Məhkəmə qərarları › İş №7(3-7)-44/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-7)-44/2026

31.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 7(3-7)-44/2026 31.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Təqdimat verən orqan böyük icra məmuru Nümayəndə, Məhkum Barəsində təqdimat verilən şəxs və onun qanuni nümayəndəsi (anası) – Qanuni nümayəndə, müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) X2 iştirakı ilə MÜƏYYƏN ETDI: Təqdimat verən orqan böyük icra məmuru Nümayəndə məhkəməyə təqdimatla müraciət edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzası 02 il sınaq müddəti ilə şərti hesab edilmiş Barəsində təqdimat verilən şəxs barəsində təyin olunmuş şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması barədə müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı (hakim Məmmədov Elçin) qərarı ilə məhkum Barəsində təqdimat verilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması barədə Təqdimat verən orqan böyük icra məmuru Nümayəndə tərəfindən verilmiş təqdimat təmin edilməmişdir. IŞIN HALLARI: Işdə olan təqdimatda göstərilir ki, Barəsində təqdimat verilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin məcəllənin 70-ci maddəsinə əsasən 02 il sınaq müddəti ərzində cəzası şərti tətbiq edilmişdir. Həmin hökmlə üzərinə sınaq müddəti ərzində təbii fəlakət və sair fövqəladə hallarla əlaqədar mənzili tərk etmək və xəstəliyi ilə əlaqədar həkimə müraciət etmək halları istisna olmaqla daimi yaşadığı Bakı şəhəri, ünvan 2 ünvanını və aldığı təhsillə bağlı isə müvəqqəti qaldığı ünvan 1 ünvanını saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq olaraq Bakı şəhəri, təhsil aldığı müddətdə isə Gəncə şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, üzərində nəzarəti həyata keçirən orqanların çağırışına vaxtında gəlmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi və müvəqqəti yaşayış yerlərini tərk etməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı təhsil müəssisəsinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökmün icrası barədə göstəriş ##.##.2025-ci il tarixdə Təqdimat verən orqan icraatına daxil olmuşdur. Həmin tarixdə məhkuma bildiriş göndərilmiş və məhkumun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. ##.##.2025-ci il tarixdə Barəsində təqdimat verilən şəxs şöbəyə gələrək qeydiyyata alınmış, həmin tarixdə ona elektron nəzarət vasitələri tətbiq edilmiş, bu zaman ona hökmlə üzərinə qoyulmuş vəzifələr izah edilmiş, sınaq müddəti ərzində həmin vəzifələri yerinə yetirmədiyi halda şərti məhkumetmənin ləğv edilməsi barədə məhkəməyə təqdimat veriləcəyi izah edilmişdir. Bundan sonra müxtəlif tarixlərdə Barəsində təqdimat verilən şəxs icra məmurunun çağırışı ilə şöbəyə gələrək onunla fərdi söhbət aparılmış, ona hüquq və vəzifələri yenidən izah edilərək yol verilə biləcək pozuntulara görə qanunvericlikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi izah edilmişdir. Barəsində təqdimat verilən şəxs elektron monitorinq sistemində izlənməsi zamanı ##.##.2025-ci il tarixdə saat 15:36-dan 15:56-dək və ##.##.2025-ci il tarixdə saat 17:35-dən 22:50-dək elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsini pozduğu müəyyən edilmiş, lakin ilk pozuntuları olduğu üçün üzrlü hesab edilmişdir. Barəsində təqdimat verilən şəxs hökmlə üzərinə qoyulmuş elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin digər vəzifə ilə əvəz olunmasına dair məhkəməyə ərizə ilə müraciət etmiş, lakin Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə ərizəsi təmin edilməmişdir. ##.##.2026-cı il tarixli telefonoqramdan görünür ki, Barəsində təqdimat verilən şəxs yaşadığı yer üzrə sahə müvəkkilinin istifadəsində olan *** *** ** ** mobil nömrəsi ilə rabitə əlaqəsi saxlanılmış və ona məhkumun həmin ərazi üzrə necə xarakterizə olunması barədə məlumat verilməsi xahiş edilmiş və ərazi üzrə polis orqanının sahə müvəkkili Barəsində təqdimat verilən şəxs cinayət və ya inzibati xəta törətməsində iştirakının olmadığı barədə məlumat vermişdir. Barəsində təqdimat verilən şəxs barəsində daxil olmuş məlumata əsasən o, ##.##.2026-cı il tarixdə saat 20:00-dan 01:10-dək vaxt məhdudiyyətini pozmuşdur. Bununla bağlı olaraq Barəsində təqdimat verilən şəxs ##.## 2026-cı il tarixdə izahat vermək məqsədilə şöbəyə gəlmiş, lakin izahat verməkdən imtina edərək şöbəni özbaşına tərk etmişdir. Daha sonra ##.##.2026-cı il tarixdə o yenidən şöbəyə gəlmiş, bu zaman onun elektron nəzarət vasitələrinə baxış keçirilmiş və elektron qolbağın açıldığı müəyyən edilmişdir. Bununla bağlı olaraq Barəsində təqdimat verilən şəxs izahatı alınarkən o, hökmlə üzərinə qoyulmuş vəzifələrə riayət etməkdən sıxıldığını və buna görə də elektron qolbağı kəsərək üzərindən açdığını, eyni zamanda vaxt məhdudiyyətini pozmağının heç bir üzrlü səbəbinin olmadığını etiraf etmişdir. Məhkum Barəsində təqdimat verilən şəxs elektron qolbağın kəmərinin kəsərək, açıldığı müəyyən edilmiş və ##.##.2026-cı il tarixdə Gəncə şəhəri Probasiya Şöbəsində izahatı alınaraq, üzərinə qoyulmuş elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsini pozmağı ilə bağlı barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi ilə bağlı məlumat verilmiş və protokol tərtib edilmişdir. Barəsində təqdimat verilən şəxslə aparılmış fərdi söhbətlər nəticəsində o, bundan sonra qaydalara riayət edəcəyini bildirmiş və onun əməlindən peşman olması, o cümlədən yetkinlik yaşına çatmaması nəzərə alınaraq barəsində hökmlə üzərinə qoyulmuş vəzifələrə riayət etməməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Ona ##.##.2026-cı il tarixdə yenidən elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Bundan sonra Barəsində təqdimat verilən şəxs barəsində daxil olmuş məlumata əsasən o, ##.##.2026-cı il tarixdə saat 11:09-dan 13:14-dək elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsini pozmuş, lakin ##.##.2026-cı il tarixdə şöbədə izahat verərkən mobil nəzarət qurğusunu unudaraq evdə qoyduğunu bildirdiyi üçün qayda pozuntusu üzrlü hesab edilmişdir. Bundan başqa o, ##.##.2026-cı il tarixdə saat 17:49-dan 20:54-dək Göygöl rayonunun ərazisinə gedərək ərazi məhdudiyyətini pozmuşdur. Bununla bağlı ##.##.2026cı il tarixdə izahat verərkən getdiyi ərazinin Hacıkəndə qəsəbəsinə aid olduğunu və Göygöl rayonunun ərazisi sayılmadığını bildirmişdir. Buna görə də qeyd olunan pozuntu üzrlü sayılmışdır. Bundan başqa, onun barəsində daxil olmuş məlumata əsasən o, ##.##.2026-cı il tarixdə saat 23:48-dən 02:14-dək elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsini pozmuşdur. Bununla bağlı ##.##.2026-cı il tarixdə şöbədə izahat verərkən o, həmin vaxt “Kadeh" restoranında olduğunu və mobil nəzarət qurğusunu heç bir üzrlü səbəb olmadan üzərində götürmədiyini bildirmişdir. Lakin yetkinlik yaşına çatmaması nəzərə alınaraq onun barəsində hökmlə üzərinə qoyulmuş vəzifələrə riayət etməməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülməmişdir. Barəsində təqdimat verilən şəxs təhsil aldığı Sənaye və Texnologiyalar üzrə X1 Təhsil Mərkəzinə onun barəsində sosial-psixoloji tədbirlərin həyata keçirilməsinə dair məktub ünvanlanmışdır. Həmin mərkəzin ##.##.2026-cı il tarixdə şöbəyə verdiyi məlumata əsasən, Barəsində təqdimat verilən şəxs ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, dərslərdə nizam-intizam qaydalarını pozur, dərslərdə iştirak etmir, qrup yoldaşlarını incidir və xoşagəlməz ifadələr işlədir. Onunla aparılmış fərdi söhbətlər heç bir nəticə vermir. Eyni zamanda Barəsində təqdimat verilən şəxs ##.##.2026-cı il tarixdə saat 22:00-dan 23:52-dək, ##.##.2026-cı il tarixdə saat 22:00-darı 23:27-dək, ##.##.2026-cı il tarixdə saat 23:35-dən 02:57-dək, ##.##.2026-cı il tarixdə saat 22:00-dan 00:42-dək vaxt məhdudiyyətini pozmuş və bununla bağlı olaraq, ##.##.2026-cı il tarixdə şöbədə verdiyi izahatda həmin vaxtlarda dostları ilə birlikdə gəzdiyini və heç bir üzrlü səbəbinin olmadığını bildirmişdir. ##.##.2026-cı il tarixdə ona tətbiq edilmiş elektron nəzarət vasitələri yaranmış nasazlıqla bağlı yenisi ilə əvəz edilmişdir. ##.##.2026-cı il tarixdə isə Barəsində təqdimat verilən şəxs şöbəyə gələrək elekton nəzarət vasitəsi daşımaqdan imtina etdiyini bildirmiş və elektron qolbağı özbaşına üzərindən açaraq icra məmuruna təhvil vermişdir. Bununla bağlı olaraq onun anası ilə telefon əlaqəsi saxlanılmış, anası Barəsində təqdimat verilən şəxs elekton nəzarət vasitəsi daşımaqdan imtina etdiyini bildiyini, lakin ona nəzarət etməkdə və tərbiyəsi ilə məşğul olmaqda çətinlik çəkdiyini bildirmişdir. Iş materialları üzrə Gəncə Şəhər Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASIYA PROTESTININ DƏLILLƏRI: Məhkəmənin qərarı ilə razılaşmayan cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru apellyasiya protesti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv və təqdimatın təmin edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmünə əsasən Barəsində təqdimat verilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 70-ci maddəsinə əsasən 02 il sınaq müddəti ərzində cəzası şərti tətbiq edilmişdir. Göründüyü kimi xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmuş Barəsində təqdimat verilən şəxs barəsində hökm çıxarmış birinci instansiya məhkəməsi tərəfindən humanist cəza təyin edilmişdir. Hökmün icrası barədə göstəriş ##.##.2025-ci il tarixdə Təqdimat verən orqan icraatına daxil olmuş, Barəsində təqdimat verilən şəxs ##.##.2025-ci il tarixdə şöbədə qeydiyyata alınmışdır. Məhkum Barəsində təqdimat verilən şəxs üzərinə qoyulmuş vəzifələri il ərzində dəfələrlə yerinə yetirməməsi və qərəzli olaraq elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etməsi ilə bağlı əməlləri Təqdimat verən orqan tərəfindən heç bir əsas olmadan dəfələrlə üzrlü hal kimi qeydiyyata alınmışdır. Halbuki qanunvericiliyə görə şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması haqqında qərar çıxarılması üçün imperativ normadır. Bu da məhkum Barəsində təqdimat verilən şəxs Probasiya şöbəsi tərəfindən ikinci dəfə humanist münasibət bəsləndiyinin göstəricisi olmuşdur. Bundan başqa, onun təhsil Təhsil Mərkəzindən Probasiya şöbəsinə daxil olmuş məktubda göstərilmişdir ki, Barəsində təqdimat verilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, dərslərdə nizam-intizam qaydalarını pozur, dərslərdə iştirak etmir, qrup yoldaşlarını incidir və xoşagəlməz ifadələr işlədir. Onunla aparılmış fərdi söhbətlər heç bir nəticə vermir. Həmçinin, məhkumun üzərinə qoyulmuş elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin digər vəzifə ilə əvəz olunması və şərti məhkum etməsinin ləğv edilməsi, hökmlə təyin olunmuş cəzasının icra olunmasına dair məhkəmə iclaslarında davranışları ilə islah yolunda olmadığını, cinayətkar aləmə meyil etdiyini göstərmiş, məhkəmə qarşı hörmətsiz davranışlar sərgiləmişdir. Bu da məhkumun cinayətkar aləmə meyil etməsi, təhsilə önəm verməməsi və islah yolunda olmamasının göstəricisidir. Odur ki, protestin təmin olunması xahiş edilir. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışında iştirak edən cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Prokuror vprotestin dəlillərini müdafiə edərək protestin məzmununa uyğun çıxış etdi və protestin təmin olunmasını xahiş etdi. Apellyasiya məhkəmə baxışında iştirak edən Təqdimat verən orqan böyük icra məmuru Nümayəndə protestin dəlillərinə münasibət bildirərək protestin əsaslı olduğunu və təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəmə baxışında iştirak edən məhkum Barəsində təqdimat verilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi (vəkil) Vüqar Süleymanov protestin dəlillərinə etiraz edərək əsassız olduğunu və təmin edilməməsini xahiş etdilər. HÜQUQI MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını apellyasiya protestinin dəlilləri həcmində, həmçinin iş üzrə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsini protestin dəlillərindən asılı olmadan yoxlayaraq, aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya protesti təmin edilməli, məhkəmənin qərarı ləğv edilməli və təqdimatı təmin olunmalıdır. Belə ki, Barəsində təqdimat verilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 70-ci maddəsinə əsasən 02 il sınaq müddəti ərzində cəzası şərti tətbiq edilmişdir. Eyni zamanda iş materialında olan təqdimatın məzmunundan və ona əlavə edilmiş sənədlərin surətindən görünür ki, məhkum Barəsində təqdimat verilən şəxs hökmlə onun üzərinə qoyulmuş vəzifələrin icrasını yerinə yetirməkdən qərəzli boyun qaçırması və müntəzəm sürətdə pozması aşağıda göstərilənlərlə müəyyən edilir. -Barəsində təqdimat verilən şəxs ##.##.2025-ci il tarixdə saat 15:36-dan 15:56-dək və ##.##.2025-ci il tarixdə saat 17:35-dən 22:50-dək elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsini pozduğu müəyyən edilmişdir; -Barəsində təqdimat verilən şəxs ##.##.2026-cı il tarixdə saat 20:00-dan 01:10-dək vaxt məhdudiyyətini pozması müəyyən edilmişdir (hökmlə üzərinə qoyulmuş vəzifələrə riayət etməkdən sıxıldığını və buna görə də elektron qolbağı kəsərək üzərindən açdığını, eyni zamanda vaxt məhdudiyyətini pozmağının heç bir üzrlü səbəbinin olmadığını etiraf etmiş); -Barəsində təqdimat verilən şəxs elektron qolbağın kəmərini kəsərək, açıldığı müəyyən edilmiş və ##.##.2026-cı il tarixdə Gəncə şəhəri Probasiya Şöbəsində izahatı alınmışdır; -Barəsində təqdimat verilən şəxs ##.##.2026-cı il tarixdə saat 11:09-dan 13:14-dək elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsini pozmuşdur (##.##.2026-cı il tarixdə şöbədə izahat verərkən mobil nəzarət qurğusunu unudaraq evdə qoyduğunu bildirdiyi üçün qayda pozuntusu üzrlü hesab edilmişdir); -Barəsində təqdimat verilən şəxs ##.##.2026-cı il tarixdə saat 17:49-dan 20:54-dək Göygöl rayonunun ərazisinə gedərək ərazi məhdudiyyətini pozmuşdur (##.##.2026-cı il tarixdə izahat verərkən getdiyi ərazinin Hacıkəndə qəsəbəsinə aid olduğunu və Göygöl rayonunun ərazisi sayılmadığını bildirmişdir); -Barəsində təqdimat verilən şəxs ##.##.2026-cı il tarixdə saat 23:48-dən 02:14-dək elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsini pozmuşdur (##.##.2026-cı il tarixdə şöbədə izahat verərkən o, həmin vaxt “Kadeh" restoranında olduğunu və mobil nəzarət qurğusunu heç bir üzrlü səbəb olmadan üzərində götürmədiyini bildirmişdir); -Barəsində təqdimat verilən şəxs ##.##.2026-cı il tarixdə saat 22:00-dan 23:52-dək, ##.##.2026-cı il tarixdə saat 22:00-darı 23:27-dək, ##.##.2026-cı il tarixdə saat 23:35-dən 02:57-dək, ##.##.2026-cı il tarixdə saat 22:00-dan 00:42-dək vaxt məhdudiyyətini pozmuşdur (##.##.2026-cı il tarixdə şöbədə verdiyi izahatda həmin vaxtlarda dostları ilə birlikdə gəzdiyini və heç bir üzrlü səbəbinin olmadığını bildirmişdir); -Barəsində təqdimat verilən şəxs ##.##.2026-cı il tarixdə şöbəyə gələrək elekton nəzarət vasitəsi daşımaqdan imtina etdiyini bildirmiş və elektron qolbağı özbaşına üzərindən açaraq icra məmuruna təhvil vermişdir. ”Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli Ali Məhkəmənin Plenum Qərarının 26-cı bəndində göstərilir ki, CMnin 71-ci maddəsinə uyğun olaraq şərti məhkum edilmiş şəxs məhkəmə tərəfindən üzərinə qoyulmuş vəzifələri sınaq müddəti ərzində yerinə yetirməkdən mütəmadi və ya qərəzli surətdə boyun qaçırdıqda, məhkəmə məhkumun üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında şərti məhkumetmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması haqqında qərar çıxarmağa haqlıdır. Burada mütəmadilik dedikdə şərti məhkum edilən şəxsə qadağan olunmuş hərəkətlərə il ərzində iki dəfədən çox yol verilməsi və ya etməli olduğu hərəkətlərin il ərzində iki dəfədən çox yerinə yetirilməməsi, yaxud məhkəmələr tərəfindən üzərinə qoyulmuş vəzifələrin 30 gündən çox müddətə ardıcıl icra olunmaması, qərəzlilik dedikdə isə bu vəzifələrin şərti məhkumetmənin çəkilmə qaydasının təkrar pozulmasına yol verməmək barədə nəzarət orqanı tərəfindən edilən yazılı xəbərdarlıqdan sonra da təkrar yerinə yetirilməməsi və ya şərti məhkum edilən şəxsin nəzarətdən gizlənməsi nəzərdə tutulur. CIM-nin 182.4-cü maddəsinə əsasən məhkum tərəfindən onun üzərinə qoyulmuş vəzifələrin il ərzində dəfələrlə yerinə yetirilməməsi sınaq müddəti ərzində vəzifələri mütəmadi yerinə yetirməmə hesab edilir. Həmin Məcəllənin 182.5-ci maddəsinə əsasən on gündən artıq müddətdə olduğu yer müəyyən edilməyən və ya elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edən, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməyən, elektron nəzarət vasitəsini zədələyən və ya digər üsulla yararsız vəziyyətə salan məhkum ona həvalə edilmiş vəzifələri yerinə yetirməkdən qərəzli boyun qaçırmış hesab edilir. Qanunvericiliyin normalarından və işin faktiki hallarından göründüyü kimi məhkum Barəsində təqdimat verilən şəxs üzərinə qoyulmuş vəzifələri il ərzində dəfələrlə yerinə yetirməməsi və qərəzli olaraq elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etməsi ilə bağlı əməlləri açıq-aşkar görünür. Qeyd edilən faktlarla yanaşı Barəsində təqdimat verilən şəxs təhsil aldığı Sənaye və Texnologiyalar üzrə X1 Təhsil Mərkəzinə mərkəzindən ##.##.2026-cı il tarixdə şöbəyə verilən məlumata əsasən Barəsində təqdimat verilən şəxs ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, dərslərdə nizam-intizam qaydalarını pozur, dərslərdə iştirak etmir, qrup yoldaşlarını incidir və xoşagəlməz ifadələr işlədir. Onunla aparılmış fərdi söhbətlər heç bir nəticə vermir. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, məhkum Barəsində təqdimat verilən şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmaqla törətdiyi cinayətə görə barəsində hökmlə təyin edilmiş cəzanın şərti hesab olunmasına və ona qarşı atılan humanist addımdan nəticə çıxarmayaraq hökmlə onun üzərinə qoyulmuş vəzifələrin icrasını dəfələrlə qərəzli və mütəmadi şəkildə pozmuş, eyni zamanda sınaq müddəti ərzində elekton nəzarət vasitəsini daşımaqdan imtina etmiş, bununla da üzərinə qoyulmuş vəzifələrin icrasını qərəzli olaraq icra etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Sadiq Ismayılovun sınaq müddəti ərzində olan davranışı onun islah yolunda olmadığını göstərir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, məhkum Barəsində təqdimat verilən şəxs kriminal meyilli şəxs olmamasının və islah yoluna qədəm qoymasını göstərən xüsusatlar məhkəmə iclasında belə onun davranışından və hərəkətlərindən müəyyən olunmur. Məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə məhkum Barəsində təqdimat verilən şəxs hökmlə üzərinə qoyulmuş vəzifələrin icrasını qərəzli və mütəmadi pozduğu üçün onun barəsində şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın real icra olunması halında cəzanın məqsədlərinə nail olmaq mümkündür. Belə olan halda CM-nin 71.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçırdıqda, o cümlədən elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etmədikdə, bu Məcəllənin 71.1-ci maddəsində göstərilən dövlət orqanının təqdimatı əsasında məhkəmə şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması haqqında qərar çıxarır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, məhkum Barəsində təqdimat verilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması barədə verilmiş təqdimatını təmin olunmamasına mane olan hər hansı bir qanuni əsaslar yoxdur. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkum Barəsində təqdimat verilən şəxs hazırki vaxt üzrə yetkinlik yaşına çatmayan şəxs olduğu üçün o, CM-nin 85.5.1ci maddəsinin tələbinə əsasən ümumi rejimli tərbiyə müəssisəsində hökmlə təyin olunmuş 06 il azadlıqdan məhrum etmə cəzasını çəkməlidir. CPM-nin 398.1.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmaq səlahiyyətinə malikdir. Odur ki, apellyasiya protesti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli qərarı ləğv edilməli, Təqdimat verən orqan tərəfindən verilmiş təqdimat təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il sınaq müddəti ilə şərti olaraq 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Barəsində təqdimat verilən şəxs barəsində təyin olunmuş şərti məhkum etmə ləğv olunmalı, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Barəsində təqdimat verilən şəxs təyin edilmiş 06 il müddətə azadlıqdan məhrum etmə cəzası icra olunmalı, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə ibtidai istintaq zamanı ## ### 2025-ci il tarixdən ## ### 2025-ci il tarixədək həbsdə saxlandığı 02 (iki) gün müddət təyin olunan cəzadan çıxılmaqla üzərində 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, o, cəzasını yetkinlik yaşına çatmayan oğlanlar üçün nəzərdə tutulmuş ümumi rejimli tərbiyə müəssisəsində çəkməli, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəzasının çəkmə müddətinin əvvəli ## #### 2026-cı ildən hesablanmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq və CPM-nin 397, 398, 399, 407-410, 412 və 520-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya protesti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ləğv edilsin. Məhkum Barəsində təqdimat verilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmənin ləğv edilməsi və hökmlə təyin olunmuş cəzanın icra olunması barədə Təqdimat verən orqan böyük icra məmuru Nümayəndə tərəfindən verilmiş təqdimat təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il sınaq müddəti ilə şərti olaraq 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Barəsində təqdimat verilən şəxs barəsində təyin olunmuş şərti məhkum etmə ləğv olunsun. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Barəsində təqdimat verilən şəxs təyin edilmiş 06 il müddətə azadlıqdan məhrum etmə cəzası icra olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Barəsində təqdimat verilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı ## ### 2025-ci il tarixdən ## ### 2025-ci il tarixədək həbsdə saxlandığı 02 (iki) gün müddət təyin olunan cəzadan çıxılmaqla üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində təqdimat verilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, cəzasını yetkinlik yaşına çatmayan oğlanlar üçün nəzərdə tutulmuş ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli ## #### 2026-cı ildən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis Idarəsinə və ** saylı Istintaq Təcridxanasına həvalə edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan, CPM-in 410.1.1-ci maddəsində göstərilən müddətlərdə Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar