür", ##.##.2026-cı il tarixdə təcridxanada nümunəvi davranışına, əməyə vicdanlı münasibətdə fərqləndiyinə görə "Təşəkkür", ##.##.2026cı il tarixdə nümunəvi davranışına, əməyə vicdanlı münasibətdə fərqlənməsinə, həmçinin Novruz bayramı ilə əlaqədar təcridxanada keçirilmiş stolüstü tennis yarışında fərqləndiyinə görə "Əlavə telefon danışığı elan edilməklə həvəsləndirilmişdir. Tənbeh tədbiri tətbiq edilməmişdir. Nəticə: Məhkum Məhkum islah olunmuşdur. Onun şərti olaraq vaxtından əvvəl cəzadan azad edilməsi məqsədəmüvafiq hesab edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasının # #### 2026-cı il tarixli mülahizəsindən görünür ki, Məhkum cəzasının əvvəli ##.##.2024-cü il, cəzasının sonu ##.##.2027-ci ildir. Əməyə münasibəti: Əməyə münasibəti yaxşıdır, təcridxanada keçirilən ictimai işlərdə işləyir, zəhmətkeşdir, təcridxananın həyətyanı sahəsində abadlıq işlərində fəallıq göstərmişdir. Məhkum kollektivində və məişətdə iştirakı: Keçirilən tədbirlərdə fəal iştirak edir, məişətdə səliqəlidir, asudə vaxtlarında mədəni-kütləvi və idman tədbirlərində iştirak edir, kitab və qəzet materiallarından istifadə edir. Törətdiyi cinayət əməlinə və cəzalandırılmasına münasibəti: Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olduğunu bildirir, azadlıqda layiqli vətəndaş olacağına söz verir. Dövlətə olan 282 (iki yüz səksən iki) manat ekspertiza xərcini ödəmişdir. Psixoloji xüsusiyyətləri: Sakitdir, intizamlıdır, çalışqandır, verilən tapşırıqları vaxtında yerinə yetirir. Yaxın qohumlarına və ailəsinə münasibəti: Ailəsi və yaxın qohumları ilə əlaqə saxlayır. Həvəsləndirilməsi: Məhkum Məhkum təcridxana rəhbərliyi tərəfindən ##.##.2025-ci il tarixdə təcridxanada nümunəvi davranışına, əməyə və təhsilə vicdanllı münasibətdə fərqləndiyinə görə "Əlavə telefon danışığı", ##.##.2025-ci il tarixdə təcridxanada nümunəvi davranışına, əməyə və təhsilə vicdanllı münasibətdə fərqləndiyinə görə "Təşəkkür", ##.##.2025ci il tarixdə təcridxanada "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni İl" münasibəti ilə keçirilən Şahmat, Dama və Nərd yarışlarında fəal iştirak etməsini nəzərə alaraq "Təşəkkür", ##.##.2026-cı il tarixdə təcridxanada nümunəvi davranışına, əməyə vicdanlı münasibətdə fərqləndiyinə görə "Təşəkkür", ##.##.2026-cı il tarixdə nümunəvi davranışına, əməyə vicdanlı münasibətdə fərqlənməsinə, həmçinin Novruz bayramı ilə əlaqədar təcridxanada keçirilmiş stolüstü tennis yarışında fərqləndiyinə görə "Əlavə telefon danışığı elan edilməklə həvəsləndirilmişdir. Tənbehi: Yoxdur. Komissiyanın qərarı: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı komissiyasının ## ### 2026- cı il tarixli qərarına dair tərtib olunmuş ** saylı protokola əsasən məhkum Məhkum barəsində məhkəməyə müsbət mülahizə təqdim olunması məqsədəmüvafiq hesab edilmişdir. Nəticə: Məhkum Məhkum islah olunmuşdur. Onun şərti olaraq vaxtından əvvəl cəzadan azad edilməsi məqsədəmüvafiq hesab edilir. Göründüyü kimi, hazırda Məhkum onun üzərində saxlanılmış Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarı ilə 2 il 5 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının 1 il 10 ay 26 gününü çəkmiş və ona təyin olunmuş cəzanın 6 ay 24 gün müddəti qalmışdır, yəni ona təyin edilmiş cəza müddətinin üçdə iki hissəsini çəkmiş, islah olunmuşdur. O, əməlindən peşmandır və cəzanın icrasına nəzarət edən orqanın onun barəsində mülahizəsi müsbətdir. CM-nin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. CM-nin 76.3.1-1-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. CPM-in 513.1-ci maddəsinə əsasən cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə - məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla, cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.1 və 170.2-ci maddələrinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. “Cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında məhkəmələrə izah olunmuşdur ki, bu xarakterli müraciətlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş müddətini çəkməməsinin müəyyən olunması həmin müraciətin rədd olunmasına şərtsiz əsasdır. Cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsi isə özlüyündə müraciətin rədd olunması üçün şərtsiz əsas deyil. Məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş şəxslərin üzərinə qanunda nəzərdə tutulmuş vəzifələrin qoyulması onları şərti olaraq cəzadan azad edildikləri müddətdə hüquqa zidd hərəkətlərdən çəkindirmək, habelə cəmiyyətə reinteqrasiya edilmələri üçün mühüm vasitələrdən biridir. Bu baxımdan məhkəmələr məhkumu cəzadan şərti olaraq vaxtından əvvəl azad edərkən qəbul etdikləri qərarda azad olunmuş şəxsin üzərinə qanunda nəzərdə tutulmuş vəzifələrin qoyulub-qoyulmaması məsələsini mütləq müzakirə etməli və əsaslandırmalıdırlar. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin hümanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin hümanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkumetmə institutlarının daha geniş tətbiq edilməsinə diqqət yetirilməlidir (sərəncamın 10.2-ci bəndi). Birinci instansiya məhkəməsinin gəldiyi qənaətə görə, məhkumun mülahizə və xasiyyətnamə üzrə müsbət xarakterizə olunmasına baxmayaraq, cəza çəkdiyi müddət ərzində digər məhkumlar üçün nümunə ola biləcək davranışının nədən ibarət olmasını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa qeyd edilməlidir ki, məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün o, tam islah olunmalıdır. Lakin, məhkəmə iclasında verdiyi izahatı ilə məhkum əməlindən peşmançılıq çəkməsinə və islah olunduğuna məhkəmədə inam yaratmamışdır, bu isə hazırkı halda məhkumun hələ tam islah olunmamasını və ona tətbiq edilən cəzanın məqsədinə nail olunmamasını göstərir. Məhkəmə, həmçinin hesab etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə Məhkum barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə onun cəzası qəti olaraq 2 il 5 ay 20 gün saxlanılmaqla da onun barəsində bir dəfə humanist addım atılmışdır. Odur ki, cəzanın məqsədləri baxımından məhkumun islah olunduğunu və azad cəmiyyətdə yaşamağa hazır olduğunu qəbul etmək üçün hazırda kifayət qədər əsaslar yoxdur. Hazırda məhkumun islah olunmaq məqsədilə cəzasını tam çəkməsi üçün zərurət aradan qalxmamışdır. Məhkum cəza çəkdiyi müddət ərzində öz nümunəvi davranışı ilə islah olunmasını sübuta yetirməli olduğu halda bunu etməmiş və o, hazırkı icraat üzrə məhkəmə baxışında islah olunmasına inam yaradan heç bir fikir bildirməmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi məhkumun cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Lakin, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq hesab edir ki, iş materiallarından göründüyü kimi Məhkum dövlətə olan 282 (iki yüz səksən iki) manat ekspertiza xərcini ödəmiş, törətdiyi cinayət əməlini səmimi etiraf etmiş, əməlindən peşman olduğunu bildirmişdir. Hazırda da azadlıqda layiqli vətəndaş olacağına söz verir. Həmçinin cəza çəkdiyi müddət ərzində Daxili İntizam Qaydalarına riayət etmiş, ictimaifaydalı əməklə məşğul olmuş, əməyə vicdanlı münasibət göstərmiş, cəmiyyətdə qəbul edilmiş davranış normalarına riayət etmiş, təhsil və mədəniyyət səviyyəsini artırmaq üçün öz üzərində mütəmadi çalışmışdır. Bununla yanaşı, Məhkum təcridxana rəhbərliyi tərəfindən nümunəvi davranışına, əməyə və təhsilə vicdanllı münasibətdə fərqləndiyinə görə bir sıra həvəsləndirmə tədbirləri tədbiq edilmişdir. Tənbeh tədbiri tətbiq edilməmişdir. Göründüyü kimi, Məhkum ishal olunmuş hesab edilir və cəzasının üçdə iki hissəsindən çox hissəsini çəkib bitirmişdir. Odur ki, məhkəmə kollegiyası, Məhkum törətdiyi cinayət əməlini, törətdiyi cinayət əməlinin ictimai təhlükəli nəticələrinin aradan qalxdığını, hazırda 1 il 10 ay 26 gün cəza çəkməsini, Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasının məhkum barədə müsbət mülahizəsinə əsasən artıq islah olunduğunu nəzərə alaraq, həmçinin cəzadan vaxtından əvvəl şərti olaraq azad olunmanın digər hüquqi əsaslarını əsas tutaraq, eyni zamanda cinayət qanunvericiliyinin ədalət, humanizm və qanun qarşısında bərabərlik prinsiplərini rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında məhkumun ərizəsi təmin olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Məhkum ona təyin edilən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməli, üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək və iş yeri barədə məlumat vermək vəzifələri qoyulmalıdır. CPM-nin 398.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxara bilər. Şərh olunanlara əsasən və CPM-in 397, 398, 405, 407 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum çəkilməmiş qalan cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli *(*- ***)-**/**** saylı qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarı ləğv edilsin. Məhkum Məhkum çəkilməmiş qalan cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilsin. Məhkum Məhkum Gəncə Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarı ilə onun üzrərində saxlanılmış 2 il 5 ay 20 gün azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 6 ay 24 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilsin. Məhkum üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək, iş yeri barədə məlumat vermək vəzifələri qoyulsun. Məhkum davranışı üzərində nəzarət onun daimi yaşayış yeri üzrə Tovuz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Məhkum məhkəmə iclas zalında dərhal azad olunsun. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar