Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 7(3-8)-15/2026 22.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), X15 və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən kənar Icraatlar Idarəsinin böyük prokuroru Prokuror, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Maraqlı şəxs nümayəndəsi X6, məhkum Məhkum və müdafiəçisi - Sumqayıt şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə Məhkum Məhkum cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Qobustan Rayon Məhkəməsinin *(*-***)- **/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Qobustan Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2023-cü il tarixli, *(***)- ***/**** saylı qərarı ilə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Məhkum cəzasının qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilməmişdir (hakim Samir Mayılov). Işin halları: Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2023-cü il tarixli, *(***)- ***/**** saylı qərarı ilə Məhkum CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2022-ci il tarixli, 1(101) ***/**** saylı hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinin tələbinə görə CM-in 75.1, 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən ## ###### 2021 ci il tarixdə Məhkum X17 qarşı 4590 manat məbləğində ziyan vurulması ilə bağlı törədilən cinayət epizodu, fevral 2021-ci il tarixdə X7 qarşı 4500 manat məbləğində və 3000 manat məbləğində ziyan vurulması ilə bağlı törədilən cinayət epizodları, 2021-ci ilin mart ayının 2-ci yarısında X10 qarşı 4000 manat məbləğində ziyan vurulması ilə bağlı törədilən cinayət epizodu, 2021-ci ilin may ayının 1-ci yarısında X10 1000 manat məbləğində ziyan vurulması ilə bağlı törədilən cinayət epizodu, ## #### 2021-ci il tarixdə X10 3450 manat məbləğində ziyan vurulması ilə bağlı törədilən cinayət epizodu üzrə cəza təyin edilməmiş, Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 07 il müddətə azadlıqdan məhrum etmə cəzası 06 ilə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Maraqlı şəxs cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, cəza müddətinin 2/3 hissəsindən çoxunu çəkdiyini nəzərə alıb cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Qərardan məhkum Məhkum apellyasiya şikayəti verərək, Qobustan Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarının ləğv edilərək, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən ərizənin təmin edilməməsinə dair qəbul edilmiş qərar əsassız və qeyri-obyektiv hesab edilməlidir. Qərarda onun şəxsi vəziyyəti, cəzanın çəkilməsi dövründə davranışı və islah olunma dərəcəsi tam və düzgün qiymətləndirilməmişdir. Hesab edir ki, qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Müsbət davranış və islah olunma əlamətləri məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkum Məhkum həm ** saylı cəzaçəkmə müəssisəsində, həm də sonradan keçirildiyi Maraqlı şəxs cəza çəkdiyi müddət ərzində daxili intizam qaydalarına ciddi əməl etmiş, rejim pozuntusuna yol verməmiş, ümumi və fərdi tapşırıqları vaxtında yerinə yetirmiş, əməyə münasibəti müsbət olmuş, ailə əlaqələrini sabit saxlamış, törətdiyi əməli etiraf etdiyini və peşman olduğunu bildirmişdir. Bundan əlavə, onun barəsində həvəsləndirmə tədbiri tətbiq edilmiş, hazırda əmək müqaviləsi əsasında işlədiyi də təsdiq olunmuşdur. Məhkəmə həmin halları formal xarakterli hesab etsə də, qərarda bu qənaəti təsdiq edən hər hansı konkret fakt göstərilməmişdir. Əksinə, məhkumun davranışı ilə bağlı bütün rəsmi sənədlərdə onun müsbət xarakterizə olunduğu görünür. Həmçinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi də onun islah olunma yolunda irəliləyiş göstərdiyinin məhkəmə tərəfindən qəbul edilməsinin göstəricisidir. Çünki məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmə özü məhkumun davranışının müsbət qiymətləndirilməsinə əsaslanır. Birinci instansiya məhkəməsi həmçinin məhkumun cəzasının çəkilməmiş hissəsinin 1 il 4 ay 17 gün olmasının xeyli müddət olduğu üçün onun şərti olaraq vaxtından əvvəl azad edilməməsi üçün əsaslardan biri kimi göstərmişdir. Halbuki qanunvericilik müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün zəruri həddini məhz cəzanın müəyyən 2/3 hissəsinin çəkilməsi kimi müəyyən etmişdir. Məhkum həmin şərti tam yerinə yetirmişdir. Buna görə də cəzanın çəkilməmiş hissəsinin mövcudluğu və ya onun uzun hesab edilməsi ayrıca olaraq ərizənin rədd edilməsinə əsas ola bilməz. Əks yanaşma qanunvericinin müəyyən etdiyi 2/3 meyarının mahiyyətini aradan qaldırmış olardı. Bundan başqa, məhkəmə məhkum barəsində yalnız bir dəfə həvəsləndirmə tədbirinin tətbiq olunmasını da dolayı şəkildə onun əleyhinə qiymətləndirmişdir. Lakin nəzərə alınmalıdır ki, məhkum * saylı məntəqə tiplı cəzaçəkmə müəssisəsinə yalnız 1" noyabr 2025-ci il tarixdə keçirilmiş və şərti olaraq vaxtından əvvəl azad edilmə məsələsinə ## ##### 2026-cı il tarixdə baxılmışdır. Göründüyü kimi, söhbət təxminən 5-6 qısa müddətdən gedir. Belə qısa müddət ərzində bir neçə həvəsləndirmə tədbirinin tətbiq edilməsinin gözlənilməsi ağlabatan deyil. Əhəmiyyətli olan hal məhkumun həmin müddət ərzində heç bir intizam pozuntusuna yol verməməsi və əksinə, barəsində həvəsləndirmə tədbirinin tətbiq olunmasıdır ki, bu da onun müsbət davranışını təsdiq edir. Beləliklə, məhkumun davranışını xarakterizə edən müsbət hallar məhkəmə tərəfindən tam və obyektiv qiymətləndirilməmiş, iş üzrə mövcud olan sübutların məzmunundan irəli gələn nəticələr nəzərə alınmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi qərarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Komissiyası tərəfindən məhkum barəsində verilmiş mənfi rəyə istinad etmişdir. Lakin qeyd edilməlidir ki, həmin rəy tövsiyə xarakter daşıyır. Məhkumun şəxsiyyətini xarakterizə edən digər mühüm hallar da birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada qiymətləndirilməmişdir. Belə ki, iş materiallarından görünür ki, o, hazırda əmək müqaviləsi əsasında işləyir və ictimai faydalı əməklə məşğul olur. Əmək fəaliyyətinə cəlb olunmağı sosial həyata adaptasiya olunduğunu və qanunauyğun davranış nümayiş etdirdiyini göstərən mühüm göstəricilərdən biridir. Bundan başqa, atası vəfat etmiş, anası isə şəkər xəstəliyindən əziyyət çəkir. Anasının qayğısına qalmaq və onun maddi təminatını ödəmək məqsədilə işləyir. Bu hal özü də məhkumun ailə məsuliyyətini dərk etdiyini, cəmiyyətə və ailəsinə faydalı fərd olmaq istiqamətində səy göstərdiyini təsdiq edir. Həmçinin məhkum tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi də iş materialları ilə təsdiq olunur. Dəymiş ziyanın könüllü şəkildə ödənilməsi məhkumun törətdiyi əmələ münasibətini, nəticələri aradan qaldırmağa çalışmasını və islah olunma meylini göstərən mühüm hallardan biridir. Məhkumun törətdiyi əməli etiraf etməsi, peşmançılıq hissi keçirməsi, zərərin ödənilməsi, əmək fəaliyyəti ilə məşğul olması, ailə üzvlərinə qayğı göstərməsi və cəzaçəkmə müəssisəsində müsbət xarakterizə olunması hallarının məcmusu onun islah olunma yolunda olduğunu və cəzanın məqsədlərinə əhəmiyyətli dərəcədə nail olunduğunu göstərir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında məhkum Məhkum apellyasiya şikayətinin dəlilərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, həmçinin vurulmuş ziyanın çöx hissəsini ödəməsini nəzərə alaraq, cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən müdafiəçi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, Qobustan Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs nümayəndəsi Cavid Əhmədov məhkum Məhkum cəzasının cox hissəsini çəkməsini, eləcə də davranışlarında və münasibətlərində özünü müsbət xarakterizə edən məhkum kimi göstərməsini, törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirməsini nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən kənar Icraatlar Idarəsinin böyük prokuroru Prokuror apellyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının qanuni, əsaslı və ədalətli olmasını bildirərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə onu da bildirdi ki, məhkumun çəkilməmiş cəsanın müddətinə bir il iki aydan çox müddət qalmışdır və onu da nəzərə almağı xahiş etdi. Cinayət işi üzrə zərərçəkmiş şəxslərdən X3 və X11 məhkəməyə teleqram vuraraq məhkum Məhkum cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını apellyasiya tələblərinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya tələblərinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, qərarın ləğv edilməklə, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə məhkumun, müdafiəçisinin və cəzaçəkmə müəssisəsinin nümayəndəsinin, qərarın dəyişdirilmədən saxlanması barədə işdə iştirak edən prokurorun çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qobustan Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərini araşdıran məhkəmə kollegiyası hesab edir ki, məhkumun cəza çəkmədən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməsinə dair dəlilləri əsassızdır. Belə ki, məhkumun şəxsi işində olan və məhkəmə iclasında tədqiq edilmiş materiallardan görünür ki: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2022-ci il tarixli, *(***)-***/**** saylı hökmündən görünür ki, həmin hökmlə Məhkum CM-in 178.3.2 ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum cəzaçəkmə müddətinin əvvəlinin ## ######## 2021-ci il tarixdən hesablanması, zərərçəkmiş şəxs (mülki iddiaçı) X11 mülki iddiasının qismən təmin edilməsi, ümumilikdə 55547,85 manat pulun təqsirləndirilən şəxs Məhkum tutularaq, zərərçəkmiş şəxs X11 ödənilməsi, mülki iddianın qalan hissədə baxılmamış saxlanılması və X11 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququnun izah olunması, zərərçəkmiş şəxs (mülki iddiaçı) X1 Mir Sədi qızının mülki iddiasının tam təmin edilməsi, ümumilikdə 23690,59 manat pulun təqsirləndirilən şəxs Məhkum tutularaq, zərərçəkmiş şəxs X1 Mir Sədi qızına ödənilməsi, zərərçəkmiş şəxslər X17, X3, X2, X12, X4, X13, X10, X8, X9 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqlarının izah edilməsi qərara alınmışdır; Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2023-cü il tarixli, *(***)- ***/**** saylı qərarından görünür ki, həmin qərarla məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti və müdafiəçisi X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Məhkum CM-in 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2022-ci il tarixli, 1(101) ***/**** saylı hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinin tələbinə görə CM-in 75.1, 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən ## ###### 2021 ci il tarixdə Məhkum X17 qarşı 4590 manat məbləğində ziyan vurulması ilə bağlı törədilən cinayət epizodu, fevral 2021-ci il tarixdə X7 qarşı 4500 manat məbləğində və 3000 manat məbləğində ziyan vurulması ilə bağlı törədilən cinayət epizodları, 2021-ci ilin mart ayının 2-ci yarısında X10 qarşı 4000 manat məbləğində ziyan vurulması ilə bağlı törədilən cinayət epizodu, 2021-ci ilin may ayının 1-ci yarısında X10 1000 manat məbləğində ziyan vurulması ilə bağlı törədilən cinayət epizodu, ## #### 2021-ci il tarixdə X10 3450 manat məbləğində ziyan vurulması ilə bağlı törədilən cinayət epizodu üzrə cəza təyin edilməmiş, Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 07 il müddətə azadlıqdan məhrum etmə cəzası 06 ilə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2024 cü il tarixli, *(***)-***/**** saylı qərarından görünür ki, həmin qərarla məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2022-ci il tarixli hökmü ilə CM-in 178.3.2 ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2023cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, 7(003) ****/**** saylı qərarından görünür ki, həmin qərarla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum ərizəsi təmin edilərək, məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi qərara alınmışdır; Şəxsi işə əlavə edilmiş ## ###### 2025-ci il tarixli bildirişdən görünür ki, məhkum Məhkum ## ###### 2025-ci ildən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Maraqlı şəxs qeydiyyata alınmışdır; Şəxsi işə əlavə edilmiş işəgötürən “xxxx” MMC ilə bağlanmış ## ###### 2025 ci il tarixli əmək müqaviləsinin surətindən isə görünür ki, Məhkum prodüser kimi işləyir; Işdə surəti olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı Komissiyasının ## ##### 2026-cı il tarixli, ** nömrəli iclas protokolundan görünür ki, Komissiya tərəfindən məhkum Məhkum barəsində mənfi rəy verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. CM-nin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Mülahizə ilə birlikdə məhkəməyə məhkumun şəxsi işi də göndərilir. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunubolunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin novünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətdən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun barəsində verilmiş mülahizənin əsaslılığı və məhkumun islah olunub-olunmaması məsələsi araşdırılarkən, onun bütün cəza çəkdiyi müddəti əhatə edən davranışı nəzərə alınmalıdır. Qeyd olunanlar müəssisənin məhkumun barəsində verdiyi mülahizənin formal xarakter daşıdığı, reallığı əks etdirmədiyi qənaətinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qərarda qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı Komissiyası ## ##### 2026-cı il tarixli, ** nömrəli iclas protokolunda məhkum Məhkum barəsində mənfi rəy vermiş, onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini məqsədəuyğun hesab etməmişdir. Bundan başqa cəzaçəkmə müəssisəsi tərəfindən məhkum Məhkum barəsində tərtib olunmuş mülahizə mənfi xarakter daşısa da, onun məzmununda göstərilən müsbət məzmunlu fikirlər formal xarakter daşımaqla obyektivliyi əks etdirmədiyindən əsaslı hesab edilə bilməz. Məhkum barəsində verilən mülahizədə və illik xasiyyətnamədə onun törətdiyi əməli etiraf etdiyi və peşmançılıq hissi keçirdiyi qeyd olunsa da, konkret olaraq bu peşmanlığın nədə ifadə olunması göstərilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkum Məhkum cəzasının sonu ## ######## 2027-ci il tarixdə başa çatır ki, bu da cəzasının çəkilməmiş hissəsinin bir il iki aydan çox olmasını göstərir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, həmin dəlilləri əsaslı hesab etmir ona görə ki, birinci instansiya məhkəməsi tərəfindən müraciət tam, hərtərəfli və obyektiv yoxlanılmış və məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün əsas olan halların mövcudluğunu və labüdlüyünü təsdiq edən hər hansısa sübutun məhkəməyə təqdim edilməməsi barədə haqlı nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 8.1-ci maddəsiə əsasən məhkumların islah edilməsi - onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgə yaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, məhkumun apellyasiya şikayətində qeyd etdiyi əsaslara görə ona təyin edilmiş cəzaçəkmədən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin məhkum Məhkum cəzaçəkmədən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə gəldiyi nəticə düzgündür. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun nəticəyə gələrək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkum Məhkum ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hisəssindən vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Qobustan Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkum Məhkum müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün apellyasiya instansiyası məhkəməsinin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir (## ##### 2025-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). Odur ki, apellyasiya instansiyası məhkəməsində məhkum Məhkum göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak etdiyi cəmi (10) iş saatına görə 110 (yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt şəhəri * saylı Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 197, 198, 397.1, 397.2, 407, 410, 412, 513, 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Qobustan Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum Məhkum apellyasiya şikayəti təmin olunmasın. Məhkum apellyasiya məhkəməsi iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, (10) iş saatına görə 110 (yüz on) məbləğində vəsait Sumqayıt şəhəri * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-8)-15/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-8)-15/2026
22.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver