Məhkəmə qərarları › İş №7(3-9)-54/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-54/2026

07.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Şirvan şәhәri İş № 7(3-9)-54/2026 07.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Azәrbaycan Respublikası Baş Prokurorluğunun Cinayәt Tәqibindәn Kәnar İcraatlar İdarәsinin prokuroru R X1, mәhkum - Mәhkum, müdafiәçi Şirvan Regional Vәkil Bürosunun vәkili Müdafiәçi iştirakları ilә, mәhkum Mәhkum ona tәyin edilmiş azadlıqdan mәhrum etmә cәzasının çәkilmәmiş hissәsini çәkmәk üçün mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsi barәdә әrizәsinin rәdd edilmәsinә dair Salyan Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans әlaqә sistemindәn istifadә etmәklә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Salyan Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrarı ilә (hakim X2), ##.##.2001-ci il tarixdә İmişli rayonu, Gövhәrli kәndindә anadan olmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, orta tәhsilli, subay, İmişli rayonu, Gövhәrli kәndindә qeydiyyatda olmaqla hәmin ünvanda yaşamış, İmişli Rayon Mәhkәmәsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilә CM-in 177.2.1, 177.2.2 vә 177.2.3-cü maddәlәrindә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinәrәk qәti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi sәkkiz) gün müddәtә azadlıqdan mәhrum etmә cәzasına mәhkum edilmiş, Salyan Rayon Mәhkәmәsinin *(*-***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qәrarı ilә cәzası 6 ay azaldılmış, hazırda Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Penitensiar Xidmәtinin * saylı Cәzaçәkmә Müәssisәsindә cәza çәkәn Məhkum ona tәyin edilmiş azadlıqdan mәhrum etmә cәzasının çәkilmәmiş hissәsini çәkmәk üçün mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsinә dair әrizәsi tәmin edilmәmişdir. Qәrardan narazı qalan mәhkum Mәhkum tәrәfindәn apellyasiya şikayәti verilmişdir. İŞİN HALLARI: Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Penitensiar Xidmәtinin * saylı Cәzaçәkmә Müәssisәsindә cәza çәkәn mәhkum Mәhkum әrizә ilә mәhkәmәyә müraciәt edәrәk, çәkilmәmiş qalan cәzasını çәkmәk üçün mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsini xahiş etmişdir. Məhkum ərizəsini onunla əsaslandırmışdır ki, ona mәhkәmә tәrәfindәn tәyin olunmuş cәzasının müәyyәn hissәsini çәkmişdir. Cәza çәkdiyi müddәtdә daxili intizam qaydalarına düzgün әmәl etmişdir. Müәssisәnin mәdәni-kütlәvi tәdbirlәrindә fәal iştirak etmişdir. Hәbsdә olarkәn peşә tәhsili almışdır. Atası rәhmәtә gedib, qardaşı 1-ci qrup әlildir. Ailә üzvlәrinin maddi vәziyyәti ağırdır. 44 günlük vәtәn müharibәsi iştrakçıdır. Qanunvericiliyә әsasәn ona mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmә tәtbiq edilә bilәr. Ona görә dә, onun mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsinә dair işinә mәhkәmә iclasında baxılmasını xahiş etmişdir. Ərizә әsasında işә baxan birinci instansiya mәhkәmәsi mәsәlәni yuxarıda göstәrilәn qaydada hәll etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Mәhkum Mәhkum apellyasiya şikayəti verərək, cәzasının çәkilmәmiş hissәsindәn mәntәqә tipli cәzaçәkmә müәssisәsinә köçürülmәyi barәdә Salyan Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrarının lәğv edilәrәk, onun MTCM-yә köçürülmәsinә dair qәrar verilmәsini xahiş etmişdir. Şikayət müəllifi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, CM-in 177.2.1, 177.2.2 vә 177.2.3-cü madәlәri ilә tәqsirli bilinәrәk İmişli Rayon Mәhkәmәsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** saylı hökmü ilә 2 il 6 ay müddәtinә azadlıqdan mәhrumetmә cәzasına mәhkum edilmişdir. Cәzasını ƏN-nin PX-in * saylı Cәzaçәkmә Müәssisәsindә çәkir. ## ###### 2025-ci il tarixli Milli Mәclisin Amnistiya qәrarı ilә cәzasından 6 ay azaldılmışdır. Hazırda cәzasının sonuna 1 il müddәt qalmışdır. Müәssisәdә cәza çәkdiyi müddәt әrzindә әmәlindәn sәmimi peşiman olmuşdur. Zәrәrçәkәnlәrә dәymiş ziyanı tam ödәmiş vә onlarla barışmışdır. Onların ona qarşı heç bir şikayәt vә tәlәbi yoxdur. Cәza çәkdiyi müddәt әrzindә әmәli barәdә xeyli düşünmüş vә islah yoluna qәdәm qoymuşdur. Daim әmәyә qarşı xoş münasibәtdә olmuşdur. Özü 44 günlük “İkinci Qarabağ müharibәsinin” iştirakçısıdır. Şanlı zәfәrdә payı olan, bir vәtәndaşdır. Cәnab Prezidentin sәrәncamı ilә “Vәtәn uğrunda”, “xxxx” medalı ilә tәltif edilmişdir. Müәssisәdә peşә tәhsili almışdır. Atası hәbsdә olarkәn itirmiş, anası ağır xәstәdir. Qardaşı birinci qrup әlil, ağır yorğan-döşәk xәstәsidir. Törәtmiş olduğu cinayәtdәn utanc keçirir, hazırda hәbsdә olduğu üçün mәnәvi әzablar çәkir. Cәzaçının çәkilmәmiş hissәsindәn MTCM-ya köçürülmәyi barәdә әrizәsinә baxarkәn Salyan Rayon MƏhkәmәsi qeyd etdiklәrini nәzәrә almamış vә әrizәsini tәmin etmәmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Apellyasiya mәhkәmәsinin iclasında: Mәhkum Mәhkum müdafiәçisi Müdafiәçi apellyasiya şikayәtinin dәlillәrini müdafiә edәrәk, apellyasiya şikayәtinin vә mәhkumun әrizәsinin tәmin olunmasını xahiş etdi. Videokonfrans әlaqә sistemindәn istifadә etmәklә mәhkәmә iclasına qoşulan mәhkum Mәhkum müdafiәçisinin çıxışı ilә razı olduğunu bildirib, apellyasiya şikayәtinin tәmin olunmasını xahiş etdi. Azәrbaycan Respublikası Baş Prokurorluğunun Cinayәt tәqibindәn kәnar icraatlar İdarәnin prokuroru X1 apellyasiya şikayәtinin әsassız olduğunu, birinci instansiya mәhkәmәsinin qәrarının qanuni, әsaslı vә әdalәtli olmasını bildirdi, şikayәtin tәmin edilmәmәsini vә birinci instansiya mәhkәmәsinin qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 520.7-ci maddәsinә әsasәn hökmün vә ya mәhkәmәnin digәr yekun qәrarının icrası qaydasında çıxarılmış mәhkәmә qәrarından bu Mәcәllәdә nәzәrdә tutulmuş qaydada apellyasiya vә ya kassasiya şikayәti yaxud protesti verilә bilәr. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 397.1-ci maddәsinә görә apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki hallarının müәyyәn edilmәsinin, habelә cinayәt qanununun vә bu Mәcәllәnin normalarının tәtbiq edilmәsinin düzgünlüyünü yoxlayır. Hәmin Mәcәllәnin 397.2-ci maddәsinә әsasәn isә birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş faktiki hallar apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn yalnız apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya mәhkәmәsi tәrәfindәn cinayәt qanununa vә bu Mәcәllәnin normalarına riayәt edilmәsi apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin dәlillәrindәn asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlillərinə əsasən məhkəmənin qərarı dəyişdirilə və ya ləğv oluna bilməz. Belә ki, iş materiallarında olan İmişli Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli hökmündәn görünür ki, Mәhkum Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 177.2.1, 177.2.2 vә 177.2.3-cü maddәlәrinә әsasәn 2 il 6 ay müddәtinә azadlıqdan mәhrumetmә cәzasına mәhkum edilmişdir. Salyan Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli qәrarına әsasәn “Konstitusiya vә Suverenlik İli” münasibәtilә amnistiya elan edilmәsi haqqında Azәrbaycan Respublikası Milli Mәclisinin ##.##.2025-ci il tarixli qәrarının 3.1-ci bәndinә әsasәn mәhkumun cәzası 6 ay azaldılaraq 1 il 11 ay 28 gün müddәtinә endirilmişdir. Mәhkum Mәhkum cәzaçәkmә müddәtinin әvvәli ##.##.2025-ci il tarixdәn hesablanmaqla, amnistiyanın tәtbiqindәn sonra cәzanın çәkilmәmiş hissәsinin çәkmә müddәti müvafiq qaydada hesablanır. Mәhkum Mәhkum ona tәyin edilmiş azadlıqdan mәhrumetmә cәzasının çәkilmәmiş hissәsini çәkmәk üçün ümumi rejimli cәzaçәkmә müәssisәsindәn mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsi barәdә әrizә ilә mәhkәmәyә müraciәt etmişdir. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 514.1-ci maddәsinә әsasәn cәzaçәkmә müәssisәlәrinin növünün dәyişdirilmәklә mәhkumun bir növ cәzaçәkmә müәssisәsindәn başqa növ cәzaçәkmә müәssәsinә keçirilmәsi cinayәt qanununun müddәalarına müvafiq olaraq mәhkumun әrizәsi vә ya cәzaçәkmә müәssisәsinin tәqdimatı әsasında cәzaçәkmә müәssisәsinin mülahizәsi nәzәrә alınmaqla cәzanın çәkildiyi yer üzrә birinci instansiya mәhkәmәsi tәrәfindәn hәyata keçirilir. Azәrbaycan Respublikası Cәzaların İcrası Mәcәllәsinin 70.2.4-cü maddәsinә әsasәn az ağır vә ya böyük ictimai tәhlükә törәtmәyәn cinayәt törәtmiş müsbәt xarakterizә edilәn mәhkumlar cәzanın qalan hissәsini çәkmәk üçün ümumi rejimli cәzaçәkmә müәssisәlәrindәn - mәntәqә tipli cәzaçәkmә müәssisәlәrinә - cәza müddәtinin әn azı üçdә bir hissәsini çәkdikdә keçirilә bilәrlәr. “Cәzadan şәrti olaraq vaxtından әvvәl azad etmә, cәzanın çәkilmәmiş hissәsinin daha yüngül cәza növü ilә әvәz etmә, cәzaçәkmә müәssisәsinin növünün dәyişilmәsi vә xәstәliyә görә cәzanı çәkmәkdәn azad etmә ilә bağlı mәhkәmә tәcrübәsi haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun # ####### 2010-cu il tarixli * saylı Qәrarının 1-ci bәndindә göstәrilmişdir ki, mәhkәmәlәr bu xarakterli işlәrә baxarkәn mәhkumun cәzasının qanunla müәyyәn edilmiş hissәsini çәkib-çәkmәmәsi ilә yanaşı, cәza çәkdiyi müәssisәnin mülahizәsini dә nәzәrә almaqla, mәhkumun cәza çәkdiyi müәssisә tәrәfindәn müsbәt xarakterizә olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı әmәklә mәşğul olmasına, törәtdiyi cinayәtә münasibәtinin tәzahür formasına, mәhz hansı ictimai vә mәdәni tәdbirdә iştirak etmәsinә xüsusi diqqәt yetirilmәlidirlәr. Bu zaman mәhkәmәlәr mülahizәdә irәli sürülmüş dәlillәrlә kifayәtlәnmәmәli, ümumi vә şablon ifadәlәrә әsaslanmamalı, müraciәtin tam, hәrtәrәfli vә obyektiv yoxlanılması üçün bütün qanuni vasitәlәrdәn istifadә etmәlidirlәr. * saylı Cəzaçəkmə müəssisəsinin yazılı mülahizəsinə əsasən, mәhkum Mәhkum * saylı cәzaçәkmә müәssisәsinә ##.##.2025-ci il tarixdә * saylı IT-dan qәbul edilmişdir. Mәhkәmә tәrәfindәn ona tәyin edilmiş cәzanın üçdә bir hissәsindәn çoxunu çәkmişdir. Cinayәtin qısa tәsnifatı: 0, tamah niyyәti ilә 2 epizod üzrә müxtәlif vaxtlarda özgәnin әmlakını әlә keçirmәk mәgsәdi ilә qabaqcadan әlbir olan bir grup şәxs halında cinayәtkar sövdәlәşmәyә әsasәn zәrәçәkmiş şәxslәrә mәxsus saxlanc yeri hesab olunan tövlәyә girәrәk ümumilikdә 3100 manat mәblәğindә maddi ziyan vurmaqla oğurluq etmişdir. Özünü tәqsirli bilir. İş üzrә mülki iddia yoxdur. Zәrәrçәkmiş şәxslәr şikayәtçi deyil. Mәnfi xarakterizә olunur. Vәtәn müharibәsi iştirakçısıdır. Mәhkumun müәssisәyә daxil olduğu ilk gündәn törәtdiyi cinayәtin ağırlıq dәrәcәsi nәzәrә alınaraq müәssisәdә olduğu müddәtdә ona hüquq vә vәzifәlәrini aydın dәrk etmәsi cәzanın çәkilmәsi qaydalarının mahiyyәtini vә mәzmununu düzgün başa düşmәsi mәqsәdi ilә maariflәndirmә işi aparılmış, pedagoji vә psixoloji tәsiretmә üsul vә vasitәlәrdәn istifadә edilmiş, bu sahәda hüquqi biliklәrә yiyәlәnmәsi üçün müvafiq şәrait yaradılmışdır. Cәza çәkdiyi müddәt әrzindә davranışı ilә bağlı müsbәt dәyişikliklәr nümayiş etdirmәmişdir. Tәrbiyәvi vә profilaktiki tәbdbirlәrdә iştirakı passiv xarakter daşıyır, aparılan söhbәtlәrdәn vә izahat işlәrindәn lazımi nәticә çıxarmadığı müşahidә edilir. Dәstә mahkumlarının iştirakı ilә keçirilәn iclaslarda, dәstәnin fәaliyyәtinin tәkmillәşdirilmәsi, sәmәrәliliyin artırılması istiqamәtindә hәr hansı tәşәbbüs göstәrmәmişdir. Mәhkumların özfәaliyyәt tәşkilatlarının işinda iştirak etmir. Kütlәvi tәrbiyәvi tәdbirlәrә laqeyd yanaşır. Cәza çәkdiyi müddәtdә mәhkum yoldaşları ilә sәmimi ünsiyyәt qurmaqda çәtinlik çәkir. Dünyagörüşünü vә biliksәviyyәsini artırması üçün müәssisәdә mövcud imkanlardan faydalanmağa maraq göstәrmir. Cәzaçәkmә qaydaları ilә әlaqәdar iradları, tәnqidi fikirlәri qәbul etmir, davranışında diqqәtli vә tәmkinli olmağı bacarmır. Cәzaçәkmә müddәtindә әmayә cәlb edilmәmiş, eyni zamanda әmәk tәrbiyәvi tәdbirlәrdәn yayınmağa çalışmışdır. Barәsindә hәvәslәndirmә tәdbiri tәtbiq edilmәmişdir. Cәza çәkdiyi müddәtdә barәsindә bir tәnbeh tәdbiri tәtbiq edilmişdir. Belә ki, ##.##.2026-cı il tarixdә mәhkum yoldaşları ilә maddi marağa qumar oynadığına göre 15 gün müddәtinә cәrimә tәcridxanasına keçirilmәklә barәsindә tәnbeh tәdbiri tәtbiq edilmişdir. İntizam tәnbehi qüvvәdәdir. 2025-ci ilin yekunu ilә әlaqәdar tәrtib edilmiş illik xasiyyәtnamәyә әsasәn mәnfi xarakterizә olunur. Mәhkum Ə. Nәsirlinin mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsi mәsәlәsinә Ədliyyә Nazirliyinin Komissiyasının iclasında baxılmış vә ** saylı protokola әsasәn onun mәnfi xarakterizә olunmasını, cәza çәkdiyi müddәtdә barәsindә tәnbeh tadbirinin tәtbiq edildiyi vә s. halları nәzәrә alaraq mәnfi rәy verilmәsi mәqsәdәmüvafiq hesab edilmişdir. Qeyd edilәnlәri, mәhkumun islah olunmamasını va islah olunma işindә mühüm әhәmiyyәt kәsb edәn amillәri nәzәrә alaraq, mәhkum Mәhkum mәntәqә tipli cәzaçәkmә müssisәsina keçirilmәsini mәqsәdәuyğun hesab etmir. Göründüyü kimi, cәzaçәkmә müәssisәsi tәrәfindәn mәhkum Mәhkum barәsindә verilmiş mülahizәdә onun davranışı mәnfi qiymәtlәndirilmiş, hәmçinin Ədliyyә Nazirliyi Penitensiar Xidmәtinin müvafiq Komissiyası tәrәfindәn onun mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsinin mәqsәdәuyğun hesab edilmәmәsi barәdә mәnfi rәy verilmişdir. Belә ki, mәhkumun cәza çәkdiyi müddәtdә barәsindә intizam tәnbehinin tәtbiq edilmәsi, davranışında müsbәt dәyişikliklәr nümayiş etdirmәmәsi, tәrbiyәvi vә profilaktik tәdbirlәrdә passiv iştirak etmәsi, mәhkumların özfәaliyyәt tәşkilatlarının işindә iştirak etmәmәsi, әmәk tәrbiyәsi tәdbirlәrinә maraq göstәrmәmәsi vә aparılan fәrdi izahat işlәrindәn lazımi nәticә çıxarmaması mülahizәdә konkret olaraq göstәrilmişdir. Hәmçinin mәhkumun cәza çәkdiyi müddәtdә barәsindә heç bir hәvәslәndirmә tәdbirinin tәtbiq edilmәdiyi qeyd olunmuşdur. Bu hallar mәhkumun islah olunmasını vә onun cәzanın qalan hissәsini mәntәqә tipli cәzaçәkmә müәssisәsindә çәkmәsinin mәqsәdәuyğunluğunu tәsdiq edәn halların müәyyәn edilmәdiyini göstәrir. Məhkumun şəxsi işinin materiallarından müəyyən olunur ki, cәza çәkdiyi müddәtdә onun barәsindә intizam tәnbehi tәtbiq edilmiş, belә ki, ##.##.2026-cı il tarixdә digәr mәhkumlarla maddi maraq müqabilindә qumar oynadığına görә 15 gün müddәtinә cәrimә tәcridxanasına keçirilmәklә barәsindә tәnbeh tәdbiri tәtbiq olunmuşdur. Qeyd olunan intizam tәnbehi qәrarın qәbul edildiyi vaxt qüvvәdә olmuşdur. Hәmçinin cәzaçәkmә müәssisәsi tәrәfindәn verilmiş mülahizәdә mәhkumun cәza çәkdiyi müddәt әrzindә davranışı ilә bağlı müsbәt dәyişikliklәr nümayiş etdirmәdiyi, tәrbiyәvi vә profilaktik tәdbirlәrdә iştirakının passiv xarakter daşıdığı, mәhkumların özfәaliyyәt tәşkilatlarının işindә iştirak etmәdiyi, dünyagörüşünü vә bilik sәviyyәsini artırmaq üçün müәssisәdә mövcud imkanlardan faydalanmağa maraq göstәrmәdiyi, әmәk tәrbiyәsi tәdbirlәrindәn yayındığı vә cәza çәkdiyi müddәt әrzindә әmәyә cәlb olunmadığı qeyd edilmişdir. Bundan başqa, onun cәzaçәkmә qaydaları ilә әlaqәdar irad vә tәnqidi fikirlәri qәbul etmәdiyi, davranışında diqqәtli vә tәmkinli olmağı bacarmadığı, aparılan söhbәt vә izahat işlәrindәn lazımi nәticә çıxarmadığı, barәsindә isә heç bir hәvәslәndirmә tәdbirinin tәtbiq edilmәdiyi müәyyәn edilmişdir. Qeyd olunan hallar isə məhkumun islah olunmasını və onun davranışında sabit və davamlı müsbət dəyişikliklərin formalaşdığını təsdiq edən kifayət qədər obyektiv əsas kimi qiymətləndirilə bilməz. Belә ki, mәhkumun cәzanın qanunla müәyyәn edilmiş hissәsini çәkmәsi ilә yanaşı, onun cәza çәkdiyi müddәtdә davranışı, cәzaçәkmә rejiminin tәlәblәrinә münasibәti, әmәyә münasibәti vә davranışında müsbәt dәyişikliklәrin formalaşıbformalaşmaması da nәzәrә alınmalıdır. Hazırkı halda isә iş materialları mәhkumun bu meyarlar baxımından müsbәt xarakterizә edilmәsinә әsas vermir. Əksinә, onun barәsindә qüvvәdә olan intizam tәnbehinin mövcudluğu, tәrbiyәvi vә profilaktik tәdbirlәrdә passiv iştirakı, әmәyә cәlb olunmaması vә müәssisәdә aparılan islah yönümlü tәdbirlәrdәn lazımi nәticә çıxarmaması mәhkumun islah yoluna qәdәm qoyduğunu tәsdiq edәn sabit vә davamlı müsbәt dәyişikliklәrin mövcudluğu barәdә nәticәyә gәlmәyә imkan vermir. Yuxarıda isnad olunan hüquq normasının məzmunundan göründüyü kimi, mәhkumun cәzanın qanunla müәyyәn edilmiş hissәsini çәkmәsi onun mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsi üçün özlüyündә kifayәt etmir. Bununla yanaşı, mәhkumun davranışı, әmәyә münasibәti, cәzaçәkmә rejiminin tәlәblәrinә münasibәti vә islah olunma sәviyyәsi dә qiymәtlәndirilmәli, onun davranışında müsbәt dәyişikliklәrin formalaşması müәyyәn edilmәlidir. Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun # ####### 2010-cu il tarixli Qәrarında da mәhkәmәlәrin yalnız cәzanın qanunla müәyyәn edilmiş hissәsinin çәkilmәsi ilә kifayәtlәnmәmәli, mәhkumun müәssisә tәrәfindәn müsbәt xarakterizә olunmasına, ictimai faydalı әmәyә münasibәtinә, törәtdiyi cinayәtә münasibәtinin tәzahür formalarına vә digәr fәrdi hallara xüsusi diqqәt yetirmәli olduqları izah edilmişdir. Hazırkı iş üzrə isə məhkum Məhkum müsbət xarakterizə olunmasına dair kifayət qədər obyektiv məlumatlar müəyyən edilməmişdir. Əksinә, cәzaçәkmә müәssisәsi tәrәfindәn verilmiş mülahizәdә onun mәnfi xarakterizә edildiyi, cәza çәkdiyi müddәtdә barәsindә intizam tәnbehinin tәtbiq olunduğu, ##.##.2026-cı il tarixdә digәr mәhkumlarla maddi maraq müqabilindә qumar oynadığına görә 15 gün müddәtinә cәrimә tәcridxanasına keçirildiyi vә hәmin intizam tәnbehinin qüvvәdә olduğu göstәrilmişdir. Eyni zamanda, onun cәza çәkdiyi müddәtdә davranışı ilә bağlı müsbәt dәyişikliklәr nümayiş etdirmәdiyi, tәrbiyәvi vә profilaktik tәdbirlәrdә passiv iştirak etdiyi, mәhkumların özfәaliyyәt tәşkilatlarının işinә qoşulmadığı, әmәk tәrbiyәsi tәdbirlәrinә maraq göstәrmәdiyi, cәza çәkdiyi müddәtdә әmәyә cәlb olunmadığı vә aparılan fәrdi izahat işlәrindәn lazımi nәticә çıxarmadığı qeyd edilmişdir. Bundan başqa, mәhkum barәsindә heç bir hәvәslәndirmә tәdbirinin tәtbiq edilmәmiş olması, 2025-ci ilin yekunlarına dair illik xasiyyәtnamәdә mәnfi xarakterizә edilmәsi vә Ədliyyә Nazirliyinin aidiyyәti Komissiyasının onun mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsini mәqsәdәuyğun hesab etmәmәsi dә iş materialları ilә müәyyәn edilmişdir. Belәliklә, qeyd olunan hallar mәhkumun davranışında vә cәzaçәkmә rejiminә münasibәtindә islah olunmasını göstәrәn sabit vә davamlı müsbәt dәyişikliklәrin mövcudluğunu tәsdiq etmir. Əksinә, onun intizam tәnbehinә mәruz qalması, tәnbehin qәrarın qәbul edildiyi vaxt qüvvәdә olması, mәnfi xarakterizә olunması, tәrbiyәvi vә profilaktik tәdbirlәrdә passiv iştirakı, әmәyә cәlb olunmaması vә islah olunmasını tәsdiq edәn digәr obyektiv halların müәyyәn edilmәmәsi mәhkumun islah yoluna qәdәm qoyması barәdә nәticәyә gәlmәyә imkan vermir. Bu baxımdan, mәhkumun cәzanın qanunla müәyyәn edilmiş hissәsini çәkmәsi digәr zәruri meyarların mövcud olmadığı şәraitdә onun mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsi üçün kifayәt hesab edilә bilmәz. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, işdә mövcud olan mәlumatlar Azәrbaycan Respublikası Cәzaların İcrası Mәcәllәsinin 70.2-ci maddәsinin tәtbiqi üçün tәlәb olunan halların mövcudluğu barәdә qәti nәticәyә gәlmәyә kifayәt etmir. Əksinә, mәhkum Mәhkum cәzaçәkmә müәssisәsi tәrәfindәn mәnfi xarakterizә edilmәsi, barәsindә intizam tәnbehinin tәtbiq olunması vә hәmin tәnbehin qüvvәdә olması, tәrbiyәvi vә profilaktik tәdbirlәrdә passiv iştirakı, әmәyә münasibәtinin vә әmәk fәaliyyәtinә cәlb olunmasının müsbәt nәticәlәrlә müşayiәt olunmaması, habelә islah olunduğunu tәsdiq edәn sabit vә davamlı müsbәt dәyişikliklәrin müәyyәn edilmәmәsi onun mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmәsi üçün qanunla nәzәrdә tutulmuş әsasların hazırkı mәrhәlәdә formalaşmadığını göstәrir. Belә olan halda, birinci instansiya mәhkәmәsi mәhkumun әrizәsini tәmin etmәmәklә düzgün nәticәyә gәlmişdir. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 398.1.1-ci maddәsinә görә, apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarını dәyişdirmәdәn, apellyasiya şikayәtini vә ya apellyasiya protestini isә tәmin etmәdәn saxlanılması haqqında qәrar qәbul edә bilәr. Şәrh olunanlara әsasәn mәhkәmә kollegiyası apellyasiya şikayәtinin tәmin olunması üçün hәr hansı hüquqi әsaslar müәyyәn etmir vә hesab edir ki, mәhkum Mәhkum tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәdәn, Salyan Rayon Mәhkәmәsinin ## #### 2026cı il tarixli, *(*-***)-***/**** saylı qәrarı apellyasiya şikayәtinә әsasәn dәyişdirilmәdәn saxlanılmalıdır. Odur ki, mәhkәmә kollegiyası göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 397, 398, 407, 410, 412 vә 520-ci maddәlәrini rәhbәr tutaraq, QƏRARA ALDI: Mәhkum Mәhkum tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Salyan Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrarı hәmin apellyasiya şikayәtinә әsasәn dәyişdirilmәdәn saxlanılsın. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan elan olunduğu (azadlıqdan mәhrumetmә növündә cәza çәkәn mәhkuma münasibәtdә isә qәrar ona verildiyi) gündәn 1 (bir) ay müddәtindә Şirvan Apellyasiya Mәhkәmәsi vasitәsilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyasına kassasiya şikayәti verilә bilәr.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar