Məhkəmə qərarları › İş №7(3-9)-60/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-60/2026

27.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar İş № 7(3-9)-60/2026 27.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru, R X2, məhkum Məhkum, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Məhkum Məhkum cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin olunmamasına dair Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Murquzov Elmir İlqar oğlunun sədrliyi) ilə ##.##.1999-cu il tarixdə Lənkəran rayonunda doğulmuş, evli, orta təhsilli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran rayonun Girdəni kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi ,ev 111-də yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin maraqlı şəxs1 cəza çəkən Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin olunmamışdır. İŞİN HALLARI İş materiallarından görünür ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024cü il tarixli hökmü ilə AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum edilmiş, CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Cəzasının əvvəli ## ### 2022-ci il tarixindən başlayır. Cəzasının sonu ##.##.2028-ci ildə bitir. Məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasını xahiş etmişdir. Məhkum ərizəsini onunla əsaslandırmışdır ki, “ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Odur ki, onun çəkilməmiş qalan cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasını xahiş etmişdir”. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Məhkum ərizəsi təmin edilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından məhkum Məhkum apellyasiya şikayəti verərək, məhkəmənin qərarından narazı olduğunu bildirib, cəzasının çox hissəsini çəkməsinin, il məhkumluğunun, ailə vəziyyətinin nəzərə alınıb, ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı məhkum Məhkum və müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, həmin dəlillərə uyğun çıxış etdilər və şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru, R X2 məhkumun apellyasiya şikayəti ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı, apellyasiya şikayətinin isə əsassız olduğunu göstərib, apellyasiya şikayətinin təmin olunmadan, Lənkəran Rayon Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, proses iştirakçılarının çıxışlarını dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi məhkumun müraciəti əsasında cəzadan şərti azad etmə məsələlərinə baxılarkən cəzaçəkmə müəssisəsinin mülahizələrinin nəzərə alınmasını zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Cinayət Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.1 və 170.2-ci maddələrinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Mülahizə ilə birlikdə məhkəməyə məhkumun şəxsi işi də göndərilir. «Cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli * saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirilməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışını, əməyə, təhsilə və törətdiyi cinayətə münasibətini bu məsələnin müsbət həllinin əsası kimi görür və bununla bağlı cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsinin nəzərə alınmasını zəruri hesab edir. Məhkumun apellyasiya şikayətinin dəlillərinin yoxlanılması zamanı cəzaçəkmə müəssisəsinin rəhbərliyinin onun barəsində mənfi yönümlü mülahizə təqdim etdiyi görünür. Belə ki, iş materiallarında olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin maraqlı şəxs1 yazılı mülahizəsindən görünür ki, “Məhkum ## ##### 1999-cu ildə Lənkəran rayonunun Girdəni kəndində doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olunmayan, Lənkəran rayonu Girdəni kəndində qeydiyyatda olub, Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, ev 111-də yaşamış, törətdiyi cinayət üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə AR CM nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum edilmişdir. AR CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Məhkum Məhkum əvvəllər cəzasını Bakı İstintaq Təcridxanasında, Umbakı penitensiar müəssisəsində, 10-saylı cəzaçəkmə müəssisəsində çəkmişdir. maraqlı şəxs1 10-saylı CM-dən ##.##.2025-ci ildə qəbul edilmişdir. Kompleksə gələn gündən onunla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri, cəzanın icrası qaydaları və şərtləri izah edilmişdir. Cəza çəkdiyi müddət ərzində əməyə və təhsilə münasibəti mənfi olub. Cəza çəkdiyi müddət ərzində barəsində 2 (iki) dəfə tənbeh tədbiri tətbiq olunmuşdur. Həvəsləndirməsi yoxdur. Məhkəmənin hökmü ilə ona təyin olunmuş 85 manat 25 qəpik ekspertiza xərci ödənilməyib. Barəsində tərtib olunmuş 2025-ci ilin illik xasiyyətnaməsi üzrə mənfi xarakterizə olunur. Ailə üzvləri ilə telefon və görüş vasitəsi ilə əlaqə saxlayır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müəyyən müddətə azdlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı komissiyanın ## #### 2026-cı il tarixli ** saylı iclas protokoluna əsasən məhkum, Məhkum vaxtından əvvəl şərti azad edilməsi ilə bağlı mənfi rəy verilməsi məqsədə müvafiq hesab olunmuşdur”. Yuxarıda qeyd edilən mülahizədən göründüyü kimi, məhkum Məhkum saxlanıldığı cəzaçəkmə müəssisəsinin rəhbərliyi onun islah olunmaması qənaətinə gələrək cəzadan vaxtından əvvəl azad olunmasını məqsədəmüvafiq hesab etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cəzaçəkmə müəssisəsi rəhbərliyinin məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini məqsədəmüvafiq hesab etməməsi yalnız formal və ümumi mülahizəyə deyil, məhkumun cəzaçəkmə müddəti ərzində davranışını və şəxsiyyətini xarakterizə edən konkret hallara əsaslanmışdır. Belə ki, Penitensiar Kompleksin mülahizəsində göstərilən, məhkumun əməyə və təhsilə münasibətinin mənfi olması, cəzaçəkmə müddəti ərzində onun barəsində hər hansı həvəsləndirmə tədbirinin tətbiq edilməməsi, əksinə barəsində 2 dəfə tənbeh tədbirinin tətbiq olunması, ekspertiza xərcinin ödənilməməsi və 2025-ci il üzrə mənfi xarakterizə olunması barədə məlumatlar məhkumun şəxsi işində olan sənədlərlə öz təsdiqini tapır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinin tələblərinə əsasən Məhkum məhkum olunduğu CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlər ağır cinayət kateqoriyasına aiddir. İş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmündən görünür ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. Deməli, onun məhkum olunduğu əməllər xarakteri, ictimai təhlükəlilik dərəcəsi və hüquqazidd davranışın istiqaməti baxımından təsadüfi və epizodik xarakter daşımamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ağır cinayətkar fəaliyyətin həyata keçirilməsi ilə ifadə olunmuşdur. Bununla yanaşı, məhkumun şəxsi iş materiallarından görünür ki, Məhkum cəza çəkdiyi dövr ərzində barəsində 2 dəfə tənbeh tədbiri tətbiq olunmuşdur. Bu hal məhkumun şəxsiyyətinin və davranışının qiymətləndirilməsi zamanı mühüm əhəmiyyət kəsb edir. Belə ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə məsələsi həll edilərkən məhkumun şəxsiyyətini xarakterizə edən bütün məlumatlar, o cümlədən törətdiyi cinayətlərin xarakteri, hazırkı cəzaçəkmə dövründə yol verdiyi pozuntular və cəzanın onun islah olunmasına nə dərəcədə təsir göstərməsi məcmu halda nəzərə alınmalıdır. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, məhkumun barəsində həvəsləndirmə tədbirinin tətbiq edilməməsi, əməyə və təhsilə münasibətinin mənfi qiymətləndirilməsi, illik xasiyyətnamə üzrə mənfi xarakterizə olunması və onun vaxtından əvvəl azad edilməsinin cəzaçəkmə müəssisəsi tərəfindən məqsədəmüvafiq hesab edilməməsi məhkumun davranışında və şəxsiyyətində islah olunmasını təsdiq edən davamlı müsbət dəyişikliklərin formalaşmadığını göstərir. Bu baxımdan, Məhkum cəzanın qanunla müəyyən edilmiş hissəsini faktiki olaraq çəkmiş olması onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə avtomatik əsas yaratmır. Cinayət Məcəlləsinin 76.1-ci maddəsinin mənasına görə, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiqi üçün məhkəmə məhkumun islah olunması məqsədinə nail olmaq baxımından cəzanın tam çəkilməsinə artıq lüzum olmadığı qənaətinə gəlməlidir. Yəni, cəzanın müəyyən edilmiş hissəsinin çəkilməsi bu institutun tətbiqinin yalnız formal və zəruri şərtlərindən biri olmaqla, həmin şərtin mövcudluğu məhkəmənin məhkumun hökmən vaxtından əvvəl azad edilməsi barədə nəticəyə gəlməsi üçün kifayət etmir. Hazırkı halda isə iş materiallarında məhkumun cəzanın qalan hissəsini çəkmədən islah olunması məqsədinə artıq nail olunduğunu və onun islah olunması üçün təyin edilmiş cəzanı tam çəkməsinə lüzum qalmadığını təsdiq edən kifayət qədər inandırıcı məlumatlar müəyyən edilmir. Əksinə, cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsi şəxsi iş materiallarında olan məlumatlarla təsdiq olunur və həmin məlumatlar məhkumun şəxsiyyəti, törətdiyi cinayətlərin xarakteri və cəzaçəkmə dövründəki davranışı ilə birlikdə qiymətləndirildikdə, onun islah olunması prosesinin başa çatdığı qənaətinə gəlməyə imkan vermir. Beləliklə, məhkum Məhkum cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkmiş olması onun vaxtından əvvəl azad edilməsi məsələsinin müsbət həlli üçün kifayət etmir. Məhkumun əməyə və təhsilə münasibətinin mənfi olması, həvəsləndirilməməsi, cəzaçəkmə müəssisəsində ona tənbeh tədbirinin tətbiq edilməsi, mənfi xarakterizə olunması, cəzaçəkmə müəssisəsi tərəfindən onun vaxtından əvvəl azad edilməsinin məqsədəmüvafiq hesab olunmaması, bu mülahizədə göstərilən halların şəxsi iş materialları ilə təsdiqlənməsi məcmu halda onun islah olunması üçün təyin edilmiş cəzanı tam çəkməsinə artıq lüzum olmadığı qənaətinə gəlməyə əsas vermir. Məhkəmə kollegiyası qeyd olunanlara məcmu halında qiymət verərək, hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilən xüsusatları nəzərə alıb, məhkumun cəzadan vaxtından əvvəl şərti azad edilməsi barədə ərizəsini rədd etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual baxımdan qanuni və əsaslı qərar qəbul etmişdir. Məhkəmənin qanuni və əsaslı olan qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum apellyasiya şikayəti təmin olunmamalı, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 407, 410, 412 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar