Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 7(3-7)-51/2026 11.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Məhkum Ərizəni verən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Məhkum Ərizəni verən şəxs cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Goranboy rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı hökmü ilə Ərizəni verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmlə cəzaçəkməsinin əvvəli ##.##.2024-cü il tarixdən müəyyən edilmişdir. Məhkum Ərizəni verən şəxs Gəncə Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, cəzasının qalan hissəsini çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə məhkum Ərizəni verən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan məhkum apellyasiya şikayəti verərək, işinə yenidən baxmaqla, ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-***/**** saylı qərarından narazıdır və qərarı ədalətli hesab etmir. Ona görə də işinə yenidən baxılması və daha ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkumun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Istintaq Təcridxanasının rəhbərliyinə məlumat verilməsinə baxmayaraq * saylı Istintaq Təcridxanasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndənin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası işə * saylı Istintaq Təcridxanasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş apellyasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçisinin, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması və verilmiş apellyasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmışdır. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Belə ki, iş materiallarında olan Goranboy rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı hökmü ilə Ərizəni verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Ərizəni verən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmış, Ərizəni verən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Cəzaçəkmə müddətinin əvvəli ## ###### 2024-cü il tarixdən hesablanmışdır. Iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-276/2025, ## ### 2025-ci il tarixli qərarı ilə Goranboy rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı hökmü dəyişdirilmiş, Ərizəni verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Iş materiallarında olan Gəncə şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə Ərizəni verən şəxs barəsində “Konstitusiya və Suverenlik Ili münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025ci il tarixli Qərarının 3.1-ci yarımbəndi tətbiq edilmiş və ona Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, təyin edilmiş 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmışdır. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Istintaq Təcridxanası tərəfindən verilmiş ##.##.2026-cı il tarixli mülahizədən görünür ki, məhkum Ərizəni verən şəxs əməyə münasibəti yaxşıdır. Təcridxanada keçirilən ictimai işlərdə işləyir, zəhmətkeşdir, təcridxananın həyətyanı sahəsində abadlıq işlərində fəallıq göstərmişdir. Keçirilən tədbirlərdə fəal iştirak edir, məişətdə səliqəlidir. Asudə vaxtlarında mədəni-kütləvi tədbirlərdə fəal iştirak edir, kitab və qəzet materiallarından istifadə edir. Törətdiyi cinayət əməlinə və cəzalandırılmasına münasibəti: Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olduğunu bildirir, azadlıqda layiqli vətəndaş olacağına söz verir. Psixoloji xüsusiyyətləri: Sakitdir, intizamlıdır, çalışqandır, verilən tapşırıqları vaxtında yerinə yetirir. Yaxın qohumlarına və ailəsinə münasibəti: Ailəsi və yaxın qohumları ilə əlaqə saxlayır. Həvəsləndirilməsi: Məhkum Ərizəni verən şəxs təcridxana rəhbərliyi tərəfindən ##.##.2025-ci il tarixdə təcridxanada nümunəvi davranışına, əməyə və təhsilə vicdanlı münasibətdə fərqləndiyinə görə “Təşəkkür", ##.##.2025-ci il tarixdə təcridxanada nümunəvi davranışına, əməyə və təhsilə vicdanlı münasibətdə fərqləndiyinə görə “Təşəkkür”, ##.##.2025-ci il tarixdə təcridxanada nümunəvi davranışına, əməyə və təhsilə vicdanlı münasibətdə fərqləndiyinə görə “Əlavə telefon danışığına izacə”, ##.##.2024-cü il tarixdə # ######## 2024-cü il növbədənkənar Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə fəal iştirakını nəzərə alaraq “Əlavə qısa müddətli görüş”, ##.##.2025-ci il tarixdə nümunəvi davranışda, əməyə və təhsilə vicdanlı münasibətdə fərqlənmiş, həmçinin təcridxanada təşkil olunmuş Şahmat və Dama yarışlarında fəal iştirak etdiyi üçün “Təşəkkür”, ##.##.2025-ci il tarixdə təcridxanada nümunəvi davranışına, əməyə və təhsilə vicdanlı münasibətdə fərqləndiyinə görə “Təşəkkür” elan edilməklə həvəsləndirilmişdir. Tənbehi: Yoxdur. Komissiyanın qərarı: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı komissiyasının ## #### 2026-cı il tarixli qərarına dair tərtib olunmuş ** saylı protokola əsasən məhkum Ərizəni verən şəxs barəsində məhkəməyə təqdim olunması üçün mənfi rəy verilmişdir. Nəticə: Məhkum Ərizəni verən şəxs törətdiyi cinayətin təhlükəlilik dərəcəsi nəzərə alınaraq onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədəmüvafiq hesab edilmir. Iş materiallarında olan Azərbaycan Respublikası DIN-nin Baş Əməliyyat və Statisika Införmasiya Idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Bələrov Ələddin Bəylər oğlu Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3000 manat cərimə cəzasına məhkum edilmiş, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarı ilə cərimə cəzası 328 saat ictimai işlər cəzası ilə, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli qərarı ilə 328 saat ictimai işlər cəzası 02 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, həmin cəzası ##.##.2020-ci il tarixdə başa çatmışdır. Bundan başqa, Bələrov Ələddin Bəylər oğlu Gəncə Şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının müddəti ##.##.2023-cü il tarixdə başa çatmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.4.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsinin növü qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə hökmünün icrası zamanı dəyişdirilə bilər. Azərbaycan Respublikasının CPM-nin 509.1.5-ci maddəsinə əsasən məhkum cəzaçəkmə və ya tərbiyə müəssisələrinin növünün dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının CPM-nin 514.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssəsinə keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 514.3-cü maddəsinə əsasən məhkəmə cəzaçəkmə və ya tərbiyə müəssisəsinin növünün dəyişdirilməsindən imtina etdikdə belə müraciətə təkrarən baxılmasına müraciətin rədd edilməsi haqqında məhkəmə qərarı çıxarıldığı gündən azı 6 (altı) ay keçdikdən sonra yol verilir. Azərbaycan Respublikasının Cəzaların Icrası Məcəlləsinin 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən müsbət xarakterizə edilən məhkumlar cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2.3-cü maddəsinə əsasən ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2.4-cü maddəsinə əsasən az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdə keçirilə bilərlər. Birinci instansiya məhkəməsi məhkum tərəfindən verilmiş ərizəni iş materialları, məhkumun şəxsi işi, toplanmış sübutlar və qanunvericiliyin müvafiq normaları ilə birlikdə təhlil edərək hesab etmişdir ki, məhkum Ərizəni verən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə dair məhkum tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Bu gəldiyi nəticəni məhkəmə onunla əsaslandırmışdır ki, məhkum Ərizəni verən şəxs hazırkı cinayət hadisəsindən əvvəl də dəfələrlə talama cinayətlərinə görə məsuliyyətə cəlb edilmişdir (əsas şəxsi işdə olan tələbnamə). Bundan əlavə şəxs işdən də göründüyü kimi, Ərizəni verən şəxs cəza çəkdiyi cinayət işi üzrə zərərçəkmiş şəxslə barışmamış, vurulmuş zərərin aradan qaldırılması istiqamətində heç bir addım atmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəni verən şəxs hələ islah olunmamış, bunu cəzaçəkdiyi müddətdə sübut etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məkəməsinin mövqeyi ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. Cinayət qanunvericiliyinin müddəalarına görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunun yuxarıda qeyd edilən müddəalarında təsbit edildiyi kimi cəza, sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Azərbaycan Respublikası CM-in 41.1 və 41.2-ci maddələri). Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 509.1-ci maddəsinin həmin Məcəllənini 520.7ci maddəsi ilə əlaqəli şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025-ci il tarixli Qərarında göstərmişdir ki, sosial ədalətin bərpası məqsədi ilə bağlı qeyd edilməlidir ki, cinayət cəmiyyət tərəfindən qəbul edilən dəyərlər sistemini pozan ictimai təhlükəli hərəkət olduğundan bu nəticələri aradan qaldırmaq sosial ədalətin bərpasına xidmət edir. Sosial ədalətin bərpası cəmiyyətin şüurunda hüquq pozuntusunun nəticəsiz qalmayacağına dair inamı formalaşdırmaqla, onun hüquqa olan etimadını gücləndirir, habelə cəmiyyətdə dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına dair əminliyi təmin etmiş olur. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, törədilmiş əməl ilə onun ictimai təhlükəlilik dərəcəsi və xarakteri, onu törədən şəxsin şəxsiyyəti arasında olan proporsionallıq cinayət cəzasının ədalətlilik meyarı kimi çıxış edir. Bu baxımdan o halda “sosial” ədalətin bərpası məqsədinə nail oluna bilər ki, təyin edilmiş cəza zərər çəkənin mənafeləri də nəzərə alınmaqla cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun olsun və yalnız zərərçəkmiş şəxsdə deyil, bütövlükdə cəmiyyətdə ədalətin bərqərar olduğuna əminlik yaratsın. Cəzanın bir-birilə əlaqəli olan üç məqsədindən biri kimi sosial ədalətin bərpası əsasən cəzanın təyin olunması ilə bağlı olsa da, digər iki məqsədinə-məhkumun islah edilməsinə və yeni cinayətlərin törədilməsinin qarşısını alınmasına bilavasitə təyin edilmiş cəzanın icrası prosesində nail olunmağa çalışılır. Cəzanın mühüm məqsədlərindən olan məhkumların islah edilməsi onların törətdikləri əməlin təhlükəliliyini dərk etməsi, gələcəkdə bu cür davranışlardan çəkinməsi və cəmiyyət üçün faydalı bir üzvə çevrilməsi üçün islahedilmə vasitələrinin tətbiqinə yönələn proses olmaqla, cəzaların çəkilməsinin prinsipləri, qayda və şərtləri ilə bağlı məsələlər birbaşa qanunvericiliklə tənzimlənir. Cəzanın icrası prosesi cəzanın qanunauyğun surətdə çəkilməsinə və onun məqsədlərinin həyata keçirilməsinə xidmət etdiyindən, məhkumların hüquqi və sosial reabilitasiyasına yönələn stimullaşdırıcı normaların tətbiqi də dövlət tərəfindən müəyyən olunan cəzanın icra mexanizminin tərkib hissəsini təşkil edir. Qeyd olunanları, o cümlədən, məhkum Ərizəni verən şəxs törətdiyi cinayətin xarakterini, onun əvvəllər eyni kateqoriyadan olan cinayət əməllərini törətməsinə görə dəfələrlə məhkum edilməsini, cinayət nəticəsində vurduğu zərərin ödənilməməsini (məhkum tərəfindən həmin zərərin cüzi bir hissəsi ödənilmişdir), şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq birinci instansiya məhkəməsi kimi, məhkəmə kollegiyası da hesab edir ki, cəzanın məqsədləri baxımından məhkumun islah olunduğunu və məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməyə hazır olduğunu qəbul etmək üçün hazırda kifayət qədər əsaslar yoxdur. Qeyd edilənlər cəzaçəkmə müəssisəsinin mülahizəsində və eləcə də xasiyyət-namədə məhkumun davranışı ilə bağlı göstərilənlərin formal xarakter kəsb etməsini və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə əsasların olmadığı qənaətinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası məhkum Ərizəni verən şəxs məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini nzərə alaraq hesab edir ki, hazırki halda onun ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi cəzanın məqsədlərinə nail olunması prinsiplərinə ziddir, onun tam islah olunması və başqa şəxslərə təsiri baxımından cəzanın məqsədlərinə nail olunmasını təmin etmir. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir: “Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışını, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür. Həmin Qərarda məhkəmələrə izah olunmuşdur ki, bu xarakterli müraciətlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş müddətini çəkməməsinin müəyyən olunması həmin müraciətin rədd olunmasına şərtsiz əsasdır. Cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsi isə özlüyündə müraciətin rədd olunması üçün şərtsiz əsas deyil. Məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Bundan başqa, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunubolunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər”. Həmin Qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, məhkumun törətdiyi cinayətə münasibəti işin digər halları ilə birlikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməyə və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsinə, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə maneə ola bilər. Iş materiallarından görünür ki, şikayətdə göstərilən məsələlər birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırılmış, məhkəmə işin faktiki halları üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd olunan halların nəzərə alınaraq təmin edilməsi üçün heç bir qanuni əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətində qeyd olunan mülahizə xarakterli nəticələri qanunun tələbindən irəli gəlmədiyindən, şikayətdə irəli sürülən dəlillərlə razılaşmır, Ərizəni verən şəxs cəzasının çəkilməmiş qalan hissəsinin, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsinə dair ərizəsinin təmin edilməməsi barədə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarını əsaslı və qanuni hesab edir və apellyasiya şikayətinin təmin edilməsi, qərarın dəyişdirilməsi və ya ləğv olunması üçün hüquqi əsaslar görmür. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398.1.1, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-7)-51/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-7)-51/2026
11.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver