Məhkəmə qərarları › İş №7(3-9)-50/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-50/2026

14.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 7(3-9)-50/2026 14.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuror-metodisti prokuror1, məhkum Ərizəni verən şəxs, onun müdafiəçisi, Pro Bono Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə. ## ###### 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olan, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ##### 2023-cü il tarixli, 1(103)- **/**** saylı qərarı ilə qəti olaraq 02 il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə, 04 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş, Qobustan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı ilə barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilməklə ## ###### 2025-ci il tarixə çəkilməmiş 02 il 29 gün azadlıqdan məhrumetmə cəzası 06 ay azaldılmış, Bakı Şəhəri Qobustan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ## ### 2026-cı il tarixdən Masallı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alınmış; Məhkum Ərizəni verən şəxs məhkumluğu vaxtından əvvəl üzərindən götürülməsi barədə Masallı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Baş prokurorunun müavini X2 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası qərar verdi. İ.İşin halları: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli, 1(005) ***/**** saylı hökmündən görünür ki, həmin hökmlə Ərizəni verən şəxs CM-in 192.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və CM-in 46.2-ci maddəsi tətbiq edilməklə ona 02 il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Ərizəni verən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 09 ay müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 02 il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 05 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Ərizəni verən şəxs üzərində saxlanılan 05 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının CM-in 70-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə sınaq müddəti ilə şərti olaraq tətbiq edilməsi və sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindikdən sonra hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ##### 2023-cü il tarixli, 1(103)- **/**** saylı qərarından görünür ki, həmin qərarla apellyasiya protesti təmin edilmiş, apellyasiya şikayəti və ona əlavə qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin Ərizəni verən şəxs Cinayət Məcəlləsinin 192.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair *(***)-***/**** saylı, ## #### 2022-ci il tarixli hökmü apellyasiya şikayəti, ona əlavəyə və apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, həmin hökmlə Ərizəni verən şəxs təqsirli bilindiyi CM-in 192.3.2-ci maddəsi ilə təyin edilmiş 06 il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 05 il 06 aya endirilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Ərizəni verən şəxs həbsdə saxlanıldığı 09 ay müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 02 il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə, 04 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökmdən Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi ilə bağlı müddəaların xaric edilməsi və cəzaçəkmə müddətinin əvvəlinin ## ##### 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ##### 2023-cü il tarixli, 1(103)- **/**** saylı qərarından verilmiş kassisya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ## ##### 2024-cü il tarixli, *(***)-***/**** saylı qərarı ilə təmin olunmamışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 7(008)- ****/**** saylı qərarına əsasən, məhkum Ərizəni verən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi qərara alınmışdır. Qobustan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərar ilə Ərizəni verən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilməklə ## ###### 2025-ci il tarixə çəkilməmiş 02 il 29 gün azadlıqdan məhrumetmə cəzası 06 ay azaldılmışdır; Qobustan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə azadlıqdan məhrum etmə cəzasının müddəti ## #### 2027-ci il tarixdə başa çatan məhkum Ərizəni verən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Ərizəni verən şəxs üzərində nəzarətin onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılması, cəzanın çəkilməmiş müddəti ərzində Ərizəni verən şəxs üzərinə onun üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsinin qoyulması qərara alınmışdır. Məhkum Ərizəni verən şəxs ## ### 2026-cı il tarixdən Masallı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alınmışdır. Məhkum Ərizəni verən şəxs əvvəlcə xəstəliyə görə cəzadan azad olunması barədə, daha sonra məhkumluğun vaxtından əvvəl götürülməsinə dair vəsatət ilə Masallı rayon məhkəməsinə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə (hakim: X3) məhkum Ərizəni verən şəxs vəsatəti təmin edilmiş, Ərizəni verən şəxs məhkumluğu vaxtından əvvəl üzərindən götürülmüş, qərarın icrası Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Qərar qanuni qüvvəsini almış və məhkum 24 iyum 2026-cı il tarixdə Masallı Rayon İcra və Probasiya Şöbəsində qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Baş prokurorunun müavini X2 məhkəmənin həmin qərarından apellyasiya protesti verilməsi üçün ötürülmüş müddətin bərpa olunması ilə bağlı vəsatət, o cümlədən apellyasiya protesti vermiş və Masallı rayon məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə ötürülmüş prosessual müddət bərpa edilərək, protest baxılması üçün materiallarla bilrikdə Şirvan Apellyasiya məhkəməsinə göndərilmişdir. II. Apellyasiya protestinin dəlilləri: Masallı rayon məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ##### 2023-cü il tarixli, *(***)-**/**** saylı qərarı ilə məhkum edilmiş Ərizəni verən şəxs məhkumluğu vaxtından əvvəl üzərindən götürülmüşdür. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkum həm cəza çəkdiyi dövr ərzində, həm də ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi dövrdə müsbət xarakterizə olunmuşdur. Onun ictimai təhlükəli, hüquqazidd və intizamsız əməllərə yol verməsi ilə bağlı hər hansı bir fakt mövcud deyil, əksinə azadlıqdan məhrumetmə cəzasını çəkdiyi dövr ərzində barəsində nümunəvi davranışına görə həvəsləndirmə tədbirləri tətbiq edilmiş, eləcə də illik xasiyyətnamələrdə müsbət xarakterizə olunmuşdur. Qeyd edilməlidir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli, 1(005)- ***/**** saylı hökmü ilə Ərizəni verən şəxs CM-in 192.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və CM-in 46.2-ci maddəsi tətbiq edilməklə ona 02 il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Ərizəni verən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 09 ay müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 02 il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 05 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Ərizəni verən şəxs üzərində saxlanılan 05 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının CM-in 70-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə sınaq müddəti ilə şərti olaraq tətbiq edilməsi və sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindikdən sonra hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ##### 2023-cü il tarixli, 1(103)- **/**** saylı qərarından görünür ki, həmin qərarla apellyasiya protesti təmin edilmiş, apellyasiya şikayəti və ona əlavə qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin Ərizəni verən şəxs Cinayət Məcəlləsinin 192.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair 1(005)- ***/**** saylı, ## #### 2022-ci il tarixli hökmü apellyasiya şikayəti, ona əlavəyə və apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, həmin hökmlə Ərizəni verən şəxs təqsirli bilindiyi CM-in 192.3.2-ci maddəsi ilə təyin edilmiş 06 il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 05 il 06 aya endirilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Ərizəni verən şəxs həbsdə saxlanıldığı 09 ay müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində qəti olaraq 02 il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə, 04 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökmdən Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi ilə bağlı müddəaların xaric edilməsi və cəzaçəkmə müddətinin əvvəlinin ## ##### 2023-cü il tarixdən hesablanması qərara alınmış, həmin qərardan verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ## ##### 2024-cü il tarixli, *(***)-***/**** saylı qərarı ilə təmin olunmamışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 7(008)- ****/**** saylı qərarından görünür ki, həmin qərarla ərizə təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- **/**** saylı, ## ##### 2023-cü il tarixli qərarı ilə qəti olaraq 04 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzası ## ###### 2028-ci il tarixdə başa çatan məhkum Ərizəni verən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi qərara alınmışdır. Qobustan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, 7(5-138)- */**** saylı qərarından görünür ki, həmin qərarla təqdimat təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ##### 2023-cü il tarixli, *(***)-**/**** saylı qərarı ilə CM-in 192.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə, 04 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Ərizəni verən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilməklə ## ###### 2025-ci il tarixə çəkilməmiş 02 il 29 gün azadlıqdan məhrumetmə cəzası 06 (altı) ay azaldılmışdır. Qobustan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 7(5-138)- **/**** saylı qərarından görünür ki, məhkum Ərizəni verən şəxs ərizəsinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ##### 2023-cü il tarixli, 1(103)- **/**** saylı qərarı ilə qəti olaraq 02 il müddətinə dövlət, özəl və yerli özünü idarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə, 04 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qobustan Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı ilə barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilməklə ## ###### 2025-ci il tarixə çəkilməmiş 02 il 29 gün azadlıqdan məhrumetmə cəzası 06 ay azaldılmış və azadlıqdan məhrum etmə cəzasının müddəti ## #### 2027-ci il tarixdə başa çatan məhkum Ərizəni verən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, qərarın dərhal icra edilməsi, Ərizəni verən şəxs üzərində nəzarətin onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılması, cəzanın çəkilməmiş müddəti ərzində Ərizəni verən şəxs üzərinə onun üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifəsinin qoyulması qərara alınmışdır. Məhkəmənin Ərizəni verən şəxs barəsində çıxardığı ##.##.2026-cı il tarixli qərarı qanunsuz olduğuna görə ləğv olunmalıdır. İş materiallarından da göründüyü kimi, məhkum Ərizəni verən şəxs üzərində əlavə cəza olduğundan məhkumluğun ödənilməsi müddətinin axımı başlamamışdır. Belə olan halda məhkumun üzərindən məhkumluğun götürülməsi qərarı qanunsuz olmuşdur. Qeyd olunanlara əsasən Ərizəni verən şəxs üzərindən məhkumluğu vaxtından əvvəl üzərindən götürülməsi barədə Masallı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli qərarı ləğv edilərək təqdimatın təmin olunması barədə qərar qəbul edilməsi xahiş olunur. III.Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuror-metodisti prokuror1 apellyasiya protestinin dəlillərini müdafiə edərək, Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilərək ərizənin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkum Ərizəni verən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya protestinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, məhkumun xəstəliyi ilə əlaqədar Masallı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. IV. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Baş prokurorun müavini apellyasiya protestində birinci instansiya məhkəməsi tərəfindən cinayət qanunun normasının düzgün tətbiq edilməməsini iddia edərək tələbini Cinayət- Prosessual Məcəlləsinin 399.1.1, 399.1.2. və 401-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.1. və 399.1.2-ci maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Cinayət-Prosessual Məcəlləsinin 401.2.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almadıqda irinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir: Apellyasiya protestində iddia olunan hal məhkumluğun ödənilməsi müddətinin əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanması ilə əlaqədar olaraq, məhkəmə qərarının qanunun tələblərinə uyğun olmaması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, məhkumluq yalnız şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il ## ### tarixli Qərarı). Cinayət Məcəlləsinin 83.1. və 83.6-cı maddələrinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxsin məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Göründüyü kimi, Cinayət Məcəlləsində məhkumluğa xitam verilmənin ödənilmə və vaxtından əvvəl götürülmə əsasları müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 83.3-cü maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda məhkumluq öz-özlüyündə ödənilmiş hesab olunur. Bu halda məhkumluğun ödənilməsi üçün törədilmiş cinayətin təsnifatına uyğun olaraq qanunla müəyyən edilmiş müddətlərin, eləcə də barəsində şərti məhkum etmə tətbiq olunmuş şəxs barəsində sınaq müddətinin başa çatması, əlavə cəzanın isə icra olunub qurtarması, həmçinin cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edilməsi, ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində Cinayət Məcəlləsinin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərin keçməsi kifayət edir. Cinayət Məcəlləsinin 83.4-cü maddəsində nəzərdə tutulmuş hala əsasən isə, məhkumun vəsatəti ilə Cinayət Məcəlləsinin 83.3-cü maddəsində müəyyən olunmuş müddətlər başa çatmadan da şəxsin üzərindən vaxtından əvvəl məhkumluğu götürülə bilər. Birinci haldan fərqli olaraq, ikinci halın tətbiq olunması üçün qanunvericilik bir sıra tələblər müəyyən etmişdir. Belə ki, birinci şərt ondan ibarətdir ki, şəxs əsas cəzanı, əlavə cəza olduğu halda isə əlavə cəzanı çəkib qurtarmalıdır. İkinci şərt isə, şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə həmin şəxsin vəsatəti əsasında məhkumluğu vaxtından əvvəl onun üzərindən götürə bilər. Məhkumluğun vaxtından əvvəl götürülməsi ilə bağlı müddəalar CM-in 83.4, 83.4-1. və 83.5-ci maddələri ilə tənzimlənmişdir. Həmin maddələrdə göstərilmişdir ki; -məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. -əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. -şəxs cəzanı çəkib qurtardıqdan sonra nümunəvi davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə həmin şəxsin vəsatəti əsasında məhkumluğu vaxtından əvvəl onun üzərindən götürə bilər. Göründüyü kimi, qanunla müəyyən olunmuş tələb ondan ibarətdir ki, məhkumluğun vaxtından əvvəl götürülməsi üçün müddətinin başlanğıcı şəxsin əsas, yaxud əlavə cəzasının bitdiyi vaxtdan, yəni real cəzanı çəkilib qurtardığı gündən hesablanmalıdır. Apellyasiya protestində iddia olunan hal, məhkumun vəsatətinin əsaslılığı və birinci isntansiya məhkəməsinin qərarının qanuniliyi yuxarıda şərh olunan Cinayət Qanunvericliyinin tələbləri ilə qarşılıqlı təhlil edilmişdir. Protest verilmiş qərar onunla əsaslandırmışdır ki, Ərizəni verən şəxs daha əvvəl Qobustan Rayon Məhkəməsi tərəfindən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad edilmiş, cəza çəkdiyi həmin dövr ərzində barəsində dəfələrlə həvəsləndirmə tədbiri tətbiq edilmiş, həmçinin 2023, 2024 və 2025-ci illər üzrə verilmiş illik xasiyyətnamələrdə müsbət xarakterizə olunmuş və digər amillər nəzərə alınmışdır. Bundan başqa məhkum cəzadan vaxtından əvvəl şərti azad olunduqdan sonra onun üzərində nəzarəti həyata keçirən orqan məhkəməyə mülahizə təqdim edərək məhkumun çağırışlara vaxt-vaxtında gəlməsini, üzərinə qoyulmuş vəzifəsinin icrasına məsuliyyətlə yanaşdığını göstərmişdir. İşin halları ilə müəyyən olunur ki, Qobustan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə əsas cəzasının çəkilməmiş 01 il, 3 ay, 2 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Amnistiya aktının tətbiq olunması ilə bağlı cəzası 6 ay azaldıldığı üçün, cəzaçəkmə müddəti ## #### 2027-ci il tarixdə bitir. Bununla belə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli, 1(005) ***/**** saylı hökmü ilə ona CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 02 il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilmə əlavə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinin tələbinə əsasən və məhkum Ərizəni verən şəxs hüquqi vəziyyətinə görə, onun məhkumluq müddəti əlavə cəzasını çəkib qurtardığı vaxtdan, yəni ## #### 2029-cu il tarixdən hesablanmalıdır. Yəni, Ərizəni verən şəxs qeyd olunan vəsatətlə bağlı ## #### 2029-cu il tarixindən sonra müraciət edə bilərdi. Göründüyü kimi, məhkum Ərizəni verən şəxs məhkumluğunun vaxtından əvvəl götürülməsi ilə bağlı müraciəti Cinayət Qanunvericiliyinin tələblərinə uyğun olmamışdır və bu vəziyyətə uyğun olaraq onun vəsatəti təmin oluna bilməzdi. Qeyd olunanlar baxılan işdə məhkəmə qərarının apellyasiya qaydasında ləğvini tələb edən Cinayət-Prosessual Məcəlləsinin 403-cü maddəsində və bu məsələ ilə bağlı CPM-in 399.1.4-cü maddəsində təsbit edilmiş halların, yəni cinayət qanunu normasının düzgün tətbiq edilməməsi ilə əlaqədar olaraq apellyasiya protestinin təmin edilməsi üçün əsasların mövcud olduğunu göstərir. Beləliklə məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya protesti təmin edilməli, Masallı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarı apellyasiya protestinə əsasən ləğv edilməli və məhkum Ərizəni verən şəxs vəsatət təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və CPM-in 397, 398, 403, 407-410, 412 və 519-520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Azərbaycan Respublikası Baş prokurorunun müavini X2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Ərizəni verən şəxs məhkumluğunun vaxtından əvvəl üzərindən götürülməsi barədə Masallı Rayon Məhkəməsinin *(*-***)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ləğv edilsin. Məhkum Ərizəni verən şəxs vəsatət təmin edilməsin. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar