Məhkəmə qərarları › İş №7(3-9)-44/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-44/2026

31.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Şirvan şәhәri İş № 7(3-9)-44/2026 31.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Azәrbaycan Respublikası Baş Prokurorluğunun Cinayәt Tәqibindәn Kәnar İcraatlar İdarәsinin prokuroru R X3, mәhkum - Mәhkum, müdafiәçi Şirvan Regional Vәkil Bürosunun vәkili Müdafiәçi iştirakları ilә, Mәhkum Mәhkum ona tәyin edilmiş azadlıqdan mәhrum etmә cәzasının çәkilmәmiş hissәsini çәkmәk üçün X2 müәssisәsinә keçirilmәsi barәdә әrizәsinin rәdd edilmәsinә dair Salyan Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans әlaqә sistemindәn istifadә etmәklә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Salyan Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrarı ilә (hakim X4), ##.##.2003-cü il tarixdә Bakı şәhәrindә anadan olmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, subay, orta tәhsilli, әvvәllәr mәhkum olunmamış, işlәmәyәn, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şәhәri, Sabunçu rayonu, Maştağa qәsәbәsi, Lәhic Bağları massivindә yaşayan, Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Penitensiar Xidmәtinin * saylı Cәzaçәkmә Müәssisәsindә cәza çәkәn, çәkilmәmiş cәzası 1 il 01 ay 25 gün tәşkil edәn Məhkum Bakı şәhәr Nәsimi Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli hökmü ilә tәyin edilmiş azadlıqdan mәhrum etmә cәzasının çәkilmәmiş hissәsini çәkmәk üçün X2 müәssisәsinә keçirilmәsinә dair әrizәsi tәmin edilmәmişdir. Qәrardan narazı qalan mәhkum Mәhkum tәrәfindәn apellyasiya şikayәti verilmişdir. İŞİN HALLARI: Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Penitensiar Xidmәtinin * saylı Cәzaçәkmә Müәssisәsindә cәza çәkәn mәhkum Mәhkum әrizә ilә mәhkәmәyә müraciәt edәrәk, çәkilmәmiş qalan cәzasını çәkmәk üçün X2 müәssisәsinә keçirilmәsini xahiş etmişdir. Ərizә әsasında işә baxan birinci instansiya mәhkәmәsi mәsәlәni yuxarıda göstәrilәn qaydada hәll etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Mәhkum Mәhkum apellyasiya şikayəti verərək, cәzasının çәkilmәmiş hissәsinin X2 Müәssisәsinә köçürülmәsi barәdә Salyan Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli qәrarının lәğv edilәrәk, MTCM-yә köçürülmәsi barәdә qәrarı qbәul edilmәsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 180.2.1-ci maddәsi ilә tәqsirli bilinәrәk Bakı şәhәr Nәsimi Rayon Mәhkәmәsinin hökmü ilә 3 il müddәtinә azadlıqdan mәhrumetmә cәzasına mәhkum edilmişdir. Cәzasını hazırda Ədliyyә Nazirliyi Penitensiar Xidmәtin ** saylı Cәzaçәkmә Müәssisәsindә çәkir. Cәzasının әvvәli ## ###### 2025-ci il tarixindәn hesablanır. ## ###### 2025-ci il tarixdә Milli Mәclis tәrәfindәn “Konstitusiya vә Suverenlik ili” münasibәti ilә elan edilәn amnistiya qәrarı ilә cәzasının çәkilmәmiş hissәsindәn 06 ay çıxılmışdır. Hal-hazırda cәzasının sonuna 1 il 1 ay müddәt qalmışdır. Müәssisәdә cәza çәkdiyi müddәt әrzindә daim özünü nümunәvi mәhkum kimi aparmışdır. Verilәn tapşırıqları vaxtında vә vixdanla yerinә yetirmişdir. Müәssisәinin ictimai hәyatında fәal iştirak etmişdir. Keçirilәn tәdbirlәrdә yaxından iştirak edir. Mәhkum yoldaşları ilә daim xoş ünsiyyәtdә vә mehriban münasibәtdә olmuşdur. Hәr zaman böyüyә hörmәt vә kiçiyә qayğı prinsipi ilә yaşamışdır. Cәza çәkdiyi müddәt әrzindә törәtmi olduğu әmәl barәdә xeyli düşünmüş vә sәmimi peşiman olmuşdur. Müәssisәdә keçirilәn islah xarakterli tәrbiyәvi tәdbirlәrdә yaxından iştirak edәrәk, islah yoluna qәdәm qoymuşdur. Müәssisә rәhbәrliyi tәrәfindәn heç bir ifahi xәbәrdarlıq vә yazılı töhmәt almamışdır. Hәbsdә saxlanmağı öz hәyatı ilә yanaşı xәstә anası vә himayәsindә olan bir azyaşlı baxısının hәyatın mәnfi tәsir göstәrir. Cәza çәkdiyi müddәt әrzindә peşә tәhsilinә cәlb edilmişdir. Zәrәrçәkәnlә barışmış vә ona dәymiş zәrәri notarial qaydada ödәmişdir. Ona qarşı heç bir şikayәt vә tәlәbi yoxudr. Cәzasının çәkilmәmiş hissәsindә X2 Müәssisәsinә küçrülmәsinә dair әrizәsi Salyan Rayon Mәhkәmәsi baxarkәn qeyd etdiklәrini nәzәrә almamış vә әrizәsini tәmin etmәmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya mәhkәmәsinin iclasında: Mәhkum Mәhkum müdafiәçisi Müdafiәçi apellyasiya şikayәtinin dәlillәrini müdafiә edәrәk, şikayәti müdafiә edәrәk apellyasiya şikayәtinin tәmin olunmasını xahiş etdi. Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Penitensiar Xidmәtin * saylı Cәzaçәkmә Müәssisәsinә saxlanılan vә videokonfrans әlaqә sistemindәn istifadә etmәklә mәhkәmә iclasına qoşulan mәhkum Mәhkum müdafiәçisinin çıxışı ilә razı olduğunu bildirib, apellyasiya şikayәtinin tәmin olunmasını xahiş etdi. Azәrbaycan Respublikası Baş Prokurorluğunun Cinayәt tәqibindәn kәnar icraatlar İdarәnin prokuroru X3 apellyasiya şikayәtinin әsassız olduğunu, birinci instansiya mәhkәmәsinin qәrarının qanuni, әsaslı vә әdalәtli olmasını bildirdi, şikayәtin tәmin edilmәmәsini vә birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 520.7-ci maddәsinә әsasәn hökmün vә ya mәhkәmәnin digәr yekun qәrarının icrası qaydasında çıxarılmış mәhkәmә qәrarından bu Mәcәllәdә nәzәrdә tutulmuş qaydada apellyasiya vә ya kassasiya şikayәti yaxud protesti verilә bilәr. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 397.1-ci maddәsinә görә apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki hallarının müәyyәn edilmәsinin, habelә cinayәt qanununun vә bu Mәcәllәnin normalarının tәtbiq edilmәsinin düzgünlüyünü yoxlayır. Hәmin Mәcәllәnin 397.2-ci maddәsinә әsasәn isә birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş faktiki hallar apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn yalnız apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya mәhkәmәsi tәrәfindәn cinayәt qanununa vә bu Mәcәllәnin normalarına riayәt edilmәsi apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin dәlillәrindәn asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlillərinə əsasən məhkəmənin qərarı dəyişdirilə və ya ləğv oluna bilməz. Belә ki, iş materiallarında olan Bakı şәhәr Nәsimi Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli hökmündәn görünür ki, Mәhkum Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 180.2.1-ci maddәsinә әsasәn 3 il müddәtinә azadlıqdan mәhrumetmә cәzasına mәhkum edilmişdir. Salyan Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrarı ilә "Konstitusiya vә Suverenlik ili" münasibәtilә amnistiya elan edilmәsi haqqında Azәrbaycan Respublikası Milli Mәclisinin ##.##.2025-ci il tarixli qәrarının 3.1-ci bәndinә әsasәn cәzası 6 ay azaldılmış ve cәzası 2 il 6 aya endirilmişdir. Mәhkum cәzaçәkmә müddәtinin әvvәli ##.##.2025-ci il tarixdәn hesablanmaqla, sonu ##.##.2027-ci il tarixdә bitir. Mәhkum Mәhkum ona tәyin edilmiş azadlıqdan mәhrumetmә cәzasının çәkilmәmiş hissәsini çәkmәk üçün ümumi rejimli cәzaçәkmә müәssisәsindәn X2 müәssisәsinә keçirilmәsi әrizә ilә mәhkәmәyә müraciәt etmişdir. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 514.1-ci maddәsinә әsasәn cәzaçәkmә müәssisәlәrinin növünün dәyişdirilmәklә mәhkumun bir növ cәzaçәkmә müәssisәsindәn başqa növ cәzaçәkmә müәssәsinә keçirilmәsi cinayәt qanununun müddәalarına müvafiq olaraq mәhkumun әrizәsi vә ya cәzaçәkmә müәssisәsinin tәqdimatı әsasında cәzaçәkmә müәssisәsinin mülahizәsi nәzәrә alınmaqla cәzanın çәkildiyi yer üzrә birinci instansiya mәhkәmәsi tәrәfindәn hәyata keçirilir. Azәrbaycan Respublikası Cәzaların İcrası Mәcәllәsinin 70.2.4-cü maddәsinә әsasәn az ağır vә ya böyük ictimai tәhlükә törәtmәyәn cinayәt törәtmiş müsbәt xarakterizә edilәn mәhkumlar cәzanın qalan hissәsini çәkmәk üçün ümumi rejimli cәzaçәkmә müәssisәlәrindәn - X2 müәssisәlәrinә - cәza müddәtinin әn azı üçdә bir hissәsini çәkdikdә keçirilә bilәrlәr. “Cәzadan şәrti olaraq vaxtından әvvәl azad etmә, cәzanın çәkilmәmiş hissәsinin daha yüngül cәza növü ilә әvәz etmә, cәzaçәkmә müәssisәsinin növünün dәyişilmәsi vә xәstәliyә görә cәzanı çәkmәkdәn azad etmә ilә bağlı mәhkәmә tәcrübәsi haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun # ####### 2010-cu il tarixli * saylı Qәrarının 1-ci bәndindә göstәrilmişdir ki, mәhkәmәlәr bu xarakterli işlәrә baxarkәn mәhkumun cәzasının qanunla müәyyәn edilmiş hissәsini çәkib-çәkmәmәsi ilә yanaşı, cәza çәkdiyi müәssisәnin mülahizәsini dә nәzәrә almaqla, mәhkumun cәza çәkdiyi müәssisә tәrәfindәn müsbәt xarakterizә olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı әmәklә mәşğul olmasına, törәtdiyi cinayәtә münasibәtinin tәzahür formasına, mәhz hansı ictimai vә mәdәni tәdbirdә iştirak etmәsinә xüsusi diqqәt yetirilmәlidirlәr. Bu zaman mәhkәmәlәr mülahizәdә irәli sürülmüş dәlillәrlә kifayәtlәnmәmәli, ümumi vә şablon ifadәlәrә әsaslanmamalı, müraciәtin tam, hәrtәrәfli vә obyektiv yoxlanılması üçün bütün qanuni vasitәlәrdәn istifadә etmәlidirlәr. * saylı Cəzaçəkmə müəssisəsinin yazılı mülahizəsinə əsasən, mәhkum Mәhkum * saylı cәzaçәkmә müәssisәsinә ##.##.2025-cı il tarixdә Umbakı PM-dәn qәbul edilmişdir. Mәhkәmә tәrәfindәn ona tәyin olunmuş cәzanın üçdә bir hissәsindәn çoxunu çәkmişdir. Cinayәtin qısa tәsnifatı. O, özgә әmlakını açıq talama mәqsәdilә tanışı X1 ilә qabaqcadan әlbir olub Nәsimi rayon әrazisindә Hindistan vәtәndaşı Chattopadhyay Soumyadipә arxadan yaxınlaşaraq әlindә saxladığı "İphone 15 plus" markalı mobil telefonu dartıb götürmәklә qaçmış zәrәrçәkmiş şәxsә 1633.70 manat mәblәğindә maddi ziyan vurmaqla soygunçuluq etmişdir. İş üzrә mülki iddia yoxdur. Zәrәrçәkmiş şәexs şikayәtçi deyil. Intizam tәnbehi olmayıb.Müsbәt xarakterizә olunur. Müәssisәdә olduğu müddәtdә ona hüquq vә vәzifәlәrini aydın dәrk etmәsi, cәzanın çәkilmәsi qaydalarının mahiyyәtini vә mәzmununu düzgün başa düşmәsi mәqsәdi ilә maariflәndirmә işi aparılmış, pedaqoji vә psixoloji tәsiretmә üsul vә vasitәlәrdәn istifadә edilmişdir. Daxili İntizam qaydalarına әmәl edir, rәhbәrliyin qanuni tәlәblәrinә hörmәtlә yanaşır. Digәr mәhkumlarla münasibәti normaldır, konflikt yaratmır. Törәtdiyi әmәlә görә peşimandır vә gәlәcәkdә cәmiyyәtdә faydalı vәtәndaş kimi yaşamaq istәdiyini nümayiş etdirir. Dәstәdә tәşkil olunan tәrbiyәvi tәdbirlәrdә, iclaslarda fәal iştirak edir. Azad, sәrbәst hәyat haqqında baxışları müsbәtdir. Verilәn tapşırıqlara mәsuliyyәtlә yanaşır, davranışında müsbәt dәyişikliklәr müşahidә olunur. Törәtdiyi cinayәtә görә azadlıqdan mәhrum etmә yerinә düşmәsinә, ailәsinә vә yaxınlarına maddi vә mәnәvi kömәklik göstәrә bilmәmәsinә, onları böyük çәtinlik vә әziyyәtә saldığına görә әmәlindәn peşimançılıq keçirdiyini bildirir. İslah olunma yolunda sәy göstәrdiyi nәzәrә çarpır. Cәza çәkdiyi müddәtdә barәsindә hәvәslәndirmә tәdbirlәri tәtbiq edilmәmişdir. 2025ci ilin yekunu ilә әlaqәdar tәrtib edilmiş illik xasiyyәtnamәyә әsasәn müsbәt xarakterizә olunur. İş üzrә ekspertiza tәdqiqatı ilә bağlı borcu yoxdur. Mәhkum Mәhkum X2 müәssisәsinә keçirilmәsi mәsәlәsinә Ədliyyә Nazirliyinin Komissiyasının iclasında baxılmış vә ** saylı iclas protokoluna әsasәn onun islah yoluna qәdәm qoyduğu, müsbәt xarakterizә olunmasını, törәtdiyi cinayәt әmәlindәn sәmimi peşmançılıq hissi keçirmәsini vә s. halları nәzәrә alaraq müsbәt rәy verilmәsi mәqsәdәmüvafiq hesab edilmişdir. Göründüyü kimi, cәzaçәkmә müәssisәsi tәrәfindәn mәhkum Mәhkum barәsindә verilmiş mülahizәdә onun davranışı müsbәt qiymәtlәndirilmiş, hәmçinin Ədliyyә Nazirliyinin Penitensiar Xidmәtinin müvafiq komissiyası tәrәfindәn X2 müәssisәsinә keçirilmәsinin mәqsәdәuyğun hesab edilmәsi barәdә müsbәt rәy verilmişdir. Lakin hәmin mülahizәnin vә rәyin mәzmunu tәhlil edildikdә görünür ki, orada göstәrilәn nәticәlәr әsasәn ümumi xarakterli qiymәtlәndirmәlәrә әsaslanmış, mәhkumun islah olunmasını tәsdiq edәn konkret faktlar vә obyektiv mәlumatlar kifayәt qәdәr әks etdirilmәmişdir. Mәhkumun müsbәt xarakterizә olunması üçün әsas kimi göstәrilәn halları tәsdiq edәn konkret sübutlar tәqdim edilmәmişdir. Məhkumun şəxsi işinin materiallarından müəyyən olunur ki, cәza çәkdiyi müddәtdә onun barәsindә intizam tәnbehi tәtbiq edilmәmiş, daxili intizam qaydalarına әmәl etdiyi, rәhbәrliyin qanuni tәlәblәrinә hörmәtlә yanaşdığı, digәr mәhkumlarla normal münasibәtlәr saxladığı, tәrbiyәvi tәdbirlәrdә iştirak etdiyi vә törәtdiyi әmәlә görә peşman olduğunu bildirdiyi qeyd edilmişdir. Bununla yanaşı, cәza çәkdiyi müddәtdә barәsindә heç bir hәvәslәndirmә tәdbiri tәtbiq edilmәmiş, hәmçinin müәssisәdә olduğu müddәtdә әmәyә cәlb olunması üçün müraciәt etmәdiyi vә әmәk fәaliyyәti ilә mәşğul olmadığı müәyyәn edilmişdir. Bu hallar isә mәhkumun islah olunmasını birmәnalı tәsdiq edәn kifayәt qәdәr obyektiv әsas kimi qiymәtlәndirilә bilmәz. Belә ki, daxili intizam qaydalarına riayәt edilmәsi vә müәssisәdә keçirilәn tәrbiyәvi tәdbirlәrdә iştirak edilmәsi hәr bir mәhkumun üzәrinә düşәn qanuni vәzifәlәrdәn olmaqla, özlüyündә onun davranışında sabit vә davamlı müsbәt dәyişikliklәrin formalaşdığını tәsdiq etmir. Yuxarıda isnad olunan hüquq normasının məzmunundan göründüyü kimi, mәhkumun cәzanın qanunla müәyyәn edilmiş hissәsini çәkmәsi onun X2 müәssisәsinә keçirilmәsi üçün özlüyündә kifayәt etmir. Bununla yanaşı, mәhkumun müsbәt xarakterizә olunması, davranışı vә әmәyә münasibәti ilә islah yoluna qәdәm qoyduğunu tәsdiq edәn kifayәt qәdәr obyektiv halların mövcudluğu da zәruri şәrtdir. Hazırkı iş üzrə məhkumun müsbət xarakterizə olunmasına dair göstərilən hallar әsasәn intizam tәnbehinin olmaması, daxili intizam qaydalarına riayәt etmәsi, rәhbәrliyin qanuni tәlәblәrinә әmәl etmәsi, tәrbiyәvi tәdbirlәrdә iştirak etmәsi vә törәtdiyi әmәlә görә peşman olduğunu bildirmәsi ilә mәhdudlaşır. Halbuki, qeyd edilən hallar hər bir məhkumun üzərinə düşən qanuni vəzifələrin yerinə yetirilməsini əks etdirir və özlüyündə məhkumun islah olunduğunu vә ya cәzanın mәqsәdlәrinә nail olunduğunu təsdiq etmir. Bununla yanaşı, iş materiallarından görünür ki, mәhkum barәsindә cәza çәkdiyi müddәtdә heç bir hәvәslәndirmә tәdbiri tәtbiq edilmәmiş, hәmçinin müәssisәdә olduğu müddәtdә әmәyә cәlb olunması üçün müraciәt etmәmiş vә әmәk fәaliyyәti ilә mәşğul olmamışdır. Bu hallar da onun islah olunmasını tәsdiq edәn kifayәt qәdәr obyektiv әsaslar kimi qiymәtlәndirilә bilmәz. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, işdә mövcud olan müsbәt xarakterizәedici mәlumatlar Cәzaların İcrası Mәcәllәsinin 70.2-ci maddәsinin tәtbiqi üçün tәlәb olunan "müsbәt xarakterizә edilәn mәhkum" meyarının mövcudluğu barәdә qәti nәticәyә gәlmәyә kifayәt etmir. Belә olan halda, mәhkumun X2 müәssisәsinә keçirilmәsi üçün qanunla nәzәrdә tutulmuş әsaslar müәyyәn edilmәdiyindәn, birinci instansiya mәhkәmәsi әrizәni tәmin etmәmәklә düzgün nәticәyә gәlmişdir. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 398.1.1-ci maddәsinә görә, apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarını dәyişdirmәdәn, apellyasiya şikayәtini vә ya apellyasiya protestini isә tәmin etmәdәn saxlanılması haqqında qәrar qәbul edә bilәr. Şәrh olunanlara әsasәn mәhkәmә kollegiyası apellyasiya şikayәtinin tәmin olunması hәr hansı bir hüquqi әsaslar müәyyәn etmir vә hesab edir ki, mәhkum Mәhkum tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәdәn, Salyan Rayon Mәhkәmәsinin ## #### 2026cı il tarixli, *(*-***)-***/**** saylı qәrarı hәmin apellyasiya şikayәtinә әsasәn dәyişdirilmәdәn saxlanılmalıdır. Odur ki, mәhkәmә kollegiyası göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 397, 398, 407, 410, 412 vә 520-ci maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDI: Mәhkum Mәhkum tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Salyan Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrarı hәmin apellyasiya şikayәtinә әsasәn dәyişdirilmәdәn saxlanılsın. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan elan olunduğu (azadlıqdan mәhrumetmә növündә cәza çәkәn mәhkuma münasibәtdә isә qәrar ona verildiyi) gündәn 1 (bir) ay müddәtindә Şirvan Apellyasiya Mәhkәmәsi vasitәsilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyasına kassasiya şikayәti vә ya protesti verilә bilәr.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar