Məhkəmə qərarları › İş №7(3-9)-47/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-47/2026

07.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 7(3-9)-47/2026 07.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuror-metodisti Prokuror, məhkum Abbasov Ümüd Yaşar oğlunun, müdafiəçisi, Şirvan regional vəkil bürosunun vəkili müdafiəçi1 iştirakları ilə. ##.##.2005-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Ağsu şəhəri, N.Nərimanov küçəsİ, ev 2 ünvanında qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Vaqonlar qəsəbəsində yaşamış, Mingəçevir şəhər məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə 02 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində çəkən; X1 Yaşar oğlunun çəkilməmiş qalan cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından X1 Yaşar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası qərar verdi. İ.İşin halları: Mingəçevir şəhər məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli hökmü ilə (hakim: X5) Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2024-cü il tarixli, *(***)-***/**** saylı qərarı ilə təyin edilmiş 02 (iki) il 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə hazırki hökmlə təyin edilmiş cəza cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hazırki iş üzrə ## #### 2024-cü il tarixdən ## #### 2024-cü il tarixədək, əvvəlki iş üzrə ## ###### 2023-cü il tarixdən ## ###### 2023-cü il tarixədək həbsdə saxlanıldığı cəmi 03 (üç) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlıqdan məhrumetmənin 01 (bir) günunə bərabər tutularaq, təyin edilmiş cəzadan çıxılaraq, ona 02 (iki) il, 11(on bir) ay, 27 (iyirmi yeddi) gün müddətə aadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı ## #### 2024-cü il tarixdən hesablanmış və maddi sübutla bağlı məsələ həll olunmuşdur. Məhkum Məhkum çəkilməmiş qalan cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il qərarı ilə (hakim: X4) məhkum Məhkum çəkilməmiş qalan cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi rədd edilmişdir. Məhkum Məhkum məhkəmənin qərarından apellyasiya şikayəti vermişdir. II. Apellyasiya şikayətinin dəlilləri: Cəza çəkdiyi müddət ərzində törətmiş olduğu cinayət əməlindən peşmançılıq hissi keçirir, əməlinə görə utanır. Cəza çəkdiyi müddət ərzində tam islah olunmuş, müəssisədə rejimnəzarət və daxili intizam qaydalarına tam riayət etmişdir. Məhkum yoldaşları ilə hər zaman xoş münasibətdə olmuşdur. Müəssisə əməkdaşlarına hörmət nümayiş etdirmiş, ictimai işlərdə fəallıq göstərmişdir. Həbsdə olmağı özü ilə yanaşı ailə üzvlərinin də həyatına mənfi təsir göstərə billər. Vaxtından əvvəl şərti azadlığa buraxılmağına dair ərizəsinə Salyan Rayon Məhkəməsi baxarkən qeyd etdiklərini nəzərə almamış və ərizəsini təmin etməmişdir. İşinə yenidən baxılmasını, Salyan Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarının ləğv olunması və cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. III.Proses iştirakçılarının çıxışları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru Prokuror məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı, apellyasiya şikayətində qeyd edilən xüsusatların isə əsassız olduğunu göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkum Məhkum və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini, məhkumun cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. IV. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 520.7-ci maddəsinə əsasən hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında çıxarılmış məhkəmə qərarından bu Məcəllədə nəzərdə tutulmuş qaydada apellyasiya və ya kassasiya şikayəti yaxud protesti verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Məcəllənin 397.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə məhkumun cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad olunmasının qanunverciliyin tələblərinə uyğun olaraq mümkünlüyünü təhlil edərək qeyd edir: İş materiallarında olan Mingəçevir şəhər məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli hökmündən görünür ki, Məhkum əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2023cü il tarixli hökmü ilə CM-in 185.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2024cü il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ##.##.2024-cü ildə Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə üzərində 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Salyan rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə Salyan rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə məhkum Məhkum barəsində "Konstitusiya və Suverenlik ili" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilmiş, məhkum Məhkum təyin edilmiş 02 il 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. Cəzaçəkmə Müəssisəsinin yazılı mülahizəsindən görünür ki, məhkum Məhkum * saylı cəzaçəkmə müəssisəsinə ##.##.2025-ci il tarixdə * saylı İT-dən qəbul edilmişdir. Məhkəmə tərəfindən ona təyin olunmuş cəzanın ikidə bir hissəsindən çoxunu çəkmişdir. Cinayətin qısa təsnifatı: O, 5.45 mm kalibrli AKS-74 modelli avtomat silahı və onun komplekt hissəsələrini əldə edərək üzərində saxlamaqla daşımışdır. Özünü təqsirli bilmir. İntizam tənbehi olmayıb. Müsbət xarakterizə olunur. Məhkumun şəxsiyyətinin fərdi xüsusiyyətləri, xarakteri və törətdiyi cinayətin ağırlıq dərəcəsi nəzərə alınaraq müəssisədə olduğu müddətdə ona hüquq və vəzifələrini aydın dərk etməsi, cəzanın çəkilməsi qaydalarının mahiyyətini və məzmununu düzgün başa düşməsi məqsədi ilə maarifləndirmə işi aparılmış, pedaqoji və psixoloji təsiretmə üsul və vasitələrdən istifadə edilmişdir. Zərərli vərdiş və adətlərin aradan qaldırılması, yenidən tərbiyə olunması, məhkumun həyat tərzinin dəyişdirilməsi və tövsiyələrin yerinə yetirilməsi prosesinə ailə üzvlərinin cəlb edilməsi uğurun əldə edilməsi üçün zəmin yaratmışdır. Ailə üzvləri və yaxınları ilə görüş zamanı yüksək əxlaqi keyfiyyətlər nümayiş etdirmiş, hörmət və ehtiramla davranmış, onlar vasitəsilə cəmiyyətlə əlaqələrinin möhkəmləndirilməsinə səy göstərmişdir. Dəstədə təşkil olunan tərbiyəvi tədbirlərdə, iclaslarda fəal iştirak edir. Belə ki, o müəssisədə keçirilən kütləvi tədbirlərdə və müəssisənin ərazisində lazımi qaydalara riayət edilməsində fərqlənmişdir. Azad, sərbəst həyat haqqında baxışları müsbətdir. Yol verdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini düzgün qiymətləndirir. Törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə yerinə düşməsinə, ailəsinə və yaxınlarına maddi və mənəvi köməklik göstərə bilməməsinə, onları böyük çətinlik və əziyyətə saldığına görə əməlindən peşimançılıq keçirdiyini bildirir. Cəza çəkdiyi müddətdə barəsində həvəsləndirmə və tənbeh tədbirləri tətbiq edilməmişdir. Əməyə və təhsilə münasibəti müsbətdir. 2025-ci ilin yekunu ilə əlaqədar tərtib edilmiş illik xasiyyətnaməyə əsasən müsbət xarakterizə olunur. İş üzrə ekspertiza tədqiqatı ilə bağlı borcu yoxdur. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məsələsinə Ədliyyə Nazirliyinin Komissiyasının iclasında baxılmış və ** saylı protokola əsasən onun islah yoluna qədəm qoyduğu, müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsini və s. halları nəzərə alaraq müsbət rəy verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiqini mümkün edən CM-in aşağıda isnad edilmiş maddələrində qeyd olunmuşdur: -76.1.Məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. -76.2.Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edərkən, məhkəmə məhkumun üzərinə, bu Məcəllənin 70.5-ci maddəsində nəzərdə tutulmuş və cəzanın çəkilməmiş müddəti ərzində onun tərəfindən icra edilməli olan vəzifələr qoya bilər. -76.3. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: -76.3.1. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; -76.3.1-1. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Göründüyü kimi, Cinayət Qanunvericiliyi üzrə az ağır cinayətlərə görə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin mümkün şərtlərdən biri məhkumun təyin olunan cəzanın yarısı çəkməsidir. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin mümkün edən digər şərt isə məhkumun cəzanı üzərinə qoyulmuş vəzifələri davamlı olaraq icra etməsi, özünün davranışı ilə islah olunması, ictimai qaydalara əməl etməsi, ehtiyatsızlıqdan və qəsdən cinayət əməli törətməməsi kimi hallarla bağlıdır. Yuxarıda qeyd olunan komissiyanın rəyi müsbət olsa, məhkumun konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə dair konkret sübutlar yoxdur. Yalnız formal cümlələrlə həmin məsələlər ifadə edilmişdir. Nəzərə alınmalıdır ki, Cəzaları İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsi-onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Qeyd olunan Məcəllənin 8.2-ci maddəsinə görə, məhkumların islah edilməsinin əsas vasitələri aşağıdakılardır: -8.2.1. cəzanın icrasının və çəkilməsinin müəyyən edilmiş qaydası (rejim); -8.2.2. tərbiyə işi; -8.2.3. ictimai faydalı əmək; -8.2.4. ümumi təhsil; -8.2.5. peşə təhsili və peşə hazırlığı; -8.2.6. ictimai təsir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən məhkumlara islah edilmə vasitələri cəzanın növü, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilir. Kollegiya hesab edir ki, məhkum Məhkum hazırda qanunla müəyyən olunmuş 2/3 hissəsindən çoxunu çəkmiş olsa da, onun əvvəlki məkumluqları əsas verir ki, Ümid Abasova əvvəllər daha yüngül cəza növləri təyin edilməklə, o, azadlıqda qalmış, lakin onun islah olunmasına həmin cəzalar yetərli təsir etməmişdir. Məhz bu baxımdan o, cəzasını tam çəkməklə tam islah oluna bilər. Odur ki, onu müsbət xarakterizə edən mülahizə islahedici sübut kimi qiymətləndirilməməlidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə əsasən cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla məhkəmə cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. Məcəllənin 513.2-ci maddəsinə əsasən məhkəmə cəzanın çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad etmədən və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmədən imtina etdikdə, həmin məsələlər üzrə ərizənin və ya vəsatətin təkrarən baxılmasına müvafiq ərizənin təmin edilməsinin rədd edilməsi haqqında məhkəmə qərarı çıxarıldığı gündən azı 6 (altı) ay keçdikdən sonra yol verilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.1 və 170.2-ci maddələrinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Mülahizə ilə birlikdə məhkəməyə məhkumun şəxsi işi də göndərilir. Həmin Məcəllənin 170.7-ci maddəsinə əsasən məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, habelə cəzanın çəkilməsinin təxirə salınması məhkəmə tərəfindən rədd edildiyi hallarda, təkrar ərizəyə məhkəmənin rədd haqqında qərar qəbul etdiyi gündən ən azı altı ay sonra baxıla bilər. «Cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli * saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirilməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi X1 Yaşar oğlunun cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri məhkəmənin mahiyyəti üzrə düzgün olan qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, X1 Yaşar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398, 407, 408, 410 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara verdi: X1 Yaşar oğlunun apellyasiya şikayəti təmin edilməsin. X1 Yaşar oğlunun çəkilməmiş qalan cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar elan olunduğu gündən, qərarın surətini məhkum X3 rəsmi olaraq aldığı gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar