Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 7(3-8)-14/2026 29.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (apellyasiya şikayətinin yekun baxışına dair) Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən kənar Icraatlar Idarəsinin böyük prokuroru X3, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Maraqlı şəxs nümayəndəsi R X1, məhkum Məhkum və onun müdafiəçisi - Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə dair material üzrə Qobustan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmiş, həmin ərizə əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Maraqlı şəxs ərizəyə aidiyyəti üzrə baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərmişdir. Qobustan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə (hakim S.İ.Mayılov) Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2023-cü il tarixli, *(***)-***/**** saylı hökmü ilə qəti olaraq 04 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan məhkum Məhkum tərəfindən apellyasiya şikayəti verilərək, Qobustan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının dəyişdirilərək cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunla müəyyən edilmiş şərti vaxtdan əvvəl azad etmə institutunun tətbiqi üçün tələb olunan müddəti, yəni təyin edilmiş cəzanın üçdə iki hissəsini çəkmişdir. Həmçinin cəza çəkdiyi müddət ərzində davranış qaydalarını pozmamış, intizam pozuntusuna yol verməmiş və müəssisə daxilində hər hansı problem yaratmamışdır. Məhkəmə qərar qəbul edərkən bu halları lazımi qaydada nəzərə almamışdır. Azadlığa buraxıldığı təqdirdə cəmiyyətə daha tez adaptasiya ola biləcək, əmək fəaliyyəti ilə məşğul olaraq zərərçəkmiş qarşısında qalan öhdəliklərini daha qısa müddətdə yerinə yetirmək imkanına malik olacaqdır. O, hazırda cəzaçəkmə müəssisəsində saxlanıldığı müddətdə kifayət qədər gəlir əldə edə bilmədiyindən qalıq borcun ödənilməsi imkanları məhduddur. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən kənar Icraatlar Idarəsinin böyük prokuroru X3 apellyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının qanuni, əsaslı və ədalətli olmasını bildirmiş, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Məhkum apellyasiya şikayətini müdafiə edib, əlavə olaraq qeyd etdi ki, vaxtından əvvəl cəzadan azad edilərsə hökm üzrə ödənilməli olan məbləği qısa zaman ərzində ödənilməsini təmin edə bilsin. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Məhkum müdafiəçisi müdafiəçi1 ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs nümayəndəsi R X1 qeyd etdi ki, nazirliyin xüsusi komissiyası tərəfindən mənfi rəy verildiyindən müəssisə tərəfindən verilmiş mülahizədə məhkumun vaxtından əvvəl şərti olaraq azad olunması məqsədəmüvafiq hesab edilməmiş, odur ki, qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxırlar. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, iş materiallarını şikayətin dəlillərini iş materialları ilə müqayisəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır ona görə ki, məhkumun cəzaçəkmədən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməsinə dair dəlilləri əsassızdır. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2023-cü il tarixli, *(***)-***/**** saylı hökmündən görünür ki, həmin hökmlə Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, onun 2019-cu il ###ın ##-dən 2020-ci il ####ın ##-dək tutulduğu 10 ay təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza kimi 04 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin başlanğıcının 2022-ci il ######un ##-dən hesablanması, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddiasının qismən təmin edilməsi, təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs xeyrinə 170684,96 manat maddi ziyan və ödənilmiş 460,68 manat dövlət rüsumu olmaqla, ümumilikdə 171145,64 manatın tutulması qərara alınmışdır. Şəxsi işə əlavə edilmiş ## ###### 2025-ci il tarixli bildirişdən görünür ki, məhkum Məhkum ## ###### 2025-ci ildən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Maraqlı şəxs qeydiyyata alınmışdır. Şəxsi işə əlavə edilmiş ## ###### 2025-ci il tarixli iş yerinə dair arayışdan görünür ki, Məhkum işəgötürən X2 ilə bağlanmış ## ###### 2025-ci il tarixli əmək müqaviləsi əsasında fəhlə kimi işləyir. Işdə surəti olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı Komissiyasının ## ##### 2026-cı il tarixli, ** nömrəli iclas protokolundan görünür ki, Komissiya tərəfindən məhkum Məhkum barəsində mənfi rəy verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.3 və 76.3.1-1-ci maddələrinə əsasən ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini həqiqətən çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər. CIM-nin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Mülahizə ilə birlikdə məhkəməyə məhkumun şəxsi işi də göndərilir. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunubolunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin novünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətdən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır. Məhkum apellyasiya şikayətində ilk növbədə cəzanın qanunla nəzərdə tutulmuş üçdə iki hissəsini çəkdiyini və buna görə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməli olduğunu göstərmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsində nəzərdə tutulmuş cəzanın müəyyən hissəsinin çəkilməsi cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmənin tətbiqi üçün zəruri şərt olsa da, bu hal özlüyündə həmin institutun tətbiq edilməsini şərtləndirmir. Məhkəmə yalnız formal müddət meyarını deyil, həm də məhkumun islah olunmasını, davranışını, törətdiyi əmələ münasibətini, cəzanın məqsədlərinə nail olunub-olunmamasını və iş üzrə bütün digər halları kompleks şəkildə qiymətləndirməlidir. Birinci instansiya məhkəməsi də məhz bu meyarlar əsasında qiymətləndirmə apararaq məhkumun tam islah olunması qənaətinə gəlməmişdir. Apellyasiya şikayətində məhkumun cəza çəkdiyi müddətdə intizam qaydalarını pozmaması, rejim tələblərinə əməl etməsi və müəssisədə problem yaratmaması göstərilsə də, bu hallar da şikayətin təmin olunması üçün kifayət etmir. Çünki rejim qaydalarına riayət etmək hər bir məhkumun qanunla müəyyən edilmiş vəzifəsidir və təkcə bu hal şəxsin tam islah olunmasını təsdiq edən müstəsna göstərici hesab edilə bilməz. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, müsbət xarakterizə olunma anlayışı yalnız intizam qaydalarına riayət etməklə məhdudlaşmır və şəxsin islah olunmasını təsdiq edən digər obyektiv göstəricilərlə də müşayiət olunmalıdır. Iş materiallarından görünür ki, məhkum barəsində məntəqə tipli cəzaçəkmə müəssisəsində olduğu müddətdə hər hansı həvəsləndirmə tədbiri tətbiq edilməmiş, həmçinin Ədliyyə Nazirliyinin müvafiq Komissiyası tərəfindən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəuyğun hesab edilməmiş və bu barədə mənfi rəy verilmişdir. Birinci instansiya məhkəməsi həmin rəyi digər sübutlarla birlikdə qiymətləndirərək əsaslandırılmış nəticəyə gəlmişdir. Məhkumun azadlığa buraxılacağı təqdirdə işləyərək zərərçəkmiş şəxs qarşısındakı öhdəliklərini daha qısa müddətdə yerinə yetirə biləcəyi barədə dəlili də kollegiya tərəfindən əsaslı hesab edilmir. Iş materiallarından müəyyən olunur ki, məhkum haqqında çıxarılmış hökmlə müəyyən edilmiş 171145,64 manat məbləğində maddi ziyanın yalnız cüzi hissəsini –təxminən 3000 manatını ödəmiş, öhdəliyin böyük hissəsi isə icra edilməmiş qalmışdır. Məhkumun gələcəkdə daha çox gəlir əldə edəcəyi və qalan borcu ödəyəcəyi barədə ehtimal xarakterli mülahizə onun hazırkı vaxtda tam islah olunması və cəzanın məqsədlərinə nail olunması nəticəsinə gəlmək üçün hüquqi əsas yaratmır. Birinci instansiya məhkəməsi bu halı da düzgün qiymətləndirərək cəzanın məqsədlərinin hələ tam həyata keçirilmədiyi qənaətinə gəlmişdir. Eyni zamanda kollegiya qeyd etməyi zəruri hesab edir ki, məhkumun şəxsi işindən göründüyü kimi Məhkum törətmiş olduğu əməlini qismən etiraf edir və ziyanın ödənilməsi istiqamətində ciddi tədbirlər görülməsinə nail olmamış, sadəcə azad olunacağı təqdirdə bu barədə əsaslı hərəkət edə bilməsini bildirir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, gəldiyi nəticəni kifayət qədər əsaslandırmışdır. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyət etibarilə birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış halların təkrarından ibarət olmaqla, məhkəmənin gəldiyi nəticənin yanlış olduğunu təsdiq edən yeni və ya təkzibedilməz hər hansı sübutla müşayiət olunmur. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməsi və Qobustan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının dəyişdirilməsi üçün hüquqi əsaslar müəyyən etmir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun nəticəyə gələrək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkum Məhkum ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hisəssindən vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Qobustan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə kollegiya qeyd edir ki, məhkum olunmuş Məhkum hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2025-ci il tarixli, *** nömrəli qərarına (## ###### 2001-ci il tarixli, ** saylı qərara edilmiş dəyişikliklərlə) əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilir. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs Məhkum apellyasiya icraatı zamanı göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iş materialları ilə tanış olub, məhkəmə prosesində iştirak etdiyi cəmi 3 (üç) iş saatına görə ödənilməli olan 33 (otuz üç) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindənbu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla) , 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından - onların çıxarıldığı , bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində verilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 197, 198, 397.1, 397.2, 407, 410, 412, 513, 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Məhkum cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Qobustan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum Məhkum apellyasiya şikayəti təmin olunmasın. Məhkum apellyasiya məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər * saylı Vəkil Bürosu vəkili müdafiəçi1 33 (otuz üç) manat məbləğində vəsait ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsindən Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-8)-14/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-8)-14/2026
29.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver