Azәrbaycan Respublikası adından Qərar Şirvan şәhәri İş № 7(3-9)-52/2026 07.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Azәrbaycan Respublikası Baş Prokurorluğunun Cinayәt Tәqibindәn Kәnar İcraatlar İdarәsinin prokuroru R X3, mәhkum - Mәhkum, müdafiәçi Şirvan Regional Vәkil Bürosunun vәkili Müdafiәçi iştirakları ilә, mәhkum Mәhkum ona tәyin edilmiş azadlıqdan mәhrum etmә cәzasının çәkilmәmiş hissәsini çәkmәk üçün mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsi barәdә әrizәsinin rәdd edilmәsinә dair Salyan Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans әlaqә sistemindәn istifadә etmәklә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Salyan Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrarı ilә (hakim X4), ##.##.1996-cı il tarixdә Mingәçevir şәhәrindә doğulmuş, Azәrbaycan Respublikası vәtәndaşı, subay, ali tәhsilli, mәhkum olunmamış, Müdafiә Nazirliyinin “N” saylı hәrbi hissәsinin әmәliyyat (komando) briqadasının mexaniklәşdirilmiş bölüyündә R hәrbi rütbәsindә 2- ci tağımın komandiri vәzifәsindә xidmәt etmiş, Laçın rayonunun Malıbәy kәndindә qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qәsәbәsi, Zәngilan mәcburi köçkün şәhәrciyi, ev 8, mәnzil 21-dә yaşamış, hazırda Penitensiar Xidmәtin * saylı Cәzaçәkmә müәssisәsindә cәza çәkәn, çәkilmәmiş cәzası 1 il 2 ay 7 gün tәşkil edәn Məhkum ona tәyin edilmiş azadlıqdan mәhrum etmә cәzasının çәkilmәmiş hissәsini çәkmәk üçün mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsinә dair әrizәsi tәmin edilmәmişdir. Qәrardan narazı qalan mәhkum Mәhkum tәrәfindәn apellyasiya şikayәti verilmişdir. İŞİN HALLARI: Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Penitensiar Xidmәtinin * saylı Cәzaçәkmә Müәssisәsindә cәza çәkәn mәhkum X1 әrizә ilә mәhkәmәyә müraciәt edәrәk, çәkilmәmiş qalan cәzasını çәkmәk üçün mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsini xahiş etmişdir. Ərizә әsasında işә baxan birinci instansiya mәhkәmәsi mәsәlәni yuxarıda göstәrilәn qaydada hәll etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Mәhkum Mәhkum apellyasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışdır ki, o, Tovuz döyüşlәri vә İkinci Qarabağ müharibәsinin fәal iştirakçısı olmuşdur. Müharibәdә göstәrdiyi igidliyә görә “Kәlbәcәrin azad edilmәsi”, “Vәtәn müharibәsi” iştirakçısı medalları ilә tәltif olunmuşdur. X2 dә İkinci Qarabağ müharibәsinin iştirakçısı olmuş vә 4 medalla tәltif olunmuşdur. Onu Bakı Hәrbi Mәhkәmәsi ##.##.2025-ci il tarixdә CM-in 284.1-ci maddәsi ilә 3 il azadlıqdan mәhrumetmә cәzasına mәhkum etmişdir. Cәza müddәtindәn 6 ay “Amnistiya aktına görә” azaldılmışdır. Hazırda cәza müddәtindәn 1 il 1 ay cәzasının çәkilmәmiş günlәri qalmışdır. Müharibәdә aldığı xәsarәtә görә ağır әmәliyyat keçirmişdir. Hazırda da müalicәyә ehtiyacı var. Qeyd olunanları nәzәrә alaraq cәza rejiminin dәyişdirilmәsinә kömәklik göstәrilmәsini xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya mәhkәmәsinin iclasında: Mәhkum Mәhkum müdafiәçisi Müdafiәçi apellyasiya şikayәtinin dәlillәrini müdafiә edәrәk, şikayәtin tәmin olunmaqla birinci instansiya mәhkәmәsinin qәrarının lәğv olunmasını vә mәhkumun әrizәsinin tәmin olunmasını xahiş etdi. Videokonfrans әlaqә sistemindәn istifadә etmәklә mәhkәmә iclasına qoşulan mәhkum Mәhkum müdafiәçisinin çıxışı ilә razı olduğunu bildirib, apellyasiya şikayәtinin tәmin olunmasını xahiş etdi. Azәrbaycan Respublikası Baş Prokurorluğunun Cinayәt tәqibindәn kәnar icraatlar İdarәnin prokuroru X3 apellyasiya şikayәtinin әsassız olduğunu, birinci instansiya mәhkәmәsinin qәrarının qanuni, әsaslı vә әdalәtli olmasını bildirdi, şikayәtin tәmin edilmәmәsini vә birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 520.7-ci maddәsinә әsasәn hökmün vә ya mәhkәmәnin digәr yekun qәrarının icrası qaydasında çıxarılmış mәhkәmә qәrarından bu Mәcәllәdә nәzәrdә tutulmuş qaydada apellyasiya vә ya kassasiya şikayәti yaxud protesti verilә bilәr. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 397.1-ci maddәsinә görә apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki hallarının müәyyәn edilmәsinin, habelә cinayәt qanununun vә bu Mәcәllәnin normalarının tәtbiq edilmәsinin düzgünlüyünü yoxlayır. Hәmin Mәcәllәnin 397.2-ci maddәsinә әsasәn isә birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş faktiki hallar apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn yalnız apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya mәhkәmәsi tәrәfindәn cinayәt qanununa vә bu Mәcәllәnin normalarına riayәt edilmәsi apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin dәlillәrindәn asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlillərinə əsasən məhkəmənin qərarı dəyişdirilə və ya ləğv oluna bilməz. Belә ki, iş materiallarında olan Bakı Hәrbi Mәhkәmәsinin ##.##.2025-ci il tarixli hökmündәn görünür ki, Mәhkum Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 284.1-ci maddәsinә әsasәn 3 il müddәtinә azadlıqdan mәhrumetmә cәzasına mәhkum edilmişdir. Salyan Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrarına әsasәn, “Konstitusiya vә Suverenlik İli” münasibәtilә amnistiya elan edilmәsi haqqında Azәrbaycan Respublikası Milli Mәclisinin ##.##.2025-ci il tarixli qәrarının 3.1-ci bәndinә әsasәn mәhkumun cәzası 6 ay azaldılaraq 2 il 6 aya endirilmişdir. Mәhkum Mәhkum cәzaçәkmә müddәtinin әvvәli ##.##.2025-ci il tarixdәn hesablanmaqla, cәzanın sonu ##.##.2027-ci il tarixdә bitir. Mәhkum Mәhkum ona tәyin edilmiş azadlıqdan mәhrumetmә cәzasının çәkilmәmiş hissәsini çәkmәk üçün ümumi rejimli cәzaçәkmә müәssisәsindәn mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsi barәdә әrizә ilә mәhkәmәyә müraciәt etmişdir. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 514.1-ci maddәsinә әsasәn cәzaçәkmә müәssisәlәrinin növünün dәyişdirilmәklә mәhkumun bir növ cәzaçәkmә müәssisәsindәn başqa növ cәzaçәkmә müәssәsinә keçirilmәsi cinayәt qanununun müddәalarına müvafiq olaraq mәhkumun әrizәsi vә ya cәzaçәkmә müәssisәsinin tәqdimatı әsasında cәzaçәkmә müәssisәsinin mülahizәsi nәzәrә alınmaqla cәzanın çәkildiyi yer üzrә birinci instansiya mәhkәmәsi tәrәfindәn hәyata keçirilir. Azәrbaycan Respublikası Cәzaların İcrası Mәcәllәsinin 70.2.4-cü maddәsinә әsasәn az ağır vә ya böyük ictimai tәhlükә törәtmәyәn cinayәt törәtmiş müsbәt xarakterizә edilәn mәhkumlar cәzanın qalan hissәsini çәkmәk üçün ümumi rejimli cәzaçәkmә müәssisәlәrindәn - mәntәqә tipli cәzaçәkmә müәssisәlәrinә - cәza müddәtinin әn azı üçdә bir hissәsini çәkdikdә keçirilә bilәrlәr. “Cәzadan şәrti olaraq vaxtından әvvәl azad etmә, cәzanın çәkilmәmiş hissәsinin daha yüngül cәza növü ilә әvәz etmә, cәzaçәkmә müәssisәsinin növünün dәyişilmәsi vә xәstәliyә görә cәzanı çәkmәkdәn azad etmә ilә bağlı mәhkәmә tәcrübәsi haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun # ####### 2010-cu il tarixli * saylı Qәrarının 1-ci bәndindә göstәrilmişdir ki, mәhkәmәlәr bu xarakterli işlәrә baxarkәn mәhkumun cәzasının qanunla müәyyәn edilmiş hissәsini çәkib-çәkmәmәsi ilә yanaşı, cәza çәkdiyi müәssisәnin mülahizәsini dә nәzәrә almaqla, mәhkumun cәza çәkdiyi müәssisә tәrәfindәn müsbәt xarakterizә olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı әmәklә mәşğul olmasına, törәtdiyi cinayәtә münasibәtinin tәzahür formasına, mәhz hansı ictimai vә mәdәni tәdbirdә iştirak etmәsinә xüsusi diqqәt yetirilmәlidirlәr. Bu zaman mәhkәmәlәr mülahizәdә irәli sürülmüş dәlillәrlә kifayәtlәnmәmәli, ümumi vә şablon ifadәlәrә әsaslanmamalı, müraciәtin tam, hәrtәrәfli vә obyektiv yoxlanılması üçün bütün qanuni vasitәlәrdәn istifadә etmәlidirlәr. * saylı Cəzaçəkmə müəssisəsinin yazılı mülahizəsinə əsasən, mәhkum Mәhkum * saylı cәzaçәkmә müәssisәsinә ##.##.2025-ci il tarixdә Umbakı PM-dәn qәbul edilmişdir. Mәhkәmә tәrәfindәn ona tәyin olunmuş cәzanın üçdә bir hissәsindәn çoxunu çәkmişdir. Cinayәtin qısa tәsnifatı. O, xidmәti vәzifәsinә görә ona mәlum olan vә ona etibar edilmiş dövlәt sirrini tәşkil edәn mәlumatları dövlәtә xәyanәt әlamәtlәri olmadan qәsdәu yaymışdır. Özünü qismәn tәqsirli bilir. İntizam tәnbehi qüvvәdәdir. Mәnfi xarakterizә olunur. Mәhkumun şәxsiyyәtinin fәrdi xüsusiyyәtlәri, xarakteri vә törәtdiyi cinayәtin ağırlıq dәrәcәsi nәzәrә alınaraq müәssisәdә olduğu müddәtdә ona hüquq vә vәzifәlәrini aydın dәrk etmәsi, cәzanın çәkilmәsi qaydalarının mahiyyәtini vә mәzmununu düzgün başa düşmәsi mәqsәdi ilә maariflәndirmә işi aparılmış, pedaqoji vә psixoloji tәsiretmә üsul vә vasitәlәrdәn istifadә edilmiş, bu sahәdә hüquqi biliklәrә yiyәlәnmәsi üçün müvafiq şәrait yaradılmışdır. O, törәtdiyi әmәllәrin cәmiyyәt üçün yaratdığı tәhlükәni vә mәnfi nәticәlәrini düzgün qiymәtlәndirmir. Əmәyә münasibәti mәnfidir. Müәssisәdә cәza çәkdiyi müddәt әrzindә tәsәrrüfat vә mәişәt xidmәtindә әmәyә cәlb olunmayıb, işlәmәk vә әmәk fәaliyyәti ilә mәşğul olmaq istәyi müşahidә olunmur. Əmәk tәrbiyәvi tәdbirlәrdәn yayınmağa çalışmışdır. Eyni zamanda müәssisә әrazisindә aparılan abadlıq vә quruculuq işlәrindә iştirak etmir. Özünü inkişaf etdirmәk istiqamәtindә tәşәbbüs göstәrmir. Cәza çәkdiyi müddәtdә barәsinde hәvәslәndirmә tәdbiri tәtbiq edilmәmişdir. Mәhkum Mәhkum cәza çәkdiyi dövrdә barәsindә bir tәnbeh tәdbiri tәtbiq edilmişdir. Belә ki, ##.##.2026-cı il müәssisәnin yaşayıŞ sahәsindә mәhkum yoldaşları ilә mәişәt zәmnindә mübahisә etdiyinә görә 15 gün müddәtinә cәrimә tәcridxanasına keçirilmәklә barәsindә tәnbeh tәdbiri tәtbiq edilmişdir. İş üzrә ekspertiza tәdqiqatı ilә bağlı 200 manat borcu var Mәhkum Mәhkum mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsi mәsәlәsinә Ədliyyә Nazirliyinin Komissiyasının iclasında baxılmış vә ** saylı protokola әsasәn onun mәnfi xarakterizә olunmasını, cәza çәkdiyi müddәtdә barәsindә tәnbeh tәdbirinin tәtbiq edildiyi vә s. halları nәzәrә alaraq mənfi rəy verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Göründüyü kimi, cәzaçәkmә müәssisәsi tәrәfindәn mәhkum Mәhkum barәsindә verilmiş mülahizәdә onun davranışı mәnfi qiymәtlәndirilmiş, hәmçinin Ədliyyә Nazirliyi Penitensiar Xidmәtinin müvafiq komissiyası tәrәfindәn onun mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsinin mәqsәdәuyğun hesab edilmәmәsi barәdә mәnfi rәy verilmişdir. Belә ki, mәhkumun cәza çәkdiyi müddәtdә barәsindә intizam tәnbehinin tәtbiq edilmәsi, әmәyә münasibәtinin mәnfi olması, әmәk fәaliyyәti ilә mәşğul olmaq istәyi nümayiş etdirmәmәsi, özünü inkişaf etdirmәk istiqamәtindә tәşәbbüs göstәrmәmәsi vә törәtdiyi әmәlin cәmiyyәt üçün yaratdığı tәhlükәni vә mәnfi nәticәlәrini düzgün qiymәtlәndirmәmәsi mülahizәdә konkret olaraq göstәrilmişdir. Hәmçinin mәhkumun cәza çәkdiyi müddәtdә barәsindә hәvәslәndirmә tәdbirinin tәtbiq edilmәdiyi qeyd olunmuşdur. Bu hallar mәhkumun islah olunmasını vә onun cәzanın qalan hissәsini mәntәqә tipli cәzaçәkmә müәssisәsindә çәkmәsinin mәqsәdәuyğunluğunu tәsdiq edәn halların müәyyәn edilmәdiyini göstәrir. Məhkumun şəxsi işinin materiallarından müəyyən olunur ki, cәza çәkdiyi müddәtdә onun barәsindә intizam tәnbehi tәtbiq edilmiş, belә ki, ##.##.2026-cı il tarixdә müәssisәnin yaşayış sahәsindә digәr mәhkumlarla mәişәt zәminindә mübahisә etdiyinә görә 15 gün müddәtinә cәrimә tәcridxanasına keçirilmәklә barәsindә tәnbeh tәdbiri tәtbiq olunmuşdur. Hәmçinin cәzaçәkmә müәssisәsi tәrәfindәn verilmiş mülahizәdә mәhkumun әmәyә münasibәtinin mәnfi olduğu, tәsәrrüfat vә mәişәt xidmәtindә әmәyә cәlb olunmadığı, işlәmәk vә әmәk fәaliyyәti ilә mәşğul olmaq istәyinin müşahidә olunmadığı, әmәk tәrbiyәvi tәdbirlәrindәn yayınmağa çalışdığı, müәssisә әrazisindә aparılan abadlıq vә quruculuq işlәrindә iştirak etmәdiyi, özünü inkişaf etdirmәk istiqamәtindә tәşәbbüs göstәrmәdiyi qeyd edilmişdir. Bundan başqa, mәhkumun törәtdiyi әmәlin cәmiyyәt üçün yaratdığı tәhlükәni vә mәnfi nәticәlәrini düzgün qiymәtlәndirmәdiyi, cәza çәkdiyi müddәtdә barәsindә heç bir hәvәslәndirmә tәdbirinin tәtbiq edilmәdiyi müәyyәn edilmişdir. Qeyd olunan hallar isə mәhkumun islah olunmasını vә onun davranışında sabit vә davamlı müsbәt dәyişikliklәrin formalaşdığını tәsdiq edәn kifayәt qәdәr obyektiv әsas kimi qiymәtlәndirilә bilmәz. Belә ki, mәhkumun cәzanın müәyyәn edilmiş hissәsini çәkmәsi ilә yanaşı, onun davranışı, әmәyә münasibәti vә törәtdiyi cinayәtә münasibәtindә müsbәt dәyişikliklәrin olması da nәzәrә alınmalıdır. Hazırkı halda isә iş materialları mәhkumun bu meyarlar baxımından müsbәt xarakterizә edilmәsinә әsas vermir. Yuxarıda isnad olunan hüquq normasının məzmunundan göründüyü kimi, mәhkumun cәzanın qanunla müәyyәn edilmiş hissәsini çәkmәsi onun mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsi üçün özlüyündә kifayәt etmir. Bununla yanaşı, mәhkumun müsbәt xarakterizә olunması, davranışı vә әmәyә münasibәti ilә islah yoluna qәdәm qoyduğunu tәsdiq edәn kifayәt qәdәr obyektiv halların mövcudluğu da zәruri şәrtdir. Hazırkı iş üzrə isə mәhkum Mәhkum müsbәt xarakterizә olunmasına dair kifayәt qәdәr obyektiv mәlumatlar müәyyәn edilmәmişdir. Əksinә, cәzaçәkmә müәssisәsi tәrәfindәn verilmiş mülahizәdә onun mәnfi xarakterizә edildiyi, cәza çәkdiyi müddәtdә barәsindә intizam tәnbehinin tәtbiq olunduğu, әmәyә münasibәtinin mәnfi olduğu, әmәk fәaliyyәti ilә mәşğul olmaq istәyinin müşahidә olunmadığı, әmәk tәrbiyәvi tәdbirlәrindәn yayınmağa çalışdığı, müәssisәdә aparılan abadlıq vә quruculuq işlәrindә iştirak etmәdiyi, özünü inkişaf etdirmәk istiqamәtindә tәşәbbüs göstәrmәdiyi vә barәsindә heç bir hәvәslәndirmә tәdbirinin tәtbiq edilmәdiyi göstәrilmişdir. Hәmçinin mәhkumun törәtdiyi әmәlin cәmiyyәt üçün yaratdığı tәhlükәni vә mәnfi nәticәlәrini düzgün qiymәtlәndirmәdiyi qeyd olunmuşdur. Beləliklə, qeyd olunan hallar mәhkumun davranışında vә әmәyә münasibәtindә islah olunmasını göstәrәn sabit vә davamlı müsbәt dәyişikliklәrin mövcudluğunu tәsdiq etmir. Əksinә, onun intizam tәnbehinә mәruz qalması, mәnfi xarakterizә olunması, әmәyә münasibәtinin mәnfi olması vә әmәk fәaliyyәtinә cәlb olunmaq tәşәbbüsü göstәrmәmәsi mәhkumun islah yoluna qәdәm qoyması barәdә nәticәyә gәlmәyә imkan vermir. Bu baxımdan, mәhkumun cәzanın qanunla müәyyәn edilmiş hissәsini çәkmәsi digәr zәruri meyarların mövcud olmadığı şәraitdә onun mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsi üçün kifayәt hesab edilә bilmәz. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, işdә mövcud olan mәlumatlar Cәzaların İcrası Mәcәllәsinin 70.2-ci maddәsinin tәtbiqi üçün tәlәb olunan “müsbәt xarakterizә edilәn mәhkum” meyarının mövcudluğu barәdә qәti nәticәyә gәlmәyә kifayәt etmir. Əksinә, mәhkumun cәzaçәkmә müәssisәsi tәrәfindәn mәnfi xarakterizә edilmәsi, barәsindә intizam tәnbehinin tәtbiq olunması, әmәyә münasibәtinin mәnfi olması vә islah olunduğunu tәsdiq edәn digәr obyektiv halların müәyyәn edilmәmәsi onun mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsi üçün qanunla nәzәrdә tutulmuş әsasların mövcud olmadığını göstәrir. Belә olan halda, birinci instansiya mәhkәmәsi mәhkumun әrizәsini tәmin etmәmәklә düzgün nәticәyә gәlmişdir. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 398.1.1-ci maddәsinә görә, apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarını dәyişdirmәdәn, apellyasiya şikayәtini vә ya apellyasiya protestini isә tәmin etmәdәn saxlanılması haqqında qәrar qәbul edә bilәr. Şәrh olunanlara әsasәn mәhkәmә kollegiyası apellyasiya şikayәtinin tәmin olunması üçün hәr hansı hüquqi әsaslar müәyyәn etmir vә hesab edir ki, mәhkum Mәhkum tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәdәn, Salyan Rayon Mәhkәmәsinin ## #### 2026cı il tarixli, *(*-***)-***/**** saylı qәrarı apellyasiya şikayәtinә әsasәn dәyişdirilmәdәn saxlanılmalıdır. Odur ki, mәhkәmә kollegiyası göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 397, 398, 407, 410, 412 vә 520-ci maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDI: Mәhkum Mәhkum tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Salyan Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrarı hәmin apellyasiya şikayәtinә әsasәn dәyişdirilmәdәn saxlanılsın. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan elan olunduğu (azadlıqdan mәhrumetmә növündә cәza çәkәn mәhkuma münasibәtdә isә qәrar ona verildiyi) gündәn 1 (bir) ay müddәtindә Şirvan Apellyasiya Mәhkәmәsi vasitәsilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyasına kassasiya şikayәti verilә bilәr.
Məhkəmə qərarları › İş №7(3-9)-52/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-52/2026
07.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver