Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 7(3-9)-24/2026 19.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Həşimov Yaşar Xanoğlan oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru-metodisti Prokuror, məhkumun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi1 iştirakları ilə. ## ###### 1974-cü ildə Füzuli rayonunun Qarakollu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib barəsində 3 il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Füzuli rayonunun Qarakollu kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı cəzaçəkmə müəssisəsində saxlanılan; Məhkum Məhkum hökmlə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Salyan Rayon Məhkəməsinin *(*-***)- ***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası qərar verdi. İ.İşin halları: Bakı Şəhər Nizami Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə (hakim: Hacıyeva Mətanət İsfəndiyar qızı) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən barəsində Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2024-cü il tarixli hökmü ilə təyin olunmuş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasını hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla üzərində qəti cəza 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun ## ####### 2023-cü il tarixdən ## ###### 2023-cü il tarixədək 1 ay həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir günün azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq üzərində 3 il 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı ## #### 2024-cü il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələlər həll olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Konstitusiya və Suverenlik ili" münasibətilə amnistiya elan edilməsi ilə bağlı təqdimatla məhkəməyə müraciət etmişdir. Salyan Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə (hakim: X2) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsinin təqdimatı təmin edilmiş, "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1- ci bəndinə əsasən cəzası 6 ay azaldılmış və üzərində 2 il 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkum Məhkum hökmlə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim: X3) məhkum Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsine əsasən çəkilməmiş qalan cəzadan vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin olunmamışdır. Məhkum Məhkum məhkəmənin qərarından Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. II. Apellyasiya şikayətinin dəlilləri: Cəza çəkdiyi müddətdə törtədiyi cinayət əməli barədə xeyli düşünmüş və əməlindən səmimi peşman olmuşdur. Müəssisədə nümunəvi məhkum olmuşdur. Daxili intizam və rejimnəzarət qaydalarına tam şəkildə riayət etmişdir. Məhkum yoldaşları ilə daima xoş rəftarla və mehriban ünsiyyətdə olmuşdur. Müəssisənin mədəni-kütləvi tədbirlərində, ictimai həyatında fəal iştirak etmişdir. Zəhmət çəkməyi sevir və əməyi vicdanla etmişdir. Himayəsində yetkinlik yaşına çatmayan, 2010-cu təvəllüdlü bir övladı vardır. Həyat yoldaşı ağır ankoloji xəstədir və birinci qrup əlildir. Onlara baxacaq heçkimsə yoxdur. Cəza çəkdiyi müddətdə islah olunmuşdur. Füzuli rayonunda məcburi köçkündür. Hazırda cəzanın sonuna 9 ay qalmışdır. Qeyd edilənlərə əsasən Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarının ləğv edilməsini və çəkilməmiş qalan cəzadan vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilməsi xahiş olunur. III.Proses iştirakçılarının çıxışları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru-metodisti, R Prokuror məhkum İmanzadə Əhliman İman oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı, apellyasiya şikayətində qeyd edilən xüsusatların isə əsassız olduğunu göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkum Məhkum məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini, çəkilməmiş qalan cəzasından şərti olaraq vaxtından əvvəl azad olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. IV. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 520.7-ci maddəsinə əsasən hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında çıxarılmış məhkəmə qərarından bu Məcəllədə nəzərdə tutulmuş qaydada apellyasiya və ya kassasiya şikayəti yaxud protesti verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Məcəllənin 397.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə məhkumun cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad olunmasının qanunverciliyin tələblərinə uyğun olaraq mümkünlüyünü təhlil edərək qeyd edir: İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin ##.##.2024- cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 66.5, 69.3-cü maddələrinə əsasən 3 il 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1- ci bəndinə əsasən cəzası 6 ay azaldılmış və üzərində 2 il, 11 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkumun cəzasının əvvəli ##.##.2024-cü il tarixdə başlayır, sonu ##.##.2027-ci il tarixdə bitir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkum Məhkum tam islah olunmamışdır və onun islah olunması işin faktiki halları ilə müəyyən edilmir. Belə ki, məhkəməyə məhkumun şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmaması və onun islah yoluna yönəlməyə çalışması barədə hər hansı sübut təqdim edilməmişdir. Cəzaçəkmə müəssisəsi tərəfindən Məhkum barəsində verilmiş mülahizədən və məhkumun şəxsi işinin materiallarından göründüyü kimi məhkum özünü təqsirli bilmir, törətdiyi cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxslərə vurduğu maddi ziyan ödənilməmiş, zərərçəkmiş şəxslər şikayətçidirlər. Həmçinin verilmiş intizam tənbehləri qüvvədədir, 2025-ci ilin yekunu ilə əlaqədar verilmiş illik xasiyyətnamədə mənfi xarekterizə edilmiş, barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məsələsinə dair Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş İdarəsinin xüsusi komissiyasının rəyi mənfi olmuşdur Kollegiya hesab edir ki, məhkum Məhkum ona təyin azadlıqdan məhrumetmə cəzasını hazırda qanunla müəyyən olunmuş 3/4 hissəsindən çoxunu çəkmiş olsa da, o, cəza çəkdiyi müddət ərzində tam islah olunmamışdır. Belə ki, iş materiallarından və məhkumun şəxsi işindən görünür ki, məhkum Yalşın Səfərov ona təyin olunmuş cəzadan yetərincə nəticə çıxarmayaraq, qanunlara əməl edilməsi ruhunda tərbiyələnməmiş, həyat tərzini və xarakterini düzgün istiqamətləndirməmişdir. O, daxili intizam qaydalarını pozmuş, ## ### 2025-ci il tarixdə 3 gün, ## ###### 2025-ci ildə 15 gün müddətə cərimə təcridxanasına keçirilməklə, barəsində intizam tənbeh tədbiri tətbiq olunmuşdur. 2025-ci il üzrə mənfi xarakterizə olunmuşdur. Bundan başqa onun cəzadan şərti olaraq vaxtəndan əvvəl azad olunması məsələsinə Ədliyyə Nazirliyinin Komissiyasının iclasında baxılmış və ** saylı protokola əsasən mənfi rəy verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məsələsinə dair komissiyanın ## ##### 2026-cı il tarixli əsasən məhkum Məhkum vaxtından əvvəl şərti azad edilməsi ilə bağlı mənfi rəy verilmişdir. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiqini mümkün edən CM-in aşağıda isnad edilmiş maddələrində qeyd olunmuşdur: -76.1.Məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. -76.2.Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edərkən, məhkəmə məhkumun üzərinə, bu Məcəllənin 70.5-ci maddəsində nəzərdə tutulmuş və cəzanın çəkilməmiş müddəti ərzində onun tərəfindən icra edilməli olan vəzifələr qoya bilər. -76.3. və 76.3.1-cü maddələrinin tələbinə görə, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Göründüyü kimi, Cinayət Qanunvericiliyi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin mümkün ərtlərdən biri məhkumun təyin olunan cəzanın yarısını çəkməsidir. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin mümkün edən digər şərt isə məhkumun cəzanı üzərinə qoyulmuş vəzifələri davamlı olaraq icra etməsi, özünün davranışı ilə islah olunması, ictimai qaydalara əməl etməsi, ehtiyatsızlıqdan və qəsdən cinayət əməli törətməməsi kimi hallarla bağlıdır. Yuxarıda qeyd olunan mülahizə də komissiyanın rəyində konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə dair konkret sübutlar yoxdur. Yalnız formal cümlələrlə həmin məsələlər ifadə edilmişdir. Bütün bunlar məhkumun cəza çəkdiyi müsbət xarakterə malik olmasına, çəkmiş olduğu cəzanın onun islah olmasına yetərli olmasına şüb Nəzərə alınmalıdır ki, Cəzaları İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsi-onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Qeyd olunan Məcəllənin 8.2-ci maddəsinə görə, məhkumların islah edilməsinin əsas vasitələri aşağıdakılardır: -8.2.1. cəzanın icrasının və çəkilməsinin müəyyən edilmiş qaydası (rejim); -8.2.2. tərbiyə işi; -8.2.3. ictimai faydalı əmək; -8.2.4. ümumi təhsil; -8.2.5. peşə təhsili və peşə hazırlığı; -8.2.6. ictimai təsir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən məhkumlara islah edilmə vasitələri cəzanın növü, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə əsasən cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla məhkəmə cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. Məcəllənin 513.2-ci maddəsinə əsasən məhkəmə cəzanın çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad etmədən və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmədən imtina etdikdə, həmin məsələlər üzrə ərizənin və ya vəsatətin təkrarən baxılmasına müvafiq ərizənin təmin edilməsinin rədd edilməsi haqqında məhkəmə qərarı çıxarıldığı gündən azı 6 (altı) ay keçdikdən sonra yol verilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.1 və 170.2-ci maddələrinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Mülahizə ilə birlikdə məhkəməyə məhkumun şəxsi işi də göndərilir. Həmin Məcəllənin 170.7-ci maddəsinə əsasən məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, habelə cəzanın çəkilməsinin təxirə salınması məhkəmə tərəfindən rədd edildiyi hallarda, təkrar ərizəyə məhkəmənin rədd haqqında qərar qəbul etdiyi gündən ən azı altı ay sonra baxıla bilər. «Cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli * saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirilməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri məhkəmənin mahiyyəti üzrə düzgün olan qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398, 407, 408, 410 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara verdi: Məhkum Məhkum apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar elan olunduğu gündən, qərarın surətini məhkum İmanzadə Əhliman İman oğlu rəsmi olaraq aldığı gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-9)-24/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-24/2026
19.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver