Məhkəmə qərarları › İş №7(3-9)-38/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-38/2026

24.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 7(3-9)-38/2026 24.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuror-metodisti prokuror2, məhkum Məhkum, onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil prokuror1 iştirakları ilə. ##.##.1984-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli hökmü ilə AR CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 4 il 5 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 7(5-152)- ***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə cəzası 06 ay azaldılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən; Məhkum Məhkum ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin olunmaması barədə Salyan Rayon Məhkəməsinin 7(5-152)- ***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası qərar verdi. İ.İşin halları: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli hökmü ilə (hakim: X9) Məhkum Azerbaycan Respublikası CM-nin 228.1 ve 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 228.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Yevlax Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.3 və 180.2.4-cü maddələri ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, o, qeyd olunan iş üzrə ## ### 2023-cü il tarixdən ## ### 2023-cü il tarixədək və cari iş üzrə ## #### 2023-cü il tarixdən ## #### 2024cü il tarixədək tutmada saxlanıldığı cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı ## ###### 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirləmədən saxlanılmış, ona narkomaniyadan məcburi müalicə təyin edilmiş və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınması, maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələlər həll olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssiəsinin rəisi Rəhimov İlkin Elxan oğlu məhkəməyə təqdimatla müraciət edərək, məhkum Məhkum barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1ci bəndinin tətbiq edilməsi məsələsinə baxılmasının xahiş etmişdir. Salyan rayon məhkəməsinin ## ###### 2026-ci il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (hakim: X1) təqdimat təmin edilmiş və Məhkum barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli hökmü ilə məhkum Məhkum təyin olunmuş 4 il, 5 ay, 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməməiş hissəsi 6 ay azaldılmışdır. Məhkum Məhkum ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə (hakim: X5) məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilməmişdir. Məhkum Məhkum məhkəmənini qərarından apellyasiya şikayəti vermişdir. II. Apellyasiya şikayətinin dəlilləri: ## ###### 2025-ci il tarixli Milli Məclisin amnistiya qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 6 ay azadılmışdır. Cəza çəkdiyi müddətdə özünü nümunəvi aparmış, rejim-nəzarət qaydalarına riayət etmiş, məhkum yoldaşları ilə mehriban münasibətdə olmuş. Cəzaçəkmə müəssisəsinə ilk gəldiyi gündən əməyə cəlb olunmuşdur. Müəssisəsinin rəhbərliyi tərəfindən heç bir tənbeh tədbiri tətbiq edilməmiş, ona yazılı və ya şifahi töhmət verilməmişdir. Müəssisədə peşə təhsilinə cəlb edilmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşiman olmuş, zərərçəkmiş şəxslə barışmış və maddi ziyanı ödəmişdir. Həbsdə qalması özü ilə yanaşı ailə üzvlərinində həyatına mənfi təsir edir. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. III.Proses iştirakçılarının çıxışları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru prokuror2 məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı, apellyasiya şikayətində qeyd edilən xüsusatların isə əsassız olduğunu göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkum Məhkum və müdafiəçisi prokuror1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini, ərizəsinin təmin edilməsini və cəzasının çəkilməmiş qalan hissəsindən məhkumun şərti olaraq vaxtından əvvəl azad olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. IV. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 520.7-ci maddəsinə əsasən hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında çıxarılmış məhkəmə qərarından bu Məcəllədə nəzərdə tutulmuş qaydada apellyasiya və ya kassasiya şikayəti yaxud protesti verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Məcəllənin 397.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə məhkumun cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad olunmasının qanunverciliyin tələblərinə uyğun olaraq mümkünlüyünü təhlil edərək qeyd edir: Bakı Şəhəri, Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli hökmündən görünür ki, Məhkum Azerbaycan Respublikası CM-nin 228.1 ve 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 228.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə Məhkum 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Yevlax Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.3 və 180.2.4-cü maddələri ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Məhkum 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum qeyd olunan iş üzrə ## ### 2023-cü il tarixdən ## ### 2023-cü il tarixədək və cari iş üzrə ## #### 2023-cü il tarixdən ## #### 2024-cü il tarixədək tutmada saxlanıldığı cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli qərarının 3.1-ci bəndi tətbiq edilməklə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 228.1, 234.1, 66.2, 66.5, 69.3-cü maddələrinə əsasən məhkum Məhkum qəti olaraq təyin edilmiş 4 il 5 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası 06 ay müddətinə azaldılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Cəzaçəkmə müəssisəsinin ## #### 2026-cı il tarixli yazılı mülahizəsindən müəyyən olunur ki, məhkum Məhkum * saylı cəzaçəkmə müəssisəsinə ##.##.2024-cü il tarixdə Umbakı PM-dən qəbul edilmişdir. Məhkəmə tərəfindən ona təyin olunmuş cəzanın ikidə bir hissəsindən çoxunu çəkmişdir. O, satış məqsədi olmadan təmiz çəkisi 0.712 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Bundan başqa o, qanunsuz olaraq SSR istehsalı olan “MAKAROV” konstruksiyalı tapançanı 3 ədəd patronu və 8 ədəd patronların saxlanılması üçün darağı əldə edərək daşımaqla üzərində saxlamışdır. Özünü təqsirli bilmir.İntizam tənbehi olmayıb. Müsbət xarakterizə olunur. Məhkum cəza çəkdiyi müddət ərzində özünü müsbət tərəfdən göstərmişdir. Müəssisədaxili qaydalara əməl edir, verilən tapşırıqları yerinə yetirir. Dəstədə təşkil olunan tərbiyəvi tədbirlərdə, iclaslarda fəal iştirak edir. Cəmiyyətə inteqrasiya olunmaq istiqamətində səy göstərir və qaydalara riayət etməyə meyillidir. Davranışında müşahidə olunan müsbət dəyişikliklər onun islah olunmağa meyilli olduğunu göstərir. Belə ki, o müəssisədə keçirilən kütləvi tədbirlərdə və müəssisənin ərazisində lazımi qaydalara riayət edilməsində fərqlənmişdir. Azad, sərbəst həyat haqqında baxışları müsbətdir. Yol verdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini düzgün qiymətləndirir. Törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə yerinə düşməsinə, ailəsinə və yaxınlarına maddi və mənəvi köməklik göstərə bilməməsinə, onları böyük çətinlik və əziyyətə saldığına görə əməlindən peşimançılıq keçirdiyini bildirir. Cəza çəkdiyi müddətdə barəsində ##.##.2025-cı il tarixdə “Əlavə telefon danışığı” həvəsləndirmə tədbiri tətbiq edilmişdir. Əməyə və təhsilə münasibəti müsbətdir. Müəssisənin təsərüffat xidmətində əməyə cəlb olunmuşdur. Salyan Peşə məktəbində “təmirçi çilingər” ixtisası üzrə təhsil alır. 2025-ci ilin yekunu ilə əlaqədar tərtib edilmiş illik xasiyyətnaməyə əsasən müsbət xarakterizə olunur. İş üzrə ekspertiza tədqiqatı ilə bağlı 80 manat borcu əmək haqqından tutularaq tam ödənilmişdir. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məsələsinə Ədliyyə Nazirliyinin Komissiyasının iclasında baxılmış və ** saylı protokola əsasən onun islah yoluna qədəm qoyduğu, müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsini və s. halları nəzərə alaraq müsbət rəy verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Qeyd edilənləri, məhkumun islah olunmasını və islah olunma işində mühüm əhəmiyyət kəsb edən amilləri nəzərə alaraq, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasını məqsədəuyğun hesab edir. Kollegiya hesab edir ki, məhkum Məhkum ona təyin olunmuş cəzasını hazırda qanunla müəyyən olunmuş 2/3 hissəsindən çoxunu çəkmiş olsa da, əvvəllər məhkum olunmuşdur. Törərmiş olduğu əməlin ictimai təhlükəlilik dərəcəsi, xarakteri əsas verir ki, o, cəzası tam çəkməlidir. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiqini mümkün edən CM-in aşağıda isnad edilmiş maddələrində qeyd olunmuşdur: -76.2.Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edərkən, məhkəmə məhkumun üzərinə, bu Məcəllənin 70.5-ci maddəsində nəzərdə tutulmuş və cəzanın çəkilməmiş müddəti ərzində onun tərəfindən icra edilməli olan vəzifələr qoya bilər. -76.3. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: -76.3.1. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; -76.3.1-1. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər Göründüyü kimi, Cinayət Qanunvericiliyi üzrə az ağır cinayətlərə görə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin mümkün şərtlərdən biri məhkumun təyin olunan cəzanın yarısını çəkməsidir. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin mümkün edən digər şərt isə məhkumun cəzanı üzərinə qoyulmuş vəzifələri davamlı olaraq icra etməsi, özünün davranışı ilə islah olunması, ictimai qaydalara əməl etməsi, ehtiyatsızlıqdan və qəsdən cinayət əməli törətməməsi kimi hallarla bağlıdır. Yuxarıda qeyd olunan mülahizə də komissiyanın rəyində konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə dair konkret sübutlar yoxdur. Yalnız formal cümlələrlə həmin məsələlər ifadə edilmişdir. Bütün bunlar məhkumun cəza çəkdiyi müsbət xarakterə malik olmasına, çəkmiş olduğu cəzanın onun islah olmasına yetərli olmasına şüb Nəzərə alınmalıdır ki, Cəzaları İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsi-onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Qeyd olunan Məcəllənin 8.2-ci maddəsinə görə, məhkumların islah edilməsinin əsas vasitələri aşağıdakılardır: -8.2.1. cəzanın icrasının və çəkilməsinin müəyyən edilmiş qaydası (rejim); -8.2.2. tərbiyə işi; -8.2.3. ictimai faydalı əmək; -8.2.4. ümumi təhsil; -8.2.5. peşə təhsili və peşə hazırlığı; -8.2.6. ictimai təsir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən məhkumlara islah edilmə vasitələri cəzanın növü, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə əsasən cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla məhkəmə cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. Məcəllənin 513.2-ci maddəsinə əsasən məhkəmə cəzanın çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad etmədən və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmədən imtina etdikdə, həmin məsələlər üzrə ərizənin və ya vəsatətin təkrarən baxılmasına müvafiq ərizənin təmin edilməsinin rədd edilməsi haqqında məhkəmə qərarı çıxarıldığı gündən azı 6 (altı) ay keçdikdən sonra yol verilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.1 və 170.2-ci maddələrinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Mülahizə ilə birlikdə məhkəməyə məhkumun şəxsi işi də göndərilir. Həmin Məcəllənin 170.7-ci maddəsinə əsasən məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, habelə cəzanın çəkilməsinin təxirə salınması məhkəmə tərəfindən rədd edildiyi hallarda, təkrar ərizəyə məhkəmənin rədd haqqında qərar qəbul etdiyi gündən ən azı altı ay sonra baxıla bilər. «Cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli * saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirilməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri məhkəmənin mahiyyəti üzrə düzgün olan qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398, 407, 408, 410 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara verdi: Məhkum Məhkum apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar elan olunduğu gündən, qərarın surətini məhkum X4 rəsmi olaraq aldığı gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar