Məhkəmə qərarları › İş №7(3-7)-41/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-7)-41/2026

17.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 7(3-7)-41/2026 17.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; hakimlər X1 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Məmmədov Elvin Israyıl oğlunun katibliyi ilə Azərbaycan Respublikası Cinayət təqibindən kənar icraatlar Idarəsinin prokuroru Prokuror, Məhkum Məhkum və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, MÜƏYYƏN ETDI: Goranboy Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli ## ###### 2025-ci il tarixdən hesablanmışdır. Məhkum Məhkum ərizə ilə Gəncə şəhər Məhkəməsinə müraciət edərək cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad ediməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə məhkum Məhkum cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad ediməsi barədə ərizəsi rədd edilmişdir. Qərardan məhkum Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinə məhkəmə baxışı zamanı məhkum Məhkum məhkəməyə ərizə təqdim edərək, onun tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etdiyini göstərib apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etdi. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, məhkumun apellyasiya şikayətini geri götürmək barədə xahişini və cinayət prosesi iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 390.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məcəllənin 390.4-cü maddəsində göstərilir ki, bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Cinayət-Prosessual Məcəlləsinin 390.5-ci maddəsində qeyd olunur ki, müdafiəçi öz apellyasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. Məcəllənin 390.6-cı maddəsində isə qeyd olunur ki, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin apellyasiya şikayətini geri götürmək hüququna malikdir. Cinayət-Prosessual Məcəlləsinin Həmin Məcəllənin 391.11-ci maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Beləliklə, məhkəmə məhkum Məhkum apellyasiya şikayətindən imtina etməsi və apellyasiya şikayətinin baxılmasına xitam verilməsi barədə ərizəsinə əsaslanaraq, Gəncə Şəhər Məhkəməsinin # #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilməsini qanunauyğun hesab edir. Şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 390, 391, 396, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum cəza çəkməkdən vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar