Azәrbaycan Respublikası adından Qərar Şirvan şәhәri İş № 7(3-9)-31/2026 24.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimlәri Bәhmәnov Habil Xanoğlan oğlu (sәdrlik edәn), Əliyev Əli Abdulla oğlu vә Hәşimov Yaşar Xanoğlan oğlundan ibarәt tәrkib, mәhkәmә iclasının katibi Əlәskәrov Sәnan Adil oğlunun katibliyi, Azәrbaycan Respublikası Baş Prokurorluğunun Cinayәt tәqibindәn kәnar icraatlar idarәsinin böyük prokuror-metodisti prokuror1, mәhkum Mәhkum müdafiәçisi - fәrdi qaydada fәaliyyәt göstәrәn vәkil müdafiәçi1 iştirakı ilә. ##.##.1995-ci ildә Zәrdab rayonunda anadan olmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, subay, orta tәhsilli, әvvәllәr mәhkum olunmuş, Zәrdab rayonu Qaravәlli kәndindә qeydiyyatda olamaqla yaşamış, Zәrdab rayon mәhkәmәsinin ##.##.2024-cü il tarixli hökmü ilә Azәrbaycan Respublikasının CM-nin 263.2-ci maddәsi ilә tәqsirli bilinәrәk 5 il 3 ay müddәtә azadlıqdan mәhrum etmә cәzasına mәhkum edilmiş, Salyan rayon mәhkәmәsinin *(***)- ***/**** saylı ##.##.2026-cı il tarixli qәrarı ilә “Konstitusiya vә Suverenlik İli” münasibәtilә amnistiya elan edilmәsi haqqında Azәrbaycan Respublikasının Milli Mәclisinin ##.##.2025-ci il tarixli Qәrarının 3.1-ci bәndinә әsasәn cәzası 6 ay azaldılmış vә cәzası 4 il 9 aya endirilmiş, cәzasını Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Penitensiar Xidmәtinin * saylı Cәzaçәkmә Müәssisәsindә çәkәn. Mәhkum Mәhkum çәkilmәmiş qalan cәzasını çәkmәk üçün mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsi haqqında әrizәsinin tәmin edilmәmәsi barәdә Salyan Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrarından mәhkum Mәhkum tәrәfindәn verilmiş apellyasiya şikayәtinә videokonfrans әlaqә sistemindәn istifadә etmәklә açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә kollegiyası qәrar verdi. İ.İşin halları: Zәrdab rayon mәhkәmәsinin ##.##.2024-cü il tarixli hökmü ilә, *(***)-**/**** nömrәli hökmü ilә (hakim: Hәsәnquliyev İlqam Elxan oğlu) Mәhkum Azәrbaycan Respublikası CM-nin 263.2ci maddәsi ilә tәqsirli bilinәrәk 2 il 6 ay müddәtә nәqliyyat vasitәlәrini idarә etmә hüququndan mәhrum edilmәklә 05 il 3 ay müddәtә azadlıqdan mәhrum etmә cәzasına mәhkum edilmiş, cәzasının ciddi rejimli cәzaçәkmә müәssisәsindә çәkmәsi, cәzaçәkmә müddәtinin başlanğıcı ## #### 2024-cü il tarixdәn hesablanması vә barәsindә seçilmiş hәbs qәtimkan tәdbiri hökm qanuni qüvvәyә minәnәdәk dәyişdirilmәdәn saxlanılmışdır. Mәhkәmәnin hökmündәn tәqsirlәndirilәn şәxs Mәhkum apellyasiya şikayәti vermişdir. Azәrbaycan Respublikası Ədliyyә Nazirliyinin Penitensiar Xidmәtinin * saylı Cәzaçәkmә Müәssiәsinin rәisi Rәhimov İlkin Elxan oğlu mәhkәmәyә tәqdimatla müraciәt edәrәk, mәhkum Mәhkum barәsindә “Konstitusiya vә Suverenlik ili” münasibәtilә amnistiya elan edilmәsi haqqında” Azәrbaycan Respublikası Milli Mәclisinin ## ###### 2025-ci il tarixli Qәrarının 3.1ci bәndinin tәtbiq edilmәsi mәsәlәsinә baxılmasının xahiş etmişdir. Salyan rayon mәhkәmәsinin *(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qәrarı ilә (hakim: X5) tәqdimat tәmin edilmiş, “Konstitusiya vә Suverenlik İli” münasibәtilә amnistiya elan edilmәsi haqqında Azәrbaycan Respublikasının Milli Mәclisinin ##.##.2025-ci il tarixli Qәrarının 3.1-ci bәndi tәtbiq edilmiş, Zәrdab rayon mәhkәmәsinin ##.##.2024-cü il tarixli hökmü ilә mәhkum Mәhkum tәyin olunmuş 5 il 3 ay müddәtә azadlıqdan mәhrum etmә cәzasının çәkilmәmәiş hissәsi 6 ay azaldılmışdır. Mәhkum Mәhkum çәkilmәmiş qalan cәzasını çәkmәk üçün mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsinә dair әrizә ilә mәhkәmәyә müraciәt etmişdir. Salyan Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrarı ilә (hakim: X2) mәhkum Mәhkum Zәrdab rayon mәhkәmәsinin 1(035)- **/**** saylı ##.##.2024cü il tarixli hökmü ilә tәyin edilmiş azadlıqdan mәhrumetmә cәzasının qalan hissәsini çәkmәk üçün mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsinә dair әrizәsi rәdd edilmişdir. Mәhkum Mәhkum mәhkәmәnin qәrarından apellyasiya şikayәti vermişdir. II.Apellyasiya şikayətinin dəlilləri: Zәrdab Rayon Mәhkәmәsinin hökmü ilә 5 il 3 ay müddәtinә azadlıqdan mәhrumetmә cәzasına mәhkum edilmişdir. Konstitusiya vә Suverenlik ili münasibәti ilә Milli Mәclisin ## ###### 2025-ci il tarixli amnistiya qәrarı ilә cәzasının çәkilmәmiş hissәsindәn 6 ay azadılmışdır. Cәza çәkdiyi müddәtdә özünü nümunәvi aparmış, rejim-nәzarәt qaydalarına riayәt etmiş, әmәk fәaliyyәti ilә mәşğul olub. Cәzaçәkmә müәssisәsinә ilk gәldiyi gündәn әmәyә cәlb olunmuşdur. Müәssisәsinin rәhbәrliyi tәrәfindәn heç bir yazılı vә ya şifahi töhmәt verilmәmişdir. Cәza çәkdiyi müddәtdә әmәli haqqında, yәni törәtdiyi cinayәt haqqında düşünmüş, әmәlindәn sәmimi peşimandır.Hәbsdә qalması özü ilә yanaşı ailә üzvlәrinindә hәyatına mәnfi tәsir edir. Salyan Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrarının lәğv edilmәsi vә tәyin edilmiş azadlıqdan mәhrumetmә cәzasının qalan hissәsini çәkmәk üçün mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsinә dair әrizәsinin tәmin edilmәsi barәdә qәrar qәbul edilmәsi xahiş olunur. III.Proses iştirakçılarının çıxışları: Mәhkәmә iclasında Azәrbaycan Respublikası Baş Prokurorluğunun Cinayәt Tәqibindәn Kәnar İcraatlar İdarәsinin prokuroru prokuror1 apellyasiya şikayәtini dәlillәrini әsassız hesab edәrәk, Salyan Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrarının qanuni vә әsaslı olduğunu bildirmiş vә buna görә dә hәmin qәrarın dәyişdirilmәdәn saxlanılmasını xahiş etmişdir. Azәrbaycan Respublikası Ədliyyә Nazirliyinin Penitensiar Xidmәtinin * saylı Cәzaçәkmә Müәssisәsindә cәza çәkәn mәhkum Mәhkum mәhkәmәyә ünvanladığı әrizәsindә apellyasiya şikayәtini müdafiә etdiyini, mәhkәmә iclasının onun iştirakı olmadan keçirilmәsini xahiş etmişdir. Mәhkәmә iclasında mәhkum Mәhkum müdafiәçisi müdafiәçi1 apellyasiya şikayәtinin dәlillәrini müdafiә edәrәk, Salyan Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qәrarın lәğv edilmәsini vә әrizәsinin tәmin edilmәsi barәdә qәrar çıxarılmasını xahiş etmişdir. IV.Hüquqi məsələlər: Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin (bundan sonra- Cinayәt- Prosessual Mәcәllәsi) 397.1 vә 397.2-ci maddәlәrinә әsasәn «Apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki hallarının müәyyәn edilmәsinin, habelә cinayәt qanununun vә bu Mәcәllәnin normalarının tәtbiq edilmәsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş faktiki hallar apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn yalnız apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya mәhkәmәsi tәrәfindәn cinayәt qanununa vә bu Mәcәllәnin normalarına riayәt edilmәsi apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin dәlillәrindәn asılı olmayaraq yoxlanılır». Mәhkum apellyasiya şikayәtinin dәlillәrinin prosessual әsasını Cinayәt-Prosessual Mәcәllәsinin 399.1.2-ci maddәsindә nәzәrdә tutulmuş halla әlaqәlәndirilmişdir. Cinayәt-Prosessual Mәcәllәsinin 399.1.2-ci maddәsinә әsasәn apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin baxışının nәticәlәri üzrә mәhkәmәnin gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarının lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsaslardır. Cinayәt Kollegiyası qeyd edir ki, mәhkum Mәhkum cәzasının üçdә bir hissәsini çәkmәsi mübahisә doğurmur. Lakin nәzәrә alınmalıdır ki, cәzanın hәmin hissәsinin çәkilmәsi çәzaçәkmә müәssisәsinin növünün dәyişdirilmәsi üçün bütün hallarda әsas deyil. İş materiallarında olan Zәrdab rayon mәhkәmәsinin ##.##.2024-cü il tarixli hökmündәn görünür ki, Mәhkum Azәrbaycan Respublikasının CM-nin 263.2-ci maddәsi ilә tәqsirli bilinәrәk 5 il 3 ay müddәtә azadlıqdan mәhrum etmә cәzasına mәhkum edilmiş, Salyan rayon mәhkәmәsinin *(***)-***/**** saylı ##.##.2026-cı il tarixli “Konstitusiya vә Suverenlik İli” münasibәtilә amnistiya elan edilmәsi haqqında Azәrbaycan Respublikasının Milli Mәclisinin ##.##.2025-ci il tarixli Qәrarının 3.1-ci bәndinә әsasәn cәzası 6 ay azaldılmış vә cәzası 4 il 9 aya endirilmәsi qәrara alınmışdır. Mәhkumun şәxsi işindәn görünür onun cәzasının әvvәli ##.##.2024-cü il tarixdә başlayır, sonu ##.##.2029-cu il tarixdә bitir. Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Penitensiar Xidmәtin * saylı Cәzaçәkmә Müәssisәsinin ## ### 2026-cı il tarixli yazılı mülahizәsindә qeyd olunub ki, mәhkum Mәhkum * saylı cәzaçәkmә müәssisәsinә ##.##.2024-cü il tarixdә * saylı istintaq tәcridxanasından qәbul edilmişdir. Mәhkәmә tәrәfindәn ona tәyin edilmiş cәzanın üçdә bir hissәsindәn çoxunu çәkmişdir. Cinayәtin qısa tәsnifatı: O, ##.##.2023-cü il tarixdә Zәrdab şәhәri әrazisindә hәrәkәtdә olarkәn idarә etdiyi “VAZ 2107” markalı avtomobillә manevretmә qaydalarını pozaraq idarә etmәni itirib avtomobili yolun kәnarında olan ağaca vuraraq avtomobildә olan sәrnişin X1 ehtiyyatsızlıqdan ölümünә sәbәb olan yol nәqliyyat hadisәsi törәtmişdir. Zәrәrçәkmiş şәxsin hüquqi varisi şikayәtçi olduğunu bildirmişdir.Mәhkumun şәxsiyyәtinin fәrdi xüsusiyyәtlәri, xarakteri vә törәtdiyi cinayәtin ağırlıq dәrәcәsi nәzәrә alınaraq müәssisәdә olduğu müddәtdә ona hüquq vә vәzifәlәrini aydın dәrk etmәsi, cәzanın çәkilmәsi qaydalarının mahiyyәtini vә mәzmununu düzgün başa düşmәsi mәqsәdi ilә maariflәndirmә işi aparılmış, pedaqoji vә psixoloji tәsiretmә üsul vә vasitәlәrdәn istifadә edilmiş, bu sahәdә hüquqi biliklәrә yiyәlәnmәsi üçün müvafiq şәrait yaradılmışdır. Aparılan tәrbiyәvi söhbәtlәrә baxmayaraq, cәza çәkdiyi müddәtdә ##.##.2024-cü il tarixdә 3 gün cәrimә tәcridxanasına keçirilib vә ##.##.2025-ci il tarixdә xәbәrdarlıq elan olunmaqla barәsindә tәnbeh tәdbiri tәtbiq edilmişdir. Mәhkumu hәvәslәndirmәk mәqsәdilә ##.##.2026-cı il tarixdә * saylı әmrlә Xәbәrdarlıq tәnbeh tәdbiri vaxtından әvvәl üzәrindәn götürülmüşdür. Müәssisәnin mәişәt vә tәsәrrüfat xidmәtindә әmәyә cәlb olunub. 2025-ci il әrzindә tәrtib olunmuş illik xasiyyәtnayә әsasәn mәnfi xarakterizә olunur. İş üzrә ekspertiza tәdqiqatı ilә bağlı 85 manat borcu әmәk haqqından tutularaq tam ödәnilmişdir. Mәhkum Mәhkum mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsi mәsәlәsinә Ədliyyә Nazirliyinin Komissiyasının iclasında baxılmış vә ** saylı protokola әsasәn onun mәnfi xarakterizә olunmasını, cәza çәkdiyi müddәt әrzindә barәsindә tәnbeh tәdbirinin tәtbiq edilmәsini vә s. halları nәzәrә alaraq mәnfi rәy verilmәsi mәqsәdәmüvafiq hesab edilmişdir. İş materiallarında olan * saylı CÇM tәrәfindәn verilmiş 2024cü il üzrә illik xasiyyәtnamәdәn görünür ki, Mәhkum әmәyә münasibәti müsbәtdir, cәzaçәkmә müәssisәsinә gәldikdәn sonra әmәyә cәlb olunub, mәhkumlar arasında özünü aqressiv aparır, dәstәdә keçirilәn tәrbiyәvi tәdbirlәrdә iştirak edir, dәstәnin kollektiv şurasında iştirak etmir, törәtdiyi cinayәti qismәn etiraf edir, xasiyyәtcә kobuddur, yaxın qohumları ilә münasibәtidә telefon vә görüş vasitәsi ilә әlaqә saxlayır, il әrzindә ##.##.2024-cü tarixdә “03 (üç) gün müddәtә cәrimә tәcridxanasına keçirilmәsi” tәnbeh tәdbiri tәtbiq edilmiş, islah yoluna qәdәm qoymamışdır. Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Penitensiar Xidmәtin * saylı Cәzaçәkmә Müәssisәsi tәrәfindәn verilmiş ## ###### 2025-ci il tarixli illik xasiyyәtnamәdәn görünür ki, Mәhkum әmәyә münasibәti müsbәtdir, cәzaçәkmә müәssisәsinә gәldikdәn sonra әmәyә cәlb olunub, mәhkumlar arasında özünü qeyri sәmimi aparır, dәstәdә keçirilәn tәrbiyәvi tәdbirlәrdә iştirak etmir, dәstәnin kollektiv şurasında iştirak etmir, törәtdiyi cinayәti qismәn peşmandır, xasiyyәtcә aqressiv, eqoist vә tez әsәblәşәndir, yaxın qohumları ilә münasibәtidә telefon vә görüş vasitәsi ilә әlaqә saxlayır, 85 manat ekspertiza xәrcini ödәmiş, il әrzindә ##.##.2025-ci tarixindә “Xәbәrdarlıq” tәnbeh tәtbiq edilmiş, islah yoluna qәdәm qoymamışdır. Mәhkumun şәxsi işinә әlavә edilmiş * saylı * saylı Cәzaçәkmә Müәssisәsinin ##.##.2026cı il tarixli * saylı әmrdәn çıxarışdan görünür ki, Mәhkum “##.##.2025-ci il tarixdә verilmiş Xәbәrdarlıq tәnbeh tәdbiri vaxtından әvvәl üzәrindәn götürülmüşdür”. Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Penitensiar Xidmәtin * saylı Cәzaçәkmә Müәssisәsinin rәisi R İlkin Rәhimov tәrәfindәn qәbul olunmuş “mәhkumun cәrimә tәcridxanasına keçirilmәsinә dair” ##.##.2024-cü il tarixli qәrardan görünür ki, mәhkum Mәhkum 03 (üç) gün müddәtinә cәrimә tәcridxanasına keçirilmişdir. * saylı cәzaçәkmә müәssisәsinin rәisi R İlkin Rәhimov tәrәfindәn qәbul olunmuş “cәzaçәkmә rejim tәlәblәrinin pozulması haqqında” ##.##.2024-cü il tarixli aktdan görünür ki, mәhkum Mәhkum müәssisәnin yaşayış sahәsindә mәhkum yoldaşı Mәmmәdov Elçin ilә mәişәt zәmindә mübahisә etmişdir. İş materiallarında olan * saylı Cәzaçәkmә Müәssisәsinin **/t saylı ##.##.2025-ci il tarixli әmrindәn görünür ki, tәsәrrüfat vә mәişәt xidmәtindә işlәyәn mәhkum Mәhkum әmәk müqavilәsindә әmәk haqqı vә vәzifәsindә dәyişiklik edilәrәk, әrazi üzrә süpürgәçi vәzifәsinә qәbul edilmiş, aylıq әmәk haqqı 400 manat tәşkil edir. * saylı cәzaçәkmә müәssisәsinin rәisi R İlkin Rәhimov tәrәfindәn qәbul olunmuş әmәk müqavilәsindәn görünür ki, Mәhkum ilә ##.##.2024-cü il tarixindә әmәk müqavilәsi bağlanmışdır. “Mәhkuma tәnbeh tәdbirinin tәtbiq olunması barәdә” ##.##.2025-ci il tarixli qәrardan görünür ki, mәhkum Mәhkum tәrbiyәvi söhbәtlә kifayәtlәnmәsi qәrara alınmışdır. “Cәzaçәkmә müәssisәsinin rәisi müәssisәyә gәlәnәdәk mәhkumun müvәqqәti olaraq cәrimә tәcridxanasına keçirilmәsinә barәdә” ##.##.2025-ci il tarixli ** nömrәli qәrardan görünür ki, mәhkum Mәhkum hәmin tarixdә saat 20:25-dә cәrimә tәcridxanasına keçirilmişdir. “Cәzaçәkmә rejim tәlәblәrinin pozulması haqqında” ##.##.2025-ci il tarixli aktdan görünür ki, mәhkum Mәhkum##.##.2025-ci il tarixdә saat 20:00 radәlәrindә müәssisәnin yaşayış yaşayış sahәsindә mәhkum yoldaşı X4 ilә mәişәt zәmindә mübahisә etmişdir. “Mәhkuma tәnbeh tәdbirinin tәtbiq olunması barәdә” ##.##.2025-ci il tarixli *** nömrәli qәrardan görünür ki, mәhkum Mәhkum ##.##.2025-ci ildә heç bir üzürlü sәbәb olmadan axşam yoxlamasında iştirak etmәmiş, bu barәdә irad tutulduqda isә әmәkdaşalara qarşı kobudluq edәrәk cәzanın çәkilmәsi qaydasını pozduğuna görә “Xәbәrdarlıq” elan edilmişdir. “Cәzaçәkmә müәssisәsinin rәisi müәssisәyә gәlәnәdәk mәhkumun müvәqqәti olaraq cәrimә tәcridxanasına keçirilmәsinә barәdә” ##.##.2025-ci il tarixli *** nömrәli qәrardan vә “cәzaçәkmә rejim tәlәblәrinin pozulması haqqında” aktdan görünür ki, mәhkum Mәhkum hәmin tarixdә heç bir üzürlü sәbәb olmadan axşam yoxlamasında iştirak etmәmiş, bu barәdә irad tutulduqda isә әmәkdaşalara qarşı kobudluq edәrәk saat 20:40-da cәrimә tәcridxanasına keçirilmişdir. * saylı cәzaçәkmә müәssisәsinin rәisi R İlkin Rәhimov tәrәfindәn qәbul olunmuş ## #### 2026-cı il tarixli әmrәdәn görünür ki, tәsәrrüfat vә mәişәt xidmәti sahәsindә әrazi üzrә süpürgәçi vәzifәsindә işlәyәn mәhkum Mәhkum tutduğu vәzifәdәn azad olunmuş, hәmin tarixdәn hamam xidmәtçisi vәzifәsinә tәyin olunmuşdur. * saylı cәzaçәkmә müәssisәsinin mәslәhәtçisi (mühasib) İxtiyar Aslanov tәrәfindәn verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, Mәhkum ekspertiza xәrci ilә әlaqәdar dövlәt büdcәsinә olan 85 manat borcu ödәmişdir. Cәzaçәkmә müәssisәsi tәrәfindәn Mәhkum barәsindә verilmiş mülahizәdәn vә mәhkumun şәxsi işinin materiallarından görünür ki mәhkum özünü qismәn tәqsirli bilir, müәsisәyә ##.##.2024-cü il tarixdә qәbul edilmişdir. Hәmin vaxtdan tәxminәn 2 il müddәt keçmәsinә baxmayaraq mәhkum barәsindә heç bir hәvәslәndirmә tәdbiri tәtbiq olunmamışdır. Mülahizәdә vә mәhkumun şәxsi işinә әlavә edilmiş 2024-2025-ci illәr üzrә illik xasiyyәtnamәlәrdә mәhkum mәnfi xarakterizә olunur, islah yoluna qәdәm qoymamışdır. Ədliyyә Nazirliyinin Komissyasının ** saylı protokoluna әsasәn mәhkum Mәhkum mәnfi xarakterizә olunur, cәza çәkdiyi müddәt әrzindә barәsindә tәnbeh tәdbirinin tәtbiq edilmәsini vә s. halları nәzәrә alaraq mәnfi rәy verilmiş vә onun islah olunmamasını, islah olunma işindә mühüm әmәmiyyәt kәsb edәn amillәri nәzәrә alaraq mәhkum Mәhkum mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsi mәqsәdәuyğun hesab edilmәmişdir. Kollegiya hesab edir ki, mәhkum Mәhkum islah olunmamış, zәrәrçәkmiş şәxsin hüquqi varisi şikayәtçidir, onunla barışmağa sәy göstәrilmәmiş, barışığa nail olunmamışdır.Törәtdiyi әmәlә biganә yanaşır. Bütün bunlar da, onun şәxsiyyәtini mәnfi cәhәtdәn sәciyyәlәndirәn hallar kimi nәzәrә alınması üçün mәhkәmәyә әsas verir. Cәzaların İcrası Mәcәllәsinin 8-ci maddәsinә әsasәn mәhkumların islah edilmәsinin әsas vasitәlәri kimi aşağıdakılar nәzәrә alınmalıdır. -8.2.1. cәzanın icrasının vә çәkilmәsinin müәyyәn edilmiş qaydası (rejim); -8.2.2. tәrbiyә işi; -8.2.3. ictimai faydalı әmәk; -8.2.4. ümumi tәhsil; -8.2.5. peşә tәhsili vә peşә hazırlığı; -8.2.6. ictimai tәsir Bundan başqa hәmin Mәcәllәnin 11.1.-11.5-ci maddәlәrinә uyğun olaraq mәhkumlar Azәrbaycan Respublikasının vәtәndaşları üçün qanunvericiliklә müәyyәn olunmuş vәzifәlәri yerinә yetirmәli vә cәmiyyәtdә qәbul edilmiş müvafiq davranış normalarına riayәt etmәlidirlәr. -11.2. Mәhkumlar bu Mәcәllәnin, habelә ona uyğun qәbul edilmiş digәr normativ hüquqi aktların tәlәblәrinә riayәt etmәlidirlәr. -11.3. Mәhkumlar cәzanı icra edәn müәssisә vә ya orqanın işçi heyәtinin qanuni tәlәblәrini yerinә yetirmәlidirlәr. -11.4. Mәhkumlar cәzanı icra edәn müәssisәnin işçi heyәtinә vә cәzaçәkmә müәssisәsinә baş çәkәn şәxslәrә, habelә digәr mәhkumlara qarşı nәzakәtlә davranmalıdırlar. -11.5. Mәhkumlar üzәrinә düşәn vәzifәlәri, habelә cәzanı icra edәn müәssisә vә ya orqanın işçi heyәtinin qanuni tәlәblәrini yerinә yetirmәdikdә, qanunla müәyyәn edilmiş qaydada mәsuliyyәtә cәlb olunurlar. Bütün bunlardan әlavә qeyd olunmuş Mәcәllәnin 70.1., 70.2. vә 70.2.4-cü maddәlәrindә göstәrilmişdir ki, ömürlük azadlıqdan mәhrum etmә növündә cәzaya mәhkum olunmuş şәxslәr istisna olmaqla, davranışından vә әmәyә münasibәtindәn asılı olaraq az ağır vә ya böyük ictimai tәhlükә törәtmәyәn cinayәt törәtmiş müsbәt xarakterizә edilәn mәhkumlar cәza müddәtinin әn azı üçdә birini çәkdikdә, cәzanın qalan hissәsini çәkmәk üçün ümumi rejimli cәzaçәkmә müәssisәlәrindәn mәntәqә tipli cәzaçәkmә müәssisәlәrinә keçirilә bilәrlәr . İş materiallarında olan cәzaçәkmә müәsissәsi tәrәfindәn verilmiş mülahizәdә cәzaçәkmә müәssisәsi tәrәfindәn Mәhkum barәsindә çәkilmәmiş qalan cәzasını çәkmәk üçün mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsi mәsәlәsinә dair Ədliyyә Nazirliyi Penitensiar Xidmәtinin komissiyasının rәyi mәnfi olmuş, Mәhkum mәnfi xarakterizә olunur, islaha yönümlü şәxs deyil, müsbәt xarakterli davranışları yalnız formallıq daşıyır. Ona görә onun hәmin xarakteri nәzәrә alınaraq hesab olunmalıdır ki, cәzasını mәhz ümumi rejimli cәza çәkmә müәssisәsindә çәkmәsi onun islah olunması baxımından daha sәmәrәli ola bilәr. “Cәzadan şәrti olaraq vaxtından әvvәl azad etmә, cәzanın çәkilmәmiş hissәsini daha yüngül cәza növü ilә әvәz etmә, cәzaçәkmә müәssisәsinin növünün dәyişdirilmәsi vә xәstәliyә görә cәzanıçәkmәkdәn azad etmә ilә bağlı mәhkәmә tәcrübәsi haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ####### 2010-cu il tarixli, ** saylı Qәrarının 2-ci bәndindә qeyd olunmuşdur ki, mәhkәmәlәr bu xarakterli müraciәtlәrә baxarkәn qanunun tәlәblәrinә ciddi әmәl etmәklә yanaşı, hәm dә hәr mәhkuma onun şәxsiyyәti nәzәrә alınmaqla fәrdi yanaşmalıdırlar. Bu zaman mәhkәmәlәr nәzәrә almalıdırlar ki, cinayәt vә cinayәt prosessual qanunvericiliyindә törәdilmiş cinayәt әmәllәrinin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsi, cinayәt nәticәsindә vurulmuş ziyanın ödәnilmәmәsi, әvvәllәr mәhkum olunması, tәqsirini etiraf etmәmәsi vә sair bu kimi hallar cәzadan şәrti olaraq vaxtından әvvәl azad edilmәyә, cәzanın çәkilmәmiş hissәsini daha yüngül cәza növü ilә әvәz olunmağa vә cәzaçәkmә müәssisәsinin növünün dәyişdirilmәsinә maneә kimi nәzәrdә tutulmamışdır. Lakin mәhkumun vurulmuş ziyanı ödәmәkdәn qәsdәn boyun qaçırması (mәsәlәn, әmlakı gizlәtmәsi vә s.), törәtdiyi cinayәtә münasibәti işin digәr halları ilә birlikdә cәzadan şәrti olaraq vaxtından әvvәl azad etmәyә vә ya cәzanın çәkilmәmiş hissәsinin daha yüngül cәza növü ilә әvәz edilmәsinә, mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsinә maneә ola bilәr. Azәrbaycan Respublikasının Cinayәt Prosessual Mәcәllәsinin 514.1-ci cәzaçәkmә müәssisәlәrinin növünün dәyişdirilmәklә mәhkumun bir növ cәzaçәkmә müәssisәsindәn başqa növ cәzaçәkmә müәssәsinә keçirilmәsi cinayәt qanununun müddәalarına müvafiq olaraq mәhkumun әrizәsi vә ya cәzaçәkmә müәssisәsinin tәqdimatı әsasında cәzaçәkmә müәssisәsinin mülahizәsi nәzәrә alınmaqla cәzanın çәkildiyi yer üzrә birinci instansiya mәhkәmәsi tәrәfindәn hәyata keçirilir. Mәhkәmә iclasında mәhkumun davranışında vә cәzaya münasibәtindә heç bir müsbәt dәyişiklik müşahidә edilmәmişdir. Cәzaçәkmә müәssisәsi tәrәfindәn Mәhkum barәsindә verilmiş mülahizәdәn vә mәhkumun şәxsi işinin materiallarından göründüyü kimi, o islah olunmamış, onun cinayәtә münasibәti dәyişmәmiş, cәza çәkdiyi dövrdә tam islah olunması müәyyәn olunmur. Mәhkum ona tәyin edilәn cәzanın qanunla şәrti olaraq cәzadan vaxtından әvvәl azad edilmәsi üçün müәyyәn edilmiş müddәtini çәksә dә, çәkilmәmiş qalan cәzasını çәkmәk üçün mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsi mümkün deyil. Mәhkәmә qәrarında mәhkum Mәhkum tam islah olunmamış vә onun islah olunması işin faktiki halları ilә müәyyәn edilmir. Belә ki, mәhkәmәyә mәhkumun şәxsiyyәtinin cәmiyyәt üçün tәhlükәli olmaması vә onun islah yoluna qәdәm qoyması barәdә hәr hansı sübut tәqdim edilmәmiş, hәmin hallar mәhkәmә iclasında da, müәyyәn edilmәmiş, әksinә onun islah olunmaması müәyyәn edilmişdir. Salyan Rayon Mәhkәmәsinin mәhkumun şәxsi iş materiallarını onun barәsindә verilmiş mülahizә ilә әlaqәli şәkildә tәdqiq edәrәk, mәhkumun çәkdiyi cәza müddәtinin cәzanın mәqsәdinә nail olunması baxımından әsaslı hesab etmәmәsi barәdә qәnaәti düzgün olmuş, buna görә dә apellyasiya şikayәti әsassız sayılmalıdır. Mәhkәmә kollegiyasının qәnaәtinә görә, qeyd olunanlar, birinci instansiya mәhkәmәsi tәrәfindәn Cinayәt-Prosessual Mәcәllәsinin 399.1.2-ci maddәsindә nәzәrdә tutulmuş pozuntuya yol verilmәdiyini, yәni birinci instansiya mәhkәmәsinin mübahisәlәndirilәn qәrarının qanuni vә әsaslı olduğunu, onun apellyasiya qaydasında lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün isә әsasların olmadığını göstәrir. Göstәrilәnlәrә әsasәn, mәhkәmә kollegiyası apellyasiya şikayәtinin dәlillәri ilә razılaşmayaraq, onları qәbuledilmәz sayaraq hesab edir ki, mәhkum Mәhkum apellyasiya şikayәti tәmin olunmamalı, Salyan Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qәrarı apellyasiya şikayәtinә әsasәn dәyişdirilmәdәn saxlanılmalıdır. Qeyd olunanlara әsasәn vә CPM-in 397, 398, 407-410, 412 vә 514 vә 520-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası QƏRARA ALDI: Mәhkum Mәhkum apellyasiya şikayәti tәmin edilmәsin. Mәhkum Mәhkum çәkilmәmiş qalan cәzasını çәkmәk üçün mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsi haqqında әrizәsinin tәmin edilmәmәsi barәdә Salyan Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrarı dәyişdirilmәdәn saxlanılsın. Qәrar qәbul edildiyi andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan Azәbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 410-cu maddәsindә nәzәrdә tutulmuş 01 ay müddәtindә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyasına kassasiya şikayәti vә kassasiya protesti verilә bilәr.
Məhkəmə qərarları › İş №7(3-9)-31/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-31/2026
24.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver