Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 7(3-8)-17/2026 08.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Məhəmmədəli Əsəd oğlu Rzayevin sədrliyi və məruzəsi ilə, hakimlər X7 və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Hacıyeva Aytəkin Qurban qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən kənar İcraatlar İdarəsinin prokuroru Prokuror, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsinin nümayəndəsi X2, Məhkum Ərizəni verən şəxs, Müdafiəçi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Məhkum Ərizəni verən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025ci il tarixli Qərarının 2.2-ci bəndi tətbiq edilərək cəzadan azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından müdafiəçi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkum Ərizəni verən şəxs ərizə ilə müraciət edərək barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.2-ci bəndi tətbiq edilərək cəzadan azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə (hakim Əliyev Elşad İbiş oğlu) ##.##.1993-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, taksi sürücüsü işləmiş, Ağdam rayonu Tağıbəyli kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri,Quşçuluq massivində fərdi yaşayış evində yaşamış, Bakı şəhəri Xətai rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 263.2ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 5 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəmənin ## ### 2026- cı il tarixli qərarı ilə cəzası 4 il 6 aya endirilmiş, Ərizəni verən şəxs ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qeyd olunan qərardan müdafiəçi Müdafiəçi apellyasiya şikayəti verilərək, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və məhkumun barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Amnistiya Aktının 2.2-ci bəndinin tətbiq edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instasniya məhkəməsi kassasiya məhkəməsinin qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilənləri yanlış olaraq “məhkəmələr” təsisat olaraq (məhkəmə hakimiyyəti) bunu edə bilməz qismində yorumlamış və buna müvafiq olaraq yuxarıda “b” bəndində qeyd edilən “müraciətin məhz məhkəməyə ünvanlanması” əsası ilə ərizəni təmin etməmişdir. Halbuki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 19-cu maddəsinə əsasən, məhkəmə cinayətprosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada amnistiyanın tətbiq edilməsi məsələsinin həlli zamanı cəzanın icrasına nəzarət edir, bununla yanaşı cəzanı icra edən müəssisə və ya orqanın fəaliyyəti ilə əlaqədar daxil olmuş şikayətlərə baxaraq müvafiq qərar qəbul edir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası CPM-nin 515.2-ci maddəsinin birbaşa tələblərini nəzərə almamışdır. Həmin norma amnistiyanın tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi barədə məhkumun ərizəsinə məhz cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılmasını nəzərdə tutur. Bundan başqa cəza çəkməkdən azadetmənin əsaslarından biri olan Amnistiya aktının tətbiqi üçün daha əlverişli şərait yaranmasına baxmayaraq, cəzaçəkmə müəssisəsi Amnistiya aktının 39-cu bəndində qeyd edilmiş “4 ay müddətin keçməsi”ni bildirərək bu qisimdə passiv qalmış və tətbiq edilməli olan aktı tətbiq etməmişdir. Amnistiya Aktının 39-cu bəndində nəzərdə tutulmuş 4 aylıq müddət amnistiyanın icrasının təmin edilməsinə yönəlmiş təşkilati xarakterli müddətdir. Həmin müddətin keçməsi amnistiya hüququnun itirilməsi və ya amnistiya tətbiqinin mümkünsüzlüyü kimi hüquqi nəticə yaratmır. Qərarda belə nəticəni nəzərdə tutan hər hansı norma mövcud deyildir. Bu qisimdə Amnistiya aktının tətbiqi məhkumun cəzanın icrası ilə bağlı hüquqi vəziyyətindən asılı törəmə hüquqi nəticədir. Bu hüquqi vəziyyətin məhkəmənin sonrakı qərarı ilə dəyişməsi həmin nəticənin də yeni hüquqi vəziyyətə uyğun şəkildə yenidən qiymətləndirilməsini tələb edir. Əks halda, müəyyən səbəblərdən amnistiyanın tətbiqinə əsas verən sənəd (qanuni qüvvəyə minmiş məhkəmə hökmü, yuxarı məhkəmənin qərarı) cəzaçəkmə müəssisəninə gec daxil olduqda həmin orqan da amnistiyanın icra müddəti ötdüyünə görə konkret şəxs haqqında amnistiya tətbiq edə bilmədikdə və bununla da eyni əməlləri, eyni zaman kəsiyində (amnistiya qüvvəyə minənədək) törətmiş şəxslər özlərindən asılı olmayan səbəbdən amnistiya aktının tətbiqi ilə fərqli hüquqi nəticə ilə üzləşməli olar ki, bu da Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş bərabərlik prinsipinə uyğun deyildir. Kassasiya instansiyası tərəfindən yeni hal nəzərə alınaraq təyin edilmiş cəzanın 4 (dörd) il 6 (altı) ay müddətinə endirilməsi nəticəsində məhkum Azərbaycan Respublikası Amnistiya aktının 2.2-ci bəndində nəzərdə tutulmuş “ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər” kateqoriyasına aid edilir. Nəzərə alınmalıdır ki, amnistiyanın məqsədi konkret əmələ görə dövlətin bağışlama iradəsinin ifadəsidir. Bir əmələ münasibətdə ədalətli məhkəmə araşdırmasının yekun nəticəsi kassasiya instansiyasının qərarı ilə müəyyən edildiyindən, həmin yekun qərar əsasında Amnistiya aktının tətbiqi məsələsinə baxılmalı və məhkumun amnistiya hüququndan istifadəsi təmin edilməlidir. Beləliklə Azərbaycan Respublikası Ali Məhkəmənin CK-nın *(*-*)-***/**** saylı, # ### 2026-cı il tarixli qərarı ilə kassasiya baxışı nəticəsində yaranan yeni əlverişli vəziyyət məhkumun barəsində həmin Amnistiya aktının 2.2ci bəndinin (ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər) tətbiqi üçün əsas yaradığından məhkum Amnistiya aktından yaranmalı və ona təyin edilmiş cəzadan azad edilməsi barədə müvafiq qərar qəbul edilməlidir. Apellyasiya məhkəməsində müdafiəçi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi çıxış edərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin çıxardığı qərar tamamilə əsassız və qanunsuzdur. Məhkəmə ərizəni təmin etməmək üçün heç bir hüquqi əsas gətirməmiş, yalnız məhkumun Amnistiya Qərarının 2.2-ci bəndinin tətbiqi ilə bağlı müraciət etməsini əsas götürmüşdür ki, bu da tamamilə absurd bir yanaşmadır. Nəzərə almaq lazımdır ki, Ali Məhkəmənin qərarı ilə məhkumun vəziyyəti əsaslı şəkildə dəyişib və onun barəsində amnistiyanın daha əlverişli olan 2.2-ci bəndi tətbiq edilməlidir. Qaradağ Rayon Məhkəməsinin cəzanı 6 ay azaltması, Ali Məhkəmədə yaranan yeni hüquqi vəziyyətə və məhkumun cəzadan azad edilməsinə mane ola bilməz. Məhkumun bu amnistiyadan yararlanmaq üçün konstitusion hüququ var. Bu səbəbdən Apellyasiya Məhkəməsindən şikayətin təmin edilməsini və əsassız qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən kənar İcraatlar İdarəsinin prokuroru Prokuror çıxış edərək, məhkumun barəsində amnistiya aktının tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya məhkəməsində * saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsinin nümayəndəsi X2 çıxış edərək bildirdi ki, məhkum onlara onun barəsində amnistiya aktının tətbiq edilməsi ilə müraciət edəndə Amnistiya Qərarının 39-cu bəndində göstərilən 4 aylıq müddət bitmişdir. Ona görə də onun barəsində amnistiya tətbiq edilməsindən imtina edilmişdir. Hazırda isə məhkum barəsində Amnistiya qərarının tətbiq edilməsinə etiraz etmir. Apellyasiya məhkəməsində məhkum Ərizəni verən şəxs apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası materialı nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, tərəflərin çıxışlarını dinləyib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı apellyasiya şikayətinə əsasən ləğv edilməlidir. Belə ki, iş materillarından görünür ki, Ərizəni verən şəxs Cingiz oğlu Bakı şəhər Xətai rayon məhkəməsinin *(***)-**/**** saylı, 28.04,2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 02(iki) il 06(altı) müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05(beş) il 02(iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-****/**** saylı, 01,09.2025ci il tarixli qərarı ilə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, ona münasibətdə Xətai Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin Cinayət Kollegiyasının (*-*)-***/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı ilə məhkum Ərizəni verən şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin CK-nın *(***)-****/**** saylı, 01,09.2025-ci il tarixli qərarı dəyişdirilmiş, Ərizəni verən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə əsas cəza kimi təyin edilmiş 5 (beş) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) il 6 (altı) aya endirilmiş, Ərizəni verən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, qərarın məhkum Ərizəni verən şəxs aid qalan hissədə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 71. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Apellyasiya Məhkəməsi qeyd edir ki, göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəmənin Cinayət Kollegiyasının *(*-*)-***/**** saylı ## ### 2026-cı il tarixli qərarında qeyd edilməsinə baxmayaraq məhkum Ərizəni verən şəxs barəsində amnistiya * saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsi tərəfindən tətbiq edilməmiş və birinci instansiya məhkəməsi də «Konstitusiya və Suverenlik ili» münasibəti ilə Amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 19.1-ci bəndinə istinad edərək (cəzaçəkmə müəssisələri tərəfindən – bu Qərarın 1-ci hissəsində və 2.1–2.4-cü bəndlərində nəzərdə tutulan şəxslər barəsində Amnistiya tətbiq edilir) məhkum tərəfindən verilmiş ərizəni təmin etməmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəmənin Cinayət Kollegiyasının (*-*)-***/**** saylı ## ### 2026-cı il tarixli qərarında qeyd edilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərarına əsasən Ərizəni verən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1 -ci bəndi tətbiq edilməklə onun həmin tarixə çəkilməmiş cəzası 6 ay azaldılsa da, kassasiya baxışı nəticəsində yaranan yeni vəziyyət məhkumun barəsində həmin Amnistiya Qərarının 2.2-ci bəndinin (ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər) tətbiqi üçün əsas yaradır. X5 19.1-ci bəndinə əsasən bu qərarın 2.2-ci bəndində nəzərdə tutulan şəxslər barəsində amnistiya məhkəmələr tərəfindən deyil, cəzaçəkmə müəssisələri tərəfindən tətbiq edilməlidir. «Konstitusiya və Suverenlik ili» münasibəti ilə Amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən bu Qərarın 2.1-ci bəndində nəzərdə tutulan şəxslərdən başqa, ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər məhkumlar cəzadan azad edilir(bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). 19.1.Azərbaycan Respublikası Cinayət, Cinayət Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq cəzaçəkmə müəssisələri tərəfindən – bu Qərarın 1-ci hissəsində və 2.1–2.4-cü bəndlərində nəzərdə tutulan şəxslər barəsində Amnistiya tətbiq edilir. Azərbaycan Respublikasının CPM-nin 515.1-ci maddəsinə əsasən cəza çəkən məhkumun barəsində amnistiyanın tətbiqi cəzanı icra edən müəssisə və ya orqan tərəfindən amnistiya aktının müddəalarına uyğun həyata keçirilir. Göründüyü kimi sözügedən qərarda «Konstitusiya və Suverenlik ili» münasibəti ilə Amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025ci il tarixli qərarının 19-cu bəndinə istinad edilərək, Ərizəni verən şəxs barəsində amnistiya qərarının 2.2-ci bəndinin tətbiqi cəzaçəkmə müəssisəsi tərəfindən tətbiq edilməli olduğu göstərilsədə, müəssisə tərəfindən tətbiq edilməmişdir. Apellyasiya məhkəməsi məhkumun amnistiya tətbiq edilmə barədə ərizəsinin sonuncunun cəzaçəkdiyi müəssisənin rəhbərliyi tərəfindən baxılmayaraq məhkəməyə göndərilməsini amnistiya aktının tətbiq edilməsindən imtina kimi qiymətləndirir. Məhkəmə Kollegiyası hesab edir ki, amnistiya aktının icra müddətinin bitməsi, şəxsin qanunla müəyyən edilmiş qaydada amnistiya hüququndan yararlanmasını məhdudlaşdıra və ya onun hüquqi vəziyyətini ağırlaşdıra bilməz. Belə ki, ## ###### 2025-ci il tarixli Amnistiya Qərarının 39-cu bəndində nəzərdə tutulan 4 aylıq müddət daxili idarəetmə xarakteri daşıyır və amnistiyanı tətbiq edən orqanların fəaliyyətinin operativliyini təmin etmək məqsədi güdür. Bu müddət amnistiyanın tətbiqi üçün hüququ xitam edən müddət hesab edilə bilməz. İşin hallarına əsasən, məhkum Ərizəni verən şəxs barəsində amnistiya aktının 2.2-ci bəndinin (cəzadan tam azad etmə) tətbiqi imkanı və hüquqi əsası yalnız Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ilə (əsas cəzanın 4 il 6 aya endirilməsi ilə) yaranmışdır. Ali Məhkəmənin qərarı qəbul edildiyi andan qanuni qüvvəyə mindiyi üçün, məhkumun barəsində yeni hüquqi vəziyyət məhz ## ### 2026-cı il tarixdə formalaşmışdır. Şəxsin iradəsindən asılı olmayan səbəblərdən, yəni kassasiya baxışının amnistiyanın icra müddətindən sonraya təsadüf etməsi səbəbindən onun tam cəzadan azad olunmaq hüququnun əlindən alınması Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı) və ədalət prinsiplərinə ziddir. Ali Məhkəmə də öz qərarında açıq şəkildə qeyd etmişdir ki, yeni vəziyyət məhkum barəsində Amnistiya Qərarının 2.2-ci bəndinin tətbiqi üçün tam əsas yaradır və bu səlahiyyət cəzaçəkmə müəssisəsinə aiddir. Ali Məhkəmənin qərarları və göstərişləri aşağı instansiya məhkəmələri və cəzanı icra edən orqanlar üçün məcburidir. Lakin göründüyü kimi * saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsi tərəfindən qeyd olunanlar nəzərə alınmayaraq məhkum Ərizəni verən şəxs barəsində amnsitiyanın 2.2-ci bəndi əsassız olaraq tətbiq edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 515.2-ci maddəsinə görə amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında məhkumun ərizəsinə amnistiya aktı və cinayət qanununun müddəalarına müvafiq olaraq cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Cəzaların icrası Məcəlləsinin 19.2-ci maddəsinə əsasən Məhkəmə cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cəzanın çəkilməsinin təxirə salınması və ya onun ləğv edilməsi, xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi, ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsində saxlanılma şəraitinin dəyişdirilməsi, amnistiyanın tətbiq edilməsi, müalicə müəssisəsində saxlanma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi, məhkumluğun vaxtından əvvəl götürülməsi məsələlərinin həlli zamanı cəzanın icrasına nəzarət edir. Həmin Məcəllənin 167.0.5-ci maddəsinə görə məhkumlar cəza çəkməkdən amnistiya və ya əfvetmə aktına əsasən azad edilirlər. Apellyasiya Məhkəməsi qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 515.2-ci maddəsinin tələbinə görə, amnistiya aktının cəzanı icra edən müəssisə tərəfindən tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında məhkumun ərizəsinə məhz birinci instansiya məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi birinci instansiya məhkəməsi məhkumun ərizəsini təmin etməməklə işin mahiyyətinə düzgün hüquqi qiymət verməmiş, özünün məhkəmə nəzarəti funksiyasını yerinə yetirməmiş və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 515.2-ci maddəsinin tələblərini nəzərə almamışdır. Bundan başqa o da qeyd edilməlidir ki, iş materiallarından görünür ki, məhkum barəsində ## ##### 2025-ci il tarixində azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, o, həmin tarixdən cəzaçəkmə müəssisəsində cəzasının icrasına başlamış və ## #### 2026-cı il tarixinədək cəzasından 1 (bir) il, 2 (iki) ay 10 (on) gün çəkmişdir. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və məhkum Ərizəni verən şəxs barəsində Amnistiya Qərarının 2.2-ci bəndi tətbiq edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərarı ilə əsas cəza kimi təyin edilmiş 4(dörd) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilməlidir. Bundan başqa mübahisəli qərar ləğv edildiyindən Ərizəni verən şəxs birinci instansiya məhkəməsində dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 03 (üç) iş saatına görə 33 (otuz üç) manat məbləğində vəsait Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla) , 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından - onların çıxarıldığı , bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində verilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 410, 515, 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilsin. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən Ərizəni verən şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** saylı qərarı ilə əsas cəza kimi təyin edilmiş 4(dörd) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilsin. Ərizəni verən şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsindən azad edilsin. Qərarın icrası məhkumun azad edilməsi hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsinin rəhbərliyinə həvalə edilsin. Ərizəni verən şəxs birinci instansiya məhkəməsində dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 03 (üç) iş saatına görə 33 (otuz üç) manat məbləğində vəsait Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-8)-17/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-8)-17/2026
08.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver