Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 7(3-8)-13/2026 01.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X10 (sədrlik edən və məruzəçi), Məmmədov Bilal Mahir oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Abdullayeva Naibə İlham qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X5, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Maraqlı şəxs nümayəndəsi X2, Məhkum Seyidov İsmayıl Bağır oğlunun və onun müdafiəçisi X1 iştirakları ilə, Məhkum Seyidov İsmayıl Bağır oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Qobustan Rayon Məhkəməsinin *(*- ***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarından məhkum Seyidov İsmayıl Bağır oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Maraqlı şəxs cəza çəkən məhkum Seyidov İsmayıl Bağır oğlu ərizə ilə məhkəməyə müraciət edərək cəza müddətinin 2/3 hissəsindən çoxunu çəkdiyini nəzərə alıb cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2022-ci il tarixli, *(***)-***/**** saylı hökmünə əsasən azadlıqdan məhrum etmə cəzası çəkən məhkum Seyidov İsmayıl Bağır oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsindən narazı qalan məhkum Seyidov İsmayıl Bağır oğlu apellyasiya şikayəti verərək Qobustan Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarının ləğv edilərək cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qobustan Rayon Məhkəməsi qərar qəul edərkən formal əsaslara söykənmiş, gəldiyi nəticəni obyektiv olmayan və işdə olan sübutlarla təsdiqlənməyən mülahizələr üzərində qurmuşdur. Məhkəmənin qərarı şəxsiyyəti, ailə vəziyyəti, islah olunmağı, davranışın, cəza çəkmə müəssisəsi tərəfindən verilmiş müsbət rəy, cinayət qanunun tələbləri və sairə müsbət xarakterli kriteriyaları nəzərə alınmadan qəbul edilmişdir. Onun 46 yaşı var. Ailəlidir. Həyat yoldaşı, övladları, nəvəsi vardır. Ailə üzvləri ilə birlikdə yaşayır və ailə başçısıdır. Ailə başçısı olaraq üzərinə düşən vəzifələri yerinə yetirir, qohumları və qonşuları, yaxın cəmiyyət üzvləri arasında hörmətə malikdir. Cinayət əməlini ağır həyat çətinlikləri səbəbindən törətməyə məcbur olmuşdur. Əməlindən səmimi peşman olub təqsirini etiraf etmiş, istintaq və məhkəməyə iş üzrə həqiqəti müəyyən olunmasında səmimi olmuşdur. Cəzaçəkmə müəssisələrinin davranış qaydalarına ciddi əməl etmiş, rejim qaydalarını pozmamış və nümunəvi davranışı ilə xüsusi fərqlənmişdir. Buna uyğun olaraq cəzaçəkmə müəssisəsi tərəfindən müsbət rəy təqdim olunmuşdur. Məhkum Seyidov İsmayıl Bağır oğlu və onun müdafiəçisi X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Qobustan Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarının ləğv edilərək cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Maraqlı şəxs nümayəndəsi X2 çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən prokuror X5 çıxış edərək apellyasiya şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası təqdim edilmiş iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qobustan Rayon Məhkəməsinin *(*-***)- **/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Maraqlı şəxs məhkum Seyidov İsmayıl Bağır oğlunun barəsində məhkəməyə təqdim etdiyi ## ##### 2026-cı il tarixli mülahizədən və məhkumun şəxsi işindən göründüyü kimi, məhkum Seyidov İsmayıl Bağır oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- ***/**** nömrəli, ## ### 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 234.4.3-cü maddəsi ilə 06 il müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasının əvvəli – ## #### 2021-ci il, cəzasının sonu – ## #### 2027-ci il. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı ilə məhkum Seyidov İsmayıl Bağır oğlu cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün X4 müəssisəsinə keçirilmiş, ## ###### 2025-ci il tarixdə Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsi tərəfindən Xidmətin Maraqlı şəxs göndərilmiş və müəssisənin qeydiyyatına alınmışdır. Məhkum Seyidov İsmayıl Bağır oğlu * saylı MTCM-də cəza çəkdiyi müddətdə ona daxili intizam qaydaları ətraflı izah edilmişdir. * saylı MTCM-də cəza çəkdiyi müddət ərzində Daxili İntizam Qaydaları ilə müəyyən edilmiş məhkumların davranış qaydalarına ciddi əməl etmiş, rejim pozuntusuna yol verməmiş, nümunəvi davranışı ilə fərqlənmişdir. Məhkum törətdiyi əməli etiraf edir və əməlindən peşmançılıq hissi keçirdiyini bildirir. Əməyə münasibəti müsbətdir. Ailəsi və yaxınları ilə mütəmadi əlaqə saxlayır. Kollektivçilik ənənələrinə və birgəyaşayış qaydalarına hörmətlə yanaşır. Asudə vaxtlarını səmərəli təşkil edir və kütləvi-informasiya vasitələrini izləyir. Məhkum yoldaşları ilə mehriban və səmimi münasibət qurub, ünsiyyətliliyi, sadəliyi ilə əməkdaşların hörmətini qazanıb. Verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirir. Cinayət işi üzrə dövlətə olan 109 manat borcu ödənilmişdir. Məhkum Seyidov İsmayıl Bağır oğlu * saylı MTCM-də cəza çəkdiyi müddət ərzində barəsində tənbeh tədbiri tətbiq edilməmiş, 1 dəfə həvəsləndirmə tədbiri tətbiq edilmişdir: 1) ## ###### 2025-ci il tarixdə “MTCM-nin ərazisindən kənarda keçirilmə”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun X4 müəssisəsinə keçirilməsi ilə bağlı tənzimləmədə səmərəliliyin artırılması, prosedurların optimallaşdırılması və nəzarət mexanizmlərinin gücləndirilməsini təmin etmək məqsədilə yaradılmış Komissiya tərəfindən ## ##### 2026cı il tarixdə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması məsələsinə baxılmış, ** saylı protokol ilə barəsində müsbət rəy verilmişdir. Məhkum Seyidov İsmayıl Bağır oğlu təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının 2/3 hissəsindən artıq müddətini çəkmişdir. 06 il cəzanın çəkilməmiş qalan hissəsi 01 il 01 ay 18 gün təşkil edir. Məhkum Seyidov İsmayıl Bağır oğlu müəssisədə cəza çəkdiyi müddət ərzində müsbət cəhətdən xarakterizə olunur və islah yoluna qədəm qoymuşdur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 167.0.3-cü maddəsini rəhbər tutaraq məhkum Seyidov İsmayıl Bağır oğlu cəzadan şərti olaraq vaxtından əvvəl azad edilə bilər. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2022-ci il tarixli, *(***)-***/**** saylı hökmündən görünür ki, həmin hökmlə Seyidov İsmayıl Bağır oğlu CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Seyidov İsmayıl Bağır oğlunun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, 7(005)- ***/**** saylı qərarından görünür ki, həmin qərarla ərizə və təqdimat təmin olunaraq, məhkum Seyidov İsmayıl Bağır oğlunun cəzasının çəkilməmiş qalan müddətini çəkmək üçün X4 müəssisəsinə keçirilməsi qərara alınmışdır. Şəxsi işə əlavə edilmiş ## ###### 2025-ci il tarixli bildirişdən görünür ki, məhkum Seyidov İsmayıl Bağır oğlu ## ###### 2025-ci ildən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Maraqlı şəxs qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. 76.3-cü maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3. xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəza çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli, **/**** saylı qərarında qeyd edilir ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər Həmin qərarda qeyd olunmuşdur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. ... Məhkəmələr nəzərə almalıdırlar ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş şəxslərin üzərinə qanunda nəzərdə tutulmuş vəzifələrin qoyulması onları şərti olaraq cəzadan azad edildikləri müddətdə hüquqa zidd hərəkətlərdən çəkindirmək, habelə cəmiyyətə reinteqrasiya edilmələri üçün mühüm vasitələrdən biridir. Həmin qərarda göstərilmişdir ki, qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışı, əməyə münasibətini və cəzaçəkmə müəssisənin mülahizəsini əsas amil kimi irəli sürür. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək qeyd edir ki, cinayət əməli törətmiş şəxsə cəza təyin edilməsinin əsas məqsədlərindən biri onun islah olunmasıdır. Cəza öz məqsədi çatmadan şəxsin həmin cəzanın qalan hissəsini çəkməkdən azad edildiyi halda həmin şəxsin cəmiyyətə yenidən inteqrasiyası zamanı müəyyən problemlər və çətinliklərin yaranmasına, yenidən cinayət törədilməsinə, eyni zamanda cəmiyyətin mövcud qanunvericiliyə və dövlət tərəfindən sosial ədalətin bərpasına dair gördüyü digər tədbirlərə inamını azaldılmasına səbəb ola bilər. Qeyd edilənlərə uyğun olaraq hazırkı iş üzrə məhkəmə kollegiyası hesab edir ki, Seyidov İsmayıl Bağır oğlu cəzanın tam çəkməsi zəruridir. Belə ki, məhkumun islah prosesində hər hansı bir müsbət nəticəyə və ya irəliləyişə nail olması nə məhkəmə iclasında verdiyi izahatında, nə də ki, şəxsi iş materiallarına əlavə edilmiş sənədlərdə öz əksini tapmadığı halda, təqdim edilmiş mülahizədə ümumi və şablon ifadələrə əsaslanmaqla, Seyidov İsmayıl Bağır oğlunun ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədə uyğun sayılmışdır. Digər tərəfdən məhkumun ailə üzvləri ilə əlaqə saxlaması onun islah olunmasına sübut hesab edilməməklə yanaşı, məhkum yoldaşları və müəssisə əməkdaşları ilə davranışda etik qaydalara riayət etmək məhkumun vəzifələridir. Bundan başqa, cəzaçəkmə müəssisəsi tərəfindən təqdim olunmuş mülahizəsində və məhkumun şəxsi iş materiallarında məhkumun müsbət xarakterizə edilməsinin, davranışının, əməyə münasibətinin nədən ibarət olması konkret göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsaslı hesab edilməlidir. Belə ki, qeyd edilən hallar məhkum tərəfindən verilmiş ərizənin təmin edilməsi üçün yetərli hesab edilə bilməz. Verilmiş apellyasiya şikayətinin dəlilləri isə yalnız formal əsaslardan ibarət olduğundan, heç bir halla və iş materialları ilə təsdiq olunmadığından əsaslı hesab edilə bilməz. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Qobustan Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən dövlət büdcəsindən ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Məhkum Seyidov İsmayıl Bağır oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Seyidov İsmayıl Bağır oğlunun apellyasiya instansiyası məhkəməsində hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil X1 44 (qırx dörd) manat məbləğində pul vəsaiti Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-8)-13/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-8)-13/2026
01.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver