Məhkəmə qərarları › İş №7(3-9)-63/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-63/2026

28.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar İş № 7(3-9)-63/2026 28.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Ağabəyov Nicat Rauf oğlu (sədrlik edən), Hacıyev Pərviz Vaqif oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Ismayılov Mirkamil Mirşamil oğlunun katibliyi, prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru X8, məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2024cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tətbiq edilməklə uşağının 14 yaşı tamam olanadək təxirə salınmasına dair ərizəsinin təmin edilməməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-*/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tədbiq edilməklə cəzasının çəkilməmiş hissəsinin icrasının təxirə salınması haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-*/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarına əsasən (X2 (sədrlik edən), X3 və X1 ibarət tərkibdə) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti * saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsinin uşağının on dörd yaşı tamam olanadək təxirə salınması barədə ərizəsi təmin edilməmişdir. Məhkəmə qərarından narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsinin uşağının on dörd yaşı tamam olanadək təxirə salınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Məhkum Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun övladları ##.##.2021-ci il təvəllüdlü X4 və ##.##.2008-ci il təvəllüdlü X5 hal-hazırda onun anası ilə yaşayırlar. Lənkəran Ağır Cinayətlər Məhkəməsinə Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin tədbiq edilməsi ilə bağlı müraciəti təmin edilməmişdir. Azyaşlı qızının ona ehtiyacı olmasını nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru X8 şikayətin təmin olunmamasını, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-*/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Müdafiəçi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edib şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkum Məhkum apellyasiya şikayətinin dəlillərini müdafiə edib şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır». Apellyasiya şikayəti müəllifinin başlıca dəlili övladları ##.##.2021-ci il təvəllüdlü X4 və ##.##.2008-ci il təvəllüdlü X5 hal-hazırda onun anası ilə yaşaması, balaca qızının ona ehtiyacı olması və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin tədbiq edilməsi ilə bağlı ərizəsinin təmin edilməməsinin əsassız olması göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşagıda qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsas yoxdur. Belə ki, iş materiallarında olan məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı cəzaçəkmə müəssisəsi tərəfindən məhkum Məhkum barəsində verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32,206.2, 234.4.1, 234.4.3, 66.3-cü maddələri ilə 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli ##.##.2023-cü il, sonu ##.##.2032-ci il. Məhkum Məhkum yoldaşları ilə səmimidir, tələb olunan qaydalara riayət etməyə çalışır, əmək və təhsilə münasibəti müsbətdir, törətdiyi əmələ münasibətdə peşimançılıq hissləri keçirir. Onun barəsində həvəsləndirmə və tənbeh tədbirləri tədbiq edilməmişdir. Iş materiallarında olan məhkəmənin müraciəti əsasında Lənkəran Şəhər Icra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının nümayəndələri məhkum Məhkum anası X6 Məhkum uşaqları ## ###### 2008-ci il təvəllüdlü X5 və ## #### 2021-ci il təvəllüdlü X4 ilə birlikdə yaşadığı, ünvan 1 ünvanda olmaqla yerində müayinə aparılmış, Məlakə Məmmədova və uşaqlarla söhbət aparılmaqla bu barədə ##.##.2026-cı il tarixli akt tərtib edilmişdir. Həmin müayinə aktında və Lənkərəan Şəhər Icra Hakimiyyətinin ## #### 2026-cı il tarixli məktubunda göstərilmişdir ki, Məlakə Məmmədovanın nəvələri ilə yaşadığı ünvanda müayinə aparılarkən həyat şəraitinin normal olması, Məlakə Məmmədovanın nəvələri Atxan Məmmədov və Şölə Məmmədovanın saxlanılmalarında, onların təlim-tərbiyələrində çətinlik çəkməməsi müəyyən olunmuşdur. Odur ki, uşaqlarının hazırda anaları Məhkum himayəsinə verilməsinə həyati zərurət müəyyən edilməmişdir. Bundan başqa, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmündən görünur ki, Məhkum digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə narkotik vasitələrin qaçaqmalçılığında, külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsində, saxlanılmasında və daşınmasında təqsirli bilinmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsi *(*-*)-*/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarını onunla əsaslandırmişdir ki, Məhkum törətmiş olduğu cinayət əməllərinin xarakterini və ağırlıq dərəcəsini, onun təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yarıdan az hissəsini çəkməsini, eyni zamanda Lənkəran Şəhər Icra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının rəyini nəzərə almaqla hesab edir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tədbiq edilməklə cəzasının çəkilməmiş hissəsinin uşağının on dörd yaşı tamam olanadək təxirə salınması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür və qanuni, əsaslı qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzaların icrası qanunvericiliyinə müvafiq olaraq həmin Məcəllənin məqsədi məhkumları islah etmək, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq, vəzifəsi isə cəzaların icrası və çəkilməsi qaydalarını və şərtlərini tənzimləməkdən, məhkumların islah edilmə vasitələrini müəyyən etməkdən, məhkumların hüquq və azadlıqlarını, qanuni mənafelərini qorumaqdan ibarətdir. Məhkumların islah edilməsi - onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Məhkumların islah edilməsinin əsas vasitələrindən biri cəzanın icrasının və çəkilməsinin müəyyən edilmiş qaydası - rejimdir. Məhkumlara islah edilmə vasitələri cəzanın növü, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilir (CIM-in 2 və 8-ci maddələri). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Qeyd edilən maddi hüquq normasının məzmunundan görünür ki, on dörd yaşına qədər uşağı olan qadınlar tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini məhkəmə təxirə sala bilər. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, cəzanın çəkilməsinin təxirə salınması məhkəmənin vəzifəsi deyil, səlahiyyətidir. Cəzanın təxirə salınması üçün də hüquqi əsaslar olmalıdır. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2026-cı il tarixli qərarına nəzər salmaq məqsədə müvafiq olar. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinin həmin Məcəllənin 41.2-ci maddəsi və Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 173-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2026-cı il tarixli qərarında göstərilir ki, Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı ifadə etdiyi hüquqi mövqeyinə görə hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslərin cəzasının çəkilməsinin təxirə salınmasında dövlətin məqsədi azyaşlı uşaqların qayğısına qalmaq, ailəni qoruyub saxlamaq və azyaşlı uşaqları zəruri valideyn qayğısı və tərbiyəsi ilə təmin etməkdir. Cəzanın çəkilməsinin təxirə salınması məsələsini həll edərkən məhkəmə bir sıra halları nəzərə almalıdır. Bu hallar sırasına məhkumun şəxsiyyəti, cəzanın çəkilməsi müddətində davranışı, əməyə münasibəti, uşağa zəruri şəraiti təmin etmək imkanı, cinayət əməli törədilənədək uşağın tərbiyəsinə olan münasibəti və s. aiddir. Bütün bu hallar təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq imkanını təsdiq etməlidir. Bu hallar olmadıqda isə təxirə salma üçün zəruri olan əsaslar olsa belə, məhkəmə cəzanın çəkilməsini təxirə salmaya bilər. Belə ki, cəzanın çəkilməsinin təxirə salınması məhkəmənin vəzifəsi deyil, səlahiyyətidir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun cəzanın təxirə salınma ilə bağlı ifadə etdiyi hüquqi mövqeyi əsas götürməklə iş materialları üzrə araşdırma aparmış və cəzanın çəkilməsinin təxirə salınması üçün həmin halları, yəni məhkumun şəxsiyyəti, cəzanın çəkilməsi müddətində davranışı, əməyə münasibəti, uşağa zəruri şəraiti təmin etmək imkanı, cinayət əməli törədilənədək uşağın tərbiyəsinə olan münasibəti və sairi Lənkəran Şəhər Icra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının rəyi əsasında nəzərdən keçirərək müəyyən etmişdir ki, həmin hallar təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq imkanını təsdiq etmir. Bununla bağlı apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin məhkumun törətmiş olduğu cinayət əməllərinin xarakterini və ağırlıq dərəcəsini, onun təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yarıdan az hissəsini çəkməsini, eyni zamanda Lənkəran Şəhər Icra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının rəyini nəzərə almaqla Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tədbiq edilməklə cəzasının çəkilməmiş hissəsinin uşağının on dörd yaşı tamam olanadək təxirə salınması üçün əsasların olmaması qənaətinə gəlməsi ilə razılaşır. Beləliklə, yuxarıda qeyd edilənlərin məcmusunda apellyasiya məhkəməsi belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin cəzanın təxirə salınması barədə ərizəni rədd etməsi qanuni və əsaslıdır. Məhkəmə kollegiyası iş üzrə təhlil edilmiş halların məhkumun azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin uşağının 14 yaşı tamam olanadək təxirə salınmasına dair ərizəsinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaətini əsaslı və Cinayət-Prosessual Məcəlləsinin müvafiq tələblərinə cavab verən qanuni nəticə kimi qiymətləndirir və bu səbəblərdən apellyasiya şikayəti ilə mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsas müəyyən etmir. Qeyd olunanlar baxılan işdə məhkəmə qərarının apellyasiya qaydasında ləğvini tələb edən Cinayət-Prosessual Məcəlləsinin 403-cü maddəsində və bu məsələ ilə bağlı həmin Məcəllənin 399.1.4-cü maddəsində təsbit edilmiş halların, yəni apellyasiya şikayətinin təmin edilməsi üçün əsasların mövcud olmadığını göstərir. Beləliklə məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-*/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1-ci və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R V E R D İ: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2024cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tətbiq edilməklə uşağının 14 yaşı tamam olanadək təxirə salınmasına dair ərizəsinin təmin edilməməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-*/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar