Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 7(3-8)-12/2026 17.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar İdarəsinin prokuroru X1, məhkum Rəsulov İlkin Mahir oğlunun və məhkumun müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2021-ci il tarixli hökm üzrə əlavə cəzanın çəkilməmiş hissəsindən azad edilmə barədə ərizə üzrə materiala dair Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-ci il tarixli qərarından məhkum Rəsulov İlkin Mahir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Rəsulov İlkin Mahir oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2021-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkilməsinə məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin ## ### 2021-ci il tarixdən hesablanmaqla, cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkməyi hökm edilmişdir. Məhkum Rəsulov İlkin Mahir oğlu,onun nümayəndəsi və vəkili Nümayəndə çəkilməmiş qalan əlavə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2021-ci il tarixli, 1 (101 )-***/**** saylı hökmü ilə mənim Azərbaycan Respublikası CMnin 263.3-cü maddəsi ilə təqsirli bilinməyim, 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkilməsinə məhkum edilməyim, cəzaçəkmə müddətinin əvvəlinin ## ### 2021ci il tarixdən hesablanmaqla, cəzamı məntəqə tipli cəzaçəkmə müəssəsində çəkməyi hökm edilmişdir. Cəzasının xeyli hissəsini çəkdikdən sonra ##.##.2026-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.2 bəndinə əsasən mənə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir.. Yəni ## ### 2021- ci ildən ## ###### 2025-ci ilədək əsas cəzasını çəkmişdir. Hal-hazırda əlavə cəzasını çəkir və çox hissəsini çəksə də hazırda 02 il çəkilməmiş əlavə cəza - nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə cəzası çəkilməmişdir. Bu cəzanın üzərində saxlanılması ona bir sıra problemlər yaradır. Belə ki, taksi sürücüsü işləyib ailəni dolandırmaq istəsədə, bu cəzanın üzərində saxlanılması ona bir sıra problemlər yaradır. Ona görə də hazırki ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-ci il tarixli qərarı (hakim E.Əliyev) ilə məhkum Rəsulov İlkin Mahir oğlunun və onun vəkili Nümayəndə məhkumun təyin edilmiş əlavə cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Məhkum Rəsulov İlkin Mahir oğlu qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2021-ci il tarixli, 1 (101 )-***/**** saylı hökmünə əsasən Azərbaycan Respublikası CMnin 263.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkilməsinə məhkum edilməyi, cəzaçəkmə müddətinin əvvəlinin ## ### 2021-ci il tarixdən hesablanmaqla, cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkməyi hökm edilmişdir. O, cəzanın xeyli hissəsini çəkdikdən sonra 09.01,2026-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.2 bəndinə əsasən ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, yəni ## ### 2021-ci ildən ## ###### 2025-ci ilədək əsas cəzasını çəkmişdir. Hal-hazırda əlavə cəzasını çəkir və çox hissəsini çəksə də hazırda 02 il çəkilməmiş əlavə cəzası - nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə cəzası çəkilməmişdir. Bu cəzanın üzərində saxlanılması ona bir sıra problemlər yaradır. Belə ki, taksi sürücüsü işləyib ailəsini dolandırmaq istəsə də, bu cəzanın üzərində saxlanılması ona bir sıra problemlər yaradır. Ona görə də hazırki ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. O, hazırda məhkəmə hökmü ilə təyin olunmuş 02 (iki) il 06 (altı) ay nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum etmə cəzasının müəyyən hissəsini - konkret olaraq 06 aydan çoxunu çəkmişdir. Əsas cəzasını çəkdiyi müddət ərzində heç bir rejim pozuntusuna yol verməmiş, -- müəsissədə keçirilən mədəni-kütləvi tədbirlərdə və müəssisədə aparılan abadlıq işlərində fəal iştirak etmişdir. Törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirir və özünə qarşı tənqid hissi formalaşmışdır. O, həmişə ailəsini sürücülük etməklə dolandırmış, bugünkü gündə onun sürücülük vəsiqəsinin olmaması ona və ailəsinə çoxlu problemlər yaradır, özündə hadisə zamanı güclü xəsarət aldığından başqa işlə işləyə bilmir, ona görə onun yeganə qazanc gətirə biləcəyi yer sürücü işləməkdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini cinayət Qanunvericiliyində məhkum olunmuş şəxsin yalnız əlavə ccəzadan azad olunması müddəası nəzərdə tutulmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, materialı tədqiq edib, apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Rəsulov İlkin Mahir oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2021-ci il tarixli, 1 (101 )-***/**** saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkilməsinə məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin ## ### 2021-ci il tarixdən hesablanmaqla, cəzasımı məntəqə tipli cəzaçəkmə müəssəsində çəkməyi hökm edilmişdir. Cəzasının xeyli hissəsini çəkdikdən sonra ##.##.2026ci il tarixdə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.2 bəndinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Yəni ## ### 2021-ci ildən ## ###### 2025-ci ilədək əsas cəzasını çəkmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 76.1-ci maddəsinə görə məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər 76.3.1-1-ci maddəsinə görə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdən sonra tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 519.1-ci maddəsinə əsasən məhkumun yaşayış yeri üzrə məhkəmə cəzaları icra edən müəssisənin və ya orqanın təqdimatı əsasında hökmün və ya məhkəmənin digər yekun qərarının icrası ilə əlaqədar aşağıdakı məsələlərə baxır, onlardan biri də şərti məhkumetmə zamanı sınaq müddətinin uzadılması, şərti məhkum edilmiş şəxsin üzərinə qoyulmuş vəzifələrin dəyişdirilməsi, habelə şərti məhkumetmənin və ya şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi, məhkumun məhkəmənin hökmü ilə təyin edilmiş cəzanın çəkilməsi üçün göndərilməsi barədə mraciətlərdir. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanıçəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun **/**** saylı, ## ####### 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, bu sahədə olan qanun normalarının mənasına görə məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin novünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətdən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır. Həmin Qərarın 8-ci bəndinə görə cinayət qanunvericiliyinin müddəalarına görə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması tətbiq edilərkən məhkəmə məhkumu əlavə cəzadan da tamamilə və ya qismən azad edə bilər. Ona görə də məhkəmələr qeyd edilən müraciətlərə baxarkən məhkumun təyin olunmuş əlavə cəzadan da azad olunub-olunmaması məsələsini müzakirə etməli, həmin məsələnin təmin və rədd edilməsinin, habelə təmin etdiyi halda tamamilə və ya qismən təmin etməsinin səbəblərini əsaslandırmalıdır. Göründüyü kimi, istinad edilən qanun normasının tələbindən göründüyü kimi məhkum əlavə cəzadan tamamilə və qismən yalnız o halda azad oluna bilər ki, əsas cəzadan da şərti olaraq vaxtından əvvəl azad edilmiş olsun. Belə ki, Amnistiya aktına əsasən əsas cəzadan azad edilmiş şəxsin əlavə cəzadan azad edilməsi nəzərdə tutulmamışdır. Məhkum Rəsulov İlkin Mahir oğlu əsas cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə institutunun tətbiqi nəticəsində deyil, amnistiya aktına əsasən azad edilmişdir və bu hal onun əlavə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün hüquqi əsas kimi çıxış edə bilməz. Digər tərəfdən müdafiə tərəfinin istinad etdiyi Ali Məhkəmənin Plenum Qərarının müddəalarında da məhkumun əlavə cəzadan azad edilməsi imperativ norma kimi nəzərdə tutulmamışdır. Belə olan halda məhkum Rəsulov İlkin Mahir oğlunun və onun müdafiəçisinin məhkumun əlavə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsi təmin edilməməlidir. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı kollegiya qeyd edir ki, ərizə verən şəxsin hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, apellyasiya instansiyası məhkəməsində Rəsulov İlkin Mahir oğluna göstərilmiş 4 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına 44 (qırx dörd) manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.2, 407.2 və 410cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-ci il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum Rəsulov İlkin Mahir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Rəsulov İlkin Mahir oğlunun apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil Müdafiəçi 4 (dörd) iş saatına görə 44 (qırx dörd) manat məbləğində pul vəsaiti Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-8)-12/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-8)-12/2026
17.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver