Məhkəmə qərarları › İş №e-16(3-1)-9/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №e-16(3-1)-9/2026

10.07.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № e-16(3-1)-9/2026 10.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Mülki kollegiya Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi tələbi (Açar sözlər: Müvəqqəti təminat tədbiri, uşaqla ünsiyyət hüququ, uşağın üstün mənafeyi, ailə mübahisəsi, südəmər körpə, minimal hədd anlayışı, atanın iştirakı olmadan (təklikdə) görüş, bayram və istirahət günlərinin birləşdirilməsi, uşağın təhvil-təslim qaydası) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (məruzəçi hakim), Quliyev Vüqar Kərim oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi tələbinə dair iş üzrə çıxarılmış Kəngərli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-**)-*/**** nömrəli qərardadından ərizəçinin vəkilinümayəndəsi Vəkil/Nümayəndə tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət.

1. Ərizəçi vəkili-nümayəndəsi Vəkil/Nümayəndə ## ### 2026-cı ildə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə Kəngərli Rayon Məhkəməsinə müraciət edərək, mübahisənin həllinədək iddiaçı Ərizəçi övladı ## ###### 2025-ci il təvəllüdlü X2 ilə hər həftə şənbə günü saat 1000-dan bazar günü saat 2000-dək (gecəni ana ilə qalmaqla), hər il Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən rəsmi dövlət və dini bayram günləri, bayram günü bir gündürsə, həmin gündən öncəki gün, bayram günü bir neçə gündürsə, bayramın ikinci günü saat 1000-dan ertəsi gün 2000-dək görüşməsinə cavabdeh Cavabdeh qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 01-03).

b) Müraciətin əsaslandırılması.

2. Vəkili-nümayəndə Vəkil/Nümayəndə ərizəni əsaslandıraraq qeyd etmişdi ki, iddiaçı Ərizəçi ilə cavabdeh Cavabdeh ## #### 2026-cı il tarixindən etibarən faktiki olaraq birlikdə yaşamırlar və həmin tarixdən etibarən cavabdeh tərəfindən iddiaçının ## ###### 2025-ci il təvəllüdlü övladı X2 ilə ünsiyyəti məqsədli şəkildə kəsilmişdir. Cəmi 5 aylıq körpənin ana südünə və hərtərəfli qayğıya ən çox ehtiyacı olduğu bir dövrdə anasından ayrı salınması, ana şəfqətindən kənar tutulması uşağın müstəsna hüquqlarının kobud şəkildə pozulmasıdır və eyni zamanda iddiaçıya ciddi mənəvi iztirablar yaşatmaqla onun valideynlik hüquqlarını həyata keçirməsinə mane olur.

3. Hazırda iddiaçı tərəfindən nikahın pozulması, uşağın atadan alınıb anaya verilməsi və aliment tələbi ilə bağlı Kəngərli Rayon Məhkəməsində qaldırılmış iddia üzrə ## #### 2026-cı il tarixinə hazırlıq iclası təyin edildiyini nəzərə alaraq, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.1, 157.2 və 157.3-cü maddələrinə əsasən müvəqqəti təminat tədbirinin tətbiq edilməsi zərurəti yaranmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarının 7.1-ci bəndinə müvafiq olaraq, gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə, Mülki-Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddələrinin tələbləri baxımından cavabdehə ünsiyyətə maneçilik törətmək qadağan edilməlidir. Buna əsasən, körpənin sağlam inkişafını təmin etmək və ana-bala bağını qorumaq üçün hər həftənin şənbə günü saat 1000-dan bazar günü saat 2000-dək (gecəni ana ilə qalmaqla), habelə rəsmi dövlət və dini bayram günlərində məhkəmə tərəfindən müvəqqəti görüş qaydasının müəyyən edilməsi xahiş olunmuşdur.

c) Tələb üzrə qəbul edilən məhkəmə aktı.

5. Kəngərli Rayon Məhkəməsinin (sədrlik edək hakim Ilham Ibrahimov) ## ### 2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, məhkəmənin icraatında olan *(*-**)-**/**** nömrəli “nikahın pozulması, uşağın atadan alınıb anaya verilməsi və aliment” tələbinə dair mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək Ərizəçi övladı ## ###### 2025-ci il təvəllüdlü X2 ilə ayda bir dəfə həftənin ikinci bazar günü saat 14:00-dan 15:00-dək ünsiyyətdə olması üçün uşağın atasının iştirakı ilə görüş vaxtı müəyyən edilməsi və cavabdeh Cavabdeh görüşə maneçilik yaradılmasının qadağan edilməsi qərara alınmışdır (iş vərəqə 16-19). ç) Məhkəmə aktından verilən şikayət və buraxılmış prosessual müddətin bərpası.

6. Kəngərli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-**)-*/**** nömrəli qərardadı ilə razılaşmayan ərizəçinin vəkili-nümayəndəsi Vəkil/Nümayəndə ## ### 2026-cı il tarixdə şikayətlə məhkəməyə müraciət edərək, sözügedən qərardadın təmin olunmamış hissəsinə mübaibətdə ləğv olunmasını, ərizənin tam təmin olunmasını xahiş etmişdir (iş vərəqə 28-31).

7. Kəngərli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə şikayətə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmədiyindən onun geri qaytarılması qərara alınmışdır (iş vərəqə 41-42).

8. Vəkili-nümayəndə Vəkil/Nümayəndə nöqsanları aradan qaldıraraq ## #### 2026-cı il tarixdə yenidən şikayət vermiş və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir (iş vərəqə 48-52).

9. Kəngərli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-*/**** nömrəli qərardadı ilə Kəngərli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-**)-*/**** nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış müddətin iş üzrə ərizəçi Ərizəçi və onun vəkili-nümayəndəsi Vəkil/Nümayəndə münasibətdə bərpa edilməsi qərara alınmışdır (iş vərəqə 67-69). d) Şikayətin əsaslandırılması və dəlilləri.

10. Ərizəçinin vəkili-nümayəndəsi Vəkil/Nümayəndə şikayətini əsaslandıraraq qeyd etmişdi ki, Kəngərli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-**)-*/**** nömrəli qərardadı həm maddi, həm də prosessual hüquq normaları kobud şəkildə pozulmaqla, iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar tam aydınlaşdırılmadan qəbul edilmişdir və bu səbəbdən qərardad ləğv edilməlidir.

11. Belə ki, məhkəmə tərəfindən körpənin yaşı və qidalanma ehtiyacları düzgün qiymətləndirilməmişdir. Məhkəmə tərəfindən uşaqla ünsiyyətin ayda cəmi 1 dəfə, 1 saatlıq (həftənin ikinci bazar günü 14:00-dan 15:00-dək) müəyyən edilməsi ## ###### 2025-ci il təvəllüdlü 5 aylıq südəmər körpənin mənafeyinə tamamilə ziddir. Bir saatlıq müddət ərzində ananın həm süd verməsi, həm körpəyə zəruri qulluq göstərməsi, həm də onunla vaxt keçirməsi fiziki baxımdan mümkünsüzdür. Bu hal, dövlətin uşaqların sağlam inkişafı və ana südü ilə qidalanmasını təmin etmək öhdəliyinə, yəni BMT-nin Uşaq Hüquqları Konvensiyasının 3-cü, Konstitusiyanın 17-ci və 34-cü, Uşaq Hüquqları haqqında Qanunun 16-cı, eləcə də Ailə Məcəlləsinin 49 və 50-ci maddələrinin tələblərinə zidd olmaqla, uşağın və ananın hüquqlarını birmənalı şəkildə pozur.

12. Bundan başqa görüşdə atanın iştirakı üçün heç bir hüquqi və faktiki əsas mövcud deyil. Birinci instansiya məhkəməsi görüşün atanın iştirakı ilə keçirilməsini qərara alarkən, görüşün ana ilə təklikdə baş tutmasının mümkünsüzlüyünə dəlalət edən hər hansı bir sübut təqdim etməmişdir. Tərəflərin ## #### 2026-cı il tarixindən ayrı yaşadıqları və nikahın pozulması ərəfəsində olduqları halda, atanın görüşdə iştirakı zərurət deyil, əksinə, gərginliyin və neqativ halların yaranmasına zəmin yaradan amildir.

13. Həmçinin məhkəmənin nəticələri ziddiyyətlidir və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı təhrif olunmuşdur. Məhkəmə öz qərardadında "uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların mövcud olmadığını" vurğulasa da, tamamilə ziddiyyətli yanaşma sərgiləyərək ananın ünsiyyət hüququnu əsassız məhdudlaşdırmışdır. Məhkəmənin istinad etdiyi həmin Plenumun Qərarının əsas məqsədi qətnamənin icrasını mümkünsüz edəcək qədər soyumanın və ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq olduğu halda, hakim "minimal hədd" anlayışından sui-istifadə edərək dolayısı ilə ünsiyyətə maneçiliyi qanuniləşdirmişdir.

14. Tətbiq edilən müvəqqəti təminat tədbirinin əsas məqsədi ərizəçinin hüquqlarının bərpası və qorunması olmalıdır. Ancaq müəyyən olunmuş görüş qrafiki hələ 3 aylığında olarkən ana ünsiyyətindən məhrum edilmiş uşağın hüquqlarının bərpasına deyil, mövcud qırılmış bağların daha da uzaqlaşmasına xidmət edir və tətbiq edilən tədbir prosessual normanın məqsədini doğrultmur.

15. Şikayəti verən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və 34-cü maddələrinə, BMT-nin "Uşaq Hüquqları Konvensiyası"nın 3cü maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49-cu və 50-ci maddələrinə, "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157-ci maddəsinə istinad etmişdir.

e) Şikayətə baxılması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə.

16. Kəngərli Rayon Məhkəməsi ## #### 2026-cı il tarixli, **(*-**)-*/**** nömrəli qərardadı ilə şikayət əsaslı sayılmayaraq, onun işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilməsi qərara alınmışdır (iş vərəqə 73-76).

17. Şikayət işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına ## #### 2026-cı ildə daxil olmuşdur.

II. Şikayətə qarşı etirazın dəlilləri.

18. Şikayətə qarşı etiraz daxil olmamışdır. III. Apellyasiya instansiya məhkəməsində işə baxılmasının hədləri.

19. Kollegiya işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, şikayətə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmışdı.

20. Həmin prosessual normada qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Yazılı icraat dedikdə isə həmin Məcəllənin 10.8-1-ci maddəsinə görə işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması başa düşülür.

21. Həmçinin şikayəti iş materialları ilə birlikdə və qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Kollegiya verilmiş şikayəti yuxarıda qeyd edilən normanın tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, ərizəçinin vəkili-nümayəndəsi Vəkil/Nümayəndə müraciəti birinci instansiya məhkəməsi qərardadının yalnız ərizənin təmin olunmamış hissəsinə münasibətdə ləğv edilməsinə yönəldiyindən, şikayətin obyekti tam həcmdə deyil, məhz həmin mübahisələndirilən hissənin hüdudlarında yoxlanılmalıdır. IV. Tətbiq edilən hüquqi aktlar. a) Azərbaycan Respublikası Konstitusiyasının:

23. - 17-ci maddəsinin İ və VI bəndlərinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir;

24. - 34-cü maddəsinin III-IV hissələri ilə müəyyən edilir ki, nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. b) "Uşaq hüquqları haqqında" Konvensiyanın:

25. - 3-cü maddəsinin birinci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən;

26. - 7-ci maddəsinin birinci bəndinə görə uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq əldə etmək hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideynlərini tanımaq və onlardan qayğı görmək hüququna malikdir;

27. - 8-ci maddəsinin birinci bəndində qeyd edilir ki, iştirakçı dövlətlər qeyri-qanuni müdaxiləyə yol vermədən, qanunda nəzərdə tutulduğu kimi, uşağın öz fərdiliyini, o cümlədən vətəndaşlığını, adını və ailə əlaqələrini saxlamaq hüququna hörmət bəsləməyi öhdələrinə götürürlər;

28. - 9-cu maddəsinin üçüncü bəndinə əsasən iştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı düşmüş uşağın hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəsləyirlər, amma bu münasibətlərin və əlaqələrin uşağın ən yaxşı mənafeyinə zidd olduğu hallar istisna təşkil edir.

c) Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

29. - 1.3-cü maddəsinə görə ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir;

30. - 3.0 və 3.0.4-cü maddələrinin mahiyyətinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi Ailə Məcəlləsinin vəzifələrindən biridir;

31. - 60.1 - 60.2-ci maddələrində qeyd edilir ki, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar;

32. - 61.1-ci maddəsinə görə uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir;

33. - 61.2-ci maddəsindən görünür ki, uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır.

ç) Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

34. - 105-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının bayramları aşağıdakılardır:

35. - Yeni il bayramı (yanvarın 1 və 2-si); Qadınlar günü (martın 8-i); Faşizm üzərində qələbə günü (mayın 9-u); Müstəqillik Günü (mayın 28-i); Azərbaycan xalqının milli qurtuluş günü (iyunun 15-i); Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü (iyunun 26-sı); X3 (sentyabrın 20-si); Müstəqilliyin Bərpası Günü (oktyabrın 18-i); Zəfər Günü (noyabrın 8-i); Azərbaycan Respublikasının Dövlət bayrağı günü (noyabrın 9-u); Konstitusiya günü (noyabrın 12-si); Milli Dirçəliş günü (noyabrın 17-si); Dünya azərbaycanlılarının həmrəyliyi günü (dekabrın 31-i); Novruz bayramı - beş gün; Qurban bayramı - iki gün; Ramazan bayramı - iki gün.

36. - 105-ci maddəsinin 2-ci hissəsinə əsasən Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Müstəqillik Günü, Azərbaycan xalqının milli qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Zəfər Günü, Azərbaycan Respublikasının Dövlət bayrağı günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı günləri iş günü hesab edilmir.

d) “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun:

37. - 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir;

38. - 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır;

39. - 11-ci maddəsinə əsasən hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır;

40. - 18-ci maddəsində isə qeyd olunur ki, valideynlərin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ var;

41. - 19-cu maddəsinin tələbinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

e) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

42. -157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər;

43. -157.2-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir;

44. -157.3-157.4-cü maddələrindən aydın olur ki, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Iddia ərizəsi verilənədək və ya arbitraj icraatının başlanılmasına qədər müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verildikdə məhkəmə 1 aydan çox olmayan müddətə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Qərardadda müvəqqəti təminat tədbirinin qüvvədən düşəcəyi tarix qeyd edilməlidir. Bu müddət ərzində iddia ərizəsi verilərsə və ya arbitraj icraatı başlanarsa, müvəqqəti təminat tədbirlərinin tətbiqi məsələsinə müvafiq vəsatət əsasında yenidən baxılır və qərardad qəbul edilir;

45. -157.5-ci maddəsinin mahiyyətinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır.

ə) “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2011-ci il tarixli, * nömrəli qərarının:

46. - 2.2-ci bəndində qeyd edilir ki, məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, məktəbəqədər və ya ümumi təhsil rejimini, hansı valideynə daha çox bağlılığını, ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynlə uşağın yaşayış yerləri arasındakı məsafənin uzaqlığını, nəqliyyat vasitələri ilə uşağın aparılması və gətirilməsi müddətlərini onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almalıdır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi göstərilə bilər;

47. - 2.3-cü bəndinə əsasən uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyata keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir;

48. -2.4-cü bəndinə görə məhkəmələr uşaqların öz valideynləri ilə ünsiyyətdə olma qaydasını müəyyən edərkən daha dolğun ünsiyyətin təmin edilməsi məqsədilə həftəlik görüş günləri ilə yanaşı, qeyri-iş günləri hesab edilən bayramlarda, uşaqların tətil günlərində, habelə ünsiyyət tələb edən valideynin və uşağın doğum günlərində, eləcə də ailəyə aid digər əlamətdar günlərdə ünsiyyət qaydasının müəyyən edilməsinə dair iddia tələblərinin təmin olunmasının mümkünlüyünü də nəzərə almalıdırlar;

49. - 2.5-ci bəndində qeyd edilir ki, ünsiyyət qaydasının müəyyən edilməsi zamanı işin əhəmiyyətli halları (ünsiyyət tələb edən valideynin yaşayış yerinin şəraiti və uşağın yaşayış yerindən uzaqlığı, uşağın yaşı, sağlamlığı, təhsil rejimi və digər diqqətəlayiq hallar) nəzərə alınmaqla, gecə qalmaqla ünsiyyətin qaydasının müəyyən edilməsinə dair iddia tələblərinin təmin edilməsi imkanı da istisna edilmir;

50. - 2.6-cı bəndi ilə müəyyən edilir ki, məhkəmələr uşaqların öz valideynləri ilə ünsiyyət forması kimi şəxsi görüşdən əlavə, mümkün olduğu hallarda digər ünsiyyət formalarının (yazışma, telefon danışıqları, video-əlaqə və texnologiyaların imkan verdiyi digər vasitələr) tətbiqini də nəzərdən keçirməlidirlər;

51. - 3.1-ci bəndinə əsasən məhkəmələr uşaqlardan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğunu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyini nəzərə almalıdırlar. Məhkəmələr iddianın predmetinə qiymət verərkən ünsiyyət hüququnun müəyyən edilməsini tələb edən valideynlə uşağın ünsiyyətdə olmasının sonuncunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğu baxımından araşdırmalı, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olubolmadığını müəyyən etməklə iddianı təmin və ya rədd etməlidirlər. Iddiaçının qeyd edilən iddia tələbi ilə birgə verilən ünsiyyət qaydası və (və ya) üsuluna dair müraciətinə münasibətdə isə məhkəmələr bu Qərarın 2.2-ci bəndində göstərilənlərə uyğun qiymətləndirmə aparmaqla, təmin etdiyi hüququn icrası qaydası və (və ya) üsulunu Mülki-Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən müəyyən etməlidirlər;

52. -12.1-ci bəndində qeyd edilir ki, Mülki-Prosessual Məcəllənin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Bu baxımdan məhkəmələrə izah edilir ki, ünsiyyətə dair qətnamənin nəticə hissəsində uşağın ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olduğu göstərilməlidir. f) “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “28” mart 2016-cı il tarixli qərarının:

53. -7.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki-Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş müvəqqəti təminat tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq uşaq yanında olan tərəfə digər tərəfin uşağı (uşaqları) ilə məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən uşağı tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıqaydın halların olub-olmamasına qiymət verilməlidir. V. Apellyasiya instansiyası məhkəməsinin şikayəti qiymətləndirməsi və onun həllinə dair mövqeyi.

54. Ərizəçinin vəkili-nümayəndəsinin şikayəti Kəngərli Rayon Məhkəməsinin ## ### 2026cı il tarixli, **(*-**)-*/**** nömrəli qərardadının ləğv edilməsinə və müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair tələbin təmin edilməsinə yönəldiyindən kollegiya şikayəti və iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edərək bildirir ki, müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi əsasları, tətbiq edilə biləcək tədbirlərin növləri, bununla bağlı məhkəməyə edilmiş müraciətlərin baxılması qaydaları, həmçinin müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə dair ərizəyə baxılması ilə əlaqədar qəbul edilə biləcək məhkəmə aktları və onlardan şikayət vermə qaydaları Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13-cü fəslində, yəni 157-164-cü maddələrində öz əksini tapıb.

55. Kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbirləri mülki mühakimə icraatının effektivliyini təmin edən, subyektiv hüquqların məhkəmə müdafiəsinin real nəticəsini qoruyan prosessual institutdur. Bu tədbirlər iş mahiyyəti üzrə həll edilənədək tətbiq olunur və gələcəkdə çıxarılacaq qərarın icrasını qabaqcadan sığortalayır. Sözügedən tədbirlər əsasən tərəflərin mülkiyyət və ya hərəkət azadlığını məhdudlaşdırdığı üçün o, yalnız zərurət olduqda tətbiq edilən müstəsna hüquqi vasitədir. Bu tədbir hüququn pozulmasını gözləmək deyil, həmin pozuntunun baş verməsini və ya daha ağır nəticələrə səbəb olmasını əvvəlcədən önləyən bir müdafiə üsuludur.

56. Mülki-Prosessual Məcəllənin 157-ci maddəsində müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinin əsasları-məqsədi müəyyən edilib ki, sözügedən prosessual normanın mahiyyətinə görə müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı hallarda və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.

57. Normanın mahiyyətindən aydın olur ki, müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi üçün aşağıdakı şərtlərin ən azından biri mövcud olmalıdır:

58. -cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkünsüzlüyü;

59. - cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) əhəmiyyətli dərəcədə çətinləşməsi.

60. Prosessual normanın mahiyyəti onu qeyd etməyə imkan verir ki, müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsində əsas iki məqsəd var:

61. - gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrasının təmin edilməsi - azyaşlı uşaqla ayrı yaşayan valideyn arasında ünsiyyət bağlarının qırılmasının, yadlaşmanın və birtərəfli təcridolunma hallarının qarşısını almaqla, gələcəkdə çıxarılacaq yekun qətnaməsinin real və səmərəli icra olunmasını qabaqcadan sığortalamaq;

62. - mövcud vəziyyətin qorunması - mübahisəli hüquq münasibətlərində tərəflərin hərəkətləri nəticəsində vəziyyətin dəyişməsinə yol verməmək.

63. Işin materiallarının mahiyyətindən aydın olur ki, iddiaçı Ərizəçi ilə cavabdeh Cavabdeh qanuni nikahdadırlar və bu nikahdan onların ## ###### 2025-ci il təvəllüdlü X2 adlı bir övladları dünyaya gəlmişdir. Tərəflər arasında yaranmış ailə münaqişəsi səbəbindən onlar ## #### 2026-cı il tarixindən etibarən faktiki olaraq ayrı yaşayırlar və bu tarixdən etibarən azyaşlı uşaq atası Cavabdeh yanında qalmışdır. Mövcud vəziyyətlə əlaqədar olaraq, iddiaçı tərəfindən ## ### 2026-cı il tarixdə nikahın pozulması, uşağın atadan alınıb anaya verilməsi və aliment tələblərinə dair Kəngərli Rayon Məhkəməsində əsas iddia qaldırılmışdır.

64. Əsas iddia üzrə məhkəmə icraatı davam etdiyi müddətdə ərizəçi məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiqi barədə müraciət edərək bildirmişdir ki, cəmi 5 aylıq körpəsinin ana südünə və qayğısına həyati ehtiyacı olduğu bir dövrdə atası tərəfindən onun anası ilə ünsiyyəti məqsədli şəkildə kəsilmişdir. Məhz bu səbəbdən ərizəçi, gələcəkdə qəbul ediləcək qətnamənin icrasının mümkünsüzlüyünün və ünsiyyət bağlarının qırılmasının qarşısını almaq məqsədilə, yekun qərar qəbul edilənədək hər həftənin şənbə günü saat 1000-dan bazar günü saat 2000dək (gecəni ana ilə qalmaqla), eləcə də rəsmi dövlət və dini bayram günlərində övladı ilə maneəsiz görüşməsi üçün cavabdehə müvafiq maneçiliklərin yaradılmasının qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

65. Kollegiya hesab edir ki, baxılan müvəqqəti təminat tədbiri üzrə müraciətə hüquqi qiymət verilərkən diqqət yetirilməli olan ən kritik və həlledici amil məhz X2 yaşı və onun "üstün mənafeyi"nin qorunmasıdır. Apellyasiya şikayətində də əsaslı şəkildə istinad edildiyi kimi, BMTnin Uşaq Hüquqları Konvensiyasının 3-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən uşaqlar barəsində görülən bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 3.0.4 və 60.1-ci maddələri, eləcə də "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi məhkəmələrin qərar qəbul edərkən məhz uşağın bu ali və üstün mənafeyini rəhbər tutmasını imperativ qaydada tələb edir.

66. Xüsusi olaraq kollegiya qeyd edir ki, hazırkı mübahisədə tərəflərin övladının cəmi hazırda 7 (yeddi) aylıq südəmər körpə olması faktı xüsusi həssaslıqla diqqət mərkəzində saxlanılmalıdır. Bu yaş dövründə olan körpənin üstün mənafeyi özündə, ilk növbədə, onun ana südü ilə qidalanmasını, fasiləsiz ana qayğısı və şəfqəti ilə əhatə olunmasını, eləcə də anası ilə sıx bioloji-emosional bağının qorunub saxlanılmasını ehtiva edir. 7 (yeddi) aylıq bir körpənin sağlam inkişafı üçün yuxarıda sadalananlara xüsusilə anaya olan həyati ehtiyacı və asılılığı müəyyən etmək hər hansı bir xüsusi, tibbi və ya psixoloji bilik (ekspertiza) tələb etmir. Bu hallar, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.1-ci maddəsinin mənasına görə sübut edilməsinə ehtiyac olmayan, cəmiyyətdə hamı tərəfindən birmənalı qəbul edilən və adi həyat təcrübəsinə əsaslanan hamıya məlum olan faktlardır.

67. Məhz qeyd edilən həyat təcrübəsinə və qanunvericiliyin tələblərinə, xüsusilə Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və 34-cü maddələrinə, eləcə də Ailə Məcəlləsinin hər bir uşağın öz valideynlərinin qayğısından istifadə etmək hüququnu təsbit edən 49.2-ci maddəsinə əsasən, körpənin ana qayğısından kənarda qalması qəbuledilməzdir. Həmçinin, "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində uşaqların sağlam qidalanması və xüsusilə ana südü ilə qidalanmasının təminatı xüsusi vurğulanmışdır. Bu cür mühüm həyat mərhələsində körpənin anasından uzaq tutulması, ərizədə də düzgün göstərildiyi kimi, həm uşağın müstəsna hüquqlarının, həm də onun sağlam inkişafının kobud şəkildə pozulması deməkdir.

68. Kollegiya vurğulayır ki, hazırkı mərhələdə məhkəmənin vəzifəsi tərəflər arasında uşağın kimin himayəsində qalmasına dair əsas mübahisəni mahiyyəti üzrə həll etmək deyil. Iş materiallarından da göründüyü kimi, iddiaçı tərəfindən uşağın atadan alınıb anaya verilməsi tələbi ilə iddia qaldırılmışdır və bu məsələyə məhkəmə tərəfindən gələcəkdə mahiyyəti üzrə baxılacaqdır. Lakin kollegiya qeyd edir ki, yekun məhkəmə qərarı qəbul edilənədək, 7 (yeddi) aylıq körpənin anasından tamamilə və ya böyük ölçüdə təcrid olunması, əsas iddia tələbinin təmin ediləcəyi təqdirdə (uşaq anaya verilərsə) gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə yadlaşmaya və ünsiyyət bağlarının qırılmasına gətirib çıxara bilər. Müvəqqəti təminat tədbirinin əsas məqsədi məhz bu cür arzuolunmaz və geridönməz halların qarşısını almaqdır.

69. Məhz bu baxımdan, birinci instansiya məhkəməsinin qərardadında uşaqla ananın ünsiyyətinin ayda cəmi 1 (bir) dəfə, özü də 1 (bir) saatlıq və atanın iştirakı ilə müəyyən edilməsi körpənin yuxarıda qeyd olunan üstün mənafeyi ilə tamamilə ziddiyyət təşkil edir. Birinci instansiya məhkəməsi uşağın yaşını, formalaşmamış fiziologiyasını və anaya olan sıx bioloji bağlılığını diqqətdən kənarda qoymuş, 1 saatlıq qısa müddət ərzində ananın körpəni qidalandırması və zəruri qulluq göstərməsinin, ana-bala ünsiyyətinin qurulmasının qeyrimümkünlüyünü nəzərə almamışdır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “28” mart 2016-cı il tarixli qərarının 2.3-cü bəndində birmənalı olaraq vurğulandığı kimi, uşaqla ünsiyyət üçün "simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir". Birinci instansiya məhkəməsi bu qədər qısa müddətin hansı zərurətdən irəli gəldiyini əsaslandırmamışdır.

70. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin tələbləri baxımından, iş materiallarına əlavə edilmiş uşağın doğum haqqında şəhadətnaməsi (körpənin 7 aylıq olmasını təsdiq edən sənəd) və tərəflərin faktiki ayrı yaşamasına, əsas iddianın icraatda olmasına dair məlumatlar müraciətin təmin edilməsi üçün tələb olunan "iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların" mövcudluğunu tam əsaslandırır. Uşağın yaşının azlığı və anaya həyati ehtiyacı tətbiq ediləcək təminat tədbirinin yalnız formal xarakter daşımamasını, real və səmərəli olmasını diktə edir. Ilkin sübutlar deməyə əsas verir ki, ərizəçinin xahiş etdiyi kimi daha geniş müddətli görüşlərin müəyyən edilməməsi Mülki-Prosessual Məcəllənin 157.2ci maddəsindəki məqsədlərə nail olunmasını mümkünsüz edəcəkdir.

71. Kollegiya onu da vurğulamağı zəruri hesab edir ki, tərəflər arasında Kəngərli Rayon Məhkəməsinin icraatında olan nikahın pozulması və uşağın kiminlə qalmasına dair əsas mülki işin mahiyyəti üzrə baxılıb yekunlaşması kifayət qədər uzun bir müddət tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 172.1 və 172.1.3-cü maddələrinə əsasən, digər mübahisələrə dair işlərə ərizə məhkəməyə daxil olduğu vaxtdan 4 ay müddətində baxılması nəzərdə tutulur. Bununla yanaşı, mülki işin xüsusiyyəti nəzərə alınmaqla, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinin tələblərinə görə tərəflərdən birinin nikahın pozulmasına razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün əlavə olaraq 3 ay müddət müəyyən edərək işi təxirə sala bilər. Bütün bunlardan əlavə, "Elektron məhkəmə" informasiya sistemindəki (EMIS) məlumatlardan aydın olur ki, hazırda həmin əsas iş üzrə icraat dayandırılmışdır. Həmçinin, birinci instansiya məhkəməsinin qəbul edəcəyi yekun qətnamədən tərəflərin apellyasiya və sonradan kassasiya instansiyası məhkəmələrinə şikayət vermək hüquqlarını və həmin şikayətlərə baxılma müddətlərini də nəzərə aldıqda, əsas mübahisənin qanuni qüvvəyə minməsi prosesi aylarla, bəzən isə bir ildən çox uzana bilər.

72. Bu cür uzunmüddətli məhkəmə çəkişməsi fonunda uşağın anasından demək olar ki, tam təcrid olunmuş vəziyyətdə ayrı qalması, xüsusən də söhbətin 7 (yeddi) aylıq südəmər körpədən getdiyi nəzərə alındıqda, olduqca ağır və geridönməz zərərli nəticələrə səbəb ola bilər. Əsas qərarın qəbul edilməsini gözləyərkən aylar ərzində ananın körpə ilə ayda cəmi 1 (bir) dəfə və 1 (bir) saat müddətinə görüşməsi uşağın anasını tamamilə unutmasına, ona yadlaşmasına və bioloji-emosional bağın qırılmasına gətirib çıxaracaqdır. Bu hal körpənin psixoloji və fiziki inkişafına mənfi təsir göstərməklə yanaşı, Mülki-Prosessual Məcəllənin 157.2-ci maddəsində qarşısı alınması hədəflənən "hüquqların bərpa edilməsinin əhəmiyyətli dərəcədə çətinləşməsi" halını bilavasitə yaradır.

73. Buna görə də, kollegiya hesab edir ki, məhkəmə proseslərinin davam etdiyi müddət ərzində yarana biləcək zərərli nəticələrin qarşısını almaq və uşağın üstün mənafeyini mühafizə etmək üçün, birinci instansiya məhkəməsinin müəyyən etdiyi qeyri-effektiv və qısamüddətli görüş qrafiki ləğv edilməli, ana ilə uşaq arasında real, mütəmadi və uşağın gündəlik ehtiyaclarına cavab verən daha genişmiqyaslı ünsiyyət qrafiki müəyyən edilməlidir.

74. Kollegiya, ərizəçinin tələb etdiyi ünsiyyət günlərinə münasibətdə qeyd edir ki, X2 hələ olduqca balacadır, məktəbəqədər və ya ümumi təhsil müəssisəsinə (bağçaya və ya məktəbə) getmir. Eyni zamanda, "Elektron məhkəmə" informasiya sistemindəki məlumatlara əsasən ərizəçinin hər hansı bir yerdə işləməsi (məşğulluğu) müəyyən edilmir ki, bu da ananın qeyd

82. vaxtlarda körpə ilə tam şəkildə maraqlana, ona zəruri və fasiləsiz qayğını maneəsiz olunan göstərə biləcəyini təsdiqləyir. Bundan əlavə, qanunvericiliklə müəyyən edilən və bir gündən çox davam edən çoxgünlük bayramların əksəriyyəti ilin bu dövrü üçün artıq geridə qalmışdır və qarşıdakı son 6 ay ərzində əsasən bir gün qeyd edilən bayramlar mövcuddur. Göstərilən bu amillər ananın uşaqla daha geniş və mütəmadi ünsiyyət qrafikinin müəyyən edilməsini qaçılmaz edir.

75. Bununla belə, kollegiya ərizədə tələb olunan ünsiyyət saatlarının (1000-dan 2000-dək) müəyyən qədər məhdudlaşdırılaraq 1000-dan 1800-dək müəyyən edilməsini uşağın yaş fiziologiyasına və üstün maraqlarına daha uyğun hesab edir. Belə ki, cəmi 7 aylıq körpənin yuxu rejiminin sabit saxlanılması onun fiziki və psixoloji sağlamlığı üçün həlledici əhəmiyyət kəsb edir və axşam saat 2000 azyaşlının artıq axşam yuxusuna getməli olduğu vaxta təsadüf edir. Həmçinin, uşağın yenidən ataya təhvil verilməsi məqsədilə aparılması zamanı tərəflərin yaşayış evləri arasında olan məsafə (Naxçıvan şəhəri və Kəngərli rayonu, Təzəkənd kəndi) və yola sərf edilən vaxt da mütləq nəzərə alınmalıdır. Görüşün bitmə saatının 1800 olaraq müəyyənləşdirilməsi uşağın yuxu rejiminin pozulmasının və yollarda əlavə yorğunluq, gərginlik yaşamasının qarşısını alacaqdır.

76. Yuxarıda göstərilən bütün faktiki və hüquqi əsaslara görə, kollegiya iddiaçı Ərizəçi övladı X2 ilə ünsiyyət qaydasını (müvəqqəti təminat tədbiri kimi) aşağıdakı qaydada müəyyən edir:

77. - Hər həftənin şənbə günü saat 1000-dan bazar günü saat 1800-dək (gecəni ana ilə qalmaqla);

78. - Hər il Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən rəsmi dövlət və dini bayram günlərində, bayram günü bir gündürsə, həmin gündən öncəki gün saat 1000-dan bayram günü saat 1800-dək, bayram günü bir neçə gündürsə, bayramın ikinci günü saat 1000dan ertəsi gün saat 1800-dək.

79. Bu qrafik çərçivəsində cavabdeh Cavabdeh uşağın anası ilə görüşməsinə və ünsiyyətdə olmasına maneçilik yaradan hər hansı hərəkətləri etmək qadağan olunmalıdır.

80. Kollegiya həmçinin birinci instansiya məhkəməsinin qərardadında görüşün “atanın iştirakı ilə” keçirilməsi şərtinə də hüquqi qiymət verməni zəruri hesab edir. Tərəflər arasında kəskin ailə münaqişəsinin və nikahın pozulmasına dair məhkəmə çəkişməsinin davam etdiyi bir şəraitdə, ünsiyyətin atanın nəzarəti altında (və ya davamlı iştirakı ilə) həyata keçirilməsi tərəflər arasında qaçılmaz gərginliyə və yeni münaqişələrə zəmin yaradır ki, bu da birbaşa olaraq azyaşlının psixo-emosional vəziyyətinə mənfi təsir göstərə bilər. Bundan əlavə, 7 aylıq körpənin anası ilə təbii bioloji bağının qorunması, onun gigiyenik, qidalanma (südəmər olması nəzərə alınmaqla) və yuxu ehtiyaclarının adekvat şəkildə qarşılanması məhz ananın uşaqla sərbəst, heç bir kənar nəzarət (hətta digər valideyn olsa belə) və müdaxilə olmadan təklikdə vaxt keçirməsini tələb edir. Ana ilə uşaq arasında müstəqil, sağlam emosional bağın formalaşması üçün ünsiyyət süni və gərgin nəzarət şəraitində deyil, sərbəst mühitdə baş tutmalıdır. Bu baxımdan, kollegiya hesab edir ki, görüşün atanın iştirakı olmadan (təklikdə) keçirilməsi uşağın üstün mənafeyinə tam cavab verir.

81. Məhkəmə kollegiyası bildirir ki, “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2011-ci il tarixli Qərarının 12.1-ci bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 223.1ci maddəsinə əsasən, əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə məcbur edən məhkəmə aktlarında kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olması mütləq göstərilməlidir. Bu baxımdan, ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə uşağın harada, nə vaxt və necə təhvil verilməli olduğu qərardadda dəqiq müəyyən edilməlidir. Bunu nəzərə alaraq və ərizəçinin ərizəsindəki tələbi əsas götürərək, kollegiya müəyyən edir ki, yuxarıda göstərilən görüş qrafikinə (günlərinə və saatlarına) uyğun olaraq, ünsiyyətin baş tutması üçün cavabdeh Cavabdeh azyaşlı X2 görüşün başlandığı saatlarda (saat 1000da) Naxçıvan şəhərində iddiaçı Ərizəçi təhvil verməyə borcludur. Müəyyən edilmiş ünsiyyət müddəti başa çatdıqda isə (saat 1800-da), iddiaçı Ərizəçi körpəni yenidən Kəngərli rayonu, Təzəkənd kəndində atası Cavabdeh təhvil verməlidir (qaytarmalıdır).

83. Bu təhvil-təslim hərəkətləri tərəflərin qarşılıqlı razılaşdığı, uşağın sağlamlığı və psixoloji vəziyyəti üçün təhlükəsiz olan şəraitdə, birbaşa olaraq valideynlərin öz iştirakı ilə həyata keçirilməli və bu proses zamanı tərəflər bir-birlərinə qarşı uşağın mənafeyinə zidd olacaq hər hansı münaqişəli hərəkətlərə yol verməməlidirlər.

84. Kollegiya "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “28” mart 2016-cı il tarixli qərarının 7.1-ci bəndində göstərilən "minimal hədd" anlayışına da xüsusi hüquqi aydınlıq gətirməyi zəruri hesab edir.

85. Belə ki, qanunvericilikdə və Plenum Qərarında nəzərdə tutulan "minimal hədd" anlayışı riyazi və ya mexaniki bir ölçü vahidi (məsələn, ayda konkret neçə saat) deyil, uşağın fərdi xüsusiyyətlərindən, yaşından, inkişaf səviyyəsindən və birbaşa bioloji ehtiyaclarından asılı olaraq dəyişən nisbi və dinamik hüquqi kateqoriyadır. Cəmi 7 aylıq, tamamilə ana qayğısına və qidalanmasına möhtac olan körpəyə münasibətdə "minimal hədd", uşağın anasını unutmaması, psixo-emosional bağın qırılmaması və gələcək qətnamənin icrasının mümkünsüzlüyünün qarşısının alınması üçün obyektiv olaraq tələb olunan zəruri və fasiləsiz vaxtı ehtiva edir.

86. Məhz bu baxımdan, məhkəmə tərəfindən müəyyən edilmiş şənbə-bazar və bayram günlərini əhatə edən qrafik genişləndirilmiş bir imtiyaz deyil, bu konkret yaş dövründə olan körpənin anaya yadlaşmaması üçün həyati əhəmiyyət kəsb edən ən aşağı, yəni həqiqi "minimal" və mütənasib həddir. Bundan daha az müddət (məsələn, birinci instansiya məhkəməsinin müəyyən etdiyi 1 saatlıq görüş) hüquqi mənada "minimal" deyil, "Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Ali Məhkəmə Plenumunun ## ####### 2011-ci il tarixli Qərarının 2.3-cü bəndində birmənalı olaraq yolverilməz hesab edilən "simvolik və əlverişsiz" ünsiyyətdir.

87. Kollegiya eyni zamanda tərəflərin diqqətinə çatdırır ki, bu qərardadla müəyyən edilmiş genişləndirilmiş ünsiyyət imkanı (bütün həftəsonları və bayram günləri) daimi xarakter daşımır. Bu ünsiyyət qrafiki məhz müvəqqəti təminat tədbiri kimi tətbiq edilir və yalnız tərəflər arasında icraatda olan nikahın pozulması, uşağın kimin yanında qalması və aliment tələbinə dair mübahisə üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək qüvvədə olacaqdır.

88. Sözügedən əsas məhkəmə aktı qüvvəyə mindikdən və uşağın daimi yaşayış yeri valideynlərdən hansının (ananın və ya atanın) yanında qalmaqla müəyyən edildikdən sonra, hazırkı müvəqqəti ünsiyyət qaydası öz hüquqi qüvvəsini itirəcəkdir. Həmin mərhələdən etibarən, uşaqdan ayrı yaşayan valideynin (istər ananın, istərsə də atanın) tələbi əsasında uşaqla ünsiyyət qaydası həmin dövrün şərtlərinə, valideynlərin bərabər hüquqluluğu prinsipinə və uşağın böyüyərək dəyişən ehtiyaclarına müvafiq olaraq məhkəmə tərəfindən yenidən müəyyən edilə bilər. Kollegiya həmçinin qərardadın icrası mərhələsində tərəflər və ya icra məmuru tərəfindən məhkəmə aktının izah edilməsinə dair əlavə zərurətin yaranmaması üçün şənbə-

89. günləri ilə bayram günlərinin kəsişməsi (ardıcıl gəlməsi) proseduruna aydınlıq bazar gətirməyi zəruri hesab edir.

90. Belə ki, müəyyən edilmiş şənbə-bazar günləri ilə rəsmi dövlət və dini bayram günləri ardıcıl gəldiyi və ya üst-üstə düşdüyü hallarda, azyaşlı körpənin yollarda əlavə yorğunluq yaşamaması, eyni zamanda ananın qanunla müəyyən edilmiş ünsiyyət günlərini itirməməsi məqsədilə, tərəflər arasında əlavə təhvil-təslim icra edilmədən ünsiyyət müddətləri fasiləsiz olaraq birləşdirilməlidir. Təcrübi aydınlıq üçün məhkəmə qeyd edir ki, əgər rəsmi bayram cümə gününə təsadüf edərsə, ana uşağı cümə günü saat 1000-da götürməli və istirahət günlərinin sonu hesab edilən bazar günü saat 1800-da atasına qaytarmalı, əgər bayram bazar və ya bazar ertəsi gününə təsadüf edərsə, ana uşağı həftəsonu qrafikinə uyğun olaraq şənbə günü saat 1000-da götürməli və fasiləsiz ünsiyyət hüququndan istifadə edərək bazar ertəsi saat 1800-da atasına qaytarmalı, əgər bayram şənbə gününə təsadüf edərsə, heç bir əlavə gün tətbiq edilmədən ünsiyyət adi həftəsonu qrafiki əsasında (şənbə saat 1000-dan bazar saat 1800-dək) icra edilməklə azyaşlı atasına təhvil verilməlidir.

91. Kollegiya ərizəçinin vəkili-nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin məhkəmə aktının ləğv olunması əsaslarını tənzimləyən 385-ci maddəsinin tələbləri prizmasından yanaşaraq qeyd edir ki, şikayətdə göstərilən dəlillər əsaslıdır və birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün qanuni zəmin yaradır.

92. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 386-cı maddəsinin mənasına uyğun olaraq maddi hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Belə ki, qərardad qəbul edilərkən uşağın üstün mənafeyini, dövlətin uşaqların sağlam inkişafı və ana südü ilə qidalanmasını təmin etmək öhdəliyini, eləcə də ananın valideynlik hüquqlarını qoruyan imperativ normalar nəzərə alınmamışdır. Məhkəmə tərəfindən Ali Məhkəmə Plenumunun qərarındakı "minimal hədd" anlayışı səhv təfsir edilərək yanlış nəticəyə gəlinmiş və tətbiq edilməli olan qanunvericilik aktları faktiki olaraq kənarda qalmışdır.

93. Həmçinin məhkəmə öz qənaətini rəsmiləşdirərkən görüşün atanın iştirakı ilə və ayda cəmi 1 saat müddətinə keçirilməsinin zəruriliyini qanunla göstərilən heç bir mötəbər sübutla təsdiq etməmiş, ana ilə təklikdə görüşün mümkünsüzlüyünə dəlalət edən hər hansı halı aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsinin qərardadında göstərdiyi dəlillər və nəticələr işin faktiki hallarına, xüsusən də uşağın 7 aylıq südəmər körpə olması faktına tamamilə uyğun gəlməmişdir.

94. Məhz maddi hüquq normalarının düzgün tətbiq edilməməsi və iş üçün əhəmiyyətli olan faktiki halların aydınlaşdırılmaması Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 387.1-ci maddəsində göstərilən prosessual hüquq pozuntusuna gətirib çıxarmışdır. Yəni, həmin Məcəllənin müvəqqəti təminat tədbirlərini tənzimləyən 157-ci maddəsinin tələblərinin nəzərə alınmaması, ərizəçinin hüquqlarının qorunmasına və bərpasına xidmət etməyən düzgün olmayan qərardadın qəbul edilməsinə səbəb olmuşdur.

95. Göstərilənlərə əsasən, kollegiya belə nəticəyə gəlir ki, Kəngərli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-**)-*/**** nömrəli qərardadı ləğv edilməli, ərizəçinin müvəqqəti təminat tədbirinin tətbiqi barədə müraciəti qismən təmin olunmaqla yeni məhkəmə aktı (qərardad) qəbul edilməlidir.

96. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək səlahiyyətləri vardır.

97. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir:

98. - Ərizəçinin vəkili-nümayəndəsi Vəkil/Nümayəndə apellyasiya şikayəti qismən təmin edilməli;

99. - Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi tələbinə dair iş üzrə Kəngərli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-**)-*/**** nömrəli qərardadı tam ləğv edilməli və qərardadla həll edilməli olan məsələ yenidən həll olunmalı;

100. - ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi qismən təmin edilməli;

101. - Kəngərli Rayon Məhkəməsinin icraatında olan *(*-**)-**/**** nömrəli “nikahın pozulması, uşağın atadan alınıb anaya verilməsi və aliment” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, iddiaçı Ərizəçi övladı, ## ###### 2025-ci il təvəllüdlü X2 ilə atanın (Cavabdeh) iştirakı olmadan hər həftənin şənbə günü saat 1000-dan bazar günü saat 1800-dək (gecəni ana ilə qalmaqla), habelə hər il Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən rəsmi dövlət və dini bayram günlərində - bayram günü bir gündürsə, həmin gündən öncəki gün saat 1000-dan bayram günü saat 1800-dək, bayram günü bir neçə gündürsə, bayramın ikinci günü saat 1000-dan ertəsi gün saat 1800-dək ünsiyyət hüququ müəyyən edilməli;

102. - müəyyən edilmiş şənbə-bazar günləri ilə rəsmi dövlət və dini bayram günləri ardıcıl gəldiyi və ya üst-üstə düşdüyü hallarda, tərəflər arasında əlavə təhvil-təslim icra edilmədən ünsiyyət müddətləri fasiləsiz olaraq birləşdirilməli və azyaşlı X2 qeyri-iş (istirahət və ya bayram) gününün saat 1800-da atasına qaytarılmalı (bu qaydanın tətbiqi və icra mexanizmi qərardadın əsaslandırıcı hissəsinin 57-ci bəndindəki izaha müvafiq həyata keçirilməli);

103. - cavabdeh Cavabdeh yuxarıda göstərilən vaxtlarda iddiaçı Ərizəçi övladı X2 ilə görüşməsinə və ünsiyyətdə olmasına maneçilik yaradan hər hansı hərəkətləri etmək qadağan edilməli;

104. - ünsiyyətin baş tutması üçün cavabdeh Cavabdeh azyaşlı X2 müəyyən edilmiş günlərdə saat 1000-da iddiaçı Ərizəçi yaşadığı ünvan 1 ünvanında ona təhvil verməli;

105. - müəyyən edilmiş ünsiyyət müddəti başa çatdıqda (saat 1800-da) iddiaçı Ərizəçi körpəni cavabdeh Cavabdeh Kəngərli rayonu, Təzəkənd kəndindəki yaşayış ünvanında ona təhvil verməli;

106. - ərizə qalan hissədə (ünsiyyət saatının 1800-dan 2000-dək müəyyən edilməsi tələbinə münasibətdə) əsaslı sayılmadığından rədd edilməlidir.

107. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyrimümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.

108. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

109. Kollegiya bildirir ki, qeyd edilən prosessual normaların tələbinə görə hazırkı məhkəmə aktı kassasiya şikayəti verilə bilən qərardadlar siyahısına aid edilmir. VI. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə gəldiyi nəticə.

Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq,

q ə r a r a a l d ı:

Ərizəçinin vəkili-nümayəndəsi Vəkil/Nümayəndə apellyasiya şikayəti qismən təmin edilsin. Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi tələbinə dair iş üzrə Kəngərli Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, **(*-**)-*/**** nömrəli qərardadı tam ləğv edilsin və qərardadla həll edilməli olan məsələ yenidən həll olunsun. Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsi qismən təmin edilsin. Kəngərli Rayon Məhkəməsinin icraatında olan *(*-**)-**/**** nömrəli “nikahın pozulması, uşağın atadan alınıb anaya verilməsi və aliment” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək, iddiaçı Ərizəçi övladı, ## ###### 2025-ci il təvəllüdlü X2 ilə atanın (Cavabdeh) iştirakı olmadan hər həftənin şənbə günü saat 1000-dan bazar günü saat 1800-dək (gecəni ana ilə qalmaqla), habelə hər il Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən rəsmi dövlət və dini bayram günlərində - bayram günü bir gündürsə, həmin gündən öncəki gün saat 1000-dan bayram günü saat 1800-dək, bayram günü bir neçə gündürsə, bayramın ikinci günü saat 1000-dan ertəsi gün saat 1800-dək ünsiyyət hüququ müəyyən edilsin. Müəyyən edilmiş şənbə-bazar günləri ilə rəsmi dövlət və dini bayram günləri ardıcıl gəldiyi və ya üst-üstə düşdüyü hallarda, tərəflər arasında əlavə təhvil-təslim icra edilmədən ünsiyyət müddətləri fasiləsiz olaraq birləşdirilsin və azyaşlı X2 qeyri-iş (istirahət və ya bayram) günü saat 1800-da atasına qaytarılsın (bu qaydanın tətbiqi və icra mexanizmi qərardadın əsaslandırıcı hissəsinin 57-ci bəndindəki izaha müvafiq həyata keçirilsin. Cavabdeh Cavabdeh yuxarıda göstərilən vaxtlarda iddiaçı Ərizəçi övladı X2 ilə görüşməsinə və ünsiyyətdə olmasına maneçilik yaradan hər hansı hərəkətləri etmək qadağan edilsin. Ünsiyyətin baş tutması üçün cavabdeh Cavabdeh azyaşlı X2 müəyyən edilmiş günlərdə saat 1000-da iddiaçı Ərizəçi yaşadığı ünvan 1 ünvanında ona təhvil versin. Müəyyən edilmiş ünsiyyət müddəti başa çatdıqda (saat 1800-da) iddiaçı Ərizəçi körpəni cavabdeh Cavabdeh Kəngərli rayonu, Təzəkənd kəndindəki yaşayış ünvanında ona təhvil versin. Ərizə qalan hissədə (ünsiyyət saatının 1800-dan 2000-dək müəyyən edilməsi tələbinə münasibətdə) əsaslı sayılmadığından rədd edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir.

Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Vüqar Quliyev və Mehdi Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar