Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 7(3-7)-49/2026 07.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Gəncə Şəhər Probasiya Şöbəsinin nümayəndəsi Məmmədova İlahə Azər qızı, məhkum Ərizəni verən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçi X2 iştirakı ilə, Məhkum Ərizəni verən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından məhkum və qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmünə əsasən Ərizəni verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Ərizəni verən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 4 gün çıxılaraq onun üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Ərizəni verən şəxs üzərinə yaşayış yerini saat 21:00-dən saat 07:00-dək, yaşadığı Gəncə şəhər ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını təhsil müəsissəsini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzaçəkmə müddətinin əvvəlli onun cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Həmin hökmlə hökmün icrası Ərizəni verən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri Probasiya İdarəsinə həvalə edilmiş, Ərizəni verən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmışdır. Məhkum Ərizəni verən şəxs və qanuni nümayəndəsi Gəncə Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, cəzanın çəkilməmiş qalan cəzasından şərti olaraq vaxtından əvvəl azad olunmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Gəncə Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmünə əsasən azadlığın məhdudlaşdırılması cəzasını çəkən məhkum Ərizəni verən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından məhkum və qanuni nümayəndəsi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və ərizəni təmin edərək Ərizəni verən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmiş, Cinayət Məcəlləsinin 76-cı maddəsini düzgün tətbiq etməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə.." barədə ## ####### 2010-cu il tarixli qərarında göstərilmiş hüquqi mövqelərə əməl etməmiş, nəticədə əsassız olaraq məhkumun ərizəsini təmin etməmişdir Qərarın məzmunundan görünür ki, birinci instansiya məhkəməsi cəzanın qanunla nəzərdə tutulmuş hissəsinin çəkildiyini, məhkumun yaşayış yerindən müsbət xarakterizə olunmasını, Gəncə şəhər Probasiya şöbəsinin onun davranışını ümumilikdə müsbət qiymətləndirməsini, Sosial Xidmətlər Agentliyinin onun sosial adaptasiya tədbirlərinə ehtiyacının olmadığını bildirməsini, qonşular tərəfindən onun barəsində heç bir şikayət daxil olmaması, polis orqanları tərəfindən onun yeni cinayət və ya inzibati xəta törətməsinin müəyyən edilməsi, zərərçəkmiş şəxslərlə barışması, hökm üzrə maddi zərərin olmamasını, törətdiyi əmələ görə peşman olmasını, universitetə qəbul olunmaq üçün hazırlaşdığını nəzərə almamışdır. Beləliklə, məhkəmənin özünün müəyyən etdiyi bütün faktiki hallar məhkumun müsbət istiqamətdə dəyişdiyini, sosial davranışının qənaətbəxş olduğunu və cəzanin məqsədlərinə nail olunması istiqamətində irəliləyiş əldə etdiyini göstərir. Lakin məhkəmə həmin halların hüquqi nəticəsini çıxarmamış, öz qərarında sadaladığı müsbət hallara baxmayaraq, tam əks nəticəyə gəlmişdir. Bu isə məhkəmə qərarının daxili məntiqinin pozulması deməkdir Məhkəmə kollegiyasının iclasında məhkum və onun qanuni nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək cəzadan şərti olaraq vaxtında əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müdafiəçi apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, hüquqlarını müdafiə etdiyi Ərizəni verən şəxs əməlindən peşmandır, cəzanın çoxunu çəkmişdir. Cəzanın icrası ilə bağlı hər hansı pozuntu etməmişdir, hazırda yetkinlik yaşına çatmamış, eyni zamanda ali təhsil almaq üçün hazırlaşır, bu kimi hallar nəzərə alaraq birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Gəncə şəhər Probasiya Şöbəsinin nümayəndəsi məhkum Ərizəni verən şəxs cəza çəkdiyi dövrdə müsbət xarakterizə olunduğunu və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsinin məqsədəuyğun olduğunu bildirdi. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallar yalnız apellyasiya şikayətinin və ya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə şikayətin və ya protestin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə proses tərəflərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edərkən, məhkəmə məhkumun üzərinə, bu Məcəllənin 70.5-ci maddəsində nəzərdə tutulmuş və cəzanın çəkilməmiş müddəti ərzində onun tərəfindən icra edilməli olan vəzifələr qoya bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin ## ####### 2010-cu il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, bu xarakterli müracətlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş müddətini çəkməməsinin müəyyən olunması həmin müraciətin rədd olunmasına şərtsiz əsasdır. Cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsi isə özlüyündə müraciətin rədd olunması üçün şərtsiz əsas deyil. Məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırılmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qeyd olunan qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışını, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür. Bununla belə, Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, bu sahədə olan qanun normalarının mənasına görə məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətdən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır. Hazırki işin halından məlum olur ki, Ərizəni verən şəxs məhkəmə tərəfindən cəza təyini zamanı CM-in ədalət və humanizm prinsipləri əsas götürülməklə güzəştlər edilmiş, ona yüngül cəza təyin edilmişdir. Ərizəni verən şəxs cəza təyin edildikdən sonra heç bir qanun pozuntusu etməməsi təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən kollegiya hesab edir ki, məhkəmə işin faktiki halları və hüququn tətbiqi ilə bağlı hissələrdə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, bu qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. Müvafiq olaraq kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 407-410, 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Məhkum Ərizəni verən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*- ***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-7)-49/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-7)-49/2026
07.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver