Azәrbaycan Respublikası adından Qərar Şirvan şәhәri İş № 7(3-9)-34/2026 24.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Azәrbaycan Respublikası Baş Prokurorluğunun Cinayәt Tәqibindәn Kәnar İcraatlar İdarәsinin prokuroru R X4, mәhkum - Mәhkum, müdafiәçi – Şirvan Regional Vәkil Bürosunun vәkili Müdafiәçi iştirakları ilә, Mәhkum Mәhkum ona tәyin edilmiş azadlıqdan mәhrum etmә cәzasının çәkilmәmiş hissәsinin X3 müәssisәsinә keçirilmәsi barәdә әrizәsinin rәdd edilmәsinә dair Salyan Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans әlaqә sistemindәn istifadә etmәklә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Salyan Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrarı ilә (hakim X2), ##.##.1994-cü il tarixdә Şabran rayonu, Tәzәkәnd kәndindә anadan olmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, orta tәhsilli, subay, Şabran rayonu, Dәvәçi әrazi dairәsinin Tәzәkәnd kәndindә qeydiyyatda olmaqla hәmin ünvanda yaşamış, Siyәzәn Rayon Mәhkәmәsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilә AR CM-in 177.2.1 vә 177.2.2-ci maddәsindә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinәrәk 1 il 11 ay 28 gün müddәtә azadlıqdan mәhrum etmә cәzasına mәhkum edilmiş, Salyan Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qәrarı ilә cәzası 6 ay azaldılmış, hazırda Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Penitensiar Xidmәtinin * saylı Cәzaçәkmә Müәssisәsindә cәza çәkәn Məhkum Siyәzәn Rayon Mәhkәmәsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilә tәyin edilmiş azadlıqdan mәhrum etmә cәzasının çәkilmәmiş hissәsini çәkmәk üçün X3 müәssisәsinә keçirilmәsinә dair әrizәsi tәmin edilmәmişdir. Qәrardan narazı qalan mәhkum Mәhkum tәrәfindәn apellyasiya şikayәti verilmişdir. İŞİN HALLARI: Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Penitensiar Xidmәtinin * saylı Cәzaçәkmә Müәssisәsindә cәza çәkәn mәhkum Mәhkum әrizә ilә mәhkәmәyә müraciәt edәrәk, çәkilmәmiş qalan cәzasını çәkmәk üçün X3 müәssisәsinә keçirilmәsini xahiş etmişdir. Ərizә әsasında işә baxan birinci instansiya mәhkәmәsi mәsәlәni yuxarıda göstәrilәn qaydada hәll etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Mәhkum Mәhkum apellyasiya şikayəti verərək, cәzasının çәkilmәmiş hissәsini çәkmәk üçün X3 müәssisәsinә köçürülmәsinә dair әrizәsinin tәmin olunmamasına dair Salyan Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli qәrarının lәğv edilәrәk, әrizәsinin tәmin edilmәsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR Cinayәt Mәcәllәsinin 177.2.1 vә 177.2.2ci maddәsi ilә tәqsirli bilinәrәk Siyәzәn Rayon Mәhkәmәsinin hökmü ilә 2 il müddәtinә azadlıqdan mәhrumetmә cәzasına mәhkum edilmişdir. Cәzasının әvvәli ## ####### 2025ci il tarixdәn hesablanmışdır. Hazırda cәzasını ƏN PX-in * saylı Cәzaçәkmә Müәssisәsindә çәkir. 19 dekabr Milli Mәclisin Amnistiya qәrarı ilә cәzasının çәkilmәmiş hissәsindәn 6 ay müddәt çıxılmışdır. Cәzasının sonuna 9 ay müddәt qalmışdır. Cәza çәkdiyi müddәt әrzindә әmәlindәn sәmimi peşiman olmuşdur. Müәssisәdә verilәn tapşırıqları vaxtında vә vicdanla yerinә yetirmişdir. İslah xarakterli tәdbirlәrdә fәal iştirak etmişdir. Cәza çәkdiyi ilk günlәrdәn islah yoluna qәdәm qoymuşdur. Mәhkum yoldaşları ilә xoş rәftarda olmuşdur. Rәhbәrlik tәrәfindәn heç birtöhmәt almamışdır. Əmәyә qarşı daim vicdanla münasibәt bәslәmişdir. Törәtmiş olduğu cinayәt әmәli haqqında xeylı düşünmüş vә böyük utanc keçirmişdir. Hәbsdә olmağı ailәsi ilә yanaşı himayәsindә olan 5 azyaşlı övladının hәyatını da, çәtin vәziyyәtә salmışdır. Onun övladlarının gәlәcәk taleyi onu düşündürür vә onların sosial rifahı ilә yanaşı tәhsil xәrclәridә onu narahat edir. Bu sәbәbdәn o, hәbsdә böyük mәnәvi әzab çәkir. Cәzasının çәkilmәmiş hissәsindәn X3 Müәssisәsinә köçürülmәyinә dair әrizәsinә baxarkәn mәhkәmә qeyd etdiklәrini nәzәrә almamış vә әrizәsini rәdd etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya mәhkәmәsi iclasında: Mәhkum Mәhkum müdafiәçisi Müdafiәçi apellyasiya şikayәtinin dәlillәrini müdafiә edәrәk, şikayәti müdafiә etdiyini qeyd edәrәk apellyasiya şikayәtinin tәmin olunmasını xahiş etdi. Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Penitensiar Xidmәtin * saylı Cәzaçәkmә Müәssisәsinә saxlanılan vә videokonfrans әlaqә sistemindәn istifadә etmәklә mәhkәmә iclasına qoşulan mәhkum Mәhkum müdafiәçisinin çıxışı ilә razı olduğunu bildirib, apellyasiya şikayәtinin tәmin olunmasını xahiş etdi. Azәrbaycan Respublikası Baş Prokurorluğunun Cinayәt tәqibindәn kәnar icraatlar İdarәnin prokuroru X4 apellyasiya şikayәtinin әsassız olduğunu, birinci instansiya mәhkәmәsinin qәrarının qanuni, әsaslı vә әdalәtli olmasını bildirdi, şikayәtin tәmin edilmәmәsini vә birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 520.7-ci maddәsinә әsasәn hökmün vә ya mәhkәmәnin digәr yekun qәrarının icrası qaydasında çıxarılmış mәhkәmә qәrarından bu Mәcәllәdә nәzәrdә tutulmuş qaydada apellyasiya vә ya kassasiya şikayәti yaxud protesti verilә bilәr. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 397.1-ci maddәsinә görә apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki hallarının müәyyәn edilmәsinin, habelә cinayәt qanununun vә bu Mәcәllәnin normalarının tәtbiq edilmәsinin düzgünlüyünü yoxlayır. Hәmin Mәcәllәnin 397.2-ci maddәsinә әsasәn isә birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş faktiki hallar apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn yalnız apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya mәhkәmәsi tәrәfindәn cinayәt qanununa vә bu Mәcәllәnin normalarına riayәt edilmәsi apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin dәlillәrindәn asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlillərinə əsasən məhkəmənin qərarı dəyişdirilə və ya ləğv oluna bilməz. Belə ki, iş materiallarından olan Siyəzən Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli hökmündən görünür ki, Mәhkum AR CM-in 177.2.1 vә 177.2.2-ci maddәsindә nәzәrdә tutulmuş cinayәt әmәllәrini törәtmәkdә tәqsirli bilinәrәk 2 il müddәtinә azadlıqdan mәhrumetmә cәzasına mәhkum edilmişdir. Mәhkum hәbsdә saxlanıldığı iki gün müddәt CM-in 69.3-cü maddәsinә әsasәn azadlıqdan mәhrumetmә növündә cәzanın müddәtinә bir günә bir gün hesabı ilә hesablanmaqla, tәyin olunmuş 2 (iki) il müddәtә azadlıqdan mәhrumetmә cәzasından çıxılmış vә onun üzәrindә qәti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi sәkkiz) gün müddәtә azadlıqdan mәhrumetmә cәzası saxlanılmışdır. Cәzaçәkmә müddәtinin әvvәli ## ####### 2025-ci il tarixdәn hesablanmışdır. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarından gürünür ki, “Konstitusiya vә Suverenlik ili” münasibәtilә amnistiya elan edilmәsi haqqında” Azәrbaycan Respublikası Milli Mәclisinin ##.##.2025-ci il tarixli qәrarının 3.1-ci bәndi tәtbiq edilmiş. Siyәzәn Rayon Mәhkәmәsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli hökmü AR CM-in 177.2.1 vә 177.2.2-ci maddәlәrinә әsasәn mәhkum Mәhkum qәti olaraq tәyin olunmuş 1 il 11 ay 28 gün müddәtinә azadlıqdan mәhrumetmә cәzasının çәkilmәmiş hissәsi 6 ay azaldılmışdır. Cәzaçәkmә müddәtinin әvvәli ##.##.2025-ci il tarixdәn hesablanmaqla, sonu ##.##.2027-ci il tarixdә bitir. Mәhkum Mәhkum ona tәyin edilmiş azadlıqdan mәhrumetmә cәzasının çәkilmәmiş qalan hissәsini çәkmәk üçün ümumi rejimli cәzaçәkmә müәssisәsindәn X3 müәssisәsinә keçirilmәsi әrizә ilә mәhkәmәyә müraciәt etmişdir. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 514.1-ci maddәsinә әsasәn cәzaçәkmә müәssisәlәrinin növünün dәyişdirilmәklә mәhkumun bir növ cәzaçәkmә müәssisәsindәn başqa növ cәzaçәkmә müәssәsinә keçirilmәsi cinayәt qanununun müddәalarına müvafiq olaraq mәhkumun әrizәsi vә ya cәzaçәkmә müәssisәsinin tәqdimatı әsasında cәzaçәkmә müәssisәsinin mülahizәsi nәzәrә alınmaqla cәzanın çәkildiyi yer üzrә birinci instansiya mәhkәmәsi tәrәfindәn hәyata keçirilir. Azәrbaycan Respublikası Cәzaların İcrası Mәcәllәsinin 70.2.4-cü maddәsinә әsasәn az ağır vә ya böyük ictimai tәhlükә törәtmәyәn cinayәt törәtmiş müsbәt xarakterizә edilәn mәhkumlar cәzanın qalan hissәsini çәkmәk üçün ümumi rejimli cәzaçәkmә müәssisәlәrindәn - X3 müәssisәlәrinә - cәza müddәtinin әn azı üçdә bir hissәsini çәkdikdә keçirilә bilәrlәr. “Cәzadan şәrti olaraq vaxtından әvvәl azad etmә, cәzanın çәkilmәmiş hissәsinin daha yüngül cәza növü ilә әvәz etmә, cәzaçәkmә müәssisәsinin növünün dәyişilmәsi vә xәstәliyә görә cәzanı çәkmәkdәn azad etmә ilә bağlı mәhkәmә tәcrübәsi haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ####### 2010-cu il tarixli * saylı qәrarının 1-ci bәndindә göstәrilmişdir ki, mәhkәmәlәr bu xarakterli işlәrә baxarkәn mәhkumun cәzasının qanunla müәyyәn edilmiş hissәsini çәkib-çәkmәmәsi ilә yanaşı, cәza çәkdiyi müәssisәnin mülahizәsini dә nәzәrә almaqla, mәhkumun cәza çәkdiyi müәssisә tәrәfindәn müsbәt xarakterizә olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı әmәklә mәşğul olmasına, törәtdiyi cinayәtә münasibәtinin tәzahür formasına, mәhz hansı ictimai vә mәdәni tәdbirdә iştirak etmәsinә xüsusi diqqәt yetirilmәlidirlәr. Bu zaman mәhkәmәlәr mülahizәdә irәli sürülmüş dәlillәrlә kifayәtlәnmәmәli, ümumi vә şablon ifadәlәrә әsaslanmamalı, müraciәtin tam, hәrtәrәfli vә obyektiv yoxlanılması üçün bütün qanuni vasitәlәrdәn istifadә etmәlidirlәr. Cəzaçəkmə müəssisəsinin yazılı mülahizəsinə əsasən, mәhkum Mәhkum ##.##.1994-cü ildә Şabran rayonunda anadan olmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, orta tәhsilli, subay, himayәsindә azyaşlı uşağı olan, işlәmәyәn, mәhkum olunmuş. Siyәzәn Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli hökmü ilә CM-in 177.2.1, 177.2.2, 69.3-cü maddәlәrinә әsasәn 1 il 11 ay 28 gün müddәtinә azadlıqdan mәhrumetmә cәzasına mәhkum edilmişdir. "Konstitusiya vә Suverenlik ili" münasibәtilә amnistiya elan edilmәsi haqqında Azәrbaycan Respublikası Milli Mәclisinin ##.##.2025-ci il tarixli qәrarının 3.1-ci bәndinә әsasәn cәzası 6 ay azaldılmış vә cәzası 1 il 5 ay 28 günә endirilmişdir. Cәzanın әvvәli: ##.##.2025-ci il. Cәzanın sonu: ##.##.2027-ci il. Cәzanın çәkilmiş hissәsi: 7 ay 20 gün Cәzanın çәkilmәmiş hissәsi: 10 ay 8 gün. Mәhkum Mәhkum * saylı cәzaçәkmә müәssisәsinә ##.##.2025- cı il tarixdә * saylı İT-dәn qәbul edilmişdir. Mәhkәmә tәrәfindәn ona tәyin olunmuş cәzanın üçdә bir hissәsindәn çoxunu çәkmişdir. Cinayәtin qısa tәsnifatı. O, 2 epizod üzrә tamah niyyәti ilә özgәnin әmlakını әlә keçirmәk mәqsәdi ilә tanışı X1 ilә birlikdә Siyәzәn rayonu әrazisindә Yuk avtomobillәrinә qanunsuz daxil olaraq zәrәrçәkmişlәrә 1557 manat mәblәğindә maddi ziyan vurmaqla oğurluq etmişdir. İş üzrә mülki iddia yoxdur. Zәrәrçәkmiş şәxslәr şikayәtçi deyil. İntizam tәnbehi olmayıb. Müsbәt xarakterizә olunur. Müәssisәdә olduğu müddetde ona hüquq vә vәzifәlәrini aydın dәrk etmәsi, cәzanın çәkilmәsi qaydalarının mahiyyәtini vә mәzmununu düzgün başa düşmәsi mәqsәdi ilә maariflәndirmә işi aparılmış, pedaqoji vә psixoloji tәsirәtmә üsul vә vasitәlәrdәn istifadә edilmişdir. Daxili İntizam qaydalarına әmәl edir, rәhbәrliyin qanuni tәlәblәrinә hörmәtlә yanaşır. Digәr mәhkumlarla münasibәti normaldır, konflikt yaratmır. Törәtdiyi әmәlә görә peşimandır vә gәlәcәkdә cәmiyyәtdә faydalı vәtәndaş kimi yaşamaq istәdiyini nümayiş etdirir. Dәstәdә tәşkil olunan tәrbiyәvi tәdbirlәrdә, iclaslarda fәal iştirak edir. Azad, sәrbәst hәyat haqqında baxışları müsbәtdir. Verilәn tapşırıqlara mәsuliyyәtlә yanaşır, davranışında müsbәt dәyişikliklәr müşahidә olunur. Törәtdiyi cinayәtә görә azadlıqdan mәhrum etmә yerinә düşmәsinә, ailәsinә vә yaxınlarına maddi vә mәnәvi kömәklik göstәrә bilmәmәsinә onları böyük çәtinlik vә әziyyәtә saldığına görә әmәlindәn peşimançılıq keçirdiyini bildiır. İslah olunma yolunda sәy göstәrdiyi nәzәrә çarpır. Cәza çәkdiyi müddәtdә barәsindә ##.##.2026- cı il tarixdә "Əlavә sovqat hәvәslәndirmә tәdbiri tәtbiq edilmişdir 2025-ci ilin yekunu ilә әlaqәdar tәrtib edilmiş illik xasiyyәtnamәyә әsasәn müsbәt xarakterizә olunur. İş üz ekspertiza tәdqiqatı ilә bağlı 50 manat borcu var. Mәhkum A. Qurbanovun X3 müәssisәsinә keçirilmәsi mәsәlәsir Ədliyyә Nazirliyinin Komissiyasının iclasında baxılmış vә ** saylı iclas protokoluna әsasә onun islah yoluna qәdәm qoyduğu, müsbәt xarakterizә olunmasını, törәtdiyi cinaye әmәlindәn sәmimi peşmançılıq hissi keçirmәsini vә s. halları nәzәrә alaraq müsbәt ra verilmәsi mәqsәdәmüvafiq hesab edilmişdir. Qeyd edilәnlәri, mәhkumun islah olunmasını vә islah olunma işindә mühür әhәmiyyәt kәsb edәn amillәri nәzәrә alaraq, mәhkum Mәhkum X3 müәssisәsinә keçirilmәsini mәqsәdәuyğun hesab edilmişdir. Göründüyü kimi, cəzaçəkmə müəssisəsi tərəfindən məhkum Məhkum barəsində verilmiş mülahizədə onun davranışı müsbət qiymətləndirilmiş, hәmçinin Ədliyyә Nazirliyinin Penitensiar Xidmәtinin müvafiq komissiyası tәrәfindәn X3 müәssisәsinә keçirilmәsinin mәqsәdәuyğun hesab edilmәsi barәdә rәy verilmişdir. Lakin hәmin mülahizәnin vә rәyin mәzmunu tәhlil edildikdә görünür ki, orada göstәrilәn nәticәlәr әsasәn ümumi xarakterli qiymәtlәndirmәlәrә әsaslanmış, mәhkumun islah olunmasını tәsdiq edәn konkret faktlar, davamlı müsbәt davranış nümunәlәri vә ya onun cәmiyyәtә daha az nәzarәt şәraitindә uyğunlaşmağa hazır olduğunu göstәrәn obyektiv mәlumatlar kifayәt qәdәr әks etdirilmәmişdir. Məhkumun şəxsi işinin materialları araşdırılarkən müəyyən edilmişdir ki, onun cәza çәkdiyi müddәtdә intizam tәnbehi tәtbiq edilmәmiş, müәssisә daxilindә keçirilәn tәrbiyәvi tәdbirlәrdә iştirak etdiyi, rәhbәrliyin qanuni tәlәblәrinә әmәl etdiyi vә bir dәfә hәvәslәndirildiyi qeyd olunmuşdur. Bununla yanaşı, hәmin hallar mәhkumun islah olunmasını birmәnalı tәsdiq edәn kifayәt qәdәr obyektiv әsas kimi qiymәtlәndirilә bilmәz. Belә ki, daxili intizam qaydalarına riayәt edilmәsi vә müәssisәdә müәyyәn tәdbirlәrdә iştirak edilmәsi hәr bir mәhkumun üzәrinә düşәn vәzifәlәrdәn olmaqla, özlüyündә onun davranışında sabit vә davamlı müsbәt dәyişikliklәrin formalaşdığını göstәrmir. İş materiallarından həmçinin görünür ki, mәhkum Mәhkum әvvәllәr dә mәhz mülkiyyәt әleyhinә cinayәt törәtmәyә görә mәhkum olunmuş, lakin bundan zәruri nәticә çıxarmayaraq yenidәn eyni xarakterli qәsdәn cinayәt әmәli törәtmişdir. Tәkrar olaraq analoji hüquqi nemәtә qarşı cinayәt törәdilmәsi onun hüquqa münasibәtindә davamlı müsbәt dәyişikliklәrin tam formalaşmadığını vә islah olunmasının dәrinliyi barәdә әsaslı şübhәlәrin qalmaqda olduğunu göstәrәn mühüm hallardan biridir. Bundan başqa, mәhkumun dövlәt büdcәsinә ödәnilmәli olan mәhkәmә ekspertiza xәrclәri üzrә 50 manat mәblәğindә borcunun qalması da onun qanundan irәli gәlәn öhdәliklәrin tam icrasına münasibәtini xarakterizә edәn hallardan biri kimi nәzәrә alınmışdır. Yuxarıda isnad olunan normanın məzmunundan göründüyü kimi, cәzanın müәyyәn hissәsinin çәkilmәsi özlüyündә mәhkumun X3 müәssisәsinә keçirilmәsi üçün kifayәt etmir. Bununla yanaşı, mәhkumun hәqiqәtәn müsbәt xarakterizә olunması, yәni islah yoluna qәdәm qoymasını tәsdiq edәn davranış nümayiş etdirmәsi dә zәruri şәrtdir. Hazırkı işdә mәhkumu müsbәt xarakterizә edәn hallar әsasәn intizam tәnbehinin olmaması, müәssisәdaxili qaydalara әmәl etmәsi vә digәr formal göstәricilәrlә mәhdudlaşır. Halbuki, bu hallar hәr bir mәhkumun üzәrinә düşәn qanuni vәzifәlәrin yerinә yetirilmәsini әks etdirir vә özlüyündә mәhkumun islah olunduğunu vә ya cәzanın mәqsәdlәrinә nail olunduğunu tәsdiq etmir. İş materiallarında mәhkumun törәtdiyi әmәlә tәnqidi münasibәt bәslәmәsi, davranışında davamlı müsbәt dәyişikliklәrin baş vermәsi, islah prosesindә fәal iştirak etmәsi vә ya onun cәmiyyәtә tәhlükә yaratmadan daha yüngül rejimdә cәza çәkmәsinә әsas verәn digәr konkret hallar müәyyәn edilmәmişdir. Buna görә dә, mәhkәmә hesab edir ki, işdә mövcud olan müsbәt xarakterizәedici mәlumatlar formal xarakter daşıyır vә Cәzaların İcrası Mәcәllәsinin 70.2.4-cü maddәsinin tәtbiqi üçün tәlәb olunan "müsbәt xarakterizә edilәn mәhkum" meyarının mövcudluğu barәdә qәti nәticәyә gәlmәyә kifayәt etmir. Belә olan halda, mәhkumun X3 müәssisәsinә keçirilmәsi üçün qanunla nәzәrdә tutulmuş әsasların mövcud olmadığı qәnaәtinә gәlinir. Odur ki, apellyasiya məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya mәhkәmәsi mәhkum Mәhkum ona tәyin edilmiş azadlıqdan mәhrumetmә cәzasının çәkilmәmiş qalan hissәsini çәkmәk üçün ümumi rejimli cәzaçәkmә müәssisәsindәn X3 müәssisәsinә keçirilmәsi barәdә әrizәsini tәmin etmәmәklә düzgün nәticәyә gәlmişdir vә apellyasiya şikayәtinin dәlillәri mәhkәmәnin mahiyyәti üzrә düzgün olan qәrarının lәğvi üçün әsas ola bilmәz. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 398.1.1-ci maddәsinә görә, apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarını dәyişdirmәdәn, apellyasiya şikayәtini vә ya apellyasiya protestini isә tәmin etmәdәn saxlanılması haqqında qәrar qәbul edә bilәr. Şәrh olunanlara әsasәn mәhkәmә kollegiyası apellyasiya şikayәtinin tәmin olunması hәr hansı bir hüquqi әsaslar müәyyәn etmir vә hesab edir ki, mәhkum Mәhkum tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәdәn, Salyan Rayon Mәhkәmәsinin ## #### 2026cı il tarixli, *(*-***)-***/**** saylı qәrarı hәmin apellyasiya şikayәtinә әsasәn dәyişdirilmәdәn saxlanılmalıdır. Odur ki, mәhkәmә kollegiyası göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 397, 398, 407, 410, 412 vә 520-ci maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDI: Mәhkum Mәhkum tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Salyan Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrarı hәmin apellyasiya şikayәtinә әsasәn dәyişdirilmәdәn saxlanılsın. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan elan olunduğu (azadlıqdan mәhrumetmә növündә cәza çәkәn mәhkuma münasibәtdә isә qәrar ona verildiyi) gündәn 1 (bir) ay müddәtindә Şirvan Apellyasiya Mәhkәmәsi vasitәsilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyasına kassasiya şikayәti vә ya protesti verilә bilәr.
Məhkəmə qərarları › İş №7(3-9)-34/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-34/2026
24.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver