Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 7(3-9)-51/2026 14.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuror-metodisti Prokuror, məhkum Məhkum, onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə. ## ##### 1992-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində iki nəfər azyaşlı uşağı olan, hazırki cinayət əməlini törədən zaman məhkum olunmamış, orta təhsilli, işləməyən, Ağcabədi şəhər, N.Nərimanov küç.,ev 282 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Salyan rayon məhkəməsinin, 7(5-152)-463/2026 saylı ## #### 2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən cəzası 6 ay azaldılmış və cəzası 1 il 5 aya endirilmiş, hazırda cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində çəkən; Məhkum Məhkum çəkilməmiş qalan cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası qərar verdi. İ.İşin halları: Ağcabədi rayon məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1,178.2.2,178.2.4,66.2,66.5-ci maddələri ilə təqsirli bilinərək 2 il, 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən cəzası 6 ay azaldılmış və cəzası 1 il 9 aya endirilmiş, cəzasının əvvəli ##.##.2025-ci il tarixdə başlayır, sonu ##.##.2026-cı il tarixdə bitir. Məhkum Məhkum hökmlə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə (hakim: X3) məhkum Məhkum çəkilməmiş qalan cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi rədd edilmişdir. Məhkum Məhkum məhkəmənin qərarından apellyasiya şikayəti vermişdir. II. Apellyasiya şikayətinin dəlilləri: ## ###### 2025-ci il tarixli Milli Məclisin amnistiya qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 6 ay azadılmışdır. Hazırda cəzasının sonuna 4 ay 11 gün müddət qalmışdır. O Qarabağ Müharibəsində fəal iştirak etmiş, müharibədə göstərdiyi igidliyə görə Cəbrayıl, Qubadlı döyüşlərində “Cəsur döyüşçü”, “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Müharibədə aldğı xəsarətlərə görə 1 və * saylı Psixiatriya Xəsətxansında uzun müddət müalicə almışdır. Hal hazırdada aldığı xəsarətlərdən əziyyət çəkir. Qeyd ediləndlərə əsasən ərizəsinin təmin olunması xahiş olunur. III.Proses iştirakçılarının çıxışları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru Prokuror məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı, apellyasiya şikayətində qeyd edilən xüsusatların isə əsassız olduğunu göstərib, apellyasiya şikayətinin təmin olunmamasını və Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkum Məhkum və müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini, məhkumun cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. IV. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 520.7-ci maddəsinə əsasən hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında çıxarılmış məhkəmə qərarından bu Məcəllədə nəzərdə tutulmuş qaydada apellyasiya və ya kassasiya şikayəti yaxud protesti verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Məcəllənin 397.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə məhkumun cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad olunmasının qanunverciliyin tələblərinə uyğun olaraq mümkünlüyünü təhlil edərək qeyd edir: İş materiallarında olan Ağcabədi rayon məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1,178.2.2,178.2.4 maddələri ilə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən cəzası 6 ay azaldılmış və cəzası 1 il 9 aya endirilmişdir. Məhkumun cəzasının əvvəli ##.##.2025-ci il tarixdə başlayır, sonu ##.##.2026-cı il tarixdə bitir. Azərbaycan Respublikası Ədliyyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə müəssisəsinin yazılı mülahizəsinə əsasən Məhkum * saylı cəzaçəkmə müəssisəsinə ##.##.2025-ci il tarixdə * saylı İT-dən qəbul edilmişdir. Məhkəmə tərəfindən ona təyin edilmiş cəzanın ikidə bir hissəsindən çoxunu çəkmişdir. Cinayətin qısa təsnifatı: O, özgənin əmlakını aldatma və etibardan sui istifadə etmə yolu ilə qeyri rəsmi həyat yoldaşı Ağayeva Mahirə ismayıl qızı ilə qabaqcadan əlbir olub 4 epizod üzrə müxtəlif vaxtlarda vətəndaşlara yalandan vəd verərək zərərçəkmiş şəxslərə 20045 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. İş üzrə mülki iddia yoxdur. Özünü təqsirli bilmir. İntizam tənbehi olmayıb. Zərərçəkmiş şəxslər şikayətçidir, məhkumun şəxsiyyətinin fərdi xüsusiyyətləri, xarakteri və törətdiyi cinayətin ağırlıq dərəcəsi nəzərə alınaraq müəssisədə olduğu müddətdə ona hüquq və vəzifələrini aydın dərk etməsi, cəzanın çəkilməsi qaydalarının mahiyyətini və məzmununu düzgün başa düşməsi məqsədi ilə maarifləndirmə işi aparılmış, pedaqoji və psixoloji təsiretmə üsul və vasitələrdən istifadə edilmiş, bu sahədə hüquqi biliklərə yiyələnməsi üçün müvafiq şərait yaradılmışdır. O, törətdiyi əməllərin cəmiyyət üçün yaratdığı təhlükəni və mənfi nəticələrini düzgün qiymətləndirmir. Əməyə münasibəti mənfidir. Müəssisədə cəza çəkdiyi müddət ərzində təsərrüfat və məişət xidmətində əməyə cəlb olunmayıb, vətəndaşlara dəymiş zərərin ödənilməsi istiqamətində heç bir müsbət irəliləyiş olmamışdır. İşləmək və əmək fəaliyyəti ilə məşğul olmaq istəyi müşahidə olunmur. Əmək tərbiyəvi tədbirlərdən yayınmağa çalışmışdır. Eyni zamanda müəssisə ərazisində aparılan abadlıq və quruculuq işlərində iştirak etmir. Özünü inkişaf etdirmək istiqamətində təşəbbüs göstərmir. ##.##.2025-ci il tarixdə * saylı İstintaq təcridxanasında tərtib edilmiş istiqamətləndirmədə onun, normal iş fəaliyyətin pozmağa yönələn hərəkətlər etməyə, əməkdaşlara hədə borxu gəlməyə, əməkdaşların və digər şəxslərin ünvanına şər-böhtan atmağa, özünə və digərlərinə xəsarət yetirməyə, intihar etməyə meyilli olması qeyd edilmişdir. Cəza çəkdiyi müddətdə barəsində həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. İş üzrə ekspertiza tədqiqatı ilə bağlı borcu yoxdur. Vətən müharibəsi iştirakçısıdır. Cəbrayılın azad olunmasına görə, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məsələsinə Ədliyyə Nazirliyinin Komissiyasının iclasında baxılmış və ** saylı protokola əsasən onun mənfi xarakterizə olunmasını və s. halları nəzərə alaraq mənfi rəy verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Birinci instansiya məhkəməsi qərarının onunla əsaslandırmışdır ki, məhkum Məhkum tam islah olunmamışdır və onun islah olunması işin faktiki halları ilə müəyyən edilmir. Belə ki, məhkəməyə məhkumun şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmaması və onun islah yoluna yönəlməyə çalışması barədə hər hansı sübut təqdim edilməmişdir. Məhkum barəsində verilmiş mülahizə mənfi olmuş, zərərçəkmiş şəxslər şikayətçidir. Buna görə də məhkəmə ərizənin təmin edilməsini qanuni və əsaslı hesab etməmişdir. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiqini mümkün edən CM-in aşağıda isnad edilmiş maddələrində qeyd olunmuşdur: -76.1.Məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. -76.2.Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edərkən, məhkəmə məhkumun üzərinə, bu Məcəllənin 70.5-ci maddəsində nəzərdə tutulmuş və cəzanın çəkilməmiş müddəti ərzində onun tərəfindən icra edilməli olan vəzifələr qoya bilər. -76.3. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: -76.3.1. böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; -76.3.1-1. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Göründüyü kimi, Cinayət Qanunvericiliyi üzrə az ağır cinayətlərə görə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin mümkün şərtlərdən biri məhkumun təyin olunan cəzanın yarısı çəkməsidir. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin mümkün edən digər şərt isə məhkumun cəzanı üzərinə qoyulmuş vəzifələri davamlı olaraq icra etməsi, özünün davranışı ilə islah olunması, ictimai qaydalara əməl etməsi, ehtiyatsızlıqdan və qəsdən cinayət əməli törətməməsi kimi hallarla bağlıdır. Yuxarıda qeyd olunan komissiyanın rəyi müsbət olsa, məhkumun konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə dair konkret sübutlar yoxdur. Yalnız formal cümlələrlə həmin məsələlər ifadə edilmişdir. Nəzərə alınmalıdır ki, Cəzaları İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsi-onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Qeyd olunan Məcəllənin 8.2-ci maddəsinə görə, məhkumların islah edilməsinin əsas vasitələri aşağıdakılardır: -8.2.1. cəzanın icrasının və çəkilməsinin müəyyən edilmiş qaydası (rejim); -8.2.2. tərbiyə işi; -8.2.3. ictimai faydalı əmək; -8.2.4. ümumi təhsil; -8.2.5. peşə təhsili və peşə hazırlığı; -8.2.6. ictimai təsir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən məhkumlara islah edilmə vasitələri cəzanın növü, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilir. Kollegiya hesab edir ki, məhkum Məhkum cəzasının yarısından çoxunu çəkmiş olsa da, Məhkum barəsində verilmiş mənfi rəy və onun əvvəlki məkumluqları əsas verir ki, və onun islah olunmasına həmin cəzalar yetərli təsir etməmişdir. Məhz bu baxımdan o, cəzasını tam çəkməklə tam islah oluna bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə əsasən cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla məhkəmə cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. Məcəllənin 513.2-ci maddəsinə əsasən məhkəmə cəzanın çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad etmədən və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmədən imtina etdikdə, həmin məsələlər üzrə ərizənin və ya vəsatətin təkrarən baxılmasına müvafiq ərizənin təmin edilməsinin rədd edilməsi haqqında məhkəmə qərarı çıxarıldığı gündən azı 6 (altı) ay keçdikdən sonra yol verilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.1 və 170.2-ci maddələrinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Mülahizə ilə birlikdə məhkəməyə məhkumun şəxsi işi də göndərilir. Həmin Məcəllənin 170.7-ci maddəsinə əsasən məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, habelə cəzanın çəkilməsinin təxirə salınması məhkəmə tərəfindən rədd edildiyi hallarda, təkrar ərizəyə məhkəmənin rədd haqqında qərar qəbul etdiyi gündən ən azı altı ay sonra baxıla bilər. «Cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli * saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirilməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri məhkəmənin mahiyyəti üzrə düzgün olan qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398, 407, 408, 410 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara verdi: Məhkum Məhkum apellyasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum çəkilməmiş qalan cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar elan olunduğu gündən, qərarın surətini məhkum X2 rəsmi olaraq aldığı gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-9)-51/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-51/2026
14.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver