Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 7(3-8)-22/2026 26.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar İdarəsinin prokuroru X1, məhkum Məhkum və məhkumun müdafiəçisi – Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli hökm üzrə əlavə cəzadan azad edilmə barədə ərizə üzrə materiala dair Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)- **/**** nömrəli, ## #### 2026-ci il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkum Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2023-cü il hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkilməsinə məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2023-cü il tarixdən hesablanması, hökm edilmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə Məhkum Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2023-cü il hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 06 ay 08 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarın 2.12-ci bəndinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qararı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 06 ay 08 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş məhkum Məhkum çəkilməmiş şərti azadlıqdan məhrum etmə cəzasından azad edilməsi qərara alınmışdır. Məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək əlavə cəza olan 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasından azad edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli qərarı azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş ilə 06 ay 08 gün vaxtından əvvəl şərti azad edlimiş, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə isə barəsində amnistiya aktı tətbiq edilərək şərti cəzadan azad edilmişdir. Onun yeganə qazanc mənbəyi sürücülükdür və hazırda bu hüquqdan məhrum edilməsi vəziyyətini ağırlaşdırır. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## #### 2026-ci il tarixli qərarı (hakim S.İsmayılov) ilə məhkum Məhkum barəsində təyin edilmiş nəqliyyat vasitələri idarə etmə hüququndan məhrum etmə cəzasından azad edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Məhkum Məhkum qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardan da göründüyü kimi, nəzarət mexanizmini həyata keçirdən icra məmuru onunla bağlı mənfi rəy verməmiş, bununla bağlı məsələləri möhkəmənin öhdəsinə buraxmışdır. Məhkəmə isə öz qərarında qeyd etmişdir ki, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzasının vaxtından əvvəl ləğv edilməsi və ya məhkumun bu növ cəzadan azad edilməsi barədə cəzadan azadetmə barədə normaları nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12-ci fəslində hər hansı norma nəzərdə tutulmamışdır. Bu nəticə hüquqi cəhətdən kifayət qədər əsaslandırılmamışdır. İlk növbədə, Cinayət Məcəlləsinin 12-ci fəslində xüsusi normanın mövcud olmaması özlüyündə həmin məsələnin həllinin mümkünsüzlüyünü ifadə etmir. Qanunvericilikdə belə bir institutun birbaşa tənzimlənməməsi onun qadağan edilməsi anlamına gəlmir. Məhkəmə yalnız normanın olmasına istinad etməklə kifayətlənməməli, həm də həmin məsələnin cinayət hüququnun ümumi prinsipləri, cəzanın məqsədi və məhkumun hüquqi vəziyyəti baxımından qiymətləndirilməsinin niyə mümkün olmadığını əsaslandırmalı idi. Cinayət Məcəlləsinə əsasən cəzanın əsas məqsədləri sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Əgər məhkum davranışı ilə islah olunduğunu sübut etmiş, cəzanın əsas hissəsini çəkmiş, yeni hüquq pozuntusuna yol verməmiş və əlavə cəzanın tətbiq edilməsini zəruri edən hallar aradan qalxmışdırsa, həmin əlavə məhdudiyyətin saxlanılmasının cəzanın məqsədlərinə hansı səbəbdən xidmət etdiyini məhkəmə qərarında göstərməli idi. Qərarda bu məsələlər ümumiyyətlə araşdırılmamışdır. Bundan əlavə, Konstitusiyada təsbit olunmuş hüququn aliliyi, ədalətlilik və proporsionallıq prinsipləri tələb edir ki, şəxsin hüquqlarına tətbiq edilən məhdudiyyət yalnız zəruri olduğu müddətdə davam etdirilsin. Məhkəmə isə həmin prinsiplərin tətbiqi imkanını araşdırmadan yalnız xüsusi normanın mövcud olmamasına istinad etmişdir ki, bu da məhkəmə aktının tam və hərtərəfli əsaslandırılması tələbinə uyğun deyildir. Məhkəmənin gəldiyi nəticə faktiki olaraq qanunda nəzərdə tutulmayan qadağa yaratmışdır. Halbuki qanunvericilikdə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzasının vaxtından əvvəl ləğvinə birbaşa icazə verən norma olmadığı kimi, bunu qadağan edən norma da mövcud deyildir. Belə olan halda məhkəmə ərizəni yalnız formal səbəblərlə deyil, işin konkret hallarını, məhkumun şəxsiyyətini, cəzanın məqsədinə nail olunub- olunmadığını və proporsionallıq prinsipini qiymətləndirməklə həll etməli idi. Bu səbəbdən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının düzgün tətbiq edilməməsinə və məhkəmə qərarının kifayət qədər əsaslandırılmamasına əsaslanır. Buna görə də həmin qərar ləğv edilməli, ərizə üzrə yenidən hüquqi qiymətləndirmə aparılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini cinayət Qanunvericiliyində məhkum olunmuş şəxsin yalnız əlavə ccəzadan azad olunması müddəası nəzərdə tutulmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, materialı tədqiq edib, apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Məhkum Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 06 ay 08 gün vaxtından əvvəl şərti azad edlimiş və Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə isə barəsində amnistiya aktı tətbiq edilərək şərti cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 76.1-ci maddəsinə görə məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər 76.3.1-1-ci maddəsinə görə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdən sonra tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 519.1-ci maddəsinə əsasən məhkumun yaşayış yeri üzrə məhkəmə cəzaları icra edən müəssisənin və ya orqanın təqdimatı əsasında hökmün və ya məhkəmənin digər yekun qərarının icrası ilə əlaqədar aşağıdakı məsələlərə baxır, onlardan biri də şərti məhkumetmə zamanı sınaq müddətinin uzadılması, şərti məhkum edilmiş şəxsin üzərinə qoyulmuş vəzifələrin dəyişdirilməsi, habelə şərti məhkumetmənin və ya şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi, məhkumun məhkəmənin hökmü ilə təyin edilmiş cəzanın çəkilməsi üçün göndərilməsi barədə mraciətlərdir. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanıçəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun **/**** saylı, ## ####### 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, bu sahədə olan qanun normalarının mənasına görə məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin novünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətdən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır. Həmin Qərarın 8-ci bəndinə görə cinayət qanunvericiliyinin müddəalarına görə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması tətbiq edilərkən məhkəmə məhkumu əlavə cəzadan da tamamilə və ya qismən azad edə bilər. Ona görə də məhkəmələr qeyd edilən müraciətlərə baxarkən məhkumun təyin olunmuş əlavə cəzadan da azad olunub-olunmaması məsələsini müzakirə etməli, həmin məsələnin təmin və rədd edilməsinin, habelə təmin etdiyi halda tamamilə və ya qismən təmin etməsinin səbəblərini əsaslandırmalıdır. Göründüyü kimi, istinad edilən qanun normasının tələbindən göründüyü kimi məhkum əlavə cəzadan tamamilə və qismən yalnız o halda azad oluna bilər ki, əsas cəzadan da şərti olaraq vaxtından əvvəl azad edilmiş olsun. Belə ki, Amnistiya aktına əsasən əsas cəzadan azad edilmiş şəxsin əlavə cəzadan azad edilməsi nəzərdə tutulmamışdır. Məhkum Məhkum əsas cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə institutunun tətbiqi nəticəsində deyil, amnistiya aktına əsasən azad edilmişdir və bu hal onun əlavə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün hüquqi əsas kimi çıxış edə bilməz. Digər tərəfdən müdafiə tərəfinin istinad etdiyi Ali Məhkəmənin Plenum Qərarının müddəalarında da məhkumun əlavə cəzadan azad edilməsi imperativ norma kimi nəzərdə tutulmamışdır. Belə olan halda məhkum Məhkum əlavə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsi təmin edilməməlidir. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## #### 2026-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı kollegiya qeyd edir ki, ərizə verən şəxsin hüquqlarının müdafiəsinin apellyasiya icraatı zamanı təmin edilməsindən ötrü dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” ##.##.2001-ci il tarixli, ** nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, apellyasiya instansiyası məhkəməsində Məhkum göstərilmiş 3 iş saatı həcmində hüquqi yardımla bağlı müdafiəçi1 vəkil işlədiyi Sumqayıt şəhər * saylı Vəkil Bürosunun hesabına 33 (otuz üç) manat məbləğində pul köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.2, 407.2 və 410cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## #### 2026-ci il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məhkum apellyasiya instansiyası məhkəməsində məhkəmə iclaslarında hüquqlarının müdafiə olunmasına görə dövlət büdcəsindən vəkil müdafiəçi1 3 (üç) iş saatına görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Sumqayıt şəhər * saylı Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu madəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-8)-22/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-8)-22/2026
26.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver