Məhkəmə qərarları › İş №7(3-9)-59/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-59/2026

21.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 7(3-9)-59/2026 21.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Ağabəyov Nicat Rauf oğlu (sədrlik edən), Sultanov Cavid Rizvan oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibində, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru X1, müdafiəçi-Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 və məhkum Məhkum iştirakları ilə, Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsinə dair Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin maraqlı şəxs1 cəza çəkən məhkum Məhkum ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarına əsasən (Sədrlik edən Murquzov Elmir) Məhkum cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilməmişdir. Məhkəmə qərarından narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, onun vaxtından əvvəl şərti azad olunmağına köməklik edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkum Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunvericilikdə nəzərdə tutulmuş cəza müddətinin üçdə ikisindən çoxunu çəkib qurtarmışdır. Həbsdə olduğu müddətdə bütün daxili nizam qaydalarına riayət etmişdir. Müəssisə rəhbərliyi tərəfindən təşəkkürnamə almışdır. Barəsində heç vaxt tənbeh tədbiri olmayıb, ekspertiza xərcini tam olaraq könüllü ödəmişdir. Himayəsində yaşlı atası var. Lakin Lənkəran məhkəməsi bu halları nəzərə almamış və ərizəsini təmin etməmişdir. Ona görə də Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının dəyişdirilərək onun vaxtından əvvəl şərti azadlığa buraxılmasını xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru X1 şikayətin təmin olunmamasını, Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi1 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının dəyişdirilərək onun vaxtından əvvəl şərti azadlığa buraxılmasını məhkəmədən xahiş etmişlər. HÜQUQI MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası materialı nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya şikayətinin təmin edilməsinə dair məhkumun və onun müdafiəçisinin, apellyasiya şikayətinin rədd edilməklə məhkəmə qərarının dəyişdirilmədən saxlanılması barədə prokurorun çıxışlarını dinləyib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş üzrə materiallardan görünür ki,Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ######## 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkum ona təyin edilmiş cəzasının 2/3 hissəsindən çoxunu həqiqətən çəkmişdir. Belə ki, məhkumun şəxsi işinin materiallarından görünür ki, məhkum Məhkum ## ###### 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Kürqarabucaq kəndində qeydiyyatda olmaqla Astara rayonu, Kakalos kəndində yaşamış, törətdiyi cinayət üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə ARCM-nin 234.1-1ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum edilmişdir. Məhkum Məhkum əvvəllər cəzasını Bakı Istintaq Təcridxanasında, Umbakı Penitensiar Müəssisəsində və 17-saylı CMdə çəkmişdir. maraqlı şəxs1 17-saylı CM-dən ##.##.2024-cü ildə qəbul edilmişdir. Kompleksə gələn gündən onunla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri, cəzanın icrası qaydaları və şərtləri izah edilmişdir. Cəza çəkdiyi müddət ərzində barəsində 01 həvəsləndirmə tədbiri tətbiq edilmişdir. Tənbehi yoxdur. 2024-cü il mənfi, 2025-ci illər üzrə müsbət xarakterizə olunur. 60 manat ekspertiza xərci ödənilməyib. Ailə üzvləri ilə telefon və görüş vasitəsi ilə əlaqə saxlayır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı komissiyanın ## #### 2026-cı il tarixli ** saylı iclas protokoluna əsasən məhkum Məhkum vaxtından əvvəl şərti azad edilməsi ilə bağlı müsbət rəy verilməsi məqsədəmüvafiq hesab olunmuşdur. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Məhkum Neftçala rayonu, Kürqarabucaq kəndində qeydiyyatdadır. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən onun ərizsəni məhkumun şəxsi işi ilə birgə araşdırmış və məhkumun cəza çəkdiyi illərdə kütləvi tədbirlərdə iştirak etməsi, əməklə məşğul olması şəxsi iş materiallarından müəyyən edilməmişdir. Eyni zamanda məhkum barəsində təqdim edilmiş mülahizədə onun 2024-cü illdə mənfi xarakterizə olunduğu qeyd olunmuşdur. 2025-ci il üzrə illik xasiyyətnaməsində məhkumun müsbət xarakterizə olunması, eyni zamanda Ədliyyə Nazirliyinin müvafiq komissiyası tərəfindən barəsində müsbət rəy verilməsi qeyd olunsa da, onun hansı tədbirlərdə iştirak etməsi, hansı hərəkətləri yerinə yetirməsi, hansı əməllərinin onun islah olunması kimi qiymətləndirildiyinə dair ağlabatan mövqe göstərilməmişdir. Həmçinin. məhkum Məhkum 60 manat ekspertiza xərcini də ödəməmişdir. Göstərilən halları nəzərə alaraq onun ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası bir daha materialı araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.3.1-1-ci maddəsinə əsasən, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini həqiqətən çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər. Həmin Məcəllənin 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» ## ####### 2010-cu il tarixli 1-ci bəndinə əsasən məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırılmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun törətdiyi cinayətə münasibətinin təzahür formasına xüsusi diqqət yetirməlidir. Həmin Qərarın 2-ci bəndinə əsasən isə məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılmalıdır. Lakin məhkumun törətdiyi cinayətə münasibəti işin digər halları ilə birlikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməyə maneə ola bilər. Qanunverici həmin normanın tətbiq olunmasını şəxsin cəzaçəkmə müddətində davranışı, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işlə bağlı düzgün nəticəyə gəlmiş və verilmiş apellyasiya şikayəti həmin qərarın ləğvi üçün əsas olmamalıdır. Məhkum məhkəmə iclasında cəza müddətinin çox hissəsini çəkdiyini qeyd edib barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilərkən məhkumun ona təyin edilmiş cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsi ilə yanaşı, məhkumun davranışı, şəxsiyyəti, daxili rejim qaydalarına əməl etməsi və digər bu kimi hallar birlikdə araşdırılır. Əks halda cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkdikdən sonra məhkum barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi qanunverici tərəfindən bir qayda olaraq məhkəmələrin üzərinə vəzifə kimi qoyulardı. Bununla bağlı qeyd olunmalıdır ki, məhkum Məhkum cəza çəkdiyi müddətdəki davranışlarını əks etdirən şəxsi işindən, o cümlədən xasiyyatnamədən onun cəzadan şərti olaraq azad edilməsi üçün həmin müddət ərzində islah olunması görünmür. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, ona cəmiyyətlə, müxtəlif insanlarla daha sıx və sərbəst təmasda olması üçün şərait yaradılması məqsədəmüvafiq deyil, apellyasiya şikayətinin təmin edilməsi və Lənkəran Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Lənkəran Rayon Məhkəməsinin Məhkum vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar