Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 7(3-7)-40/2026 31.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Prokuror, məhkum Məhkum və müdafiəçisi Müdafiəçi iştirakı ilə, Məhkum Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə dair müdafiəçi Müdafiəçi ərizəsinin təmin edilməməsi barədə Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağcabədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-*/**** nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə verilmiş ittiham ümumi ittihamdan xaric edilməsi, Məhkum Cinayət Məcəlləsinin 177.2.3-1, 178.2.2 və 178.2.4cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona CM-nin 177.2.3- 1 maddəsi ilə iki il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə üç il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq üç il doqquz ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu gündən, yəni ## ###### 2024-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəza çəkmə müəsisəsində çəkməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarı ilə zərərçəkmiş şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Ağcabədi Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ## ###### 2025-ci il tarixli hökmünün qəti cəza həddinin artırılması ilə əlaqədar dəyişdirilməsi, Ağcabədi Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ## ###### 2025-ci il tarixli hökmü ilə Məhkum Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının həddi artırılaraq 04 (dörd) il müddətində müəyyən edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla, onun üzərində qəti olaraq 05 (beş) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən olunması ve Ağcabədi Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ## ###### 2025-ci il tarixli hökmünün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(***)-***/**** saylı qərarına əsasən Məhkum barəsində "Konstitusiya və Suverenlik ili" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Mill Məclisinin ##.##.2025-ci il tarixli Qərarı tətbiq edilmiş və ona Şirvan Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə təyin edilmiş 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı İstintaq Təcridxanasında cəza çəkən məhkum Məhkum müdafiəçisi məhkəməyə ərizə ilə müraciət edərək, təyin olunmuş cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarı ilə məhkum Məhkum məntəqətipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından məhkum apellyasiya şikayəti verərək işinə yenidən baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, əməlindən peşmandır, islah olunmuşdur. Buna görə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müdafiəçi apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, hüquqlarını müdafiə etdiyi Məhkum əməlindən peşmandır, cəzasının üçdə bir hissəsini çəkmişdir. Cəzasını çəkdiyi müddət ərzində özünü nizam-intizamlı aparmış və daxili intizam qaydalarına əməl etmişdir. Himayəsində iki uşağı və əlil valideynləri var, həmçinin vurulmuş ziyanın çox hissəsini ödəmişdir. Bu halları nəzərə alaraq cəzasının qalan hissəsini məntəqətipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında prokuror apellyasiya şikayətinə etiraz etdi və bildirdi ki, Məhkum hökmlə cəza təyin edilərkən yüngülləşdirici halları nəzərə alınaraq təyin edilmiş, həmçinin son olaraq Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının müddəti 6 ay azaldılmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq cəzanın qalan hissəsini məntəqətipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə ərizəni təmin etməmişdir. Buna görə şikayətin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallar yalnız apellyasiya şikayətinin və ya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə şikayətin və ya protestin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə proses tərəflərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cəzaların icrası Məcəlləsinin müvafiq olaraq 2 və 8-ci maddələrinə uyğun olaraq həmin Məcəllənin məqsədi məhkumları islah etmək, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq, vəzifəsi isə cəzaların icrası və çəkilməsi, habelə cinayət hüquqi xarakterli digər tədbirlərin tətbiqi qaydalarını və şərtlərini tənzimləməkdən, məhkumların islah edilmə vasitələrini müəyyən etməkdən, məhkumların hüquq və azadlıqlarını, qanuni mənafelərini qorumaqdan ibarətdir. Məhkumların islah edilməsi onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkumların islah edilməsinin əsas vasitələrindən biri cəzanın icrasının və çəkilməsinin müəyyən edilmiş qaydası – rejimdir. Məhkumlara islah edilmə vasitələri cəzanın növü, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.4-cü maddəsinə əsasən cəzaçəkmə müəssisəsinin növü yalnız aşağıdakı hallarda dəyişdirilə bilər: 56.4.1. cinayətə görə təyin edilmiş cəza daha yüngül və ya daha ağır cəza ilə əvəz edildikdə; 56.4.2. qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə hökmünün icrası zamanı. Cəzaların İcrası Məcəlləsinin 70.2.4-cü maddəsinə əsasən müsbət xarakterizə edilən məhkumlar az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdəbirini çəkdikdə cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə aşağıdakı hallarda keçirilə bilərlər. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin ## ####### 2010-cu il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, bu xarakterli müracətlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş müddətini çəkməməsinin müəyyən olunması həmin müraciətin rədd olunmasına şərtsiz əsasdır. Cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsi isə özlüyündə müraciətin rədd olunması üçün şərtsiz əsas deyil. Məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırılmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qeyd olunan qərarda bundan əlavə məhkəmələrə tövsiyə edilmişdir ki, qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışını, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür. Bununla belə, Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, bu sahədə olan qanun normalarının mənasına görə məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətdən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır. Məhkum Məhkum şəxsi işindən və mülahizədən görünür ki, o, ##.##.1989-cu il tarixdə Ağdam rayonu, Yusifcanlı kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğa qədər Ağdam rayonu, Yusifcanlı kəndində qeydiyyatda olmuş və ünvan 1 ünvanında yaşamışdır. ## ### 2025 ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən üzərində qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. ## #### 2025-ci il tarixdən * saylı İstintaq Təcridxanasının Təsərrüfat və məişət xidməti işlərində bağban kimi saxlanılmışdır. Cəzasının əvvəli ##.##.2024cü il, cəzasının sonu ##.##.2028-ci ildir və çəkilməmiş cəzası 02 (iki) il 01 (bir) ay 12 (on iki) gündür. Əməyə münasibəti yaxşıdır, təcridxanada keçirilən ictimai işlərdə işləyir, zəhmətkeşdir, təcridxananın həyətyanı sahəsində abadlıq işlərində fəallıq göstərmişdir. Keçirilən tədbirlərdə fəal iştirak edir, məişətdə səliqəlidir, asudə vaxtlarında mədəni-kütləvi və idman tədbirlərində iştirak edir, kitab və qəzet materiallarından istifadə edir. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olduğunu bildirir, azadlıqda layiqli vətəndaş olacağına söz verir. Sakitdir, intizamlıdır, çalışqandır, verilən tapşırıqları vaxtında yerinə yetirir. Ailəsi və yaxın qohumları ilə əlaqə saxlayır. Məhkum Məhkum təcridxana rəhbərliyi tərəfindən ##.##.2025-ci il tarixdə təcridxanada nümunəvi davranışda, əməyə vicdanlı münasibətdə fərqləndiyinə görə “Təşəkkür”, ##.##.2025-ci il tarixdə təcridxanada nümunəvi davranışına, əməyə vicdanlı münasibətdə fərqləndiyinə görə “Əlavə telefon danışığına icazə”, ##.##.2025-ci il tarixdə nümunəvi davranışına, əməyə vicdanlı münasibətdə fərqlənməsinə görə “Təşəkkür”, ##.##.2026-cı il tarixdə “X1 Əliyevin anadan olmasının 103-cü ildönümü” münasibəti ilə təcridxanada keçirilən tədbirlərdə fəal iştirak etdiyinə görə “Təşəkkür” verilməklə həvəsləndirilmişdir. Cəzalandırılması yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı komissiyasının ## #### 2026-cı il tarixli qərarına dair tərtib olunmuş ** saylı iclas protokoluna əsasən məhkum Məhkum barəsində məhkəməyə təqdim olunması üçün mənfi rəy verilmişdir. Məhkum Məhkum törətdiyi cinayətin təhlükəlilik dərəcəsi nəzərə alınaraq onun məntəqə tipli çəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədəmüvafiq hesab edilmir. Hazırki işin halından məlum olur ki, Məhkum məhkəmə tərəfindən cəza təyini zamanı CMin ədalət və humanizm prinsipləri əsas götürülməklə güzəştlər edilmiş, ona yüngül cəza təyin edilmişdir. Məhkum cəza təyin edildikdən sonra heç bir qanun pozuntusu etməməsi, vurulmuş zərərin bir qismini ödəməsi və himayəsində azyaşlı uşaqlarının olması təyin edilmiş cəzanın çəkilməmiş hissəsini məntəqətipli cəzaçəkmə müəssisəsində çəkməsi üçün əsas ola bilməz. Bu səbəbdən kollegiya hesab edir ki, məhkəmə işin faktiki halları və hüququn tətbiqi ilə bağlı hissələrdə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, bu qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. Müvafiq olaraq kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 407-410, 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə müdafiəçi Müdafiəçi ərizəsinin təmin edilməməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-*/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-7)-40/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-7)-40/2026
31.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver