Məhkəmə qərarları › İş №7(3-9)-26/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-26/2026

07.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 7(3-9)-26/2026 07.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Sultanov Cavid Rizvan oğlu (sədrlik edən), Hacıyev Pərviz Vaqif oğlu və Ağabəyov Nicat Rauf oğlundan ibarət tərkibdə, Məmmədov Məhəmməd Sultan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, R X2, Məhkum Məhkum, Müdafiəçi müdafiəçi1 iştirakları ilə Məhkum Məhkum cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsindən imtina haqqında Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (hakim M.Ə.Qasımov) ##.##.2027-ci ildə Lerik rayonunun Davradibi kəndinə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Lənkəran rayonunun Təngivan kəndində qeydiyyatda olmaqla yaşayan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 il müddətə azadlıqdan məhrum edilmiş, hazırda cəzasını Penitensiar Xidmətin maraqlı şəxs2 çəkən Məhkum cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti azad edilməsi barədə ərizəsi təmin olunmamışdır. Işin halları və birinci instansiya məhkəməsinin gəldiyi nəticə Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə Məhkum ərizəsi təmin edilməmişdir. Məhkəmənin belə nəticəyə gəlməsinə səbəb işin faktiki hallarının məhkumun cəzadan vaxtından əvvəl şərti azad edilməsinə imkan verməməsi olmuşdur. Belə ki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi məhkumun müraciəti əsasında cəzadan şərti azad etmə məsələlərinə baxılarkən cəzaçəkmə müəssisəsinin mülahizələrinin nəzərə alınmasını zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Cinayət Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.1 və 170.2-ci maddələrinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Mülahizə ilə birlikdə məhkəməyə məhkumun şəxsi işi də göndərilir. Göründüyü kimi, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışını, əməyə, təhsilə və törətdiyi cinayətə münasibətini bu məsələnin müsbət həllinin əsası kimi görür və bununla bağlı cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsinin nəzərə alınmasını zəruri hesab edir. Lakin işdə olan Penitensiar Xidmətin maraqlı şəxs2 yazılı mülahizəsindən görünür ki, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məsələsinə Ədliyyə Nazirliyinin müvafiq komissiyasında baxılmış, məhkumun islah yoluna qədəm qoymadığı, mənfi xarakterizə olunması, əməyə və təhsilə münasibətinin mənfi olması, həmçinin xasiyyətcə qeyrisəmimi və çılğın olması, zərəçəkmiş şəxslə barışıq əldə etməməsi və sair hallar nəzərə alınıb barəsində mənfi rəy bildirilmişdir. Qeyd edilənlər və islah olunma işində əhəmiyyət kəsb edən amillər nəzərə alınaraq, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəuyğun hesab edilməmişdir. Beləliklə, Lənkəran Rayon Məhkəməsi yuxarıda göstərilənlərə əsasən hesab etmişdir ki, məhkum Məhkum azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi müddət, yəni onun təyin edilmiş cəzanın yarısından çoxunu çəkməsinə görə cəzadan vaxtından əvvəl şərti azad edilmək barədə müraciət etmək hüququ yaransa da, cəzaçəkmə müəssisəsinin mülahizəsinin müsbət olmaması məhkumun ərizəsinin təmin edilməsinə imkan vermir. Ona görə də məhkəmə hesab etmişdir ki, məhkumun ərizəsi təmin edilməməlidir. Apellyasiya şikayətinin dəlilləri Məhkum Məhkum Lənkəran Rayon Məhkəməsinin yuxarıda göstərilən qərarından Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasını xahiş etmişdir. Məhkum apellyasiya şikayətini belə əsaslandırmışdır ki, o, törətdiyi cinayət əməlinə görə səmimi peşmandır, cəza çəkdiyi müddətdə heç bir qanun pozuntusuna yol verməmiş və barəsində tənbeh tədbiri tətbiq olunmamışdır. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. Prosessual məsələlər Apellyasiya baxışı zamanı məhkum Məhkum və müdafiəçi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, məhkum Məhkum cəza çəkdiyi müddətdə islah olunduğunu, lakin buna baxmayaraq birinci instansiya məhkəməsinin onun çəkilməmiş qalan cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmədiyini göstərib, Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilib, Məhkum ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışında maraqlı şəxs1 prokuroru X2 məhkumun apellyasiya şikayəti ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı, apellyasiya şikayətinin isə əsassız olduğunu göstərib, apellyasiya şikayətinin təmin olunmadan, Lənkəran Rayon Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, proses iştirakçılarının çıxışlarını dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1 və Cəzaların Icrası Məcəlləsinin 170.1 və 170.2-ci maddələrindən görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə cəza çəkən məhkumun cəzadan vaxtından əvvəl şərti azad edilməsini həmin məhkumun cəzanı tam çəkmədən islah olunması ilə şərtləndirmişdir. Məhkumun islah olunması təkcə onun əməlindən peşman olmasını sözdə ifadə etməsindən ibarət olmamalı, eyni zamanda cəzanı çəkdiyi dövrdəki davranışlarında da təzahür etməlidir. Cinayət və cəzaların icrası qanunvericiliyi belə təzahür formalarına məhkumun cəzaçəkmə müddətində davranışını, əməyə, təhsilə və törətdiyi cinayətə münasibətini aid etmişdir. Lakin, məhkum Məhkum barəsində cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən verilən mülahizədən görünür ki, məhkum Məhkum mənfi xarakterizə olunur, əməyə və təhsilə münasibəti mənfidir, xasiyyətcə qeyri-səmimi və çılğındır, zərəçəkmiş şəxslə barışıq əldə etməmişdir. Bu isə öz növbəsində onun islah olunmadığını, sözdə peşmançılığının isə formal xarakterli olduğunu təsdiq edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzadan vaxtından əvvəl şərti azad edilməsi barədə ərizəsini rədd etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual baxımdan qanuni və əsaslı qərar qəbul etmişdir. Məhkəmənin qanuni və əsaslı olan qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkumun apellyasiya şikayəti təmin olunmamalı, məhkəmənin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 397, 398, 407, 410, 412 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Lənkəran Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar