Məhkəmə qərarları › İş №7(3-7)-50/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-7)-50/2026

04.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 7(3-7)-50/2026 04.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Məhkum Məhkum və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) X2 iştirakları ilə MÜƏYYƏN ETDI: Məhkum Məhkum məhkəməyə ərizə ilə müraciət edərək, ona təyin olunmuş 02 il müddətinə nəqliyyat vasitəsinin idarə etmək hüququndan məhrum etmə əlavə cəzanın qalan hissəsindən azad edilməsinə dair məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. IŞIN HALLARI: Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması, əlavə cəza olaraq təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməsi və başlanğıcının əsas cəzanın çəkilib qurtardığı gündən sonra hesablanması, hökmün icrasının yaşayış yeri üzrə Göygöl rayon Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. “Amnistiya aktının tətbiq edilməsi” barədə ##.##.2026-cı il tarixli qərardan görünür ki, “Konstitusiya və Suverenlik ili” münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisin ##.##.2025-ci il tarixli Qərarın 2.2-ci bəndinə əsasən məhkum Məhkum əsas cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Məhkum ##.##.1963-cü ildə anadan olmuş və Azərbaycan Respublikasının vətandaşıdır. “Yaşayış yeri üzrə qeydiyyat” haqqında ******* nömrəli, ##.##.2026-cı il tarixli arayışdan görünür ki, Məhkum ##.##.2013-cü il tarixdən Göygöl rayonu, Nadel kəndində qeydiyyatdadır. Göygöl Rayon Icra və Probasiya Şöbəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışdan görünür ki, Məhkum Gəncə Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli hökmünə əsasən 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum ##.##.2025-ci il tarixli “Amnistiya və Suverenlik Ili” münasibətiylə amnistiya elan edilməsi haqqında qərara əsasən 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilmiş və əlavə cəzasının müddət axımının hesablanması başlanılmış, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının 06 (altı) ay 27 (iyirmi yeddi) gününü çəkmiş, 01 (bir) il 05 (beş) ay 03 (üç) gün çəkilməmiş cəzası qalmışdır. Cəza müddətinin sonu ##.##.2027ci il tarixdə başa çatır. Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında materiala baxan Göygöl Rayon Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkəmənin qərarından məhkum Məhkum apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun problemi sürücülük hüququna qoyulan məhdudiyyətin aradan qaldırılması ilə bağlıdır. Bu gün onun 63 yaşı var, heç bir yerdə işlə təmin olunmur, yeganə ailəsinin saxlanmasına qazanc yeri avtomaşınla taksi xidməti göstərməkdir. Ona görə də qeyd edilənləri nəzərə alaraq nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasından vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin olunmasını xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında məhkum Məhkum və onun müdafiəçisi şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etdilər və şikayətin təmin edilməsini xahiş etdilər. Əlavə olaraq məhkum göstərdi ki, onun 4 yetkinlik yaşına çatmış övladı var. Məhkəmə kollegiyasının iclasında cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru prokuror1 şikayətin dəlillərinə etiraz edərək şikayətin əsassız olduğunu və şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, cinayət qanunvericliyində və cəzaların icrası məcəlləsində məhkumun ailə vəziyyəti ilə əlaqədar onun üzərinə qoyulmuş həmin əlavə cəzanın onun üzərindən götürülməsi ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. HÜQUQI MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə müqayisəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin qərarı qanuni olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iş materialında olan sənədləri və birinci instansiya məhkəməsinin qərarında təsvir olunan xüsusatları yenidən təkrarlamağa zərurət görmədən belə nəticəyə gəlir ki, məhkum Məhkum Gəncə Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli hökmünə əsasən 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ##.##.2025-ci il tarixli “Amnistiya və Suverenlik Ili” münasibətiylə amnistiya elan edilməsi haqqında qərara əsasən 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından azad edilmiş və əlavə cəzasının müddət axımının hesablanması başlanılmışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkum Məhkum 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının 06 (altı) ay 27 (iyirmi yeddi) gününü çəkmiş, 01 (bir) il 05 (beş) ay 03 (üç) gün çəkilməmiş cəzası qalmışdır. Cəza müddətinin sonu ##.##.2027-ci il tarixdə başa çatır, ona görə də kollegiya hesab edir ki, məhkumun əlavə cəza üzrə çəkdiyi cəza üzrə vaxtı məhkumun islah olunması üçün yetərli bir vaxt deyildir. Cəzaların Icrası Məcəlləsinin 170.1 və 170.2-ci maddələrinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Mülahizə ilə birlikdə məhkəməyə məhkumun şəxsi işi də göndərilir. Məhkum Məhkum tərəfindən birinci instansiya məhkəməsində müdafiə etdiyi şikayəti dəlilləri ilə apellyasiya məhkəməsinə təqdim etdiyi şikayəti dəlilləri ilə eynidir. Ona görə də qanunvericilikdə yalnız cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlindiyi halda cəzanın çəkilməsindən azad edilməsi nəzərdə tutulmuşdur. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə olan sənədlərdən göründüyü kimi məhkum Məhkum nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasından vaxtından əvvəl azad edilməsi üçün əsaslar hazırda mövcud deyil. Buna görə də, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan nəticəsi qanuni və əsaslı olmuşdur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum tərəfindən hökmlə onun üzərinə qoyulmuş əlavə cəzanın onun üzərindən götürülməsinə dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı olmuşdur, eyni zamanda apellyasiya şikayəti təmin edilməməli və məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. CPM-nin 407.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397.1, 398.1.1, 399.3, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar