Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 7(3-9)-28/2026 03.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Həşimov Yaşar Xanoğlan oğlu və X14 ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru-metodisti Prokuror, məhkum Məhkum və müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi1 iştirakları ilə. ##.##.1981-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, evdar qadın, məhkumluğu olan, Yevlax şəhəri, C.Kərimov küçəsi, ev 126-da qeydiyyatda olmaqla yaşamış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.3, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum olunmaqla hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən; Məhkum barəsində təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş hissəsinin Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən, təxirə salınması barədə ərizəsinin təmin olunmaması barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli qərarından məhkum olunmuş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası qərar verdi. İ.Işin halları: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə (hakimlər: Əliyev Əli Abdulla oğlu (sədrlik edən), X2 və X3 ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası CM-nin 170.3, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM 170.3-cü maddəsi ilə 5 il, 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 2 il, 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplmaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 6 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı ## ### 2023-cü il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. O, hal-hazırda * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Məhkum Məhkum Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tədbiq edilməklə cəzasının çəkilməmiş hissəsinin icrasının təxirə salınması haqqında ərizə ilə Lənkəran Ağır Cinayətlər Məhkəmıəsinə müraciət etmişdir. Məhkum ərizəsində göstərmişdir ki, məhkum olunmasından sonra ##.##.2009-cu il, 04.02.20213-cü il, ##.##.2017-ci il, ##.##.2019-cu il, ##.##.2025-ci il, təvəllüdlü uşaqları əri Ismayıl Xasanovun himayəsində qalmışlar. Əri narkotik aludəçisidir. Ona görə də uşaqlarının təlim-tərbiyyəsi ilə məşğul olması üçün barəsində təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin uşaqlarının on dörd yaşına çatmasınadək təxirə salınmasını xahiş edir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli qərarı ilə (hakimlər: X3 (sədrlik edən), X4 və X5 ibarət tərkibdə) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 170.3, 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tədbiq edilməklə cəzasının çəkilməmiş hissəsinin uşağının on dörd yaşı tamam olanadək təxirə salınması barədə ərizəsi təmin edilməmişdir. Məhkum Məhkum məhkəmənin qərarından Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. II. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmənin qərarı ədalətsiz olduğun üçün ləğv edilməlidir. Himayəsində 5 övladı və yatağa məhkum olunmuş xəstə baldızı var. Ailənin bütün maddi və mənəvi ehtiyaclarını o qarşılayır. Onun cəza çəkməsi uşaqlarının həyat şəraitinə təsir edib, uşaqlar təhsildən, təlim tərbiyədən uzaq düşüblər. Həyat yoldaşı narkotik vasitələrinin istifadəçisi olduğu üçün o, uşaqlarının hazırki vəziyyətindən çox narahatdır. Onun azyaşlı uşaqları hal-hazırda sağlam mühitdə böyüyüb tərbiyə olmazlar, onların maddi və mənəvi qayğı və nəzarətə ehtiyacları vardır. Zərərçəkmiş şəxsə dəyən ziyan tam ödənilmiş və barışıq əldə edilmişdir. Törətdiyi cinayətə görə özünü təqsirli bilir, səhifəni başa düşərək nəticə çıxarmış və əməlindən tam səmimi hisslə peşmançılıq çəkir. Qeyd edilənlərə əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli qərarının ləğv edilməsini və təyin olunmuş cəzanın çəkilməmiş hissəsindən cəzadan vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilməsi xahiş olunur. III.Proses iştirakçılarının çıxışları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru-metodisti, R Prokuror məhkum X6 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı, apellyasiya şikayətində qeyd edilən xüsusatların isə əsassız olduğunu göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkum Məhkum və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli qərarının ləğv edilməsini, çəkilməmiş qalan cəzasından şərti olaraq vaxtından əvvəl azad olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. IV. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 520.7-ci maddəsinə əsasən hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında çıxarılmış məhkəmə qərarından bu Məcəllədə nəzərdə tutulmuş qaydada apellyasiya və ya kassasiya şikayəti yaxud protesti verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Məcəllənin 397.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə məhkumun cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad olunmasının qanunverciliyin tələblərinə uyğun olaraq mümkünlüyünü təhlil edərək qeyd edir: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmündən görünur ki, məhkəmə baxışı nəticəsində müəyyən edilmişdir ki, Məhkum tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə digər təqsirləndirilən şəxslər qardaşı X1 və tanışı X7 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, ## #### 2006-cı il tarixdə anadan olmaqla yetkinlik yaşına çatmamış X13 əldə etdikləri gəlirdən pay verəcəyini vəd verməklə cinayətkar qrupa cəlb edib aralarında əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq ## ###### 2023-cü il tarixdə saat 13:30 radələrində Əli Nadirovun idarə etdiyi “RAVON L 3” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən X8 yaşadığı evin yaxınlığına gəldikdən sonra əvvəlcədən aralarında əldə edilmiş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Bəsdi Nəbiyeva və Şəfiqə Əmiraslanova ilə birlikdə avtomobildən düşüb Rahilə Sədirovanın yaşadığı evin həyət darvazasının qarşısına gəlmiş, Bəsdi Nəbiyeva kənar şəxslərin həyətə daxil olması barədə məlumat vermək məqsədilə küçədə dayanıb gözləmiş, Məhkum Şəfiqə Əmiraslanova ilə birlikdə həyətə qanunsuz olaraq daxil olmuş, Əli Nadirov isə Rahilə Sədirovanın yaşadığı evin yaxınlığında idarə etdiyi avtomobildə əyləşib həmin şəxsləri gözləmiş, Məhkum kənar şəxslərin onları görməsi barədə məlumat verməsi məqsədilə həyətdə dayanmış, Şəfiqə Əmiraslanova isə həmin evin həyətində heç kimin olmamasına əmin olduqdan sonra pilləkənlə evin ikinci mərtəbəsinə çıxıb orada olan Rahilə Sədirovanın gəlini X9 yataq otağındakı paltar dolabında qadın çantasının içərisində gizlədilmiş sonuncuya məxsus olan 7 qram çəkisində, 750 əyarlı, 770 ( yeddi yüz yetmiş) manat dəyərində bir ədəd qızıl kalye boyunbağını, 8 qram çəkisində, 750 əyarlı 880(səkkiz yüz səksən) manat dəyərində bir cüt qızıl sırğanı, hər biri 7 qram çəkisində, 750 əyarlı 770 ( yeddi yüz yetmiş) manat olmaqla ümumilikdə 2310 ( iki min üç yüz on) manat dəyərində üç ədəd qızıl üzüyü, 6 qram çəkisində, 583 əyarlı, paxlava formasında 510 (beş yüz on) manat dəyərində bir ədəd üzüyü, 22 aram çəkisində, 585 əyarlı, 1870 (bir min səkkiz yüz yetmiş) manat dəyərində bilərziyi, 4 qram çəkisində, 750 əyarlı, 440 (dörd yüz qırx) manat dəyərində bir ədəd yumru qızıl sırğanı, 5 qram çəkisində, 750 əyarlı, üzərində “Nuray” sözü yazılmış 550 manat dəyərində bir ədəd qadın qızıl qolbağısını, 750 əyarlı, üzərində “Amin” sözü yazılmış 550 manat dəyərində bir ədəd kişi qızıl qolbağısını, 6 qram çəkisində, 750 əyarlı 660 manat dəyərində qızıl boyunbağını, 9 qram çəkisində, 750 əyarlı, 990 ( doqquz yüz doxsan) manat dəyərində bir ədəd qızıl üzüyü, 28 qram çəkisində, 750 əyarlı, 3080 ( üç min səksən) manat dəyərində qızıl qolbağını, hər biri 1 qram çəkisində, 916 əyarlı, 140 (bir yüz qırx) manat olmaqla ümumilikdə 560 ( beş yüz altmış) manat dəyərində 4 ədəd qızıl dişi gizli olaraq talayıb Məhkum ilə birlikdə Əli Nadirovun idarə etdiyi avtomobillə həmin yerdən uzaqlaşaraq zərərçəkmiş şəxsə xeyli miqdarda, 13170 (on üç min bir yüz yetmiş) manat məbləğində ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə ərizəni təmin etməyərkən qərarını onunla əsaslandırmışdır ki, Məhkum törətmiş olduğu cinayət əməllərinin xarakterini və dərəcəsini, onun təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yarıdan az hissəsini çəkməsini, eyni zamanda uşaqlarının öz atalarının himayəsində olmalarını nəzərə alınaraq, Almara Xəsanovanın barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tədbiq edilməklə cəzasının çəkilməmiş hissəsinin uşağının on dörd yaşı tamam olanadək təxirə salınması üçün əsaslar yoxdur. Kollegiya qeyd edir ki, məhkum Almara Həsənova, ona təyin azadlıqdan məhrumetmə cəzasını qanunla müəyyən olunmuş müddətini çəkməmiş, yetkinlik yaşına çatmayan, o cümlədən 14 yaşdan aşağı olan uşaqlar atalarının himayəsindədir. Cəzanın çəkilməsinin təxirə salınmasının tətbiqini mümkün edən CM-in 79-cu maddəsinin aşağıda isnad edilmiş maddələrində qeyd olunmuşdur: -79.1. Şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. -79.2. Bu Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər, məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər. -79.3. Uşaq on dörd yaşına çatdıqda, məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edir, yaxud məhkum edilmiş şəxsi cəzanın qalan hissəsini çəkmək üçün müvafiq müəssisəyə göndərir. -79.4. Şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. -79.5. Şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Konstitusiya Məhkəməsi Plenumunun ifadə etdiyi hüquqi mövqeyinə görə, hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslərin cəzasının çəkilməsinin təxirə salınmasında dövlətin məqsədi azyaşlı uşaqların qayğısına qalmaq, ailəni qoruyub saxlamaq və azyaşlı uşaqları zəruri valideyn qayğısı və tərbiyəsi ilə təmin etməkdir. Cəzanın çəkilməsinin təxirə salınması məsələsini həll edərkən məhkəmə bir sıra halları nəzərə almalıdır. Bu hallar sırasına məhkumun şəxsiyyəti, cəzanın çəkilməsi müddətində davranışı, əməyə münasibəti, uşağa zəruri şəraiti təmin etmək imkanı, cinayət əməli törədilənədək uşağın tərbiyəsinə olan münasibəti və s. aiddir. Bütün bu hallar təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq imkanını təsdiq etməlidir. Bu hallar olmadıqda isə təxirə salma üçün zəruri olan əsaslar olsa belə, məhkəmə cəzanın çəkilməsini təxirə salmaya bilər. Belə ki, cəzanın çəkilməsinin təxirə salınması məhkəmənin vəzifəsi deyil, səlahiyyətidir (“Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərar). Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin mənasına görə qanunverici cəzanın çəkilməsinin təxirə salınmasını müəyyən edərkən cəzası təxirə salınmış şəxsdə məsuliyyət hissini inkişaf etdirərək onun cəmiyyətə qayıtması, həmçinin valideynin məhkum olunmasından mənfi təsirlənən uşağın mənafeyinin qorunmasını rəhbər tutmuşdur. Bununla da, məhkum olunmuş şəxs övladının böyüdülməsi və tərbiyəsi ilə məşğul olmağa təşviq edilir ki, nəticədə on dörd yaşına çatmamış uşaq ana və ata himayəsindən məhrum olmamaqla psixi və fiziki cəhətdən sağlam böyümək və təhsil almaq fürsəti əldə edərək sağlam mühitdə yetişir, uşaqların müdafiəsi və inkişafı, onların hüquqlarının qorunması ilə bağlı dövlətin sosial siyasətinin məqsədlərinə də nail olunur. Uşaqların müdafiəsi Azərbaycan Respublikasının dövlət siyasətinin tərkib hissəsi olmaqla Konstitusiyanın 17-ci maddəsinin VI hissəsində uşaq hüquqlarının həyata keçirilməsinə dövlətin nəzarət etməsi təsbit edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3 və 85.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin V hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il ## ##### tarixli Qərarında da qeyd edilmişdir ki, uşaqların hüquq və azadlıqlarının qorunması, uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, onların qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin prioritet istiqamətlərini təşkil edir. Göstərilənlərlə yanaşı, Konstitusiyanın 17 və 34-cü maddələrində cəmiyyətin əsas özəyi kimi ailənin dövlətin xüsusi himayəsində olması təsbit edilməklə yanaşı, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu kimi müəyyən edilmişdir. Konstitusiyada təsbit olunan həmin müddəalardan irəli gələrək Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra – Ailə Məcəlləsi) uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsipləri əsasında valideyn və uşaqların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edir. Belə ki, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir (Ailə Məcəlləsinin 49.2 və 49.3-cü maddələri). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 10, 15 və 36-cı maddələrinə uyğun olaraq dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları öz fəaliyyətində uşaqların hüquq və azadlıqlarını üstün tutmalı, onların hüquq və azadlıqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və dövlət orqanlarının (qurumlarının) qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər vurmamalıdır. Hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq və ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüquqları vardır. Hamilə qadınlara və azyaşlı uşaqları olan məhkumlara cəzanın çəkilməsinin təxirə salınmasını tətbiq etməklə dövlət uşağın ailə mühitində tərbiyə olunması ilə bağlı maraqlarını, valideynin azadlıqda, birgə yaşayış və ümumi məişət şəraitində uşağını böyütmək imkanına malik olmasını təmin etməyə çalışır. Bununla da, ailə institutunun möhkəmləndirilməsi şəraitində uşağın ənənəvi ailə dəyərlərini mənimsəməsi təmin edilmiş olur. Sadalananlar əsasında, Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinin həmin Məcəllənin 41.2-ci maddəsi və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 173-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu ## ### 2026-cı il tarixli Qərarında belə nəticəyə gəlir ki, qanunverici tərəfindən Cinayət Məcəlləsinin 79-cu maddəsində göstərilən şəxslərə münasibətdə xüsusi qaydanın müəyyənləşdirilməsi məhz uşaqların müdafiəsi, onların hüquqlarının realizəsinə imkan yaradılması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, Cəzaları Icrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsi-onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Qeyd olunan Məcəllənin 8.2-ci maddəsinə görə, məhkumların islah edilməsinin əsas vasitələri aşağıdakılardır: -8.2.1. cəzanın icrasının və çəkilməsinin müəyyən edilmiş qaydası (rejim); -8.2.2. tərbiyə işi; -8.2.3. ictimai faydalı əmək; -8.2.4. ümumi təhsil; -8.2.5. peşə təhsili və peşə hazırlığı; -8.2.6. ictimai təsir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən məhkumlara islah edilmə vasitələri cəzanın növü, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayır. Belə ki, müəyyən olunur ki, Məhkum 2014-cü ildən sonra ardıcıl 3 dəfə oğruluq və soyğunçuluq cinayət əməlinə görə məhkumn olunmasına baxmayarq, qeyd etdiyi uşaqlar himayəsində olduğu halda, yenidən hazırda cəza çəkdiyi oğurluq cinayət əməlini törətmişdir. Uşaqlarının bir qismi yetkinlik yaşına çatmış, eyni zamanda yetkinlik yaşına çatmayan uşarlar valideyn olaraq ata himayəsindədir. Bundan başqa Məhkum şəxsiyyəti, onun əvvəki həyat tərzi, xüsusilə mülkiyyət əleyhinə cinayət törətməyə meyilli olması və ən əsası islaholunmaz xarakterə malik olması əsas verir ki, onun niyyəti uşaqların qayğısına qalmaq deyil, sadəcə qanunun vermiş olduğu hüquqi imkandan yararlanmaqla cəza çəkməkdən yayınmaqdır, onun islah olunmaz vəziyyətdə cəzasının təxirə salınması vəziyyətində keçirəcəyi həyat tərzi uçaqların həyatına, inkişafına və tərbiyəsinə ciddi şəkildə ziyan vura bilər. Nəzərə alınmalıdır ki, uşaqların qayğı obyekti hər bir halda Məhkum mənafeyindən üstündür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 510.1-ci maddəsinə əsasən, Cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda hamilə və ya on dörd yaşına qədər uşağı olan məhkum edilmiş qadın, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi barəsində cəzanın çəkilməsi hökmü çıxarmış məhkəmə tərəfindən uşağın on dörd yaşı tamam olanadək təxirə salına bilər. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.1 və 170.2-ci maddələrinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Mülahizə ilə birlikdə məhkəməyə məhkumun şəxsi işi də göndərilir. Həmin Məcəllənin 170.7-ci maddəsinə əsasən məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, habelə cəzanın çəkilməsinin təxirə salınması məhkəmə tərəfindən rədd edildiyi hallarda, təkrar ərizəyə məhkəmənin rədd haqqında qərar qəbul etdiyi gündən ən azı altı ay sonra baxıla bilər. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi məhkum Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tədbiq edilməklə cəzasının çəkilməmiş hissəsinin uşağının on dörd yaşı tamam olanadək təxirə salınması barədə ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri məhkəmənin mahiyyəti üzrə düzgün olan qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398, 407, 408, 410 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara verdi: Məhkum Məhkum apellyasiya şikayəti təmin edilməsin. Məhkum barəsində təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməmiş hissəsinin Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tədbiq edilməklə təxirə salınması barədə ərizəsinin təmin olunmaması barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar elan olunduğu gündən, qərarın surətini məhkum X6 rəsmi olaraq aldığı gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-9)-28/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-28/2026
03.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver