Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 7(3-8)-9/2026 03.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən kənar Icraatlar Idarəsinin böyük prokuroru Prokuror, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təqdimat verən orqan nümayəndəsi X1, məhkum Barəsində təqdimat verilən şəxs və müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə Məhkum Barəsində təqdimat verilən şəxs cəzasının qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audiovideo yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Məhkum Barəsində təqdimat verilən şəxs cəzasının qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, həmin ərizə əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 14 sayı X2 Müəssisəsi ərizəni aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərmişdir. Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ilə məhkum Barəsində təqdimat verilən şəxs cəzasının qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə barədə ərizəsi təmin edilməmişdir (hakim Firuzə Kərimova). Həmin qərardan məhkum Barəsində təqdimat verilən şəxs apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cəzaçəkmə müəssisəsinin daxili rejim qaydalarına həmişə riayət etmişdir. Buna görə də barəsində həmişə həvəsləndirmə tədbirləri tətbiq olunmuşdur. Məhkəmə kollegiyasının iclasında məhkum Barəsində təqdimat verilən şəxs müəssisənin daxili rejim qaydalarına həmişə riayət etdiyini, azyaşlı övladı olmasını qeyd edərək, apellyasiya şikayətinin təmin edilməsini, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən müdafiəçi müdafiəçi1 ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqdimat verən orqan nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin böyük prokuroru Prokuror apellyasiya şikayətinin əsassız olduğunu, məhkumun hazırda şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün heç bir əsas olmadığını, birinci instansiya məhkəməsinin qərarının qanuni, əsaslı və ədalətli olmasını qeyd edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası materialı nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərini araşdıran məhkəmə kollegiyası hesab edir ki, məhkumun cəzaçəkmədən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməsinə dair dəlilləri əsassızdır. Belə ki, iş materiallarında olan: Bakı Ağır Cinayət Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmündən görünür ki, Barəsində təqdimat verilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2024-cü il tarixli qərarı ilə Barəsində təqdimat verilən şəxs cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün X2 müəssisəsinə keçirilmişdir. Iş materiallarından görünür ki, məhkum Barəsində təqdimat verilən şəxs cəzaçəkmə müddətinin sonu ## ####### 2026-cı il tarixdə başa çatır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Mülahizə ilə birlikdə məhkəməyə məhkumun şəxsi işi də göndərilir. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunubolunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin novünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətdən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun barəsində verilmiş mülahizənin əsaslılığı və məhkumun islah olunub-olunmaması məsələsi araşdırılarkən, onun bütün cəza çəkdiyi müddəti əhatə edən davranışı nəzərə alınmalıdır. Qeyd olunanlar müəssisənin məhkumun barəsində verdiyi mülahizənin formal xarakter daşıdığı, reallığı əks etdirmədiyi qənaətinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qərarda qeyd etmişdir ki, ərizə vermiş şəxs ağır cinayət törətmiş şəxs kimi məhkum olunmuşdur. Şəxsin məhkum olunduğu kateqoriyaya aid cinayətlər yüksək ictimai təhlükəliliyi ilə seçildiyindən, belə şəxslərin şərti olaraq vaxtından əvvəl azad olunması məsələsinə xüsusi həssaslıqla yanaşılmalıdır. Məhkumun cəzanın qanunla tələb olunan hissəsini çəkməsinə və cəzaçəkmə müəssisəsi tərəfindən barəsində müsbət mülahizə verilməsinə baxmayaraq, bu hal onun tam islah olunmasını birmənalı şəkildə təsdiq etmir. Məhkumun ərizəsində göstərdiyi xüsusatlar onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün tətbiq oluna bilməz. Belə ki, Barəsində təqdimat verilən şəxs hazırda cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkir və günün müəyyən saatlarında müəssisədən kənara çıxa bilir, eyni zamanda onun işləməsi və ailəsini görməsi üçün də şərait yaradılmışdır. Bu səbəbdən də verilmiş ərizənin təmin edilməsi üçün əsaslar müəyyən olunmur. Odur ki, azadlıqdan məhrum etmə cəzasının qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə məhkum Barəsində təqdimat verilən şəxs ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müraciət tam, hərtərəfli və obyektiv yoxlanılmış və məhkum Barəsində təqdimat verilən şəxs cəzasının qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 8.1-ci maddəsiə əsasən məhkumların islah edilməsi - onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgə yaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun nəticəyə gələrək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkum Barəsində təqdimat verilən şəxsnın cəzasının qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkum Barəsində təqdimat verilən şəxsnın apellyasiya məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2001-ci il tarixli ** nömrəli Qərarının 1-ci bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir (## ##### 2025-ci il tarixli dəyişiklik nəzərə alınmaqla). Odur ki, apellyasiya məhkəməsində məhkum Barəsində təqdimat verilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak etdiyi cəmi 03 (üç) iş saatına görə 33 (otuz üç) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 197, 198, 410, 513, 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Abşeron Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum Barəsində təqdimat verilən şəxs apellyasiya şikayəti təmin olunmasın. Barəsində təqdimat verilən şəxs apellyasiya məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 03 (üç) iş saatına görə 33 (otuz üç) manat məbləğində vəsait Sumqayıt Regional Vəkil Bürosu vasitəsilə ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-8)-9/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-8)-9/2026
03.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver