Məhkəmə qərarları › İş №7(3-9)-61/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-61/2026

04.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 7(3-9)-61/2026 04.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru X1, məhkum Məhkum, müdafiəçisi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin olunmamasına dair Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Pənahov Anar Elman oğlunun sədrliyi) ilə ## ####### 1988-ci ildə Yardımlı rayonunun Mirimli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 azyaşlı övladı olan, fərdi əməklə məşğul olmuş, Yardımlı rayonu Mirimli kəndində qeydiyyatda olmaqla, Cəlilabad rayonu Söyüdlü kəndində yaşamış, Cəlilabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə AR CM-nin 152.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum edilmiş, Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə ##.##.2025-ci il tarixli Amnistiya qərarına əsasən cəzası 6 ay azaldılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin maraqlı şəxs2 cəza çəkən Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsi təmin olunmamışdır. İŞİN HALLARI İş materiallarından görünür ki, Məhkum Cəlilabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli ## ##### 2025-ci il tarixdən hesablanmağa başlanmışdır. Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə ##.##.2025-ci il tarixli Amnistiya qərarına əsasən Məhkum cəzası 6 ay azaldılmışdır. Məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, çəkilməmiş qalan cəzasını çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Məhkum ərizəsi təmin edilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan məhkum Məhkum müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və Məhkum Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin maraqlı şəxs2 məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkum Cəlilabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə AR CM-nin 152.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum edilmiş, Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə ##.##.2025-ci il tarixli Amnistiya qərarına əsasən cəzası 6 ay azaldılmışdır. Həmin tarixdən cəzasını Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin maraqlı şəxs2 çəkir və bu müddət ərzində heç bir müəssisədaxili pozuntuya yol vermədən cəzasını çəkməkdə davam edir. Bütün məhkumlarla mehriban və səmimidir. Müəssisəsnin bütün ictimai işlərində isə fəal olaraq iştirak edir. Məhkum barəsində Lənkəran Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 7(5-144)- 244/2026-saylı qərarı ədalətli deyildir. Həm məhkəmənin qərarında, həm də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin maraqlı şəxs2 rəisinin arayışından və xasiyyətnaməsindən görünür ki, məhkumun şəxsi işində kifayət qədər yüngülləşdirici hallar vardır. Belə ki, Məhkum müəssisənin mədəni-kütləvi tədbirlərində, abadlıq və iməclik işlərində fəal iştirak edir. Əməyə olan münasibəti isə çox yüksəkdir. Həm də əlavə olaraq, Məhkum zərərçəkmiş şəxsin yaxın qohumları və ailə üzvləri ilə barışıqı əldə etmişdir. (Ərizə əlavə olunur). Onların məhkuma qarşı heç bir şikayət və tələbi yoxdur. Bütün bunlara baxmayaraq, məhkəmə məhkum Məhkum barəsində olan məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair xahiş ərizəsini komissiyanın müvafiq rəyinə əsaslanmaqla təmin etməmişdir. Qərardan göründüyü kimi məhkəmə tərəfindən təqdimatın təmin edilməməsinin əsası kimi Ədliyyə Nazirliyinin müvafiq komissiyasının mənfi rəyi əsas götürülmüş və həlledici rol oynamışdır. Müvafiq rəy məhkəmənin qərar qəbul etməsi üçün məcburi xarakter daşımır. Rəyin nəzərə alınıb-alınmaması biləvasitə hakimin öz daxili inamına və məhkəmənin araşdırmasına bağlıdır. Lakin yuxarıda sadalandığı kimi, hazırda məhkum barəsində hər-hansı bir şikayət və tələb də yoxdur. Himayəsində üç azyaşlı uşağının olması və ailəsinin yeganə qazanc əldə edən şəxs olduğu, zərərçəkmiş şəxsin yaxın qohumları və ailə üzvləri ilə barışıq əldə etməsi kimi halların və xüsusatlrının heç biri məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bir məhkumun müsbət və mənfi cəhətini, onu xarakterizə edən halları, məhkumun cəza çəkdiyi müəssisənin rəhbərindən və tabelyində olan əməkdaşlarından başqa kimsə yaxşı bilə bilməz. Ona görə, məhkəmə məhkumun vəziyyətini və hazırda islah olunduğunu nəzərə almamışdır. Bütün görülən işlər və iş materiallarında olan xüsusatlar nəzərə alınmadan bir rəyə istinad edilməklə qərar qəbul edilmişdir. Məhkum 3 üç azyaşlı körpəsi vardır. Onların saxlanması və ehtiyaclarının təmin edilməsi üçün uşaqların ata qayğısına çox ehtiyacları vardır. Ən azından ata kimi uşaqlarımın yanında olmaq onun hüququdur. Məhkum Məhkum bundan sonrakı həyatında islah olunmuş bir şəxs kimi sakit, stabil, pozitiv istiqamətli olmaqla, cəmiyyətə tezliklə adaptasiya olmaq və normal bir vətəndaş və ata kimi yaşamaq iqtidarındadır. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, həmin dəlillərə uyğun çıxış etdilər və şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru X1 məhkumun apellyasiya şikayəti ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı, apellyasiya şikayətinin isə əsassız olduğunu göstərib, apellyasiya şikayətinin təmin olunmadan, Lənkəran Rayon Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, proses iştirakçılarının çıxışlarını dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2.3-cü maddəsinə əsasən, müsbət xarakterizə edilən ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2.4-cü maddəsinə görə, az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə birini çəkdikdə keçirilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 514.1-ci maddəsinə əsasən, cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssəsinə keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. “Cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəzetmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azadetmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli, **/**** saylı Qərarın 1ci bəndində qeyd olunmuşdur ki, qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməsini, davranışını, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür. Məhkəmələrə izah olunsun ki, bu xarakterli müraciətlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş müddətini çəkməməsinin müəyyən olunması həmin müraciətin rədd olunmasına şərtsiz əsasdır. Cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsi isə özlüyündə müraciətin rədd olunması üçün şərtsiz əsas deyil. Məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Eyni zamanda məhkəmələr yetkinlik yaşına çatmayanlarla bağlı məhkumun cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 90-cı maddəsində fərqli müddətlər müəyyən olunmasını mütləq nəzərə almalıdırlar. Bununla bağlı məhkəmələrə tövsiyyə olunur ki, cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətdiyinə görə məhkum olunmuş, sonradan yaşın çatması ilə bağlı tərbiyə müəssisəsindən cəzaçəkmə müəssisəsinə keçirilmiş şəxsə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəzetmə CM-nin 90-cı maddəsi nəzərə alınmaqla tətbiq edilir. Bundan başqa istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunubolunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin Qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, cinayət və cinayət prosessual qanunvericiliyində törədilmiş cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməməsi, əvvəllər məhkum olunması, təqsirini etiraf etməməsi və sair bu kimi hallar cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməyə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunmağa və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsinə maneə kimi nəzərdə tutulmamışdır. Lakin məhkumun vurulmuş ziyanı ödəməkdən qəsdən boyun qaçırması (məsələn, əmlakı gizlətməsi və s.), törətdiyi cinayətə münasibəti işin digər halları ilə birlikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməyə və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsinə, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə maneə ola bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici yalnız ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin, ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxslərin cəzalarının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunmasına, habelə cinayətlərin xüsusi təhlükəli residivinə görə məhkum olunmuş şəxslərin, ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin, ömürlük azadlıqdan məhrumetmə növündə cəzası müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz olunan şəxslərin və tibbi xarakterli məcburi tədbirlər keçməli olan şəxslərin məntəqə tipli cəzaçəkmə müəssisələrinə keçirilmələrinə qadağa qoymuşdur. Həmin Qərarın 9-cu bəndində qeyd olunmuşdur ki, CPM-nin 513-cü maddəsinə əsasən cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisənin və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur.CPM-nin 514-cü maddəsinə əsasən isə cəzaçəkmə müəssisələrinin növü dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssisəsinə keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Prosessual qanunun qeyd edilən normalarının mənasına görə cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə üçün müraciət yalnız məhkumun ərizəsi, əgər məhkum yetkinlik yaşına çatmamışdırsa, həm də yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının vəsatəti hesab olunur. Cəzaçəkmə müəssisəsinin növü dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssisəsinə keçirilməsi üzrə müraciət isə həm məhkumun ərizəsi, həm də cəzaçəkmə müəssisəsinin təqdimatı hesab olunur.Əgər məhkum yetkinlik yaşına çatmayan şəxsdirsə bir növ tərbiyə müəssisəsindən başqa növ tərbiyə müəssisəsinə və ya tərbiyə müəssisəsindən cəzaçəkmə müəssisəsinə keçirilməsi üzrə müraciət məhkumun qanuni nümayəndəsinin və ya müdafiəçisinin ərizəsi və ya tərbiyə müəssisəsinin təqdimatı hesab olunur.Qeyd edilən prosessual qanunda nəzərdə tutulmuş birinci instansiya məhkəməsi dedikdə CPM-nin 74.1 və 74.9-cu maddələrində göstərilən məhkumun faktiki olaraq cəza çəkdiyi müəssisənin yerləşdiyi ərazi üzrə rayon (şəhər) məhkəməsi nəzərdə tutulur. Cəzaçəkmə müəssisələrinə isə CİM-in 66-cı maddəsində sadalanan müəssisələr aiddir.Əgər məhkəməyə müraciət daxil olduqdan sonra məhkum bir cəzaçəkmə müəssisəsindən digərinə keçirilərsə, məhkəmə müraciəti və onunla bağlı bütün sənədləri CPM-nin 75-ci maddəsinə əsasən aiddiyyatı üzrə məhkumun faktiki olaraq hazırda cəza çəkdiyi yerin birinci instansiya məhkəməsinə göndərməlidir. Həmin Qərarın 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələrə tövsiyyə olunur ki, məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və ya cəzasının qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair qəbul etdiyi qərarın surətini məhkuma göndərməklə yanaşı, ona CM-nin 76.6-cı və CİM-in 70.4.1ci maddələrinin izahını da göndərsinlər. Göründüyü kimi, qanunvericiliyin müddəalarına görə, məhkumun cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsi, müsbət xarakterizə edilməsi, cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti və cəzaçəkmə müəssisəsinin mülahizəsi əsas amil kimi irəli sürülür. Azərbaycan Respublikasının mövcud qanunvericiliyi bu məsələnin müsbət həlli ilə bağlı cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsinin nəzərə alınmasını zəruri hesab edir. Qanunvericinin tələblərindən belə nəticəyə gəlmək olur ki, məhkumun islah olunmasını, törətmiş olduğu əməldən peşman olmasını müəyyən etmək üçün yuxarıda qeyd edilən amillərin araşdırılması və həmin hallara məhkəmə tərəfindən qiymət verilməsi vacibdir. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı qeyd edilən Qərarının 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, bu sahədə olan qanun normalarının mənasına görə məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətdən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır. Məhkumun apellyasiya şikayətinin dəlillərinin yoxlanılması zamanı cəzaçəkmə müəssisəsinin rəhbərliyinin onun barəsində mənfi yönümlü mülahizə təqdim etdiyi görünür. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin maraqlı şəxs2 yazılı mülahizəsindən görünür ki, “məhkum Məhkum maraqlı şəxs2 ##.##.2025-ci ildə qəbul edilmişdir. Kompleksə gələn gündən onunla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri, cəzanın icrası qaydaları və şərtləri izah edilmişdir. Xasiyyətcə mülayim, sakit olsa da gözlənilməz hərəkətlər etməyə meyillidir. Əməyə münasibəti müsbət, təhsilə münasibəti mənfidir. Cəza çəkdiyi müddət ərzində barəsində həvəsləndirmə və tənbeh tədbiri tətbiq edilməmişdir. Ailə üzvləri ilə telefon və görüş vasitəsi ilə əlaqə saxlayır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin müəyyən müddətə azdlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı komissiyanın ## #### 2026-cı il tarixli ** saylı iclas protokoluna əsasən məhkum Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı mənfi rəy verilməsi məqsədəmüvafiq hesab olunmuşdur”. Yuxarıda qeyd edilən mülahizədən göründüyü kimi, məhkum Məhkum saxlanıldığı cəzaçəkmə müəssisəsinin rəhbərliyi onun cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini məqsədəmüvafiq hesab etməmişdir. Belə ki, iş materiallarından görünür ki, məhkum cəza çəkdiyi müddətdə tənbeh tədbirinə məruz qalmasa da, onun barəsində həvəsləndirmə tədbiri də tətbiq edilməmiş, eyni zamanda, təhsilə münasibətinin mənfi olduğu, xasiyyətcə sakit və mülayim olmaqla yanaşı, gözlənilməz hərəkətlər etməyə meyilli olduğu müəssisə rəhbərliyinin mülahizəsində öz əksini tapmışdır. Kollegiya onu da qeyd edir ki, məhkum Məhkum tam islah olunması, onun şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmaması və onun islah yoluna yönəlməyə çalışması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bununla yanaşı, məhkumun əməyə münasibətinin müsbət olması nəzərə alınsa da, bu hallar onun davranışında davamlı müsbət istiqamətin formalaşdığını və cəzanın daha yüngül rejimli müəssisədə çəkilməsinə hazır olduğunu deməyə əsas vermir. Əksinə, cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən məhkumun davranışına dair bilavasitə cəzaçəkmə müddətində müşahidə olunan xüsusiyyətlərin qeyd edilməsi və məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinin məqsədəmüvafiq hesab edilməməsi onun islah olunması barədə apellyasiya şikayətində irəli sürülən mülahizələrin iş materialları ilə təsdiq edilmədiyini göstərir. Məhkumun cəza çəkdiyi müddətdə hər hansı tənbeh almaması müsbət hal kimi qiymətləndirilə bilsə də, bu hal özlüyündə onun islah olunmasının başa çatması və daha yüngül rejimli cəzaçəkmə şəraitində saxlanılmasının mümkün olması barədə nəticəyə gəlmək üçün kifayət etmir. Cəzaçəkmə müəssisəsində müəyyən edilmiş qaydalara riayət edilməsi məhkum üçün gözlənilən davranış olmaqla, bu hal avtomatik olaraq onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini şərtləndirən əsas kimi qəbul edilə bilməz. Bundan başqa, apellyasiya şikayətinə əlavə edilmiş ərizədən zərərçəkmiş şəxs X2 Məhkumlə barışdığı, ona qarşı hazırda və gələcəkdə hər hansı şikayət və tələbinin olmadığı barədə mövqeyini bildirdiyi görünür. Kollegiya həmin halı da nəzərə alaraq, qeyd edir ki, zərərçəkmiş şəxslə barışığın əldə edilməsi məhkumun cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün müstəqil və həlledici əsas hesab edilə bilməz. Belə ki, barışıq ilk növbədə törədilmiş cinayət nəticəsində yaranmış münasibətlər baxımından əhəmiyyət daşıyır və məhkumun cəza çəkməkdə davam etdiyi müddətdə davranışının, şəxsiyyətinin, islah olunma dərəcəsinin və cəmiyyət üçün təhlükəlilik səviyyəsinin ayrıca qiymətləndirilməsini aradan qaldırmır. Bu səbəbdən zərərçəkmiş şəxsin məhkuma qarşı şikayət və tələbinin olmaması müsbət hal kimi qəbul edilsə də, həmin hal digər hallardan üstün tutulmaqla məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini zəruri edən əsas kimi qiymətləndirilə bilməz. Bundan başqa, kollegiya törədilmiş cinayətin xarakterini və məhkumun cinayət əməlini törətdiyi şəxsin yaşını da xüsusi olaraq nəzərə almağı zəruri hesab edir. Belə ki, Məhkum 14 yaşına çatmamış şəxsə qarşı seksual xarakterli hərəkətlər etməklə az ağır cinayət törətmiş və məhz həmin əmələ görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayətin obyektinin yetkinlik yaşına çatmayan şəxsin cinsi toxunulmazlığı və normal inkişafı ilə bağlı olması onun ictimai təhlükəliliyinin qiymətləndirilməsi baxımından əhəmiyyətli haldır. Bu baxımdan, məhkumun cəzasının çəkilməmiş hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi nəticəsində onun daha az məhdudlaşdırıcı şəraitdə saxlanılması, cəmiyyət üzvləri ilə daha geniş və sərbəst təmas imkanlarının yaranması məsələsinə yalnız onun cəzaçəkmə müəssisəsində müəyyən edilmiş davranış qaydalarına əməl etməsi ilə deyil, həm də törətdiyi cinayətin xarakteri, məhkumun şəxsiyyəti və onun islah olunmasının faktiki olaraq hansı mərhələdə olması baxımından kompleks yanaşılmalıdır. Başqa sözlə, cəzanın məqsədlərindən biri də məhkumun islah olunması və gələcəkdə yeni cinayətlərin törədilməsinin qarşısının alınması olduğundan, məhkumun daha yüngül rejimli müəssisəyə keçirilməsi məsələsi formal olaraq pozuntuya yol verib-verməməsi ilə məhdudlaşdırılmamalı, onun şəxsiyyətinin və davranışının kompleks qiymətləndirilməsi əsasında həll edilməlidir. Kollegiya hesab edir ki, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmə institutunun tətbiqi üçün məhkumun sadəcə cəzaçəkmə müddətində intizam pozuntusuna yol verməməsi deyil, onun daha yüngül şəraitdə cəza çəkməsinin məqsədəuyğunluğunu təsdiq edən kifayət qədər əsasların mövcudluğu tələb olunur. Hazırkı iş üzrə isə belə qənaəti şərtləndirən hallar kifayət qədər müəyyən edilməmiş, əksinə, cəzaçəkmə müəssisəsinin rəhbərliyinin yazılı mülahizəsində məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinin məqsədəmüvafiq hesab edilmədiyi və bu barədə komissiyanın mənfi rəy verdiyi göstərilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan xüsusatları nəzərə alıb, məhkumun çəkilməmiş qalan cəzasını çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsini rədd etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual baxımdan qanuni və əsaslı qərar qəbul etmişdir. Məhkəmənin qanuni və əsaslı olan qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti təmin olunmamalı, Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398, 407, 410, 412 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar