Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 7(3-9)-45/2026 31.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru X3, məhkum Məhkum, müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Məhkum Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin rədd edilməsinə dair Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: Salyan Rayon Məhkəməsinin (hakim X1 oğlunun sədrliyi) ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə ##.##.1987-ci ildə Dəvəçi (indiki Şabran) rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşaqları olan, əvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Şabran Rayon Məhkəməsinin *(***)-**/**** saylı ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.2, 68.1.1-1, 93.1.2-ci maddələrinə əsasən qəti olaraq 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin *(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərarına əsasən barəsində "Konstitusiya və Suverenlik ili" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli qərarının 3.1-ci bəndinə əsasən cəzası 6 ay azaldılmış və cəzası 3 il 6 aya endirilmiş, cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində çəkən, məhkum Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin olunmaması barədə qərar qəbul edilmişdir. Qərardan narazı qalan məhkum Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, çəkilməmiş qalan cəzasından şərti olaraq vaxtından əvvəl azad olunmasını xahiş etmişdir. Ərizə əsasında işə baxan birinci instansiya məhkəməsi məsələni yuxarıda göstərilən qaydada həll etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkum Məhkum apellyasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışdır ki, Aəzrbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərərk, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. ##.##.2025-ci il tarixində, hörmətli Prezident Ali Baş Komandan cənab İlham Əliyevin atdığı humanist addım nəticəsində verdiyi amnistiya aktını qərara alaraq 6 ay müddətinə cəzası azaldılmışdı. Bunları nəzərə alaraq cvə eyni zamanda vaxtından əvvəl şərti azadlığa buraxılmasına görə Salyan Rayon MƏhkəməsinə müraciət etmişdir. Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən müsbət rəy gəlməsinə, müəssisə rəisinin müsbət xasiyyətnamə verməsinə, himayəsində az yaşlı uşaq olmasına baxmayaraq, şərti azadlığa buraxılması təmin olunmamışdır. Bunları əsas tutaraq onun vaxtından əvvəl şərti azadlığa buraxılmasına ədalətli qərar çıxarılmasına xahiş etmişdir. Proses iştirakçılarının çıxışları: Apellyasiya məhkəməsi iclasında: Videokonfrans əlaqə sistemindən istifadə etməklə məhkəmə iclasına qoşulmuş məhkum Məhkum apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkumun müdafiəçisi müdafiəçi1 məhkumun verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmaqla ərizəsinin təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru, R X3 məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı, apellyasiya şikayətində qeyd edilən xüsusatların isə əsassız olduğunu göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 520.7-ci maddəsində qeyd edilir ki, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında çıxarılmış məhkəmə qərarından bu Məcəllədə nəzərdə tutulmuş qaydada apellyasiya və ya kassasiya şikayəti yaxud protesti verilə bilər. CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib və proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlillərinə əsasən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilə və ya ləğv oluna bilməz. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş iş materiallarından müəyyən olunur ki, Şabran Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikasının CM-in 234.2, 68.1.1-1, 93.1.2-ci maddələrinə əsasən qəti olaraq 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarına əsasən barəsində "Konstitusiya və Suverenlik ili" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli qərarının 3.1-ci bəndinə əsasən cəzası 6 ay azaldılmış və cəzası 3 il 6 aya endirilməsi qərara alınmışdır. Həmin hökmdən görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnaməyə əsasən Məhkum Şabran rayon məhkəməsinin ##.##.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmçinin o, Şabran rayon məhkəməsinin ##.##.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 7 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxsin müdafiəçisi X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2- ci maddəsi ilə təqsirləndirilməsinə dair Şabran Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərardan görünür ki, məhkum Məhkum müdafiəçisi E.T.Aslanovun kassasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin hökmdən görünür ki, iş üzrə "AZEMİS" Elektron Məhkəmə Informasiya Sistemindən çıxarılan təqsirləndirilən şəxs Məhkum məlumatlarının sorğulanmasının çıxarışına əsasən onun 2-ci qrup əlilliyinin olduğu müəyyən olunmuşdur. Məhkumun şəxsi işindən görünür onun cəzasının əvvəli ##.##.2024-cü il tarixdə başlayır, sonu ##.##.2027-ci il tarixdə bitir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi məhkum Məhkum cəza çəkdiyi müddət ərzində tam islah olunmadığı, onun islah olunmasının işin faktiki halları ilə təsdiq edilmədiyi qənaətinə gəlmişdir. Məhkəmə müəyyən etmişdir ki, məhkum qanunla nəzərdə tutulmuş cəza müddətinin müvafiq hissəsini çəksə də, əvvəllər dəfələrlə məhkum olunması, əvvəlki məhkumluqlardan nəticə çıxarmayaraq yenidən cinayət törətməsi, cəzaçəkmə müddətində əməyə cəlb olunmaması, barəsində həvəsləndirmə tədbirlərinin tətbiq edilməməsi, ekspertiza tədqiqatı ilə bağlı dövlət büdcəsinə olan 92 manat borcunu ödəməməsi, habelə narkomaniyadan məcburi müalicəsinin davam etməsi onun tam islah olunmasını təsdiq edən kifayət qədər əsasların mövcud olmadığını göstərir. Bununla yanaşı, məhkəmə cəzaçəkmə müəssisəsinin müsbət mülahizəsini və Ədliyyə Nazirliyinin Komissiyasının müsbət rəyini əsaslandırılmamış, ümumi, şablon və ziddiyyətli ifadələrə söykəndiyi üçün kifayət qədər inandırıcı hesab etməmişdir. Göstərilən halları, eləcə də törədilmiş cinayətin xarakterini və cəzanın məqsədlərini nəzərə alaraq birinci instansiya məhkəməsi məhkumun cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün qanunla nəzərdə tutulmuş əsasların mövcud olmadığı nəticəsinə gəlmiş və ərizənin təmin edilməməsi barədə qanuni və əsaslı qərar qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan qənaətini əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Cinayət Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə əsasən cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla məhkəmə cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. Məcəllənin 513.2-ci maddəsinə əsasən məhkəmə cəzanın çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad etmədən və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmədən imtina etdikdə, həmin məsələlər üzrə ərizənin və ya vəsatətin təkrarən baxılmasına müvafiq ərizənin təmin edilməsinin rədd edilməsi haqqında məhkəmə qərarı çıxarıldığı gündən azı 6 (altı) ay keçdikdən sonra yol verilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.1 və 170.2-ci maddələrinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Mülahizə ilə birlikdə məhkəməyə məhkumun şəxsi işi də göndərilir. Həmin Məcəllənin 170.7-ci maddəsinə əsasən məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, habelə cəzanın çəkilməsinin təxirə salınması məhkəmə tərəfindən rədd edildiyi hallarda, təkrar ərizəyə məhkəmənin rədd haqqında qərar qəbul etdiyi gündən ən azı altı ay sonra baxıla bilər. «Cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # ####### 2010-cu il tarixli * saylı Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirilməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. * saylı Cəzaçəkmə Müəssisəinin yazılı mülahizəsindən görünür ki, məhkum Məhkum * saylı cəzaçəkmə müəssisəsinə ##.##.2025-ci il tarixdə Umbakı PM-dən qəbul edilmişdir. Məhkəmə tərəfindən ona təyin olunmuş cəzanın ikidə bir hissəsindən çoxunu çəkmişdir. Cinayətin qısa təsnifatı: O, satış məqsədi ilə təmiz çəkisi 0,153 qram psixotrop maddə olan metamfetamini tanışı X4 5 manat müqabilində satmışdır. Müsbət xarakterizə olunur. Müəssisədə olduğu müddətdə ona hüquq və vəzifələrini aydın dərk etməsi, cəzanın çəkilməsi qaydalarının mahiyyətini və məzmununu düzgün başa düşməsi məqsədi ilə maarifləndirmə işi aparılmış, pedaqoji və psixoloji təsiretmə üsul və vasitələrdən istifadə edilmişdir. Zərərli vərdiş və adətlərin aradan qaldırılması, yenidən tərbiyə olunması, məhkumun həyat tərzinin dəyişdirilməsi və tövsiyələrin yerinə yetirilməsi prosesinə ailə üzvlərinin cəlb edilməsi uğurun əldə edilməsi üçün zəmin yaratmışdır. Ailə üzvləri və yaxınları ilə görüş zamanı yüksək əxlaqi keyfiyyətlər nümayiş etdirmiş, hörmət və ehtiramla davranmış, onlar vasitəsilə cəmiyyətlə əlaqələrinin möhkəmləndirilməsinə səy göstərmişdir. Daxili İntizam qaydalarına əməl edir, rəhbərliyin qanuni tələblərinə hörmətlə yanaşır. Digər məhkumlarla münasibəti normaldır, konflikt yaratmır. Törətdiyi əmələ görə peşimandır və gələcəkdə cəmiyyətdə faydalı vətəndaş kimi yaşamaq istədiyini nümayiş etdirir. Dəstədə təşkil olunan tərbiyəvi tədbirlərdə, iclaslarda fəal iştirak edir. Azad, sərbəst həyat haqqında baxışları müsbətdir. Verilən tapşırıqlara məsuliyyətlə yanaşır, davranışında müsbət dəyişikliklər müşahidə olunur.Törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə yerinə düşməsinə, ailəsinə və yaxınlarına maddi və mənəvi köməklik göstərə bilməməsinə, onları böyük çətinlik və əziyyətə saldığına görə əməlindən peşimançılıq keçirdiyini bildirir. İslah olunma yolunda səy göstərdiyi nəzərə çarpır. Cəza çəkdiyi müddətdə barəsində həvəsləndirmə və tənbeh tədbiri tətbiq edilməmişdir. 2025-ci ilin yekunu ilə əlaqədar tərtib edilmiş illik xasiyyətnaməyə ödənilməmişdir. əsasən müsbət xarakterizə olunur. İş üzrə ekspertiza tədqiqatı ilə bağlı 92 manat borcu Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məsələsinə Ədliyyə Nazirliyinin Komissiyasının iclasında baxılmış və ** saylı iclas protokoluna əsasən onun islah yoluna qədəm qoyduğu, müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlindən verilməsi səmimi peşmançılıq hissi keçirməsini və s. halları nəzərə alaraq müsbət rəy məqsədəmüvafiq hesab edilmişdir. Apellyasiya şikayətində məhkum Məhkum CM-in 234.2-ci maddəsi ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyini, "Konstitusiya və Suverenlik ili" münasibətilə qəbul edilmiş amnistiya aktının tətbiqi nəticəsində cəzasının 6 ay azaldıldığını, cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkdiyini, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müsbət rəyi və cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş müsbət xasiyyətnamənin mövcud olduğunu, himayəsində azyaşlı uşaqlarının olmasına baxmayaraq cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilmədiyini göstərərək, həmin qərarın ləğv edilməsini və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən hallar ayrılıqda və ya məcmu halda məhkumun tam islah olunmasını və cəzanın məqsədlərinə nail olunduğunu təsdiq edən kifayət qədər obyektiv hüquqi əsas kimi qiymətləndirilə bilməz. Belə ki, məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkməsi cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə üçün zəruri şərt olsa da, bu hal özlüyündə həmin institutun tətbiqi üçün yetərli hesab edilə bilməz. Eyni zamanda, cəzaçəkmə müəssisəsinin müsbət mülahizəsi və Ədliyyə Nazirliyinin Komissiyasının müsbət rəyi məhkəmə üçün məcburi xarakter daşımır və işin digər halları ilə birlikdə qiymətləndirilməlidir. İş materiallarından müəyyən edilir ki, məhkum əvvəllər dəfələrlə məhkum olunmuş, ona təyin edilmiş əvvəlki cəzalardan nəticə çıxarmayaraq yenidən qəsdən cinayət törətmişdir. Bundan başqa, cəza çəkdiyi müddətdə əməyə cəlb olunmamış, barəsində heç bir həvəsləndirmə tədbiri tətbiq edilməmiş, ekspertiza tədqiqatı ilə bağlı dövlət büdcəsinə olan 92 manat məbləğində borcu ödəməmiş, həmçinin narkomaniyadan məcburi müalicəsi davam etmişdir. Cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizə və illik xasiyyətnamədə məhkumun müsbət xarakterizə olunması qeyd olunsa da, həmin sənədlərdə onun konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olması, hansı ictimai və mədəni tədbirlərdə fəal iştirak etməsi, habelə davranışında sabit və davamlı müsbət dəyişikliklərin formalaşmasını təsdiq edən konkret məlumatlar öz əksini tapmamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin mülahizə və rəyi ümumi, şablon və kifayət qədər əsaslandırılmamış hesab etmişdir. Bundan əlavə, məhkumun himayəsində azyaşlı uşaqlarının olması və barəsində amnistiya aktının tətbiq edilməsi də onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini şərtləndirən müstəqil hüquqi əsas hesab edilə bilməz. Bu hallar məhkəmə tərəfindən nəzərə alınsa da, iş üzrə müəyyən edilmiş digər faktiki hallar, məhkumun şəxsiyyətini səciyyələndirən məlumatlar, əvvəllər məhkum olunması, əvvəlki cəzalardan nəticə çıxarmaması və cəzaçəkmə müddətində tam islah olunduğunu təsdiq edən kifayət qədər obyektiv məlumatların olmaması fonunda onun cəzasının qalan hissəsini çəkməsinə ehtiyacın aradan qalxdığı qənaətinə gəlməyə əsas vermir. Məhkəmə kollegiyası hesab edir ki, şərti olaraq vaxtından əvvəl azad etmə institutu formal xarakter daşımır və yalnız cəzanın müəyyən hissəsinin çəkilməsi ilə avtomatik tətbiq edilə bilməz. Bu institutun tətbiqi üçün məhkumun davranışında islah olunma prosesinin başa çatdığını, törətdiyi əməldən lazımi nəticə çıxardığını, cəmiyyət üçün təhlükəlilik səviyyəsinin aradan qalxdığını və cəzanın qalan hissəsinin icrasına artıq zərurət qalmadığını təsdiq edən kifayət qədər obyektiv məlumatlar mövcud olmalıdır. Məhkumun davranışı onun islah olunması barədə birmənalı qənaətə gəlməyə əsas vermir və cəzanın məqsədlərinə nail olunduğunu təsdiqləmir. Bu səbəbdən, məhkəmə hesab edir ki, Məhkum şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün zəruri maddi-hüquqi əsaslar formalaşmamış, cəzanın qalan hissəsinin çəkilməsinin davam etdirilməsinə lüzumun aradan qalxması sübuta yetirilməmişdir. Belə olan halda, onun şərti olaraq vaxtından əvvəl azad olunması barədə müraciət əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin olunmasına hüquqi əsaslar tapmayaraq hesab edir ki, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398, 407, 408 və 520-ci maddələrini rəhbər tutaraq, Qərara a l d ı: Məhkum Məhkum apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərar ona verildiyi) gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-9)-45/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-45/2026
31.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver