Məhkəmə qərarları › İş №7(3-8)-16/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-8)-16/2026

29.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 7(3-8)-16/2026 29.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (sədrlik edən və məruzəçi), Məmmədov Bilal Mahir oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Abdullayeva Naibə İlham qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1, Məhkum Ərizəni verən şəxs və onun müdafiəçisi müdafiəçi1 İbrahim oğlunun iştirakları ilə, Ərizəni verən şəxs məhkumluğunun vaxtından əvvəl götürülməsi barədə ərizəsinin təmin edilməməsinə dair Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarından məhkum HƏrizəni verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəni verən şəxs ərizə ilə məhkəməyə müraciət edərək məhkumluğun vaxtından əvvəl götürülməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı ilə ərizə təmin edilməmiş, Ərizəni verən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü üzrə yaranmış məhkumluğunun vaxtından əvvəl götürülməsi barədə ərizəsi rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Birinci instansiya məhkəməsindən narazı qalan məhkum HƏrizəni verən şəxs apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsi, ərizənin təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü üzrə yaranmış məhkumluğun vaxtın əvvəl götürülməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra daimi əmək fəaliyyəti ilə məşğul olmuş, ailəsinin maddi təminatını həyata keçirmiş, cəmiyyətə inteqrasiya olunmuş və qanunazidd davranışlara yol verməmişdir. Bu hallar onun islah olunduğunu və gələcəkdə hüquq pozuntusu törətmək ehtimalının olmadığını göstərir. Bundan əlavə, məhkəmə qərarında onun məhkumluğunun əmək və peşə fəaliyyətinə ciddi maneələr yaratmasının hüquqi əhəmiyyətini lazımi qaydada qiymətləndirməmişdir. Halbuki məhkumluğun vaxtından əvvəl götürülməsi institutunun əsas məqsədlərindən biri islah olunmuş şəxsin cəmiyyətə tam reinteqrasiyasını təmin etməkdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələbləri düzgün tətbiq edilməmiş, işin faktiki halları tam və hərtərəfli araşdırılmamış, habelə təqdim edilmiş sübutlara obyektiv hüquqi qiymət verilməmişdir. Məhkəmə qərarında qeyd etmişdir ki, məhkumluq müddətinin axımının başlanmasından keçən müddətin nisbətən qısa olması ərizəçinin davranışının davamlı müsbət xarakter daşıması barədə qəti nəticəyə gəlmək üçün kifayət etmir. Lakin məhkəmə bu nəticəyə hansı konkret faktlara, sübutlara və hüquqi meyarlara əsasən gəldiyini qərarda göstərməmişdir. Mübahisələndirilən qərarda ərizəçinin iş yerindən təqdim etdiyi müsbət xasiyyətnaməyə, yaşayış yerindən verilmiş müsbət rəylərə, ailə vəziyyətinə, şəkər xəstəliyindən əziyyət çəkməsinə, ailənin yeganə gəlir gətirən üzvü olmasına və şərti azadlığa buraxıldıqdan sonra qanun pozuntusuna yol verməməsinə hüquqi qiymət verilməmişdir. Məhkəmə sadəcə həmin halları sadalamaqla kifayətlənmiş, lakin onların ərizənin həlli baxımından hansı səbəbdən yetərli hesab edilmədiyini göstərməmişdir. Məhkum Ərizəni verən şəxs və onun müdafiəçisi müdafiəçi1 İbrahim oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Abşeron Rayon Məhkəməsinin *(*-***)- ***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsi, ərizənin təmin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü üzrə yaranmış məhkumluğun vaxtın əvvəl götürülməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən prokuror X1 çıxış edərək apellyasiya şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası təqdim edilmiş iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin *(*-***)- ***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: Ərizəni verən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 29,178.3.2 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş və ona Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Ərizəni verən şəxs barəsində qəti olaraq təyin olunmuş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il 6 (altı) aya endirilmişdir. Bakı Şəhər Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** nömrəli qərarı ilə Ərizəni verən şəxs cəzasının çəkilməmiş olan 1 (bir) il 7 (yeddi) ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkumluğun vaxtından əvvəl götürülməsi məhkum edilmiş şəxsin cəzanı çəkdikdən sonrakı müddət ərzində davranışının uzun müddət ərzində müsbət xarakter daşıdığını, onun islah olunduğunu və gələcəkdə qanunazidd hərəkətlər törətmək ehtimalının minimum səviyyəyə endiyini təsdiq edən halların mövcudluğu zaman tətbiq edilir Hazırkı iş üzrə məhkəmə kollegiyası vurğulayır ki, birinci insransiya məhkəməsinin əsaslandırması ilə razılaşır və qeyd edir ki, məhkumluğun vaxtından əvvəl götürülməsi institutunun tətbiqi üçün şəxsin islah olunmasını və cəmiyyətə tam inteqrasiyasını təsdiq edən kifayət qədər dəlil mövcud olmalıdır. Ərizəni verən şəxs apellyasiya şikayətinin dəlillərində göstərdiyi hallar əmək fəaliyyəti ilə məşğul olması, ailəsinin maddi təminatını həyata keçirdiyi məhkumluğun vaxtından əvvəl götürülməsi üçün əsas deyildir. O, sadəcə ailəsi qarşısında öz öhdəliklərini və əmək hüququnu həyata keçirmişdir. Eyni zamanda cəmiyyətə reintaqrasiya olunması nə ilə ifadə olunduğu aydın deyildir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən dövlət büdcəsindən ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Məhkum Ərizəni verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Ərizəni verən şəxs apellyasiya instansiyası məhkəməsində hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil müdafiəçi1 İbrahim oğluna 66 (altmış altı) manat məbləğində pul vəsaiti Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar