Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 7(3-9)-69/2026 10.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Ağabəyov Nicat Rauf oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru X1, məhkum Məhkum, müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin olunmamasına dair Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı (hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi) ilə ##.##.1963-cü ildə Ağdaş rayonu, Qəribli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdaş rayonu, Qəribli kəndində qeydiyyatda olmaqla yaşamış, Ağdaş Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** saylı hökmü ilə AR CM-nin 234.2 və 69.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə cəzası 06 ay azaldılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsi təmin olunmamışdır. İŞİN HALLARI İş materiallarından görünür ki, Ağdaş Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, CM-nin 69.3 cü maddəsinə əsasən onun ## ######## 2024-cü il tarixdən ## ######## 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin ona təyin edilən cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməsi və barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbirinin seçilməsi, məhkəmə zalından həbs edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ## ##### 2025-ci il tarixdən hesablanması, ərazi narkoloji kabinetdə qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Bundan başqa, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə məhkum Məhkum barəsində “Konstitusiya və Suverenlik ili” münasibəti ilə amninistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilməklə Ağdaş Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilə ona qəti olaraq təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddəti 06 ay azaldılmışdır. Məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini xahiş etmişdir. Məhkum ərizəsini onunla əsaslandırmışdır ki, “ona məhkəmə tərəfindən təyin olunmuş cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Cəza çəkdiyi müddətdə daxili intizam qaydalarına əməl etmiş, verilən tapşırıqları vaxtında yerinə yetirmiş, mədəni-kütləvi və tərbiyəvi tədbirlərdə iştirak etmişdir. Qanunvericiliyə əsasən ona məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmə tətbiq edilə bilər. Ona görə də, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı ərizəsinin təmin olunmasını xahiş edir”. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Məhkum ərizəsi təmin edilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan qərarından məhkum Məhkum apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müəssisədə cəza çəkdiyi müddət ərzində özünü nümunəvi məhkum kimi tanıtmış, müəssisənin daxili intizam qaydalarına tam riayət etmişdir. Məhkum yoldaşları ilə daim xoş ünsiyətdə və mehriban münasibətdə olmuşdur. Cəza çəkdiyi müddət ərzində əməli haqqında xeyli düşünmüş və səmimi peşman olmuşdur. Həbsxanada cəza çəkməsi həyat şəraitini çətinləşdirmiş və yaşamını acınacaqlı şəkildə fəlakətə sürükləmişdir. Səhətinin günü-gündən pisləşməsi və həbsdə olması onunla yanaşı ailə üzvlərinin həyatına mənfi təsir edir. Xəstə həyat yoldaşı, rəhmətə gedən iki övladı və himayəsində qalan iki azyaşlı nəvəsi var. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya baxışı zamanı məhkum Məhkum və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, həmin dəlillərə uyğun çıxış etdilər və şikayətin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkum əlavə olaraq bildirdi ki, iki oğlu cavan yaşlarında dünyasını dəyişib. Bir oğlu ailəli olub, iki nəvəsi var. Nəvələrinin anası ailə qurub, uşqlara baxmır. Nəvələrinə xəstə həyat yoldaşı baxır. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin böyük prokuroru X2 məhkumun apellyasiya şikayəti ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı, apellyasiya şikayətinin isə əsassız olduğunu göstərib, apellyasiya şikayətinin təmin olunmadan, Salyan Rayon Məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, proses iştirakçılarının çıxışlarını dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmadığından, apellyasiya şikayəti təmin edilməli, məhkəmənin qərarı ləğv edilməli və məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməlidir. Belə ki, iş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, CM-nin 69.3 cü maddəsinə əsasən onun ## ######## 2024-cü il tarixdən ## ######## 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı iki gün müddətin ona təyin edilən cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməsi və barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbirinin seçilməsi, məhkəmə zalından həbs edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ## ##### 2025-ci il tarixdən hesablanması, ərazi narkoloji kabinetdə qeydiyyata alınması barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Bundan başqa, Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə məhkum Məhkum barəsində “Konstitusiya və Suverenlik ili” münasibəti ilə amninistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilməklə Ağdaş Rayon Məhkəməsinin *(***)-*/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilə ona qəti olaraq təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının müddəti 06 ay azaldılmışdır. Məhkumun şəxsi işindən görünür ki, onun cəzasının əvvəli ## ##### 2025-ci il tarixdə başlayır, sonu ## ####### 2027-ci il tarixdə bitir. İş materiallarında olan Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsinin yazılı mülahizəsindən görünür ki, “məhkum Məhkum * saylı Cəzaçəkmə Müəssisəsinə ##.##.2025-ci il tarixdə Şəki PM-dən qəbul edilmişdir. Məhkəmə tərəfindən ona təyin olunmuş cəzanın üçdə bir hissəsindən çoxunu çəkmişdir. O, satış məqsədi ilə təmiz çəkisi 38,79 qram narkotik vasitə olan marixuananı 16 ədəd kibrit qutularında yaşadığı evdə saxlamışdır. Müsbət xarakterizə olunur. Məhkumun şəxsiyyətinin fərdi xüsusiyyətləri, xarakteri və törətdiyi cinayətin ağırlıq dərəcəsi nəzərə alınaraq müəssisədə olduğu müddətdə ona hüquq və vəzifələrini aydın dərk etməsi, cəzanın çəkilməsi qaydalarının mahiyyətini və məzmununu düzgün başa düşməsi məqsədi ilə maarifləndirmə işi aparılmış, pedaqoji və psixoloji təsiretmə üsul və vasitələrdən istifadə edilmişdir. Zərərli vərdiş və adətlərin aradan qaldırılması, yenidən tərbiyə olunması, məhkumun həyat tərzinin dəyişdirilməsi və tövsiyələrin yerinə yetirilməsi prosesinə ailə üzvlərinin cəlb edilməsi uğurun əldə edilməsi üçün zəmin yaratmışdır. Ailə üzvləri və yaxınları ilə görüş zamanı yüksək əxlaqi keyfiyyətlər nümayiş etdirmiş, hörmət və ehtiramla davranmış, onlar vasitəsilə cəmiyyətlə əlaqələrinin möhkəmləndirilməsinə səy göstərmişdir. Dəstədə təşkil olunan tərbiyəvi tədbirlərdə, iclaslarda fəal iştirak edir. Azad, sərbəst həyat haqqında baxışları müsbətdir. Yol verdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini düzgün qiymətləndirir. Törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə yerinə düşməsinə, ailəsinə və yaxınlarına maddi və mənəvi köməklik göstərə bilməməsinə, onları böyük çətinlik və əziyyətə saldığına görə əməlindən peşimançılıq keçirdiyini bildirir. Müəssisə üzrə barəsində ##.##.2026-cı il tarixdə “Təşəkkür” verilməklə həvəsləndirmə tədbiri tətbiq edilmişdir. 2025-ci ilin yekunu ilə əlaqədar tərtib edilmiş illik xasiyyətnaməyə əsasən müsbət xarakterizə olunur. İş üzrə ekspertiza tədqiqatı ilə bağlı 34.55 manat borcu var. Məhkum Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələsinə Ədliyyə Nazirliyinin Komissiyasının iclasında baxılmış və ** saylı iclas protokoluna əsasən onun islah yoluna qədəm qoyduğu, müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsini və s. halları nəzərə alaraq müsbət rəy verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Qeyd edilənləri, məhkumun islah olunmasını və islah olunma işində mühüm əhəmiyyət kəsb edən amilləri nəzərə alaraq, məhkum Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini məqsədəuyğun hesab edir”. Mübahisə olunan məhkəmə qərarından görünür ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkum Məhkum davranışı və şəxsiyyətini xarakterizə edən məlumatlar onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini şərtləndirən əsasların formalaşdığını təsdiq etmir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılşamağı mümkün hesab etmir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2.4-cü maddəsinə görə, az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə birini çəkdikdə keçirilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 514.1-ci maddəsinə əsasən, cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssəsinə keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. “Cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəzetmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azadetmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli, **/**** saylı Qərarın 1ci bəndində qeyd olunmuşdur ki, qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməsini, davranışını, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür. Məhkəmələrə izah olunsun ki, bu xarakterli müraciətlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş müddətini çəkməməsinin müəyyən olunması həmin müraciətin rədd olunmasına şərtsiz əsasdır. Cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsi isə özlüyündə müraciətin rədd olunması üçün şərtsiz əsas deyil. Məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Eyni zamanda məhkəmələr yetkinlik yaşına çatmayanlarla bağlı məhkumun cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 90-cı maddəsində fərqli müddətlər müəyyən olunmasını mütləq nəzərə almalıdırlar. Bununla bağlı məhkəmələrə tövsiyyə olunur ki, cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətdiyinə görə məhkum olunmuş, sonradan yaşın çatması ilə bağlı tərbiyə müəssisəsindən cəzaçəkmə müəssisəsinə keçirilmiş şəxsə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəzetmə CM-nin 90-cı maddəsi nəzərə alınmaqla tətbiq edilir. Bundan başqa istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunubolunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin Qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, cinayət və cinayət prosessual qanunvericiliyində törədilmiş cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməməsi, əvvəllər məhkum olunması, təqsirini etiraf etməməsi və sair bu kimi hallar cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməyə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunmağa və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsinə maneə kimi nəzərdə tutulmamışdır. Lakin məhkumun vurulmuş ziyanı ödəməkdən qəsdən boyun qaçırması (məsələn, əmlakı gizlətməsi və s.), törətdiyi cinayətə münasibəti işin digər halları ilə birlikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməyə və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsinə, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə maneə ola bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici yalnız ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin, ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxslərin cəzalarının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunmasına, habelə cinayətlərin xüsusi təhlükəli residivinə görə məhkum olunmuş şəxslərin, ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin, ömürlük azadlıqdan məhrumetmə növündə cəzası müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz olunan şəxslərin və tibbi xarakterli məcburi tədbirlər keçməli olan şəxslərin məntəqə tipli cəzaçəkmə müəssisələrinə keçirilmələrinə qadağa qoymuşdur. Həmin Qərarın 9-cu bəndində qeyd olunmuşdur ki, CPM-nin 513-cü maddəsinə əsasən cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisənin və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur.CPM-nin 514-cü maddəsinə əsasən isə cəzaçəkmə müəssisələrinin növü dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssisəsinə keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Prosessual qanunun qeyd edilən normalarının mənasına görə cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə üçün müraciət yalnız məhkumun ərizəsi, əgər məhkum yetkinlik yaşına çatmamışdırsa, həm də yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının vəsatəti hesab olunur. Cəzaçəkmə müəssisəsinin növü dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssisəsinə keçirilməsi üzrə müraciət isə həm məhkumun ərizəsi, həm də cəzaçəkmə müəssisəsinin təqdimatı hesab olunur.Əgər məhkum yetkinlik yaşına çatmayan şəxsdirsə bir növ tərbiyə müəssisəsindən başqa növ tərbiyə müəssisəsinə və ya tərbiyə müəssisəsindən cəzaçəkmə müəssisəsinə keçirilməsi üzrə müraciət məhkumun qanuni nümayəndəsinin və ya müdafiəçisinin ərizəsi və ya tərbiyə müəssisəsinin təqdimatı hesab olunur.Qeyd edilən prosessual qanunda nəzərdə tutulmuş birinci instansiya məhkəməsi dedikdə CPM-nin 74.1 və 74.9-cu maddələrində göstərilən məhkumun faktiki olaraq cəza çəkdiyi müəssisənin yerləşdiyi ərazi üzrə rayon (şəhər) məhkəməsi nəzərdə tutulur. Cəzaçəkmə müəssisələrinə isə CİM-in 66-cı maddəsində sadalanan müəssisələr aiddir.Əgər məhkəməyə müraciət daxil olduqdan sonra məhkum bir cəzaçəkmə müəssisəsindən digərinə keçirilərsə, məhkəmə müraciəti və onunla bağlı bütün sənədləri CPM-nin 75-ci maddəsinə əsasən aiddiyyatı üzrə məhkumun faktiki olaraq hazırda cəza çəkdiyi yerin birinci instansiya məhkəməsinə göndərməlidir. Həmin Qərarın 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələrə tövsiyyə olunur ki, məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və ya cəzasının qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair qəbul etdiyi qərarın surətini məhkuma göndərməklə yanaşı, ona CM-nin 76.6-cı və CİM-in 70.4.1ci maddələrinin izahını da göndərsinlər. Göründüyü kimi, qanunvericiliyin müddəalarına görə, məhkumun cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsi, müsbət xarakterizə edilməsi, davranışı, əməyə münasibəti və cəzaçəkmə müəssisəsinin mülahizəsi əsas amil kimi irəli sürülür. Qanunvericinin tələblərindən belə nəticəyə gəlmək olur ki, məhkumun islah olunmasını, törətmiş olduğu əməldən peşman olmasını müəyyən etmək üçün yuxarıda qeyd edilən amillərin araşdırılması və həmin hallara məhkəmə tərəfindən qiymət verilməsi vacibdir. Bununla bağlı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarının 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, bu sahədə olan qanun normalarının mənasına görə məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətdən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır. Cəzaçəkmə müəssisəsi tərəfindən məhkum Məhkum barəsində verilmiş mülahizə araşdırılan zaman məhkəmə kollegiyası müəyyən etmişdir ki, mülahizə məhkumun şəxsi işi ilə uyğunluq təşkil edir. Həmin mülahizə kifayət qədər əsaslandırılmış, ümumi ifadələrdən istifadə edilməmişdir. Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda adı çəkilən Plenum qərarında da hüquqi mövqeyi ondan ibarətdir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Məhkum Məhkum şəxsi işindən görünür ki, məhkum ona təyin edilmiş cəza müddətinin üçdə bir hissəsindən çoxunu həqiqətən çəkmişdir. Məhkumun cəzaçəkmə müəssisəsində cəzasını çəkdiyi müddətdə davranışı və əməyə olan münasibətinə gəldikdə isə məhkəmə kollegiyası onu qeyd edir ki, məhkumun barəsində verilmiş mülahizədən və şəxsin işindən göründüyü kimi, məhkum müsbət xarakterizə olunur, ailə üzvləri və yaxınları ilə görüş zamanı yüksək əxlaqi keyfiyyətlər nümayiş etdirir, hörmət və ehtiramla davranır, onlar vasitəsilə cəmiyyətlə əlaqələrinin möhkəmləndirilməsinə səy göstərir. Müəssisədə keçirilən kütləvi tədbirlərdə fəal iştirak edir. Azad, sərbəst həyat haqqında baxışları müsbətdir. Yol verdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini düzgün qiymətləndirir. Məhkum yoldaşları və müəssisənin işçi heyəti ilə nəzakətlə davranır, yol verdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini düzgün qiymətləndirir, törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə yerinə düşməsinə, ailəsinə və yaxınlarına maddi və mənəvi köməklik göstərə bilməməsinə, onları böyük çətinlik və əziyyətə saldığına görə əməlindən peşmançılıq keçirir. Bundan başqa, məhkum Məhkum cəza çəkdiyi müddət ərzində daxili intizam qaydalarını pozmamış, barəsində heç bir tənbeh tədbiri tətbiq olunmamış, nümunəvi davranışına görə müəssisə üzrə ##.##.2026-ci ildə ona “Təşəkkür” elan edilməklə həvəsləndirmə tədbiri tətbiq edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkum barəsində tətbiq edilən həvəsləndirmə tədbirinin məhkumun ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtda deyil, cəzasını çəkdiyi başqa vaxtda verilməsi özü-özlüyündə onu sübut edir ki, onun barəsində verilmiş mülahizə formal xarakter daşımır. Hazırda isə kollegiya qeyd etməyi zəruri hesab edir ki, məhkum tərəfindən verilmiş ərizədə onun daha yüngül cəzaçəkmə şəraitinə keçirilməsi xahiş edilmişdir. Burada əsas şərt isə onun müsbət xarakteristikası və islah edilməsi, düzəlməyə doğru irəliləyişin olmasıdır. Cəzaçəkmə müəssisəsinin komissiyası məhkumun davranışını, rejim tələblərinə münasibətini, əməkdə və ya təlimdə iştirakını, intizam cəzalarının olub-olmamasını təhlil edərək müsbət mülahizə təqdim etmişdir. Birinci instansiya məhkəməsi bu mülahizəni formal mülahizə kimi qiymətləndirərək rədd etsə də, məhkəmə kollegiyası hesab edir ki, məhkumun davranışı obyektiv göstəricilərlə (intizam pozuntusu yoxdur, müsbət səciyyə alıb) təsdiqlənir. Məhkəmə kollegiyası, həmçinin məhkumun ailə vəziyyətini və sosial münasibətlərini də nəzərə almağı zəruri hesab edir. Belə ki, məhkəməyə təqdim olunan ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, Məhkum iki övladı – X3 və X5 dünyasını dəyişmişdir. Göründüyü kimi, məhkumun iki cavan övladının vəfat etməsi barədə izahatı da iş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamələrin surətləri ilə təsdiq olunur. Həmçinin məhkum Məhkum izahatından müəyyən edilir ki, vəfat etmiş övladlarından biri ailəli olmuş, onun ölümündən sonra iki azyaşlı övladı, yəni məhkumun nəvələri qalmışdır. Həmin övladların atalarının vəfatından sonra analarının onlara lazımi qayğı və himayəni faktiki olaraq həyata keçirməməsi səbəbindən azyaşlı nəvələr hazırda məhkumun himayəsindədirlər. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hallar məhkumun ailə vəziyyətinin və şəxsiyyətinin fərdi qaydada qiymətləndirilməsi baxımından əhəmiyyətli olmaqla, onun cəzanın qalan hissəsini hansı şəraitdə çəkməsinin müəyyən edilməsi zamanı nəzərdən kənarda saxlanıla bilməz. Belə ki, məhkumun iki övladını itirməsi və hazırda azyaşlı iki nəvəsinin faktiki olaraq onun himayəsində olması onun ailə qarşısında sosial və mənəvi məsuliyyətini əhəmiyyətli dərəcədə artıran hallardır. Bu hal məhkumun yalnız şəxsi mənafeləri ilə bağlı olmayıb, onun ailə üzvləri, xüsusilə də himayəyə və qayğıya ehtiyacı olan azyaşlı nəvələri ilə mövcud münasibətlərini və ailə daxilində daşıdığı məsuliyyəti də əhatə edir. Kollegiya hesab edir ki, məhkumun ailə vəziyyətinin bu xüsusiyyətləri onun cəzaçəkmə müddətində davranışının qiymətləndirilməsindən təcrid olunmuş şəkildə deyil, həmin davranışla birlikdə və məcmu halında nəzərdən keçirilməlidir. Xüsusilə nəzərə alınmalıdır ki, məhkum cəzaçəkmə müəssisəsində olduğu müddətdə törətdiyi əməlin nəticələrinə və azadlıqdan məhrum edilməsinin ailəsinə vurduğu çətinliklərə münasibətini ifadə etmiş, ailəsinə və yaxınlarına maddi və mənəvi köməklik göstərə bilməməsindən təəssüf hissi keçirdiyini bildirmişdir. Bu baxımdan onun ailə üzvləri ilə əlaqələrinin qorunmasına və cəmiyyətlə sosial münasibətlərinin möhkəmləndirilməsinə səy göstərməsi müəssisə tərəfindən də müsbət xarakterizə olunan davranış göstəriciləri sırasında qeyd edilmişdir. Kollegiya qeyd edir ki, məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələsi həll edilərkən yalnız onun törətdiyi cinayətin xarakteri və cəzanın müddəti deyil, həmçinin cəza çəkdiyi müddətdə davranışı, əməyə münasibəti, intizam qaydalarına riayət etməsi, islah olunma səviyyəsi, ailə və sosial vəziyyəti də kompleks şəkildə qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi mexanizmi məhkumun müsbət davranışının və islah olunmasının hüquqi nəticəsi olmaqla yanaşı, cəzaların icrasının fərdiləşdirilməsi və məhkumun islah olunmasının stimullaşdırılması məqsədlərinə də xidmət edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 7-ci maddəsinə əsasən cəzaların icrası qanunvericiliyi qanunçuluq, humanizm, məhkumların və digər şəxslərin qanun qarşısında bərabərliyi, cəzaların icrasının fərdiləşdirilməsi, məcburetmə tədbirlərindən və məhkumların islah edilmə vasitələrindən məqsədəuyğun istifadə edilməsi, onlarda qanuna itaətin həvəsləndirilməsi və cəzanın islahedici təsirinin artırılması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə məhkumların islah edilməsi onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə məhkumlara islah edilmə vasitələri cəzanın növü, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilir. Kollegiyanın qənaətincə, iş materiallarında məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə mane olan, Cəzaların İcrası Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuş hər hansı halın mövcudluğu müəyyən edilmir. Əksinə, məhkumun cəza çəkdiyi müddətdə müsbət xarakterizə olunması, intizam məsuliyyətinə cəlb edilməməsi, mükafatlandırılması, cəzaçəkmə müəssisəsinin daxili intizam qaydalarına riayət etməsi və digər müsbət göstəriciləri onun cəzasının çəkilməmiş qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi üçün kifayət qədər əsasların formalaşdığını göstərir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmə cəzanın aradan qaldırılması və ya məhkumun məsuliyyətdən azad edilməsi anlamına gəlmir. Bu, cəzanın icrası zamanı məhkumun davranışından və əməyə münasibətindən irəli gələn qanunla nəzərdə tutulmuş rejim dəyişikliyidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun ərizəsinə baxarkən iş üzrə müəyyən edilmiş bütün halları, xüsusilə onun cəzaçəkmə müəssisəsindəki davranışını, intizam məsuliyyətinə cəlb olunmamasını, mükafatlandırılmasını, habelə ailə vəziyyətini – iki övladının vəfat etməsini və iki azyaşlı nəvəsinin faktiki olaraq onun himayəsində olmasını lazımi qaydada qiymətləndirməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və cəzanın icrasının fərdiləşdirilməsi prinsipinə uyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan halların məcmusunu qiymətləndirərək belə nəticəyə gəlir ki, məhkumun ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədəuyğundur və bu, onun cəza çəkdiyi müddətdə formalaşmış müsbət davranışının hüquqi baxımdan qiymətləndirilməsinə uyğun gəlir. Azərbaycan Respublikası CPM-nin 399.1.2-ci maddəsinin tələbinə görə, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uygun olmaması apellyasiya şikayəti və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları və məhkumun apellyasiya şikayətinin təmin edilməməsinə səbəb ola biləcək halların işdə mövcud olmamasını nəzərə alaraq hesab edir ki, məhkumun apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsi təmin edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 398.1.2, 399.1.2 və 410-cu maddələri rəhbər tutularaq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum oğlunun apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ləğv edilsin. Məhkum Məhkum ərizəsi təmin olunsun. Məhkum Məhkum ona Ağdaş Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-*/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə təyin edilmiş və “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarına əsasən 06 (altı) ay azaldılmış azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilsin. Qərarın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitesiar Müəssisəsinə göndərilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov
Məhkəmə qərarları › İş №7(3-9)-69/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-9)-69/2026
10.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver