Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 7(3-9)-57/2026 21.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Ağabəyov Nicat Rauf oğlu (sədrlik edən), Hacıyev Pərviz Vaqif oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru X1, məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi- Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2021ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsinə dair Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin maraqlı şəxs1 cəza çəkən Məhkum ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarına əsasən (sədrlik edən Kamran Süleymanov) Məhkum cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilməmişdir. Məhkəmə qərarından narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, onun vaxtından əvvəl şərti azad olunmağı barədə qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkum Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cəzasının 2/3 hissəsini çəkib qurtarmağı ilə əlaqədar Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Buna baxmayaraq Lənkəran Rayon Məhkəməsi ədalətsiz qərar qəbul etmişdir. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilib ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru X1 şikayətin təmin olunmamasını, Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Müdafiəçi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edib şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkum Məhkum apellyasiya şikayətinin dəlillərini müdafiə edib şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Məhkum apellyasiya şikayətində məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya şikayəti müəllifinin başlıca dəlili ərizəsinin təmin edilməməsinin əsassız olmasıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzaların icrası qanunvericiliyinə müvafiq olaraq həmin Məcəllənin məqsədi məhkumları islah etmək, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq, vəzifəsi isə cəzaların icrası və çəkilməsi qaydalarını və şərtlərini tənzimləməkdən, məhkumların islah edilmə vasitələrini müəyyən etməkdən, məhkumların hüquq və azadlıqlarını, qanuni mənafelərini qorumaqdan ibarətdir. Məhkumların islah edilməsi - onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkumların islah edilməsinin əsas vasitələrindən biri cəzanın icrasının və çəkilməsinin müəyyən edilmiş qaydası - rejimdir. Məhkumlara islah edilmə vasitələri cəzanın növü, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilir (CIM-in 2 və 8-ci maddələri). Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edərkən, məhkəmə məhkumun üzərinə, bu Məcəllənin 70.5-ci maddəsində nəzərdə tutulmuş və cəzanın çəkilməmiş müddəti ərzində onun tərəfindən icra edilməli olan vəzifələr qoya bilər. Sözügedən Məcəllənin 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1.böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3. xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Məhkəmə kollegiyası materialı nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkumun, onun müdafiəçisinin, apellyasiya şikayətinin rədd edilməklə məhkəmə qərarının dəyişdirilmədən saxlanılması barədə prokurorun çıxışlarını dinləyib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndində izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə müraciətini məhz cəzasının üçdə iki hissəsini çəkməsi ilə əsaslandırmışdır. Lakin birinci instansiya məhkəməsinin ardınca, kollegiya da hesab edir ki, məhkumun cəzasının üçdə iki hissəsini çəkməsi məhkumun birbaşa hüquqi vəzifəsidir. Yəni bu hal onun vaxtından əvvəl şərti azad olunması əsas verən əlavə göstərici deyil, sadəcə olaraq qanunun tələb etdiyi minimum davranış standartıdır. Məhkumun vaxtından əvvəl şərti azad edilməsi üçün onun nümunəvi davranışı, ictimai faydalı fəaliyyətlə məşğul olması, əmək intizamında fəallığı, kütləvi tədbirlərdə iştirakı və bu kimi aktiv müsbət amillər tələb olunur. Bununla bağlı apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin məhkumun hazırkı əməli üzrə cəza çəkərkən islah yönündə hər hansı əsaslı addım atmaması, əməyə münasibətinin mənfi olması, cəza çəkdiyi müddət ərzində barəsində ümumilikdə iki dəfə töhmət növündə tənbeh tətbiq edilməsi, illik xasiyyətnamə üzrə mənfi xarakterizə olunması, cəzanı icra edən orqan tərəfindən məhkumun mənfi xarakterizə edilməsi qənaətinə gəlməsi ilə razılaşır. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cinayət məsuliyyətindən və cəzanın icrasından şərti vaxtından əvvəl azadetmənin mahiyyəti ondan ibarətdir ki, məhkum cəzanın müəyyən hissəsini çəkdikdən sonra öz davranışı ilə islah olunduğunu, yeni cinayət törətməyəcəyinə dair etibarlı sosial təminatın mövcudluğunu nümayiş etdirməlidir. CM-in 76-cı maddəsinə, həmçinin Cəzaların Icrası Məcəlləsinin şərti azadetmə qaydalarına dair normalarına əsasən belə qərar yalnız o halda verilə bilər ki, məhkumun davranışı müsbət xarakterizə olunmalı, cəzanın məqsədi faktiki olaraq həyata keçmiş olmalıdır. Iş materiallarından görünür ki, məhkum cəzanı çəkdiyi müddət ərzində eyni il ərzində 2 dəfə intizam məsuliyyətinə cəlb olunmuş, eləcə də cəzanı icra edən orqan tərəfindən mənfi xarakterizə edilmişdir. Bu hallar onun davranışında davamlı pozuntuların mövcudluğunu göstərir və islah olunma prosesinin başa çatmadığını sübut edir. Həmçinin CMin 41.2-ci maddəsinə görə cəzanın əsas məqsədlərindən biri məhkumun islah olunması və yeni cinayətlərin qarşısının alınmasıdır. Davranışın belə dinamikası isə həmin məqsədin reallaşmadığını göstərir və məhkəmə tərəfindən vaxtından əvvəl azad etmə tələbinin rədd edilməsi hüquqi cəhətdən əsaslı görünür. Şərti azadetmə hüquq deyil, imkan xarakterli institutdur və məhkumdan xüsusi davranış standartı tələb edir. Təsadüfi deyildir ki, Avropa Insan Hüquqları Məhkəməsinin “Nurzynski Polşaya qarşı”, həmçinin “X2rşı” qərarlarında vurğulanmışdır ki, şərti azadetmə ənənəvi mənada hüquq yox, müəyyən şərtlərin mövcudluğu halında tətbiq edilən güzəştdir və dövlətlərin bu məsələdə geniş qiymətləndirmə mülahizəsi mövcuddur. Buna görə məhkum islah olunduğunu tam və inandırıcı şəkildə sübuta yetirmədiyi halda dövlətin və məhkəmənin bu güzəşti tətbiq etməməsi Konvensiyanın 5-ci maddəsi ilə ziddiyyət təşkil etmir. Cəzaların Icrası Məcəlləsinə əsasən müsbət davranış, daxili intizam qaydalarına riayət, verilən tapşırıqların yerinə yetirilməsi, cəzanın çəkilməsi dövründə sosial-məişət davranışının stabilliyi şərti azadetmənin tətbiqi üçün əsas meyar sayılır. Mövcud işdə isə cəzanın çəkildiyi dövr ərzində müntəzəm intizam pozuntuları, islah xarakterli tədbirlərə adekvat münasibət göstərilməməsi və mənfi qiymətləndirmə qeyd olunmaqla, şərti azadetmə mexanizminin tətbiqi üçün zəruri sosialhüquqi zəmin formalaşmamışdır. Bütün göstərilənlər nəzərə alınmaqla demək mümkündür ki, birinci instansiya məhkəməsinin qərarı həm hüquqa, həm də cəza siyasətinin məntiqinə uyğun olaraq qəbul edilmişdir, çünki vaxtından əvvəl şərti azadetmə yalnız məhkumun özünü islah etdiyini sübuta yetirdiyi hallarda tətbiq edilir. Bu iş üzrə isə belə nəticəyə gəlmək üçün əsaslar mövcud deyil və qərarın dəyişdirilməsinə hüquqi ehtiyac yaranmır. Beləliklə, yuxarıda qeyd edilənlərin məcmusunda belə nəticəyə gəlinir ki, məhkum barəsində dəfələrlə tənbeh tədbirinin olması yalnız mənfi haldır, bu hal islah olunmanı sübut etmir, əməyə münasibət, ictimai inteqrasiya barədə də sübutlar yoxdur və bu hal məhkum Məhkum islah olunmasına və təkrar cinayət törətməyəcəyinə dair etibarlı təminat vermir. Bu səbəblərdən də, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin ərizəni rədd etməsini qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası iş üzrə təhlil edilmiş halların məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün əsas verməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaətini əsaslı və Cinayət-Prosessual Məcəlləsinin 513.1-ci maddəsinin tələblərinə cavab verən qanuni nəticə kimi qiymətləndirir və bu səbəblərdən apellyasiya şikayəti ilə mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsas müəyyən etmir. Qeyd olunanlar baxılan işdə məhkəmə qərarının apellyasiya qaydasında ləğvini tələb edən Cinayət-Prosessual Məcəlləsinin 403.0.3-cü maddəsində və bu məsələ ilə bağlı həmin Məcəllənin 399.1.4-cü maddəsində təsbit edilmiş halların, yəni apellyasiya şikayətinin təmin edilməsi üçün əsasların mövcud olduğunu göstərir. Beləliklə məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin Məhkum vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-9)-57/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-57/2026
21.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver