Məhkəmə qərarları › İş №7(3-7)-48/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-7)-48/2026

14.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 7(3-7)-48/2026 14.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Məhkum Məhkum və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) X2 iştirakları ilə MÜƏYYƏN ETDI: Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(*-***)-**/**** nömrəli qərarı (hakim Hacıyev Süleyman) ilə müraciət rədd edilmiş, ##.##.1987-ci il tarixdə Tovuz rayonu Dönük Qırıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Tovuz rayonu Dönük Qırıqlı kəndində qeydiyyatda olan məhkum Məhkum yaşayış yerinin ünvan 2 ünvanına dəyişdirməsinə icazə verilməmişdir. IŞIN HALLARI: Işdə olan təqdimata və ona əlavə olunmuş sənədlərə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı ##.##.2026-cı il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Mecellesinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum üzərinə Tovuz rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanı icra edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri vəzifələri qoyulmuşdur. Hökmün surəti və hakimin göstərişi icra olunması üçün ##.##.2026-cı il tarixdə Tovuz Rayon Icra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, mövcud qanunvericiliyin tələblərinə əsasən məhkumun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkum Məhkum ##.##.2026-cı il tarixdə Tovuz rayon Icra və Probasiya şöbəsinə ünvanladığı ərizəsində yaşayış yerinin ünvan 1 ünvanına dəyişdirilməsi barədə Tovuz Rayon Məhkəməsinə təqdimat verilməsini xahiş etmişdir. Məhkum Məhkum təqdim etdiyi arayışında Məhkum Gəncə şəhəri Xəqani küçəsi ev 17 ünvanında qeydiyyatsız yaşadığı qeyd olunmuşdur. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin qərarından məhkum Məhkum apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsini və təqdimatın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, o, hal-hazırda Gəncə şəhəri Xəqani küçəsi ev 17 ünvanında yaşayır. Tovuzda yaşamağa evi yoxdur. 10 ildən çoxdur ki, Tovuz da yaşamır və ordakı evi atası rəhmətə getdikdən sonra satmışdır. Məhkəmənin hökmündə Tovuz rayonunu tərk etməməsi yazılmışdır. Ərazisinin Tovuz rayonundan Gəncə şəhərində dəyişdirilməsi üçün müraciəti olsa da, lakin ərizəsi təmin olunmamışdır. Odur ki, şikayətin təmin edilməsi xahiş olunur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında məhkum Məhkum və onun müdafiəçisi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdilər və şikayətin təmin edilməsini xahiş etdilər. Məhkum Məhkum əlavə olaraq məhkəməyə arayışlar təqdim edərək göstərdi ki, Tovuz rayonu Dönük Qırıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa görə o, Tovuz rayonu Dönük Qırıqlı kəndində qeydiyyatdadır və halhazırda həmin kənd ərazisində yaşamır. Gəncə şəhər * nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa görə o, Gəncə şəhəri Xəqani küçəsi ev 17 ünvanında qeydiyyatsız yaşayır. Məhkəmə iclasının yeri və vaxtı barəsində Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroruna məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası, prokurorun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə müqayisəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materialına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və onun üzərinə Tovuz rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanı icra edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri vəzifələri qoyulmuşdur. Hökmün surəti və hakimin göstərişi icra olunması üçün ##.##.2026-cı il tarixdə Tovuz Rayon Icra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, mövcud qanunvericiliyin tələblərinə əsasən məhkumun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 51-3.6-cı maddəsinə görə məhkəmə aşağıdakı müstəsna hallarda məhkumun yaşayış yerini dəyişməsinə icazə verilməsi barədə qərar qəbul edir: 51-3.1. azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. 51-3.6.1. məhkumun ailə vəziyyəti dəyişdikdə; 51-3.6.2. məhkum digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etdikdə; 51-3.6.3. şəxsin xəstəliyi ilə bağlı ona yaşayış məntəqəsinin ərazisindən kənar tibb müəssisəsində uzunmüddətli tibbi yardım göstərilməsi zərurəti yarandıqda (yaşayış yerində və ya məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilindəki tibb müəssisəsində tələb olunan tibbi yardımın göstərilməsi mümkün olmadıqda). Işdə olan və məhkəmə iclasında təqdim edilmiş arayışlardan görünür ki, məhkum Məhkum Tovuz rayonu Dönük Qırıqlı kəndində qeydiyyatdadır, eyni zamanda Gəncə şəhəri Xəqani küçəsi ev 17 ünvanında qeydiyyatsız yaşaması səbəbindən onun hökmlə təyin olunmuş ərazi aidiyyətinin dəyişdirilməsinə qanuni əsas yoxdur. Eyni zamanda hazırki iş üzrə məhkum Məhkum tərəfindən verdiyi apellyasiya şikayətinin dəlillərində ərazi aidiyyətinin dəyişdirilməsinə səbəb olacaq xüsusatlar CIMnin 51-3.6-cı maddəsinin tələbinə müvafiq mötəbər sübut təqdim etməmişdir. Yəni, Məhkum qeydiyyatda olduğu Tovuz rayonu Dönük Qırıqlı kənddə yerləşən evin kiməsə satılması və onun Gəncə şəhəri, Xəqani küçəsi ev 17-də qeydiyyatsız yaşaması mötəbər sübutlarla təsdiq olunmur. Məhkum yaşayış yerinin Gəncə şəhərinə dəyişdirildiyi halda gələcəkdə barəsində olan hökmün icrası zamanı müəyyən çətinliklər yarana bilər. Buna görə də, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan nəticəsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı olmuşdur, ona görə də apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. CPM-nin 407.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397.1, 398.1.1, 399.3, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar