Məhkəmə qərarları › İş №7(3-9)-18/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-18/2026

22.05.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 7(3-9)-18/2026 22.05.2026 ŞIRVAN APELLYASIYA MӘHKӘMӘSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru X2, məhkum Məhkum, müdafiəçi Şirvan Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Məhkum Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin rədd edilməsinə dair Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Məhkum videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Salyan Rayon Məhkəməsinin (hakim Әliyeva Vəsilə Әlövsət qızının sədrliyi) ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə ##.##.1989-cu il tarixdə Xocavənd rayonu, Tuğ kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, Xocavənd rayonu, Tuğ kəndində qeydiyyatda olmaqla, Xocavənd rayonu 320 ailəlik qəsəbədə yerləşən *** nömrəli evdə yaşamış, Şirvan Apellyasiya məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 9 ay 2 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 7(5-152)- **/**** saylı, ##.##.2026cı il tarixli qərarı ilə cəzası 6 ay müddətinə azaldılmış, cəzasını Azərbaycan Respublikası Әdliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində çəkən məhkum Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin olunmaması barədə qərar qəbul edilmişdir. Qərardan narazı qalan məhkum Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: Azərbaycan Respublikası Әdliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, çəkilməmiş qalan cəzasından şərti olaraq vaxtından əvvəl azad olunmasını xahiş etmişdir. Məhkum ərizəsini onunla əsaslandırmışdır ki, cəzasının qanunla müəyyən olunması hissəsindən çoxunu çəkmiş və buna görə də vaxtından əvvəl şərti azad olunma məsələsinə baxılmasını xahiş etmişdir. Әrizə əsasında işə baxan birinci instansiya məhkəməsi məsələni yuxarıda göstərilən qaydada həll etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkum Məhkum apellyasiya şikayəti verərək, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarını ləğv edərək onun vaxtından əvvəl azad edilərək vaxtından əvvəl şərti azadlığa buraxılmasına dair qərar verilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xocavənd Rayon Məhkəməsinin hökmü ilə AR CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay azadlıqdan məhrum etmək cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilərək ona 1 il cəza təyin edilmişdir. Cəzasının 9 ayını çəkdikdən sonra vaxtından əvvəl şərti azadlığa buraxılmışdır. Dövlət ittihamçısının Ali Məhkəməyə verdiyi kassasiya şikayəti nəticəsində əməlinin yenidən AR CM-nin 234.2-ci maddəsinə tövsif edilərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hökmü ilə ona 2 il 9 ay 2 gün cəza təyin edilmişdir. Cəzasının əvvəli ## ####### 2024-cü il tarixdən hedablamışdır. Hazırda cəzasının bitməsinə 9 ay müddət qalmışdır. Cəzasının ӘN PX-in * saylı CCM-də çəkir. Cəza çəkdiyi müddət ərzində müəssisədə nümunəvi məhkum olmuşdur. Müəssisə rəhbərliyi tərəfindən heç bir töhmət almamışdır. Daxili İntizam və rejim nəzarət qaydalarına maksimum riayət etmişdir. Cəza çəkdiyi müddət ərzində törətmiş olduğu əməl barədə xeyli düşünmüş və səmimi peşiman olmuşdur. Müəssisədə faydalı əməklə məşğul olmuşdur. Әməyə vicdanlı münasibətdədir. Ailə şəraiti çətin vəziyyətdədir. Yaşlı atası və yaşlı xəstə anası vardır. Bundan əlavə himayəsində 5 yaşlı bir övladı vardır, yoldaşı evdardır. Ailənin yeganə qazanc gətirən şəxsi o, olmuşdur. Onun həbsdə olmağı özü ilə bərabər ailə üzvlərinin də, həyat və yaşam şəraitini çətin duruma salmışdır. Bunu da nəzərə çatdırır ki, atası Vəzir Cəfərov 1-ci Qarabağ müharibəsi veteranıdır. Proses iştirakçılarının çıxışları: Apellyasiya məhkəməsi iclasında: Videokonfrans əlaqə sistemindən istifadə etməklə məhkəmə iclasına qoşulmuş məhkum Məhkum apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkum Məhkum müdafiəçisi Müdafiəçi məhkumun verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, hüquqlarını müdafiə etdiyi məhkum Məhkum peşə təhsili aldığını, aprel döyüşlərininin iştirakçısı olub himayəsində valideynləri, həyat yoldaşı və 1 azyaşlı uşağının olduğunu bildirərək ərizəsinin təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru, R X2 məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı, apellyasiya şikayətində qeyd edilən xüsusatların isə əsassız olduğunu göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 520.7-ci maddəsində qeyd edilir ki, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında çıxarılmış məhkəmə qərarından bu Məcəllədə nəzərdə tutulmuş qaydada apellyasiya və ya kassasiya şikayəti yaxud protesti verilə bilər. CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib və proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlillərinə əsasən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilə və ya ləğv oluna bilməz. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş iş materiallarından müəyyən olunur ki, Məhkum Xocavənd Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarından görünür ki, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 9 ay 2 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarından görünür ki, məhkum Məhkum barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə məhkum Məhkum qəti olaraq təyin olunmuş 02 il 09 ay 02 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının 6 ay müddətinə azaldılması qərara alınmışdır. Məhkumun şəxsi işindən görünür onun cəzasının əvvəli ##.##.2024-cü il tarixdə başlayır, sonu ##.##.2027-ci il tarixdə bitir. Azərbaycan Respublikası Әdliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi Məhkum cəza çəkdiyi müddət ərzində tam islah olunmaması və onun islah olunması işin faktiki halları ilə müəyyən edilmədiyi, şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmaması və onun islah yoluna qədəm qoyması barədə hər hansı sübut müəyyən edilmədiyi və həmin hallar məhkəmə iclasında da, müəyyən edilmədiyi, əksinə onun islah olunmaması müəyyən edildiyi üçün onun cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan qənaətini əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Cinayət Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə əsasən cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla məhkəmə cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. Məcəllənin 513.2-ci maddəsinə əsasən məhkəmə cəzanın çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad etmədən və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmədən imtina etdikdə, həmin məsələlər üzrə ərizənin və ya vəsatətin təkrarən baxılmasına müvafiq ərizənin təmin edilməsinin rədd edilməsi haqqında məhkəmə qərarı çıxarıldığı gündən azı 6 (altı) ay keçdikdən sonra yol verilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.1 və 170.2-ci maddələrinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Mülahizə ilə birlikdə məhkəməyə məhkumun şəxsi işi də göndərilir. Həmin Məcəllənin 170.7-ci maddəsinə əsasən məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, habelə cəzanın çəkilməsinin təxirə salınması məhkəmə tərəfindən rədd edildiyi hallarda, təkrar ərizəyə məhkəmənin rədd haqqında qərar qəbul etdiyi gündən ən azı altı ay sonra baxıla bilər. «Cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli * saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirilməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X7 yazılı mülahizəsindən görünür ki, məhkum Məhkum * saylı cəzaçəkmə müəssisəsinə ##.##.2023-cü il tarixdə * saylı İstintaq təcridxanasından qəbul edilmişdir. Məhkəmə tərəfindən ona təyin olunmuş cəzanın ikidə bir hissəsindən çoxunu çəkmişdir. O, satış məqsədi ilə təmiz çəkisi 0,98 qram narkotik vasitə olan marixuananı əldə edib tanışı X1 40 manat müqabilində satmışdır. Özünü qismən təqsirli bilir, əməlindən peşimandır. İntizam tənbehi yoxdur. Müsbət xarakterizə olunur. Belə ki, məhkumun şəxsiyyətinin fərdi xüsusiyyətləri, xarakteri və törətdiyi cinayətin ağırlıq dərəcəsi nəzərə alınaraq müəssisədə olduğu müddətdə ona hüquq və vəzifələrini aydın dərk etməsi, cəzanın çəkilməsi qaydalarının mahiyyətini və məzmununu düzgün başa düşməsi məqsədi ilə maarifləndirmə işi aparılmış, pedaqoji və psixoloji təsiretmə üsul və vasitələrdən istifadə edilmişdir. Hazırlanmış davranış tərzinə məhkumun özünün daim düzgün əməl etməsi müsbət nəticənin əldə edilməsində başlıca şərt olmuşdur. Aparılmış ardıcıl fərdi-tərbiyəvi işin nəticəsində Daxili İntizam Qaydaları ilə müəyyən edilmiş məhkumların davranış qaydalarına düzgün əməl etmiş, ümumi və fərdi tapşırıqları vaxtında yerinə yetirmişdir. Azad, sərbəst həyat haqqında baxışları müsbətdir. Məhkum yoldaşları və müəssisənin işçi heyəti ilə nəzakətlə davranır. Yol verdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini düzgün qiymətləndirir. Törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə yerinə düşməsinə, ailəsinə və yaxınlarına maddi və mənəvi köməklik göstərə bilməməsinə, onları böyük çətinlik və əziyyətə saldığına görə əməlindən peşimançılıq keçirdiyini bildirir. Müəssisə üzrə ##.##.2024-cü il tarixli * saylı əmrlə Әlavə sovqat almağa icazə verilməklə barəsində həvəsləndirmə tədbiri tətbiq edilmişdir. Təhsilə münasibəti müsbətdir. Hal-hazırda Salyan Peşə məktəbində İnşaat ustası ixtisası üzrə təhsil alır. Ekspertiza xərci ilə əlaqədar dövlət büdcəsinə olan 24.87 manat borcu vardır. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məsələsinə Әdliyyə Nazirliyinin Komissiyasının iclasında baxılmış və ** saylı protokola əsasən onun islah yoluna qədəm qoyduğu, müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsini və s. halları nəzərə alaraq müsbət rəy verilməsi məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarından görünür ki, məhkum Məhkum cəzasının qanunla müəyyən edilmiş hissəsini faktiki olaraq çəkmiş olsa da, şərti olaraq vaxtından əvvəl azad etmə institutunun tətbiqi üçün tələb olunan əsasların tam formalaşması iş materialları ilə təsdiq edilmir. Məhkum apellyasiya şikayətində onun cəzasının ikidə bir hissəsindən artıq hissəsini çəkdiyini, barəsində tənbeh tədbiri tətbiq olunmadığını, nizam-intizam qaydalarına riayət etdiyini və törətdiyi əmələ görə peşmanlıq hissi keçirdiyini göstərsə də, bu halların hər biri ayrı-ayrılıqda və ya məcmu halda onun islah olunmasını tam təsdiq edən hüquqi nəticə yaradan sübut kimi qiymətləndirilə bilməz. Belə ki, cəzaçəkmə müəssisəsində daxili rejim qaydalarına riayət olunması məhkumun qanunvericiliklə üzərinə düşən birbaşa vəzifəsi olmaqla, əlavə olaraq onun islah olunmasının göstəricisi kimi avtomatik nəticə doğurmur. Eyni zamanda, tənbeh tədbirinin tətbiq olunmaması da yalnız intizam pozuntusunun olmamasını ifadə edir və bu hal məhkumun davranışında davamlı müsbət dəyişikliklərin, ictimai faydalı fəaliyyətə real inteqrasiyanın və islah prosesinin başa çatmasının sübutu kimi qəbul edilə bilməz. Məhkumun cinayət əməlini etiraf etməsi və peşmanlıq hissi keçirməsi barədə dəlilləri isə yalnız subyektiv xarakter daşıyır və digər obyektiv sübutlarla, xüsusilə əməyə münasibət, ictimai faydalı fəaliyyət, sosial davranış dinamikası və islah prosesinin real nəticələri ilə təsdiq olunmadığı halda şərti olaraq vaxtından əvvəl azad etmə üçün yetərli əsas hesab edilə bilməz. Eyni zamanda, iş materiallarında məhkumun əməyə və təhsilə münasibəti barədə ümumi xarakterli qeyd olunsa da, onun konkret olaraq hansı işlərə cəlb olunduğu, həmin fəaliyyətin nəticələri və islah prosesinə real təsiri barədə kifayət qədər dəqiq və yoxlanıla bilən məlumatlar mövcud deyildir. Bu baxımdan, birinci instansiya məhkəməsinin həmin halları deklarativ xarakterli hesab etməsi düzgün hüquqi yanaşma kimi qiymətləndirilir. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Cəzaçəkmə müəssisəsinin müsbət mülahizəsi apellyasiya şikayətində istinad edilən əsaslardan biri olsa da, bu mülahizə məhkəmə üçün məcburi xarakter daşımır və Ali Məhkəmə Plenumunun izahlarına uyğun olaraq digər sübutlarla birlikdə məcmu qaydada qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi də məhz bu tələblərə uyğun olaraq mülahizəni digər materiallarla birlikdə təhlil etmiş və nəticə etibarilə islah olunmanın tam təsdiq olunmadığı qənaətinə gəlmişdir. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, şərti olaraq vaxtından əvvəl azad etmə institutu məhkumun cəzanın müəyyən hissəsini formal olaraq çəkməsi ilə avtomatik tətbiq edilən hüquqi nəticə olmayıb, onun islah olunmasını və cəzanın qalan hissəsinin çəkilməsinə artıq zərurət qalmamasını şərtləndirən hüquqi institutdur. Bu baxımdan, məhkəmə yalnız cəzanın qanunla müəyyən olunmuş hissəsinin çəkilibçəkilməsini deyil, eyni zamanda məhkumun davranışını, cəzaçəkmə dövründə nümayiş etdirdiyi münasibəti, islah olunma səviyyəsini və yeni hüquqazidd davranışdan çəkindiyini göstərən obyektiv halları qiymətləndirməlidir. İş materiallarından müəyyən olunur ki, məhkum R. Cəfərovun davranışında islah olunma prosesinin başa çatdığını və cəzanın çəkilməsinin davam etdirilməsinə artıq ehtiyac qalmadığını göstərən sabit müsbət dəyişikliklər müşahidə edilmir. Məhkumun davranışında penitensiar rejimin tələblərinə nümunəvi riayət etməsi, ictimai faydalı əməyə və tərbiyəvi tədbirlərə fəal münasibət göstərməsi, törətdiyi əmələ tənqidi yanaşması və gələcəkdə qanuna uyğun həyat tərzi sürmək niyyətinin formalaşması kimi halları təsdiq edən kifayət qədər inandırıcı məlumatlar müəyyən edilməmişdir. Әksinə, məhkumun davranışı onun islah olunması barədə birmənalı qənaətə gəlməyə əsas vermir və cəzanın məqsədlərinə nail olunduğunu təsdiqləmir. Bu səbəbdən, məhkəmə hesab edir ki, R. Cəfərovun şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün zəruri maddihüquqi əsaslar formalaşmamış, cəzanın qalan hissəsinin çəkilməsinin davam etdirilməsinə lüzumun aradan qalxması sübuta yetirilməmişdir. Belə olan halda, onun şərti olaraq vaxtından əvvəl azad olunması barədə müraciət əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin olunmasına hüquqi əsaslar tapmayaraq hesab edir ki, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398, 407, 408 və 520-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı: Məhkum Məhkum apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar