Məhkəmə qərarları › İş №7(3-9)-16/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-16/2026

22.05.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 7(3-9)-16/2026 22.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), X2 və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Zeynalov Musa Həsən oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru, R X6, məhkum Məhkum İnşalla oğlunun müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 İnqilab oğlunun iştirakı ilə, Məhkum Məhkum İnşalla oğlunun cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin olunmamasına dair Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Məhkum İnşalla oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi) ilə ##.##.1982-ci il tarixdə Füzuli rayonu Əhmədbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Füzuli rayonunun Əhmədbəyli kəndində qeydiyyatda olmaqla yaşamış, Füzuli Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı hökmü ilə CM-nin 177.2.2, 178.2.2 və 178.2.4, 66.2 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə CM-nin 80-1-ci maddəsinə əsasən Füzuli Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı hökmü ilə CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən ona təyin olunmuş 02 il müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, "Konstitusiya və Suverenlik ili" münasibəti ilə amnistiya elan edilməsi haqqında AR Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilməklə cəzası 06 ay müddətinə azaldılmış, cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində çəkən Məhkum İnşalla oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin olunmamışdır. İŞİN HALLARI İş materiallarından görünür ki, Məhkum İnşalla oğlu Füzuli Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcı ## #### 2024-cü il tarixdən hesablanması, mülki iddiaçı İsmayılov Tahir Mahmud oğlu tərəfindən verilmiş mülki iddianın təmin edilməsi, mülki cavabdeh Məhkum İnşalla oğlundan iş üzrə vurduğu maddi ziyana görə 6500 (altı min beş yüz) manat məbləğində pulun tutulub İsmayılov Tahir Mahmud oğluna ödənilməsi barədə yekun qərar qəbul edilmişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı hökmü ilə Məhkum İnşalla oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, ona CM-nin 177.2.2-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.2ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin CM-nin 66.5-ci maddəsinə əsasən ona Füzuli Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)- **/**** saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının hazırkı hökmlə təyin edilən 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməsi və ona qəti olaraq 04 (dörd) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2022-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Füzuli Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı hökmü ilə azadlıqdan məhrum etmə cəzası çəkməsinin nəzərə alınması hökm edilmişdir. Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə məhkum Məhkum İnşalla oğlunun ərizəsinin təmin edilməsi, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən Füzuli Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cu maddələrinə əsasən ona təyin olunmuş 02 il müddətə azadlıqdan məhrumetmə cəzasından azad edilməsi, onun üzərində Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)- **/**** saylı hökmü ilə CM-nin 66.2-ci maddəsi tətbiq olunmaqla CM-nin 177.2.2, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasının saxlanılması və hökmdən CM 66.5-ci maddəsinin xaric edilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərarı ilə apellyasiya protesti təmin edilmiş, Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** saylı qərarı ləğv edilmiş, məhkum Məhkum İnşalla oğlunun ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin * saylı Cəzaçəkmə Müəssisəsinin təqdimatı təmin edilmiş və “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarın 3.1-ci bəndi tətbiq edilməklə Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı hökmü ilə AR CM-nin 177.2.2, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 04 (dörd) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Məhkum İnşalla oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 06 (altı) ay azaldılması qərara alınmışdır. Məhkum Məhkum İnşalla oğlu ərizə ilə məhkəməyə müraciət edərək, cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasını xahiş etmişdir. Məhkum ərizəsini onunla əsaslandırmışdır ki, “ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Cəza çəkdiyi müddətdə daxili intizam qaydalarına əməl etmiş, verilən tapşırıqları vaxtında yerinə yetirmiş, mədəni kütləvi tədbirlərdə iştirak etmişdir. Qanunvericiliyə əsasən ona cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq oluna bilər”. Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Məhkum İnşalla oğlunun ərizəsi təmin edilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan məhkum Məhkum İnşalla oğlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və cəzadan azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin hökmü ilə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ƏN PX-nin * saylı cəzaçəkmə müəssisəsində çəkir. Cəzasının əvvəli ## ###### 2022-ci il tarixdən hesablanır. ## ###### 2025-ci il tarixli amnistiya aktı ilə cəzasının çəkilməmiş hissəsi 6 ay azalmışdır. Cəza çəkdiyi müddət ərzində törətmiş olduğu cinayət əməlindən səmimi peşmanlıq keçirmiş, müəssisədə nümunəvi məhkum olmuş, daxili intizam və rejim-nəzarət qaydalarına riayət etmiş, məhkum yoldaşları ilə daim xoş rəftarda və mehriban ünsiyyətdə olmuş, müəssisənin mədəni-kütləvi tədbirlərində fəal iştirak etmişdir. Həbsdə olarkən təxminən bir il öncə anasını, iki ay öncə isə atasını itirmiş, bir oğul övladı olaraq onların dəfnində iştirak edə bilməməsi ona yetərincə mənəvi əzablar vermişdir. Bundan əlavə himayəsində 3 azyaşlı övladı vardır. Onlardan biri birinci qrup autizm, biri də ikinci qrup autizm xəstəsidir. Övladlarının belə ağır xəstə olması da ona böyük mənəvi iztirablar verir. Ailəsinin heç bir yerdən qazancı və gəliri yoxdur, onlara yaşlı atası himayədarlıq etmiş, o da rəhmətə getdikdən sonra ailəsinin həyat şəraiti acınacaqlı şəkilə düşmüşdür. Həmçinin Füzuli rayonundan olan zərərçəkmişlə barışmış və ona dəymiş maddi ziyanı tam ödəmişdir. Lakin şərti olaraq vaxtından əvvəl azad olunması ilə bağlı ərizəsinə baxarkən Salyan Rayon Məhkəməsi bu halları nəzərə almamışdır. Cəzasının sonuna 7 ay qalmışdır. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı məhkum Məhkum İnşalla oğlunun müdafiəçisi müdafiəçi1 İnqilab oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, həmin dəlillərə uyğun çıxış etdi və şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru, R X6 məhkumun apellyasiya şikayəti ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı, apellyasiya şikayətinin isə əsassız olduğunu göstərib, apellyasiya şikayətinin təmin olunmadan, Salyan Rayon Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Məhkum Məhkum İnşalla oğlu məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə məhkum Məhkum İnşalla oğlunun iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, proses iştirakçılarının çıxışlarını dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi məhkumun müraciəti əsasında cəzadan şərti azad etmə məsələlərinə baxılarkən cəzaçəkmə müəssisəsinin mülahizələrinin nəzərə alınmasını zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Cinayət Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.1 və 170.2-ci maddələrinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Mülahizə ilə birlikdə məhkəməyə məhkumun şəxsi işi də göndərilir. «Cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli * saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirilməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışını, əməyə, təhsilə və törətdiyi cinayətə münasibətini bu məsələnin müsbət həllinin əsası kimi görür və bununla bağlı cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsinin nəzərə alınmasını zəruri hesab edir. Məhkumun apellyasiya şikayətinin dəlillərinin yoxlanılması zamanı cəzaçəkmə müəssisəsinin rəhbərliyinin onun barəsində mənfi yönümlü mülahizə təqdim etdiyi görünür. Belə ki, iş materiallarında olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı CM-nin yazılı mülahizəsindən görünür ki, “məhkum Məhkum İnşalla oğlu ##.##.1982-ci ildə Füzuli rayonu, Əhmədbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 azyaşlı övladı var, onlardan biri 1-ci qrup digəri isə 2-ci qrup əlildir (autizm xəstəliyi var), orta təhsilli, işləməyən, məhkum olunmuş, Abşeron rayon məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 177.2.2, 178.2.2, 178.2.4, 66.2, və 66.5-сі maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1 ci bəndinə əsasən cəzası 6 ay azaldılmış və cəzası 4 ilə endirilmişdir. Cəzanın çəkilmiş hissəsi: 03 il 03 ay 05 gün. Cəzanın çəkilməmiş hissəsi: 08 ay 25 gün. Məhkum Məhkum İnşalla oğlu * saylı cəzaçəkmə müəssisəsinə ##.##.2024-cü il tarixdə Umbakı Penitensiar müəssisəsindən qəbul edilmişdir. Məhkəmə tərəfindən ona təyin edilmiş cəzanın ikidə bir hissəsindən çoxunu çəkmişdir. O, 10 epizod üzrə müxtəlif vaxtlarda vətəndaşların etibarından sui istifadə edərək zərərçəkmiş şəxslərə Ümumilikdə 94650 manat məblğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkumun 1-ci hökmü üzrə (yəni Füzuli rayon məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü) zərərçəkmiş şəxs İsmayılov Tahir Mahmud oğlu ilə barışıq əldə olunub. Bundan başqa o, ##.##.2022-ci il tarixdə X3 məxsus fərdi yaşayış evinə daxil olaraq zərərçəkmiş şəxsə ümumilikdə 4500 manat ziyan vuraraq oğurluq etmişdir. Zərərçəkmiş şəxslərdən 2 nəfər (X7 və X1 10000 manat) şikayətçi olduğunu bildirmiş, digərlərinin hökmdə şikayətçi olub olmadığı barədə məlumat yoxdur. İş üzrə mülki iddia yoxdur. Özünü təqsirli bilir. Məhkumun şəxsiyyətinin fərdi xüsusiyyətləri, xarakteri və törətdiyi cinayətin ağırlıq dərəcəsi nəzərə alınaraq müəssisədə olduğu müddətdə ona hüquq və vəzifələrini aydın dərk etməsi, cəzanın çəkilməsi qaydalarının mahiyyətini və məzmununu düzgün başa düşməsi məqsədi ilə maarifləndirmə işi aparılmış, pedaqoji və psixoloji təsirətmə üsul və vasitələrdən istifadə edilmiş, bu sahədə hüquqi biliklərə yiyələnməsi üçün müvafiq şərait yaradılmışdır. Aparılan tərbiyəvi söhbətlərə baxmayaraq, cəza çəkdiyi müddətdə ##.##.2025-ci il tarixdə * saylı dəstənin yataqxanasinda məhkum yoldaşları ilə maddi marağa qumar oynadığına görə 12 gün müddətinə cərimə təcridxanasına keçirilməklə barəsində intizam tənbehi tətbiq edilmişdir. Məhkumu həvəsləndirmək məqsədilə ##.##.2026-cı il tarixdə verilimiş 12 gun cərimə cəzası vaxtından əvvəl üzərindən götürülmüşdür. Lakin, məhkumun şəxsi işindən göründüyü kimi dəfələrlə eyni əmələ görə məhkum olunması onun əvvəlki cəzalarından nəticə çıxarmadığını, davranışında müsbət dəyişiklik etməyə meyilli olmadığını və hüquq normalarına qarşı laqeyid münasibətini açıq şəkildə göstərməklə, cinayət məsuliyyətinə cəlb olunmasına səbəb olan əməllərə biganə yanaşdığın göstərir. O, törətdiyi əməllərin cəmiyyət üçün yaratdığı təhlükəni və mənfi nəticələrini düzgür qiymətləndirmir. Əməyə münasibəti mənfidir. Müəssisədə cəza çəkdiyi 1 il 5 ay ərzinde təsərrüfat və məişət xidmətində əməyə cəlb olunaraq vətəndaşlara dəymiş zərərin ödənilməs istiqamətində heç bir müsbət irəliləyiş olmamışdır. İşləmək və əmək fəaliyyəti ilə məşğu olmaq istəyi müşahidə olunmur. Eyni zamanda müəssisə ərazisində aparılan abadlıq ve quruculuq işlərində iştirak etmir. Özünü inkişaf etdirmək istiqamətində təşəbbüs göstərmir Törətdiyi cinayətə görə peşimançılıq hissi keçirdiyini bildirir. 2025-ci il ərzində tərtib olunmuş illik xasiyyətnayə əsasən mənfi xarakterizə olunur. Məhkum Məhkum İnşalla oğlunun cəzadan şərti olaraq vaxtından əvvə azad olunması məsələsinə Ədliyyə Nazirliyinin Komissiyasının iclasında baxılmış və ** saylı protokola əsasən onun mənfi xarakterizə olunmasını, cəza çəkdiyi müddət ərzində barəsində tənbeh tədbirinin tətbiq edilməsini və s. halları nəzərə alaraq mənfi rəy verilməs məqsədəmüvafiq hesab edilmişdir”. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin ** saylı Cəzaçəkmə Müəssisəsinin ##.##.2026-cı il tarixli mülahizəsindən görünür ki, “məhkum Məhkum İnşalla oğlu ##.##.1982-ci ildə Füzuli rayonu, Əhmədbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 azyaşlı övladı var, onlardan biri 1ci qrup digəri isə 2-ci qrup əlildir (autizm xəstəliyi var), orta təhsilli, işləməyən, məhkum olunmuş, Abşeron rayon məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 177.2.2, 178.2.2, 178.2.4, 66.2, və 66.5-сі maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1 ci bəndinə əsasən cəzası 6 ay azaldılmış və cəzası 4 ilə endirilmişdir. Cəzanın əvvəli: ##.##.2022-ci il. Cəzanın sonu: ##.##.2026-cı il. Cəzanın çəkilmiş hissəsi: 3 il 4 ay 1 gün. Cəzanın çəkilməmiş hissəsi: 7 ay 29 gün. Məhkum Məhkum İnşalla oğlu * saylı cəzaçəkmə müəssisəsinə ##.##.2024-cü il tarixdə Umbakı Penitensiar müəssisəsindən qəbul edilmişdir. Məhkəmə tərəfindən ona təyin edilmiş cəzanın ikidə bir hissəsindən çoxunu çəkmişdir. O, 10 epizod üzrə müxtəlif vaxtlarda vətəndaşların etibarından sui istifadə edərək zərərçəkmiş şəxslərə Ümumilikdə 94650 manat məblğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkumun 1-ci hökmü üzrə (yəni Füzuli rayon məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü) zərərçəkmiş şəxs İsmayılov Tahir Mahmud oğlu ilə barışıq əldə olunub. Bundan başqa o, ##.##.2022-ci il tarixdə X3 məxsus fərdi yaşayış evinə daxil olaraq zərərçəkmiş şəxsə ümumilikdə 4500 manat ziyan vuraraq oğurluq etmişdir. Zərərçəkmiş şəxslərdən 2 nəfər (X7 və X1 10000 manat) şikayətçi olduğunu bildirmiş, digərlərinin hökmdə şikayətçi olub olmadığı barədə məlumat yoxdur. İş üzrə mülki iddia yoxdur. Özünü təqsirli bilir. Məhkumun şəxsiyyətinin fərdi xüsusiyyətləri, xarakteri və törətdiyi cinayətin ağırlıq dərəcəsi nəzərə alınaraq müəssisədə olduğu müddətdə ona hüquq və vəzifələrini aydın dərk etməsi, cəzanın çəkilməsi qaydalarının mahiyyətini və məzmununu düzgün başa düşməsi məqsədi ilə maarifləndirmə işi aparılmış, pedaqoji və psixoloji təsirətmə üsul və vasitələrdən istifadə edilmiş, bu sahədə hüquqi biliklərə yiyələnməsi üçün müvafiq şərait yaradılmışdır. Aparılan tərbiyəvi söhbətlərə baxmayaraq, cəza çəkdiyi müddətdə ##.##.2025-ci il tarixdə * saylı dəstənin yataqxanasinda məhkum yoldaşları ilə maddi marağa qumar oynadığına görə 12 gün müddətinə cərimə təcridxanasına keçirilməklə barəsində intizam tənbehi tətbiq edilmişdir. Məhkumu həvəsləndirmək məqsədilə ##.##.2026-cı il tarixdə verilimiş 12 gun cərimə cəzası vaxtından əvvəl üzərindən götürülmüşdür. Lakin, məhkumun şəxsi işindən göründüyü kimi dəfələrlə eyni əmələ görə məhkum olunması onun əvvəlki cəzalarından nəticə çıxarmadığını, davranışında müsbət dəyişiklik etməyə meyilli olmadığını və hüquq normalarına qarşı laqeyid münasibətini açıq şəkildə göstərməklə, cinayət məsuliyyətinə cəlb olunmasına səbəb olan əməllərə biganə yanaşdığın göstərir. O, törətdiyi əməllərin cəmiyyət üçün yaratdığı təhlükəni və mənfi nəticələrini düzgür qiymətləndirmir. Əməyə münasibəti mənfidir. Müəssisədə cəza çəkdiyi 1 il 5 ay ərzinde təsərrüfat və məişət xidmətində əməyə cəlb olunaraq vətəndaşlara dəymiş zərərin ödənilməs istiqamətində heç bir müsbət irəliləyiş olmamışdır. İşləmək və əmək fəaliyyəti ilə məşğu olmaq istəyi müşahidə olunmur. Eyni zamanda müəssisə ərazisində aparılan abadlıq ve quruculuq işlərində iştirak etmir. Özünü inkişaf etdirmək istiqamətində təşəbbüs göstərmir Törətdiyi cinayətə görə peşimançılıq hissi keçirdiyini bildirir. 2025-ci il ərzində tərtib olunmuş illik xasiyyətnayə əsasən mənfi xarakterizə olunur. Məhkum Məhkum İnşalla oğlunun cəzadan şərti olaraq vaxtından əvvə azad olunması məsələsinə Ədliyyə Nazirliyinin Komissiyasının iclasında baxılmış və ** saylı protokola əsasən onun mənfi xarakterizə olunmasını, cəza çəkdiyi müddət ərzində barəsində tənbeh tədbirinin tətbiq edilməsini və s. halları nəzərə alaraq mənfi rəy verilməs məqsədəmüvafiq hesab edilmişdir”. Məhkəmə kollegiyası iş materiallarını, məhkumun şəxsi işini, cəzaçəkmə müəssisəsi tərəfindən təqdim edilmiş mülahizə və xasiyyətnamələri, həmçinin məhkumun davranışı və cəzaçəkmə müddətində nümayiş etdirdiyi münasibəti məcmu halında qiymətləndirib belə nəticəyə gəlir ki, məhkum Məhkum İnşalla oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş maddi-hüquqi əsaslar formalaşmamışdır. Belə ki, iş materiallarından görünür ki, məhkum təyin olunmuş cəzanın qanunla tələb edilən hissəsini çəksə də, bu hal özlüyündə onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə qeyd-şərtsiz əsas vermir. Qanunun mənasına görə, cəzanın müəyyən hissəsinin çəkilməsi formal şərt olmaqla yanaşı, məhkumun islah olunması, davranışında sabit müsbət dəyişikliklərin yaranması, cəzanın məqsədlərinə nail olunması və gələcəkdə yenidən cinayət törətməyəcəyinə əsaslı inamın formalaşması da zəruri meyarlar kimi qiymətləndirilməlidir. Məhkumun şəxsi işində olan sənədlərdən müəyyən olunur ki, o, əvvəllər də eyni xarakterli əməllərə görə məhkum olunmasına baxmayaraq, bundan nəticə çıxarmamış, yenidən çoxepizodlu və tamah niyyəti ilə törədilmiş cinayət əməllərinə yol vermişdir. Bu hallar onun hüquq normalarına və cəmiyyətin qəbul etdiyi davranış qaydalarına münasibətində davamlı müsbət dəyişiklik baş vermədiyini göstərən mühüm göstəricilərdən biridir. Bundan başqa, məhkəmə kollegiyası onu da vurğulayır ki, iş materiallarında məhkum Məhkum barəsində olan digər sənədlər də öz növbəsində onun qeyri-qənaətbəxş davranış nümayiş etdirdiyini, tam islah olunmadığını, sözdə peşmançılığının isə formal xarakterli olduğunu təsdiq edir. Belə ki, iş materiallarında olan məhkumun şəxsi işinə əlavə olunmuş *** nömrəli, ##.##.2025-ci il tarixli “məhkuma tənbeh tədbirinin tətbiq olunması barədə” qərardan görünür ki, Məhkum İnşalla oğlu müəssisənin yaşayış sahəsində məhkum yoldaı X5 ilə məişət zəmnində mübahisə etmiş və buna görə məhkumla tərbiyə söhbətin aparılması qərara alınmışdır. İş materiallarında olan məhkumun şəxsi işinə əlavə olunmuş *** nömrəli, ##.##.2025-ci il tarixli “məhkuma tənbeh tədbirinin tətbiq olunması barədə” qərardan görünür ki, Məhkum İnşalla oğlu məhkum yoldaşı Quliyev İsmayıl ilə birləşib məhkumlar Quliyev Səbuhi və Qəribov Sənanla maddi maraq məqsədi ilə qumar oynamışdır və məhkum Məhkum İnşalla oğlu cəzasının çəkilmə qaydasını pozduğuna görə 12 gün müddətinə cərimə təcirdxanasına keçirilməsi qərara alınmışdır. İş materiallarında olan məhkumun şəxsi işinə əlavə edilmiş 2025-ci il üçün illik xasiyyətnaməsindən görünür ki, məhkum Məhkum İnşalla oğlu cəzaçəkmə müəssəsinə gəldikdən sonra əməyə cəlb olunmayıb, əməyə münasibəti mənfidir, məhkumlar arasında özünü aqressiv aparır (pis vərdişlərə meyllidir). Müəssisədə keçirilən tərbiyəvi tədbirlərdə iştirak etməkdən yayınmağa çalışır. DKŞ-da iştirak etmir. Xasiyyətcə özünə qapalıdır. Zərərçəkmiş şəxslərlə barışıq əldə olunmayıb. İslah yoluna qədəm qoymağa səy göstərməmişdir. Göründüyü kimi, cəzaçəkmə müddəti ərzində məhkumun davranışı müsbət qiymətləndirilməmişdir. Kollegiya hesab edir ki, məhkumun barəsində qeyd olunan xüsusatlar onun cəzaçəkmə rejiminin tələblərinə lazımi səviyyədə riayət etmədiyini göstərir. Kollegiyanın qənaətincə, məhkumun əməyə münasibəti, tərbiyəvi tədbirlərdə iştirakdan yayınması, müəssisədaxili qaydalara münasibəti və ümumilikdə davranışı onun islah olunması prosesinin tamamlanmadığını göstərir. Belə ki, cəzanın məqsədi yalnız məhkumun cəmiyyətdən təcrid olunması deyil, həm də onun islah edilməsinə nail olunmasıdır. Lakin iş materiallarında olan məlumatlar məhkumun davranışında davamlı və sabit müsbət dəyişiklik formalaşdığını təsdiq etmir. Eyni zamanda məhkumun vurulmuş ziyanın aradan qaldırılması istiqamətində real və fəal addımlar atmaması, zərərçəkmiş şəxslərlə tam barışığa nail olmaması, habelə müəssisə rəhbərliyi və Ədliyyə Nazirliyinin aidiyyəti Komissiyası tərəfindən onun vaxtından əvvəl azad edilməsinin məqsədəmüvafiq hesab olunmaması da nəzərə alınmalı olan hallardandır. Məhkumun şəxsiyyətini xarakterizə edən bu hallar onun cəzanın məqsədlərindən nəticə çıxarması və islah olunması barədə birmənalı qənaətə gəlməyə imkan vermir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları düzgün müəyyən etmiş, təqdim olunmuş materialları tam, hərtərəfli və obyektiv araşdıraraq məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması üçün kifayət qədər əsaslar mövcud olmadığından, onun ərizəsini rədd etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual baxımdan qanuni və əsaslı qərar qəbul etmişdir. Məhkəmənin qanuni və əsaslı olan qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum İnşalla oğlunun apellyasiya şikayəti təmin olunmamalı, Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 407, 410, 412 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum İnşalla oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Pərviz Əhmədov Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar