Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 7(3-8)-21/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən kənar Icraatlar Idarəsinin böyük prokuroru Prokuror, Sumqayıt şəhər Probasiya Şöbəsinin tabeliyində olan Abşeron rayon icra və probasiya şöbəsinin böyük icra məmuru, R Nümayəndə, məhkum Ərizəni verən şəxs və onun müdafiəçisi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Ərizəni verən şəxs ölkədən çıxışına qoyulan qadağanın 2 (iki) ay müddətinə müalicə və əməliyyat olunması üçün ləğv edilməsinə dair ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkumun müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : Məhkum Ərizəni verən şəxs oğlu ölkədən çıxışına qoyulan qadağanın 2 (iki) ay müddətinə müalicə və əməliyyat olunması üçün ləğv edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməklə ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə həmin Məcəllənin 186.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq 2 (iki) 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmiş, davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilmiş və üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerimi dəyişməmək vəzifəsi qoyulmuşdur. Hazırda Binəqədi Rayon Məhkəməsinin *(*-**)-**/**** nömrəli, ## ### 2026-cı il tarixli hökmü qüvvəyə minmişdir. Hökmün icrasına nəzarət Abşeron Rayon Icra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Tərəflərindən ərizəyə əlavə edilmiş X1 da göründüyü kimi ona ağciyər ürək çatışmazlığı diaqnozu qoyulmuşdur. Onun cərrahi əməliyyat üçün Türkiyə Respublikasının Istanbul X2 Damar cərrahiyəsi klinikasına gönədərilməli olduğu qeyd edilmişdir. Hazırda səhhətində çox ciddi problemlər var. Məhkum olunduğu cəza ilə əlaqədar ölkədən çıxışına qoyulan qadağa lazımi əməliyyatın icra edilməsinə maneə yaradır. Əməliyyat və müalicə prosesinin dərhal icra edilməsi mühüm əhəmiyyət kəsb edir. Buna görə də, müalicə prosesi başa çatanadək ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılması zərurəti yaranmışdır. Onun ölkədən çıxışına qoyulan qadağanın 2 (iki) ay müddətində müalicə və əməliyyat olunması üçün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim V.İ.Həsənov) məhkum Ərizəni verən şəxs ölkədən çıxışına qoyulan qadağanın 2 (iki) ay müddətinə ləğv edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan məhkumun müdafiəçisi müdafiəçi1 tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsi və Ərizəni verən şəxs ölkədən çıxışına qoyulan qadağanın 2 (iki) ay müddətinə müalicə və əməliyyat olunması üçün ləğv edilməsinə dair ərizənin təmin edilməsini xahiş edilmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi yekun qərar qanuna uyğun deyildir və əsassızdır. Ərizəyə əlavə edilmiş X1 da göründüyü kimi ona ağciyər ürək çatışmazlığı diaqnozu qoyulmuşdur. Onun cərrahi əməliyyat üçün Türkiyə Respublikasının Istanbul X2 Damar cərrahiyəsi klinikasına göndərilməli olduğu qeyd edilmişdir. Hazırda səhhətində çox ciddi problemlər var. Məhkum olunduğu cəza ilə əlaqədar ölkədən çıxışına qoyulan qadağa lazımi əməliyyatın icra edilməsinə maneə yaradır. Əməliyyat və müalicə prosesinin dərhal icra edilməsi mühüm əhəmiyyət kəsb edir. Buna görə də, müalicə prosesi başa çatanadək ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılması zərurəti yaranmışdır. Qeyd olunan işin hallarından da göründüyü kimi müalicə olunması üçün zəruri əsaslar yaranmış, həmçinin dərhal müalicə olunmadığı təqdirdə həyati riskləri ola bilmə ehtimalı da yüksəkdir. Bütün bunlara baxmayaraq Abşeron Rayon Məhkəməsi bu hallara nəzər yetirməmiş, yalnız formal əsaslarla qərar qəbul etmişdir. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum Ərizəni verən şəxs müdafiəçisi müdafiəçi1 bildirdi ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini onunla əsaslandırırlar ki, Ərizəni verən şəxs təyin edilmiş 2 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilmiş və onun üzərində nəzarətin həyata keçirilməsi probasiya qurumuna həvalə olunmuşdur. Məhkum hökmün icrasına başlanıldığı vaxtdan məhkəmə hökmü və qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri yerinə yetirmiş, probasiya nəzarəti qaydalarının pozulmasına yol verməmişdir. Hazırda Ərizəni verən şəxs səhhətində ciddi problemlər vardır və onun Türkiyə Respublikasında müayinə və müalicə olunması zəruridir. Məhkuma aid ilkin tibbi nəticələr Türkiyə Respublikasındakı səhiyyə müəssisəsinə göndərilmiş, həmin nəticələr mütəxəssislər tərəfindən qiymətləndirilmiş və xəstənin özünün iştirakı ilə əlavə kardioloji müayinə və konsultasiyaların aparılması zəruri hesab edilmişdir. Bununla əlaqədar olaraq, Türkiyə Respublikasındakı Güvən Xəstəxanası tərəfindən verilmiş dəvət məktubu və onun Azərbaycan dilinə tərcüməsi məhkəməyə təqdim olunmuşdur. Hesab edirlər ki, cəzaların icrası zamanı fərdiləşdirmə prinsipi nəzərə alınmalı, məhkumun sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ təmin edilməlidir. Ərizəni verən şəxs ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin müalicə və əməliyyat olunması məqsədilə cəmi 2 (iki) ay müddətinə götürülməsi cəzanın icrasının məqsədinə və onun üzərində probasiya nəzarətinin həyata keçirilməsinə mənfi təsir göstərməyəcəkdir. Buna görə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və məhkumun 2 (iki) ay müddətinə ölkədən getməsinə icazə verilməsini xahiş edirlər. Məhkəmə iclasında məhkum Ərizəni verən şəxs müdafiəçisinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etməklə onu da vurğuladı ki, 2017-ci ildən etibarən müvafiq xəstəlikdən əziyyət çəkir və hazırda səhhətində ciddi problemlər mövcuddur. Əvvəllər də, Türkiyə Respublikasında tibbi müayinə və müalicə olunmuş, hazırda da müayinədən keçməsinə ehtiyac vardır. Səhhətinin vəziyyəti müalicənin mümkün qədər tez başlanmasını tələb etdiyindən, ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin 2 (iki) ay müddətinə götürülməsini, həmin müddətdə Türkiyə Respublikasında müalicə olunaraq Azərbaycan Respublikasına qayıtmasına icazə verilməsini xahiş edir. Məhkəmə iclasında Sumqayıt şəhər Probasiya Şöbəsinin tabeliyində olan Abşeron rayon icra və probasiya şöbəsinin böyük icra məmuru, R Nümayəndə izahat verərək bildirdi ki, Ərizəni verən şəxs ölkədən getmək hüququna qoyulmuş məhdudiyyət probasiya xidmətinin elektron sistemi vasitəsilə tətbiq edilmişdir. Belə məhdudiyyət məhkəmə qərarı əsasında götürülür. Müvafiq məhkəmə qərarı daxil olduqdan sonra həmin qərar Abşeron Rayon Icra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinə göndərilir, sənədlər yoxlanıldıqdan sonra məhdudiyyətin götürülməsi barədə məlumat elektron sistemə daxil edilir. Bu prosedur müvafiq sənədlər daxil olduqdan sonra 24 saat ərzində həyata keçirilir. Onu da bildirir ki, Ərizəni verən şəxs probasiya nəzarətində olduğu müddətdə davranışı normal olmuş, o, müəyyən edilmiş vaxtlarda probasiya qurumuna gəlmiş, üzərinə qoyulmuş vəzifələrin icrası ilə bağlı hər hansı pozuntuya yol verməmiş, barəsində şikayət və ya hər hansı bir məlumat daxil olmamaışdır. Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən kənar Icraatlar Idarəsinin böyük prokuroru Prokuror apellyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərarının qanuni, əsaslı və ədalətli olmasını bildirərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, birinci instansiya məhkəməsinin qərarını, proses iştirakçılarının izahatlarını araşdırıb, məhkumu, onun müdafiəçisini, icra idarəsinin nümayəndəsini və prokuroru dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilməli və məhkum Ərizəni verən şəxs ölkədən çıxışına qoyulan qadağanın 2 (iki) ay müddətinə ləğv edilməsinə dair ərizəsi təmin olunmalıdır. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli, *(*-**)-**/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə Ərizəni verən şəxs həmin Məcəllənin 186.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilmiş və barəsində həmin hissədə cinayət təqibinə xitam verilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ona təyin olunmuş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 il 06 ay sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir. Onun davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya qurumuna həvalə edilmiş və üzərinə sınaq müddətində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. Ərizəni verən şəxs səhhətində yaranmış ciddi problemlərlə əlaqədar Türkiyə Respublikasında tibbi müayinə və müalicə olunmasının zəruriliyini göstərərək ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin 2 (iki) ay müddətinə götürülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə ərizə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş ambulator kitabçadan çıxarışda Ərizəni verən şəxs ağciyər-ürək çatışmazlığı diaqnozunun qoyulduğu göstərilsə də, iş materiallarında həmin xəstəliyin Azərbaycan Respublikasında müalicəsinin mümkün olmaması və məhkumun xarici ölkədə müalicə olunmasının zəruriliyi barədə hər hansı sənəd yoxdur. Lakin, apellyasiya icraatı zamanı məhkum Ərizəni verən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ## ###### 2026-cı il tarixli tibbi sənəddən görünür ki, Türkiyə Respublikasının Güvən Xəstəxanasının mütəxəssisləri Ərizəni verən şəxs aid tibbi hesabatları və görüntüləmə nəticələrini qiymətləndirərək sonuncunu Güvən Xəstəxanasında zəruri müayinələrdən keçməklə mövcud sağlamlıq vəziyyətinin daha ətraflı qiymətləndirilməsi məqsədilə xəstəxananın Kardiologiya şöbəsinə müayinəyə, kardioloji qiymətləndirməyə və zəruri diaqnostik müayinələrin aparılmasına dəvət edilir. Eyni zamanda onun müalicə prosesinin müxtəlif ixtisaslı həkimlərdən ibarət konsultasiya qrupu tərəfindən qiymətləndiriləcəyi və zəruri tibbi prosedurların həyata keçiriləcəyi qeyd edilir. Göstərilən tibbi sənəd Ərizəni verən şəxs Türkiyə Respublikasına getmək niyyətinin mücərrəd mülahizəyə deyil, konkret səhiyyə müəssisəsinin dəvətinə, həmin müəssisəyə təqdim edilmiş tibbi hesabatlar və görüntüləmə nəticələrinə, müayinə və tibbi prosedurlara, habelə davam edən kardioloji qiymətləndirmə zərurətinə əsaslandığını təsdiq edir. Bu sənəd birinci instansiya məhkəməsinin qərarından sonra verildiyindən, həmin məhkəmə tərəfindən araşdırılmamışdır. Bununla belə, həmin sübut birinci instansiya məhkəməsinin ərizəni təmin etməməsinin əsasını təşkil edən halı – xarici ölkədə tibbi müayinə və müalicə zərurətinin sənədlə təsdiqlənməməsi barədə nəticəni aradan qaldırır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə, özünə yaşayış yeri seçə və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Konstitusiyanın 41-ci maddəsinin İ hissəsinə görə hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. Şərti məhkum edilmiş şəxsin ölkədən getmək hüququna qoyulan məhdudiyyət hökmün icrasının və onun üzərində probasiya nəzarətinin təmin edilməsinə xidmət etsə də, belə məhdudiyyət tətbiq olunduğu bütün müddət ərzində qarşıya qoyulmuş qanuni məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdıran tədbir artıq mütənasiblik prinsipinin tələblərinə cavab vermirsə, həmin tədbirin davam etdirilməsi əsaslı sayıla bilməz. Məhkəmələr belə məsələlərə baxarkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin və davam etdirilməsinin zəruriliyini əsaslandırmalıdırlar. Hazırkı işdə Ərizəni verən şəxs ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin tamamilə və qeyri-müəyyən müddətə deyil, yalnız tibbi müayinə və müalicənin həyata keçirilməsi üçün zəruri olan 2 (iki) ay müddətinə götürülməsini xahiş etmişdir. Məhdudiyyətin 2 (iki) ay müddətinə götürülməsi şərti məhkumetmənin ümumilikdə ləğv olunması, sınaq müddətinə xitam verilməsi, hökmün icrasının dayandırılması və ya məhkumun üzərində probasiya nəzarətinin aradan qaldırılması mənasına gəlmir. Birinci instansiya məhkəməsinin qərarında Ərizəni verən şəxs sınaq müddətində üzərinə qoyulmuş vəzifələri pozması, probasiya nəzarətindən yayınması və ya xarici ölkəyə getdikdən sonra Azərbaycan Respublikasına qayıtmayacağını göstərən hər hansı konkret hal müəyyən edilməmişdir. Onun xarici ölkəyə getmək məqsədi isə təqdim olunmuş tibbi sənədlə təsdiq olunur və sağlamlığının qorunması ilə bilavasitə bağlıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkum üzərində probasiya nəzarətinin həyata keçirilməsi ilə onun sağlamlığını qorumaq və zəruri tibbi yardımdan istifadə etmək hüquqları arasında ədalətli tarazlıq təmin edilməlidir. Hazırkı halda ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin 2 (iki) ay müddətinə götürülməsi tibbi məqsədə uyğun, müvəqqəti və mütənasib tədbirdir. Birinci instansiya məhkəməsi yalnız xəstəliyin Azərbaycan Respublikasında müalicəsinin mümkün olmaması barədə ayrıca sənədin təqdim edilməməsinə əsaslanmış, məhkumun xəstəliyinin xarakterini, əvvəllər xarici səhiyyə müəssisəsində müayinə olunmasını, həmin müəssisənin konkret dəvətini, səfərin tibbi məqsədini və tələb olunan müddətin məhdud olmasını qarşılıqlı əlaqədə qiymətləndirməmişdir. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, ölkə daxilində müəyyən tibbi xidmətin mövcud olması şəxsin əvvəllər müayinə olunduğu xarici səhiyyə müəssisəsində sağlamlıq vəziyyətini yenidən qiymətləndirmək və zəruri tibbi prosedurlardan keçmək hüququnu özözlüyündə aradan qaldırmır. Təqdim edilmiş sənədlərlə səfərin real tibbi məqsəd daşıdığı təsdiqləndiyindən, məhkumdan xəstəliyin Azərbaycan Respublikasında müalicəsinin mütləq surətdə qeyri-mümkün olduğunu sübut etməsinin tələb edilməsi onun sağlamlığını qorumaq hüququna münasibətdə həddindən artıq ağır şərt kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının ## ##### 2013-cü il tarixli *-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 3-cü bəndində “Azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilmiş, yaxud üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş vəzifələr qoyulmaqla şərti məhkum edilmiş, yaxud da cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməsi təxirə salınmış şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və onun götürülməsi qaydası” müəyyən edilmişdir. Belə ki, həmin Təlimatın 3.1-ci bəndinə müvafiq olaraq icra məmuru (probasiya üzrə), həmin məhkumun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə probasiya qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş məlumat vərəqini (Əlavə 5) dərhal, qeyd olunan göstərişin surəti əlavə olunmaqla bu Təlimatın 3.3-cü bəndində nəzərdə tutulmuş qaydada Probasiya xidmətinə göndərir. Həmin Təlimatın 4.1-ci bəndinə əsasən məhkumun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və ya həmin məhdudiyyətin götürülməsinə dair sənədlər Probasiya xidmətinə daxil olduqdan sonra aidiyyəti üzrə elektron qaydada göndərilir və Probasiya xidməti 24 saatdan gec olmayaraq müvafiq tədbirləri həyata keçirir. Uyğunsuzluq aşkar edilmədikdə məhdudiyyətin götürülməsi barədə məlumat “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun səhhətinin vəziyyətini, əvvəlki tibbi müayinələrini, xarici səhiyyə müəssisəsinin konkret dəvətini, səfərin məqsədini və tələb olunan müddətin məhdud olmasını qarşılıqlı əlaqədə qiymətləndirilməlidir. Yuxarıda şərh olunanların məcmusu məhkum Ərizəni verən şəxs ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin 2 (iki) ay müddətinə götürülməsini əsaslı və zəruri edir. Buna görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və məhkumun ərizəsi təmin olunmalı, onun ölkədən getməzdən əvvəl gedəcəyi dövlət, müalicə olunacağı tibb müəssisəsi, ölkədən çıxacağı və Azərbaycan Respublikasına qayıdacağı tarixlər, xarici ölkədə müvəqqəti yaşayış ünvanı və onunla əlaqə vasitələri barədə Abşeron Rayon Icra və Probasiya Şöbəsinə məlumat verməli, Azərbaycan Respublikasına qayıtdıqdan dərhal sonra həmin şöbədə qeydiyyata alınmalı, Ərizəni verən şəxs ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin 2 (iki) ay müddətinə götürülməsi barədə məlumatın “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sisteminə daxil edilməsi və qərarın icrasının təmin olunması üçün Sumqayıt şəhər Probasiya Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla), 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından - onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində verilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 410 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. Məhkum Ərizəni verən şəxs ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin müalicə və əməliyyat olunması üçün 2 (iki) ay müddətinə götürülməsinə dair ərizəsi təmin edilsin. Ərizəni verən şəxs ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyət bu qərarın icra olunduğu, yəni məhdudiyyətin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən götürüldüyü tarixdən hesablanmaqla 2 (iki) ay müddətinə müəyyən edilsin. Qərar icra olunması üçün Sumqayıt şəhər Probasiya Şöbəsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-8)-21/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-8)-21/2026
09.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver