Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 7(3-9)-22/2026 19.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Zeynalov Musa Həsən oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru, R X5, X3, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, X3 cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin olunmamasına dair Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından X3 tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi) ilə ##.##.1970-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Şabran Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şabran şəhəri, X2 küçəsi, ev 1, mənzil 12 ünvanında qeydiyyatda olub həmin ünvanda yaşamış, cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində çəkən X4 cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin olunmamışdır. İŞİN HALLARI İş materiallarından görünür ki, X4 Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)- **/**** nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli ##.##.2024-cü il tarixdə başlayır, sonu ##.##.2026-cı il tarixdə bitir. X3 ərizə ilə məhkəməyə müraciət edərək, cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasını xahiş etmişdir. Məhkum ərizəsini onunla əsaslandırmışdır ki, “ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Cəza çəkdiyi müddətdə daxili intizam qaydalarına əməl etmiş, verilən tapşırıqları vaxtında yerinə yetirmiş, mədəni kütləvi tədbirlərdə iştirak etmişdir. Qanunvericiliyə əsasən ona cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq oluna bilər. Buna görə də bütün bunları nəzərə alaraq onun çəkilməmiş qalan cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasını xahiş etmişdir”. Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə X4 ərizəsi təmin edilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından X3 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və cəzadan azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ## #### 2024-cü il tarixdə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda ƏN PX-nin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. ## ###### 2025-ci il tarixli amnistiya aktına əsasən cəzası 6 ay azaldılmışdır. Cəza çəkdiyi müddət ərzində nümunəvi məhkum olmuş, törətdiyi cinayət əməli haqqında xeyli düşünmüş, əməlindən səmimi peşman olmuş, müəssisənin daxili intizam qaydalarına və rejim-nəzarət tələblərinə maksimum riayət etmiş, müəssisənin ictimai həyatında fəal iştirak etmişdir, əməyə vicdanlı münasibətdədir. Ailə şəraiti çox çətindir, yaşlı və xəstə anası vardır, həbsdə olduğu üçün ona qayğı göstərə bilmir, bu da ona çox böyük mənəvi əzablar verir. Birinci Qarabağ müharibəsinin iştirakçısıdır, müharibə zamanı yaralanmışdır, sənədləri şəxsi işində vardır. Vaxtından əvvəl azad edilməsi ilə bağlı ərizəsinə baxarkən Salyan Rayon Məhkəməsi onun islah olunmasını və göstərdiyi halları nəzərə almayaraq, ərizəsini təmin etməmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı X3 və müdafiəçisi X1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, həmin dəlillərə uyğun çıxış etdilər və şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru, R X5 məhkumun apellyasiya şikayəti ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı, apellyasiya şikayətinin isə əsassız olduğunu göstərib, apellyasiya şikayətinin təmin olunmadan, Salyan Rayon Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, proses iştirakçılarının çıxışlarını dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi məhkumun müraciəti əsasında cəzadan şərti azad etmə məsələlərinə baxılarkən cəzaçəkmə müəssisəsinin mülahizələrinin nəzərə alınmasını zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Cinayət Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.1 və 170.2-ci maddələrinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Mülahizə ilə birlikdə məhkəməyə məhkumun şəxsi işi də göndərilir. «Cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli * saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirilməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışını, əməyə, təhsilə və törətdiyi cinayətə münasibətini bu məsələnin müsbət həllinin əsası kimi görür və bununla bağlı cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsinin nəzərə alınmasını zəruri hesab edir. Məhkumun apellyasiya şikayətinin dəlillərinin yoxlanılması zamanı cəzaçəkmə müəssisəsinin rəhbərliyinin onun barəsində müsbət yönümlü mülahizə təqdim etdiyi görünür. Belə ki, iş materiallarında olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı CM-nin yazılı mülahizəsindən görünür ki, “X4 * saylı Cəzaçəkmə Müəssisəsinə ##.##.2024-cü il tarixdə Umbakı Penitensiar Məssisəsindən qəbul edilmişdir. Məhkəmə tərəfindən ona təyin olunmuş cəzanın ikidə bir hissəsindən çoxunu çəkmişdir. O, satış məqsədi ilə 0,144 qram narkotik vasitə metadon məhlulunu Respublika Narkoloji Mərkəzindən öz müalicəsi üçün əldə edərək tanışı X6 60 manat pul müqabilində yaşadığı ünvanda satmışdır. Özünü təqsirli bilir, əməlindən peşmandır. İntizam tənbehi qüvvədən düşüb. Müsbət xarakterizə olunur. Məhkumun şəxsiyyətinin fərdi xüsusiyyətləri, xarakteri və törətdiyi cinayətin ağırlıq dərəcəsi nəzərə alınaraq müəssisədə olduğu müddətdə ona hüquq və vəzifələrini aydın dərk etməsi, cəzanın çəkilməsi qaydalarının mahiyyətini və məzmununu düzgün başa düşməsi məqsədi ilə maarifləndirmə işi aparılmış, pedaqoji və psixoloji təsiretmə üsul və vasitələrdən istifadə edilmişdir. Zərərli vərdiş və adətlərin aradan qaldırılması, yenidən tərbiyə olunması, məhkumun həyat tərzinin dəyişdirilməsi və tövsiyələrin yerinə yetirilməsi prosesinə ailə üzvlərinin cəlb edilməsi, uğurun əldə edilməsi üçün zəmin yaratmışdır. Onun mənfi yönümlülüyünün müsbətə çevrilməsində əsas məqam onun qarşısında real məqsədin qoyulmasından ibarət olmuşdur. Davranış tərzinə məhkumun özünün daim riayət etməsi müsbət nəticənin əldə edilməsində başlıca şərt olmuşdur. Daxili İntizam Qaydaları ilə müəyyən edilmiş məhkumların davranış qaydalarına düzgün əməl etmiş, rəhbərlik və digər məhkumlarla normal münasibət sərgiləmiş, konfliktli vəziyyətlərə yol verməmişdir. Dəstədə təşkil olunan tərbiyəvi tədbirlərdə, iclaslarda fəal iştirak edir. Yol verdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini düzgün qiymətləndirir. Törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə yerinə düşməsinə, ailəsinə və yaxınlarına maddi və mənəvi köməklik göstərə bilməməsinə, onları böyük çətinlik və əziyyətə saldığına görə əməlindən peşimançılıq keçirdiyini bildirir. Cəza çəkdiyi müddət ərzində barəsində ##.##.2025-ci il tarixdə 5 gün müddətinə cərimə təcridxanasına keçirilməklə barəsində tənbeh tədbiri tətbiq edilmişdir. İntizam tənbehi qüvvədən düşüb. Məhkəmə məsrəfi ilə bağlı olan 228 manat ekspertiza xərcini ödəməmişdir. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məsələsinə Ədliyyə Nazirliyinin Komissiyasının iclasında baxılmış və ** saylı protokola əsasən onun islah yoluna qədəm qoyduğu, müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsini və s. halları nəzərə alaraq müsbət rəy verilməsi məqsədəmüvafiq hesab edilmişdir”. Yuxarıda qeyd edilən mülahizədən göründüyü kimi, məhkum Cəfər Şıxəliyevin saxlanıldığı cəzaçəkmə müəssisəsinin rəhbərliyi onun islah olunması qənaətinə gələrək cəzadan vaxtından əvvəl azad olunmasını məqsədəmüvafiq hesab etmişdir. Lakin həmin mülahizədə məhkum haqqında, o cümlədən onun əməyə davranışı, habelə mədəni-kütləvi tədbirlərdə iştirak etməsi barədə kifayət qədər xoşməramlı sözlər qeyd edilsə də, bunun konkret olaraq hansı mədəni-kütləvi tədbirlərdə fəal iştirak etməsi, belə iştirakın onun seçimi əsasında, yaxud məcburi iştirak tələb edən tədbir olub-olmaması, cəza çəkdiyi müddətdə hansı əmək fəaliyyəti növü ilə məşğul olması, əməyinin faydalı nəticələri və s. bu kimi hallarla bağlı əsaslandırma aparılmamışdır. Bir sözlə, mülahizədə məhkumun barəsində müsbət fikirlər formal olaraq sadalanmış, lakin heç bir fakta, dəlilə və sübuta əsaslanmamışdır. Halbuki, həm cəzaların icrası qanunvericiliyinin yuxarıda qeyd edilən normalarından irəli gələn mənaya görə, həm də Ali Məhkəmə Plenumunun qeyd edilən qərarındakı izaha görə mülahizə formal xarakter daşımamalı, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirilməli, bir sözlə, həqiqəti və reallığı əks etdirməlidir. Göründüyü kimi, məhkumun barəsində cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizə ümumi və formal xarakter daşımaqla, məhkumun islah olunmasını təsdiq edən davamlı davranış göstəricilərini əhatə etmir. Odur ki, məhkəmə kollegiyası qeyd edilən mülahizəni qanunvericiliyin nəzərdə tutduğu mənada verilməli olan müsbət mülahizə hesab etmir və belə nəticəyə gəlir ki, həmin mülahizə X3 ərizəsinin təmin edilməsinə əsas ola bilməz. Həmçinin X3 tam islah olunması, onun şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmaması və onun islah yoluna yönəlməyə çalışması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Qanunvericiliyin tələbinə əsasən, məhkəmə yalnız mülahizənin mövcudluğu ilə kifayətlənməməli, onu digər sübutlarla birlikdə qiymətləndirməlidir. Rejim qaydalarına əməl olunması və intizam pozuntularının olmaması məhkumun borcudur və özü-özlüyündə islah olunmanı sübut etmir. Eyni zamanda, işdən görünür ki, məhkumun cəza çəkdiyi müddət ərzində davranışı tamamilə qüsursuz olmamış, o, ##.##.2025-ci il tarixdə cəzaçəkmə müəssisəsinin daxili intizam qaydalarını pozduğuna görə 5 gün müddətinə cərimə təcridxanasına keçirilməklə barəsində tənbeh tədbiri tətbiq edilmişdir. Bu hal cəzanın məqsədlərinə tam şəkildə nail olunduğunu və məhkumun islah yoluna qəti olaraq qədəm qoyduğunu birmənalı şəkildə təsdiq etmir. Bundan başqa, ailə vəziyyəti, peşmançılıq hissinin keçirilməsi cəza təyin olunarkən nəzərə alına bilinən hallar olsa da, cəzanın çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad etmə mərhələsində onlar həlledici meyar hesab edilmir və islah olunmanı təkbaşına sübut etmir. Həmçinin, yuxarıda qeyd olunan mülahizədən görünür ki, məhkum iş üzrə məhkəmə məsrəfi olan 228 manat ekspertiza xərcini də ödəməmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara məcmu halında qiymət verərək, hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən xüsusatları nəzərə alıb, məhkumun cəzadan vaxtından əvvəl şərti azad edilməsi barədə ərizəsini rədd etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual baxımdan qanuni və əsaslı qərar qəbul etmişdir. Məhkəmənin qanuni və əsaslı olan qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, X3 apellyasiya şikayəti təmin olunmamalı, Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 407, 410, 412 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov
Məhkəmə qərarları › İş №7(3-9)-22/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-22/2026
19.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver