Məhkəmə qərarları › İş №7(3-9)-39/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-39/2026

24.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Şirvan şәhәri İş № 7(3-9)-39/2026 24.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının hakimlәri Bәhmәnov Habil Xanoğlan oğlu (sәdrlik edәn), Əliyev Əli Abdulla oğlu vә Hәşimov Yaşar Xanoğlan oğlundan ibarәt tәrkib, mәhkәmә iclasının katibi Əlәskәrov Sәnan Adil oğlunun katibliyi, Azәrbaycan Respublikası Baş Prokurorluğunun Cinayәt tәqibindәn kәnar icraatlar idarәsinin böyük prokuror-metodisti Prokuror, mәhkum İsmayılov Xәlil Ülduzәli oğlunun, müdafiәçisi fәrdi qaydada fәaliyyәt göstәrәn vәkil müdafiәçi1 iştirakı ilә. ##.##.1994-cü il tarixdә Masallı rayonu, Hәsәnli kәndindә anadan olmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, orta tәhsilli, evli, Masallı rayonu, Hәsәnli kәndindә qeydiyyatda olmaqla yaşamış, Qobustan Rayon Mәhkәmәsinin 1(026)- **/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilә Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 177.2.1-ci vә 177.2.3-cü maddәsindә nәzәrdә tutulan cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinәrәk 02 (iki) il müddәtә azadlıqdan mәhrumetmә cәzasına mәhkum edilmiş, CM-in 69.3-cü maddәsinә әsasәn üzәrindә qәti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi sәkkiz) gün müddәtә azadlıqdan mәhrum etmә cәzasına mәhkum edilmiş, Salyan Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qәrarı ilә cәzası 06 ay azaldılmış, hazırda Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Penitensiar Xidmәtinin * saylı Cәzaçәkmә Müәssisәsindә cәza çәkәn; Mәhkum İsmayılov Xәlil Ülduzәli oğlunun Qobustan Rayon Mәhkәmәsinin 1(026)- **/**** saylı, ##.##.2025-ci il saylı hökmü ilә tәyin edilmiş azadlıqdan mәhrum etmә cәzasının qalan hissәsini çәkmәk üçün mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsinә dair әrizәsinin tәmin olunmaması barәdә Salyan Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026cı il tarixli qәrarından mәhkum İsmayılov Xәlil Ülduzәli oğlu tәrәfindәn verilmiş apellyasiya şikayәtinә videokonfrans әlaqә sistemindәn istifadә etmәklә açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә kollegiyası İ.İşin halları: Qobustan Rayon Mәhkәmәsinin 1(026)- **/**** saylı, ##.##.2025-ci il saylı hökmü ilә (hakim: Mayılov Samir İlham oğlu) İsmayılov Xәlil Ülduzәli oğlu Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 177.2.1 vә 177.2.3-cü maddәlәri ilә tәqsirli bilinәrәk 2 il müddәtә azadlıqdan mәhrum etmә cәzasına mәhkum edilmiş, CM-nin 69.3-cü maddәsinә әsasәn onun ##.##.2025-ci il tarixdәn ##.##.2025-ci il tarixәdәk şübhәli şәxs qismindә tutulub saxlanıldığı iki gün müddәtin bir günü ona tәyin edilәn azadlıqdan mәhrum etmә cәzasının bir gününә bәrabәr hesablanmaqla ümumillikdә 02 gün müddәt hәmin cәzadan çıxılmış vә üzәrindә qәti olaraq 01 il, 11 ay, 28 gün müddәtә azadlıqdan mәhrum etmә cәzası saxlanılmış, tәyin olunmuş azadlıqdan mәhrum etmә çәzasını ümumi rejimli çәzaçәkmә müәssisәsindә çәkmәsi, cәzaçәkmә müddәtinin әvvәli hәbs edildiyi vaxtdan, yәni ## ###### 2025-ci il tarixdәn hesablanmış, barәsindә seçilmiş hәbq qәtimkan tәdbiri hökm qanuni qüvvәyә minәnәdәk dәyişdirilmәdәn saxlanılmış vә ekspertiza xәrci vә maddi sübutla bağlı mәsәlәlәr hәll olunmuşdur. Azәrbaycan Respublikası Ədliyyә Nazirliyinin Penitensiar Xidmәtinin * saylı Cәzaçәkmә Müәssiәsinin rәisi Rәhimov İlkin Elxan oğlu mәhkәmәyә tәqdimatla müraciәt edәrәk, mәhkum İsmayılov Xәlil Ülduzәli oğlu barәsindә “Konstitusiya vә Suverenlik ili” münasibәtilә amnistiya elan edilmәsi haqqında” Azәrbaycan Respublikası Milli Mәclisinin ## ###### 2025-ci il tarixli Qәrarının 3.1-ci bәndinin tәtbiq edilmәsi mәsәlәsinә baxılmasının xahiş etmişdir. Salyan rayon mәhkәmәsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qәrarı ilә (hakim: X5) tәqdimat tәmin edilmiş, ““Konstitusiya vә Suverenlik ili” münasibәtilә amnistiya elan edilmәsi haqqında” Azәrbaycan Respublikası Milli Mәclisinin ##.##.2025-ci il tarixli qәrarının 3.1-ci bәndi tәtbiq edilmәklә Qobustan Rayon Mәhkәmәsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilә AR CM-nin 177.2.1 vә 177.2.3-cü maddәlәrindә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinәrәk 02 (iki) il müddәtә azadlıqdan mәhrumetmә cәzasına mәhkum edilmiş, CM-in 69.3-cü maddәsinә әsasәn üzәrindә qәti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi sәkkiz) gün azadlıqdan mәhrum etmә cәzasına mәhkum edilmiş İsmayılov Xәlil Ülduzәli oğluna tәyin edilmiş azadlıqdan mәhrum etmә cәzası 06 (altı) ay azaldılmışdır. Mәhkum İsmayılov Xәlil Ülduzәli oğluna Qobustan Rayon Mәhkәmәsinin 1(026)- **/**** saylı, ##.##.2025-ci il saylı hökmü ilә tәyin edilmiş azadlıqdan mәhrum etmә cәzasının qalan hissәsini çәkmәk üçün mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsinә dair әrizә ilә mәhkәmәyә müraciәt etmişdir. Salyan Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı ilә (hakim: X5) mәhkum İsmayılov Xәlil Ülduzәli oğluna Qobustan Rayon Mәhkәmәsinin 1(026)- **/**** saylı, ##.##.2025-ci il saylı hökmü ilә tәyin edilmiş azadlıqdan mәhrum etmә cәzasının qalan hissәsini çәkmәk üçün mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsinә dair әrizәsi rәdd edilmişdir. Mәhkum İsmayılov Xәlil Ülduzәli oğlu hәmin qәrardan apellyasiya şikayәti vermişdir. II.Apellyasiya şikayətinin dəlilləri: ## ###### 2025-ci il tarixli Milli Mәclisin amnistiya qәrarı ilә cәzasının çәkilmәmiş hissәsindәn 6 ay azadılmışdır. Hazırda cәzasının sonuna 10 ay müddәt qalmışdır. Müәssisәdә cәza çәkdiyi müddәt әrzindә әmәlindәn sәmimi peşman olmuş, özünü nümunәvi mәhkum kimi aparmış. Müәssisәnin daxili nizam intizam qaydalarına riayәt etmiş, mәhkum yoldaşlarla mehriban ünsiyyәtdә olmuşdur. Zәrәrçәkmiş şәxslә barışmış vә maddi ziyanı ödәmişdir. Müәssisәdә islah xarakterli tәdbirlәrdә iştirak etmişdir. Hәbsdә qalması ailәsinә vә ona mәnfi tәsir edir himayәsindә üç azyaşlı övladları var. Qeyd edilәnlәrә әsasәn şikayәtin tәmin edilmәsini, Salyan Rayon Mәhkәmәsinin *(*-***)- ***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarını lәğv edәrәk çәkilmәmiş qalan cәzasını çәkmәk üçün mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsinә dair әrizәsinin tәmin edilmәsinә dair qәrar çıxarılmasını xahiş etmişdir. III. Proses iştirakçılarının çıxışları: Mәhkәmә iclasında Baş Prokurorluğun Cinayәt tәqibindәn kәnar icraatlar idarәsinin böyük prokuroru Prokuror apellyasiya şikayәtini dәlillәrini әsassız hesab edәrәk, Salyan Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarının qanuni vә әsaslı olduğunu bildirmiş vә buna görә dә hәmin qәrarın dәyişdirilmәdәn saxlanılmasını xahiş etmişdir. Mәhkәmә iclasında mәhkum İsmayılov Xәlil Ülduzәli oğlu vә müdafiәçisi müdafiәçi1 apellyasiya şikayәtinin dәlillәrini müdafiә edәrәk, Salyan Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarın lәğv edilmәsini vә әrizәnin tәmin edilmәsi barәdә qәrar çıxarılmasını xahiş etmişlәr. IV.Hüquqi məsələlər: Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin (bundan sonra- Cinayәt- Prosessual Mәcәllәsi) 397.1 vә 397.2-ci maddәlәrinә әsasәn «Apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki hallarının müәyyәn edilmәsinin, habelә cinayәt qanununun vә bu Mәcәllәnin normalarının tәtbiq edilmәsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş faktiki hallar apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn yalnız apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya mәhkәmәsi tәrәfindәn cinayәt qanununa vә bu Mәcәllәnin normalarına riayәt edilmәsi apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin dәlillәrindәn asılı olmayaraq yoxlanılır». Mәhkum apellyasiya şikayәtinin dәlillәrinin prosessual әsasını Cinayәt-Prosessual Mәcәllәsinin 399.1.2-ci maddәsindә nәzәrdә tutulmuş halla әlaqәlәndirilmişdir. Cinayәt-Prosessual Mәcәllәsinin 399.1.2-ci maddәsinә әsasәn apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin baxışının nәticәlәri üzrә mәhkәmәnin gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarının lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsaslardır. Cinayәt Kollegiyası qeyd edir ki, mәhkum Xәlil İsmayılov cәzasının üçdә bir hissәsini çәkmәsi mübahisә doğurmur. Lakin nәzәrә alınmalıdır ki, cәzanın hәmin hissәsinin çәkilmәsi çәzaçәkmә müәssisәsinin növünün dәyişdirilmәsi üçün bütün hallarda әsas deyil. Qobustan Rayon Mәhkәmәsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilә Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 177.2.1-ci vә 177.2.3-cü maddәsindә nәzәrdә tutulan cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinәrәk 02 (iki) il müddәtә azadlıqdan mәhrumetmә cәzasına mәhkum edilmiş, CM-in 69.3-cü maddәsinә әsasәn ## ###### 2025-ci il tarixdәn ## ###### 2025-ci il tarixәdәk şübhәli şәxs qismindә tutulub saxlanıldığı iki gün müddәtin bir günu ona tәyin edilәn azadlıqdan mәhrum etmә cәzasının bir gününә bәrabәr hesablanmaqla ümumilikdә 02 (iki) gün müddәt hәmin cәzadan çıxılsın vә onun üzәrindә qәti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi sәkkiz) gün müddәtә azadlıqdan mәhrumetmә cәzası tәyin edilmişdir. Cәzaçәkmә müddәtinin әvvәli ##.##.2025-ci il tarixdәn hesablanmışdır. Salyan Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qәrarı ilә “Konstitusiya vә Suverenlik ili” münasibәtilә amnistiya elan edilmәsi haqqında” Azәrbaycan Respublikası Milli Mәclisinin ##.##.2025-ci il tarixli qәrarının 3.1-ci bәndi tәtbiq edilmәklә Qobustan Rayon Mәhkәmәsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilә AR CMnin 177.2.1 vә 177.2.3-cü maddәlәrindә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinәrәk 02 (iki) il müddәtә azadlıqdan mәhrumetmә cәzasına mәhkum edilmiş, CM-in 69.3cü maddәsinә әsasәn üzәrindә qәti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi sәkkiz) gün azadlıqdan mәhrum etmә cәzasına mәhkum edilmiş İsmayılov Xәlil Ülduzәli oğluna tәyin edilmiş azadlıqdan mәhrum etmә cәzası 06 (altı) ay azaldılmışdır. Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Penitensiar Xidmәtinin * saylı Cәzaçәkmә Müәssisәsinin yazılı mülahizәsindәn görünür ki, mәhkum İsmayılov Xәlil Ülduzәli oğlu ##.##.1994-cü ildә Masallı rayonunda anadan olmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, tam orta tәhsilli, evli, himayәsindә 3 azyaşlı uşağı olan, fәrdi әmәklә mәşğul olan, mәhkum olunmuş. Qobustan rayon mәhkәmәsinin ##.##.2025-ci il tarixli hökmü ilә Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 177.2.1, 177.2.3, 69.3- cü maddәlәrinә әsasәn 1 il 11 ay 28 gün müddәtinә azadlıqdan mәhrumetmә cәzasına mәhkum edilmişdir. "Konstitusiya vә Suverenlik ili" münasibәtilә amnistiya elan edilmәsi haqqında Azәrbaycan Respublikası Milli Mәclisinin ##.##.2025-ci il tarixli qәrarının 3.1-ci bәndinә әsasәn cәzası 6 ay azaldılmış vә cәzası 1 il 5 ay 28 günә endirilmişdir. Cәzanın әvvәli: ##.##.2025-ci il. Cәzanın sonu: ##.##.2027-ci il. Cәzanın çәkilmiş hissәsi: 6 ay 29 gün.Cәzanın çәkilmәmiş hissәsi: 10 ay 29 gün. Mәhkum İsmayılov Xәlil Ülduzәli oğlu * saylı cәzaçәkmә müәssisәsinә ##.##.2025-ci il tarixdә * saylı İT-dәn qәbul edilmişdir. Mәhkәmә tәrәfindәn ona tәyin olunmuş cәzanın üçdә bir hissәsindәn çoxunu çәkmişdir. Cinayәtin qısa tәsnifatı. O, tamah niyyәti ilә özgәnin әmlakını әlә keçirmәk mәqsәdi ilә tanışı X4 ilә birlikdә Qobustan rayonu әrazisindә X3 mәxsus fәrdi yaşayış evinә qanunsuz daxil olaraq zәrәrçәkmiş şәxsә 1910 manat mәblәğindә maddi ziyan vurmaqla oğurluq etmişdir İş üzrә mülki iddia yoxdur. Zәrәrçәkmiş şәxs şikayәtçi deyil. İntizam tәnbehi olmayıb. Müsbәt xarakterizә olunur. Müәssisәdә olduğu müddәtdә ona hüquq vә vәzifәlәrini aydın dәrk etmәsi, cәzanın çәkilmәsi qaydalarının mahiyyәtini vә mәzmununu düzgün başa düşmәsi mәqsәdi ilә maariflәndirmә işi aparılmış, pedaqoji vә psixoloji tәsiretmә üsul vә vasitәlәrdәn istifadә edilmişdir. Daxili İntizam qaydalarına әmәl edir, rәhbәrliyin qanuni tәlәblәrinә hörmәtlә yanaşır. Digәr mәhkumlarla münasibәti normaldır, konflikt yaratmır. Törәtdiyi әmәlә görә peşimandır vә gәlәcәkdә cәmiyyәtdә faydalı vәtәndaş kimi yaşamaq istәdiyini nümayiş etdirir. Dәstәdә tәşkil olunan tәrbiyәvi tәdbirlәrdә, iclaslarda fәal iştirak edir. Azad, sәrbәst hәyat haqqında baxışları müsbәtdir. Verilәn tapşırıqlara mәsuliyyәtlә yanaşır, davranışında müsbәt dәyişikliklәr müşahidә olunur. Törәtdiyi cinayәtә görә azadlıqdan mәhrum etmә yerinә düşmәsinә, ailәsinә vә yaxınlarına maddi vә mәnәvi kömәklik göstәrә bilmәmәsinә, onları böyük çәtinlik vә әziyyәtә saldığına görә әmәlindәn peşimançılıq keçirdiyini bildirir. İslah olunma yolunda sәy göstәrdiyi nәzәrә çarpır. Cәza çәkdiyi müddәtdә barәsindә hәvәslәndirmә tәdbiri tәtbiq edilmәmişdir. 2025-ci ilin yekunu ilә әlaqәdar tәrtib edilmiş illik xasiyyәtnamәyә әsasәn müsbәt xarakterizә olunur. İş üzrә ekspertiza tәdqiqatı ilә bağlı 50 manat borcu var. Mәhkum X.İsmayılovun mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsi mәsәlәsinә Ədliyyә Nazirliyinin Komissiyasının iclasında baxılmış vә ** saylı iclas protokoluna әsasәn onun islah yoluna qәdәm qoyduğu, müsbәt xarakterizә olunmasını, törәtdiyi cinayәt әmәlindәn sәmimi peşmançılıq hissi keçirmәsini vә s. halları nәzәrә alaraq müsbәt rәy verilmәsi mәqsәdәmüvafiq hesab edilmişdir. Mәhkәmә qәrarını onunla әsaslandırmışdır ki, tәqdim olunmuş mülahizәdә göstәrilәn müsbәt xarakterli fikirlәr әsasәn ümumi vә standart ifadәlәrdәn ibarәtdir, mәhkumun islah olunmasını, davranışında sabit vә davamlı müsbәt dәyişikliklәrin baş vermәsini, habelә onun mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsini zәruri edәn konkret vә obyektiv mәlumatlarla kifayәt qәdәr әsaslandırılmamışdır. Bu sәbәbdәn mülahizәdә göstәrilәn hallar mәhkumun mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsi barәdә әrizәnin tәmin olunması üçün yetәrli hesab edilә bilmәz. Cәzaların İcrası Mәcәllәsinin 8-ci maddәsinә әsasәn mәhkumların islah edilmәsinin әsas vasitәlәri kimi aşağıdakılar nәzәrә alınmalıdır. -8.2.1. cәzanın icrasının vә çәkilmәsinin müәyyәn edilmiş qaydası (rejim); -8.2.2. tәrbiyә işi; -8.2.3. ictimai faydalı әmәk; -8.2.4. ümumi tәhsil; -8.2.5. peşә tәhsili vә peşә hazırlığı; -8.2.6. ictimai tәsir Bundan başqa hәmin Mәcәllәnin 11.1.-11.5-ci maddәlәrinә uyğun olaraq mәhkumlar Azәrbaycan Respublikasının vәtәndaşları üçün qanunvericiliklә müәyyәn olunmuş vәzifәlәri yerinә yetirmәli vә cәmiyyәtdә qәbul edilmiş müvafiq davranış normalarına riayәt etmәlidirlәr. -11.2. Mәhkumlar bu Mәcәllәnin, habelә ona uyğun qәbul edilmiş digәr normativ hüquqi aktların tәlәblәrinә riayәt etmәlidirlәr. -11.3. Mәhkumlar cәzanı icra edәn müәssisә vә ya orqanın işçi heyәtinin qanuni tәlәblәrini yerinә yetirmәlidirlәr. -11.4. Mәhkumlar cәzanı icra edәn müәssisәnin işçi heyәtinә vә cәzaçәkmә müәssisәsinә baş çәkәn şәxslәrә, habelә digәr mәhkumlara qarşı nәzakәtlә davranmalıdırlar. -11.5. Mәhkumlar üzәrinә düşәn vәzifәlәri, habelә cәzanı icra edәn müәssisә vә ya orqanın işçi heyәtinin qanuni tәlәblәrini yerinә yetirmәdikdә, qanunla müәyyәn edilmiş qaydada mәsuliyyәtә cәlb olunurlar. Bütün bunlardan әlavә qeyd olunmuş Mәcәllәnin 70.1., 70.2. vә 70.2.4-cü maddәlәrindә göstәrilmişdir ki, ömürlük azadlıqdan mәhrum etmә növündә cәzaya mәhkum olunmuş şәxslәr istisna olmaqla, davranışından vә әmәyә münasibәtindәn asılı olaraq az ağır vә ya böyük ictimai tәhlükә törәtmәyәn cinayәt törәtmiş müsbәt xarakterizә edilәn mәhkumlar cәza müddәtinin әn azı üçdә birini çәkdikdә, cәzanın qalan hissәsini çәkmәk üçün ümumi rejimli cәzaçәkmә müәssisәlәrindәn mәntәqә tipli cәzaçәkmә müәssisәlәrinә keçirilә bilәrlәr . İş materiallarında olan cәzaçәkmә müәsissәsi tәrәfindәn verilmiş mülahizәdә cәzaçәkmә müәssisәsi tәrәfindәn İsmayılov Xәlil Ülduzәli oğlu barәsindә çәkilmәmiş qalan cәzasını çәkmәk üçün mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsi mәsәlәsinә dair Ədliyyә Nazirliyi Penitensiar Xidmәtin Baş İdarәsinin xüsusi komissiyasının rәyi müsbәt olsa, onun dәfәlәrlә mәhkum olunması, hәtta hәmin mәhkumluqlara görә vaxtında әvvәl şәrti olaraq cәzadan azad olunması vәziyyәtindә yenidәn cinayәt törәtmәsi әsas verir ki, Xәlil İsmayılov islaha yönümlü şәxs deyil, müsbәt xarakterli davranışları yalnız formallıq daşıyır. Ona görә onun hәmin xarakteri nәzәrә alınaraq hesab olunmalıdır ki, cәzasını mәhz ümumi rejimli cәza çәkmә müәssisәsindә çәkmәsi onun islah olunması baxımından daha sәmәrәli ola bilәr. “Cәzadan şәrti olaraq vaxtından әvvәl azad etmә, cәzanın çәkilmәmiş hissәsini daha yüngül cәza növü ilә әvәz etmә, cәzaçәkmә müәssisәsinin növünün dәyişdirilmәsi vә xәstәliyә görә cәzanıçәkmәkdәn azad etmә ilә bağlımәhkәmәtәcrübәsihaqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ####### 2010-cu il tarixli, ** saylı Qәrarının 2-ci bәndindә qeyd olunmuşdur ki, mәhkәmәlәr bu xarakterli müraciәtlәrә baxarkәn qanunun tәlәblәrinә ciddi әmәl etmәklә yanaşı, hәm dә hәr mәhkuma onun şәxsiyyәti nәzәrә alınmaqla fәrdi yanaşmalıdırlar. Bu zaman mәhkәmәlәr nәzәrә almalıdırlar ki, cinayәt vә cinayәt prosessual qanunvericiliyindә törәdilmiş cinayәt әmәllәrinin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsi, cinayәt nәticәsindә vurulmuş ziyanın ödәnilmәmәsi, әvvәllәr mәhkum olunması, tәqsirini etiraf etmәmәsi vә sair bu kimi hallar cәzadan şәrti olaraq vaxtından әvvәl azad edilmәyә, cәzanın çәkilmәmiş hissәsini daha yüngül cәza növü ilә әvәz olunmağa vә cәzaçәkmә müәssisәsinin növünün dәyişdirilmәsinә maneә kimi nәzәrdә tutulmamışdır. Lakin mәhkumun vurulmuş ziyanı ödәmәkdәn qәsdәn boyun qaçırması (mәsәlәn, әmlakı gizlәtmәsi vә s.), törәtdiyi cinayәtә münasibәti işin digәr halları ilә birlikdә cәzadan şәrti olaraq vaxtından әvvәl azad etmәyә vә ya cәzanın çәkilmәmiş hissәsinin daha yüngül cәza növü ilә әvәz edilmәsinә, mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsinә maneә ola bilәr. Azәrbaycan Respublikasının Cinayәt Prosessual Mәcәllәsinin 514.1-ci cәzaçәkmә müәssisәlәrinin növünün dәyişdirilmәklә mәhkumun bir növ cәzaçәkmә müәssisәsindәn başqa növ cәzaçәkmә müәssәsinә keçirilmәsi cinayәt qanununun müddәalarına müvafiq olaraq mәhkumun әrizәsi vә ya cәzaçәkmә müәssisәsinin tәqdimatı әsasında cәzaçәkmә müәssisәsinin mülahizәsi nәzәrә alınmaqla cәzanın çәkildiyi yer üzrә birinci instansiya mәhkәmәsi tәrәfindәn hәyata keçirilir. Kollegiya qeyd edir ki, mәhkum әvvәllәr mәhkum olunmuşdur, islah olunmayaraq yenidәn cinayәt törәtmişdir, ona görә dә çәkilmәmiş qalan cәzasını çәkmәk üçün mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsi mümkün deyil. Salyan Rayon Mәhkәmәsinin mәhkumun şәxsi iş materiallarını onun barәsindә verilmiş mülahizә ilә әlaqәli şәkildә tәdqiq edәrәk, mәhkumun çәkdiyi cәza müddәtinin cәzanın mәqsәdinә nail olunması baxımından әsaslı hesab etmәmәsi barәdә qәnaәti düzgün olmuş, buna görә dә apellyasiya şikayәti әsassız sayılmalıdır. Mәhkәmә kollegiyasının qәnaәtinә görә, qeyd olunanlar, birinci instansiya mәhkәmәsi tәrәfindәn Cinayәt-Prosessual Mәcәllәsinin 399.1.2-ci maddәsindә nәzәrdә tutulmuş pozuntuya yol verilmәdiyini, yәni birinci instansiya mәhkәmәsinin mübahisәlәndirilәn qәrarının qanuni vә әsaslı olduğunu, onun apellyasiya qaydasında lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün isә әsasların olmadığını göstәrir. Göstәrilәnlәrә әsasәn, mәhkәmә kollegiyası apellyasiya şikayәtinin dәlillәri ilә razılaşmayaraq, onları qәbuledilmәz sayaraq hesab edir ki, mәhkum İsmayılov Xәlil Ülduzәli oğlunun apellyasiya şikayәti tәmin olunmamalı, Salyan Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrarı apellyasiya şikayәtinә әsasәn dәyişdirilmәdәn saxlanılmalıdır. Qeyd olunanlara әsasәn vә CPM-in 397, 398, 407-410, 412 vә 514 vә 520-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası QƏRARA ALDI: Mәhkum İsmayılov Xәlil Ülduzәli oğlunun apellyasiya şikayәti tәmin edilmәsin. Mәhkum İsmayılov Xәlil Ülduzәli oğlunun Qobustan Rayon Mәhkәmәsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il saylı hökmü ilә tәyin edilmiş azadlıqdan mәhrum etmә cәzasının qalan hissәsini çәkmәk üçün mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsinә dair әrizәsinin tәmin olunmaması barәdә Salyan Rayon Mәhkәmәsinin *(*-***)-***/**** nömrәli, ## #### 2026cı il tarixli qәrarı dәyişdirilmәdәn saxlanılsın. Qәrar qәbul edildiyi andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan Azәbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 410-cu maddәsindә nәzәrdә tutulmuş 01 ay müddәtindә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyasına kassasiya şikayәti vә kassasiya protesti verilә bilәr.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar