Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 7(3-7)-42/2026 24.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Xəlilov Ramiq Rövşən oğlunun katibliyi, Məhkum Məhkum və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Məhkum Məhkum Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə ona təyin edilmiş 01 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-**/**** nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 152.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkum Məhkum birinci instansiya məhkəməsinə ərizə ünvanlayaraq həmin hökmlə ona təyin edilmiş cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə məhkum Məhkum çəkilməmiş qalan cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından məhkum apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və ərizəsinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə heç bir əsaslı səbəb olmadan qərəzli olaraq onun ərizəsini təmin etməmişdir. Ona görə də ərizəsinə Apellyasiya Məhkəməsində yenidən baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Məhkum apellyasiya şikayətini müdafiə edərək eyni məzmunda çıxış etdi və şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müdafiəçi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, hüquqlarını müdafiə etdiyi Məhkum cəzanın üçdə iki hissəsindən çoxunu çəkmişdir. Cəzasını çəkdiyi müddət ərzində özünü nizam-intizamlı aparmış və daxili intizam qaydalarına əməl etmişdir. Bu halları nəzərə alaraq birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, Məhkum ərizəsinin təmin edilərək onun cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında prokuror Prokuror apellyasiya şikayətinə etiraz etdi və bildirdi ki, Məhkum hökmlə cəza təyin edilərkən yüngülləşdirici hallar kifayət qədər nəzərə alınmış və ona aşağı həddə cəza təyin edilmişdir. Hazırda ona təyin edilmiş cəzanın şərti olaraq vaxtından əvvəl azad edilməsinə əsaslar yoxdur. Buna görə şikayətin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş apellyasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçisinin, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması və verilmiş apellyasiya şikayətinin təmin edilməməsi barədə Baş Prokurorluğun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokurorunun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmışdır. Məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğundur. Belə ki, iş materiallarından görünür ki, Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-**/**** nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasını çəkmə müddətinin əvvəlinin ## ######## 2026-cı il tarixdən hesablanması hökm edilmişdir. Hökm qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və Məhkum Penitensiar Xidmətin * saylı Istintaq Təcridxanasında cəzasını çəkməyə başlamışdır. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Istintaq Təcridxanasının ##.##.2026-cı il tarixli mülahizəsindən görünür ki, məqsədəmüvafiq hesab edilməmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Istintaq Təcridxanası tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, məhkum Məhkum müsbət xarakterizə olunsa da Məhkum məhkum edildiyi cinayət əməlinin ictimai təhlükəliliyi nəzərə alınmaqla ərizəsinin təmin edilməsinin məqsədəuyğun hesab edilmişdir. Iş üzrə müəyyən edilmişdir ki, məhkum Məhkum az ağır cinayət törətmiş, həmçinin ona təyin edilmiş 01 il müddətə azadlıqdan məhrumetmə cəzasının üçdə iki hissəsindən çoxunu çəkmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 152.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. 15.4-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi Məhkum məhkum olunduğu CM-nin 152.1-ci maddəsi az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.3.1-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törərtməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını çəkdikdən sonra tətbiq edilə bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə əsasən cəza çəkməkdən vaxtından əvvəl olaraq azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. Azərbaycan Respublikasının Cəzaların Icrası Məcəlləsinin 170.1-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Mülahizə ilə birlikdə məhkəməyə məhkumun şəxsi işi də göndərilir. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəza çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli ** saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışını, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür. Həmin qərarın 1-ci bəndinin 3-4-cü abzaslarında qeyd olunmuşdur ki, bundan başqa, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkibçəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisəsinin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Qeyd edilən qərarın 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, cinayət və cinayət prosessual qanunvericiliyində törədilmiş cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməməsi, əvvəllər məhkum olunması, təqsirini etiraf etməməsi və sair bu kimi hallar cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməyə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunmağa və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsinə maneə kimi nəzərdə tutulmamışdır. Lakin məhkumun vurulmuş ziyanı ödəməkdən qəsdən boyun qaçırması (məsələn, əmlakı gizlətməsi və s.), törətdiyi cinayətə münasibəti işin digər halları ilə birlikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməyə və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsinə, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə maneə ola bilər. Qərarın 2-ci bəndinin 3-cü abzasında qeyd olunmuşdur ki, bununla yanaşı məhkəmələr nəzərə almalıdırlar ki, bu sahədə olan qanun normalarının mənasına görə məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirilmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətindən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrum etmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası baxılan məsələ ilə bağlı Penitensiar Xidmətin * saylı Istintaq Təcridxanasının mülahizəsini, məhkum Məhkum sərgilədiyi davranışı, xüsusən də təqsirli bilindiyi cinayət əməlinə münasibətini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işin halları üzrə mahiyyət etibarı ilə düzgün nəticəyə gəlmiş, əsaslı olaraq məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsini təmin etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən şikayətdə göstərilən məsələlər qanunun tələbləri nəzərə alınmaqla hərtərəfli araşdırılmışdır. Məhkəmə kollegiyası xüsusilə vurğulamağı zəruri hesab edir ki, Məhkum törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyi, onun həmin əmələ münasibəti, məhkəmə iclasında sərgilədiyi davranış məhkəmə kollegiyasında onun cəzasını tam olaraq çəkmədən islah olunmasının mümkün olması inamını yaratmır. Məhkum xasiyyətnamə üzrə müsbət xarakterizə olunmasına baxmayaraq, cəza çəkdiyi müddət ərzində digər məhkumlar üçün nümunə ola biləcək davranışının nədən ibarət olmasını müəyyən etmək mümkün deyildir. Hazırki işin halından da məlum olur ki, Məhkum məhkəmə tərəfindən cəza təyini zamanı CM-nin ədalət və humanizm prinsipləri əsas götürülməklə güzəştlər edilmiş, ona yüngül cəza təyin edilmişdir. Məhkum cəza təyin edildikdən sonra heç bir qanun pozuntusu etməməsi təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün əsas ola bilməz. Bundan başqa, iş materiallarından görünür ki, Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü ##.##.2026-cı il tarixdə qüvvəyə minərək icraya yönəldilmiş və onun həbsdə saxlandığı müddət cəza müddətinə hesablansa da, ümumi rejim qaydasında cəzasını çəkməsi faktiki olaraq həmin tarixdən başlanmışdır. Məhkum tərəfindən ərizə isə bundan cəmi iki ay sonra verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən müddət məhkumun islah olunmasının təsdiqi üçün yetərli deyildir. Birinci instansiya məhkəməsi kimi məhkəmə kollegiyası da o, qənaətdədir ki, cəzanın məqsədləri baxımından məhkumun islah olunduğunu və azad cəmiyyətdə yaşamağa hazır olduğunu qəbul etmək üçün hazırda kifayət qədər əsaslar yoxdur. Hazırda məhkumun islah olunmaq məqsədilə cəzasını tam çəkməsi üçün zərurət aradan qalxmamışdır Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd olunan halların nəzərə alınaraq təmin edilməsi üçün heç bir qanuni əsas yoxdur. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətində irəli sürülən dəlilləri əsassız hesab edərək həmin dəlillərlə razılaşmır və hesab edir ki, məhkəmə işin faktiki halları və hüququn tətbiqi ilə bağlı hissələrdə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, bu qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 407-410, 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü ilə ona təyin edilmiş 01 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-7)-42/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-7)-42/2026
24.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver