Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-16(3-10)-34/2026 26.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X1 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Ərizəçi “İpək Yolu LTD” Tam Xarici İnvestisiyalı MMC-nin cavabdeh Cavabdeh İbrahim oğluna, üçüncü şəxslər Maraqlı şəxs və Maraqlı şəxs ** saylı Zaqatala Ərazi İdarəsinə qarşı “qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə, iş üzrə yekun məhkəmə qərarı qəbul olunanadək (qanuni qüvvəsini alanadək) əmlak kompleksi kimi müəssisənin özgəninkiləşdirilməsinin iş üzrə cavabdehə qadağan edilməsi, həmin daşınmaz əmlakın ərazisində yerləşən mübahisə predmeti olan əmlakların həmin ərazidən çıxarılmasının iş üzrə cavabdehə və digər şəxslərə qadağan edilməsi, həmin əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestrində hüquqi əməliyyatların aparılmasının isə üçüncü şəxslərə qadağan edilməsi” barədə müvəqqəti təminat tədbirinin tətbiqinə dair Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-**/**** saylı qərаrdаdındаn üçüncü şəxs üçüncü şəxs1 tərəfindən verilmiş şikаyətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Ərizəçi “İpək Yolu LTD” Tam Xarici İnvestisiyalı MMC cavabdeh Cavabdeh İbrahim oğluna, üçüncü şəxslər Maraqlı şəxs və Maraqlı şəxs ** saylı Zaqatala Ərazi İdarəsinə qarşı “qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə, iş üzrə yekun məhkəmə qərarı qəbul olunanadək (qanuni qüvvəsini alanadək) ünvan 1ndə (keçmiş – Zaqatala şəhəri, Tibilisi prospekti-4; hazırda Zaqatala şəhəri, F.Əmirov küçəsi-4) yerləşən əmlak kompleksi kimi müəssisənin özgəninkiləşdirilməsinin iş üzrə cavabdehə qadağan edilməsi; həmin daşınmaz əmlakın ərazisində yerləşən, mübahisə predmeti olan - (1) ümumi sahəsi 1500 (bir min beş yüz) m sahəyə malik (60 metr eni x 40 metr uzunluğu) olan soyuducu anbar binası; (2) hündürlü 7 (yeddi) metr olan metal konstruksiya üzərində 30 (otuz) ton tutuma malik su çəni; (3) ümumi sahəsi 240 m olan (40 metr x 6 metr) mişar daşından inşa edilmiş talvar (altıaçıq) binası ; (4) hər birinin sahəsi 24 m olan 3 (üç) ədəd hazır, 2 (iki) ədəd yarımçıq qurutma kamerası; (5) “Altay” markalı işıq generatoru; (6) “E- markalı buxar qazanı; (7) ofis mebeli (6 ədəd oturacaq, 1 masa, 1 kreslo, 1 yan masa); (8) ümumi sahəsi 10 m (5 metr x 2 metr) olan anbar binası; (9) 250 kw gücə malik işıq transfarmatoru (yarımkeçirici stansiya və digər təchizatları ilə birlikdə); (10) 3 ton tutuma malik dizel çəni; (11) 200 metr uzunluğa və 2,4 metr hündürlüyə malik mişar daşından inşa edilmiş hasar; (12) 1 (bir) ədəd avtokar; (13) 1 (bir) ədəd freze dəzgahı (makinası); (14) 1 (bir) ədəd qalınlıq nizamlama dəzgahı (makinası); (15) 1 (bir) ədəd planya dəzgahı (makinası); (16) 1 (bir) ədəd zimpara dəzgahı (makinası); (17) 1 (bir) ədəd biləmə (itiləmə) dəzgahı (makinası); (18) 2(iki) ədəd almaz bıçaq; (19) 1 (bir) ədəd pelarama dəzgahı (makinası); (20) parket qablaşdırma dəzgahı (makinası); (21) parket xətti (liniyası) dəzgahı (makinası) və (22) parket baş kəsmə dəzgahının (makinasının) həmin ərazidən çıxarılmasının iş üzrə cavabdehə və digər şəxslərə qadağan edilməsi; həmin əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestrində hüquqi əməliyyatların aparılmasının isə AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞnə və AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ-nin ** saylı Zaqatala Ərazi İdarəsinə qadağan edilməsi” barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı “İpək Yolu LTD” Tam Xarici İnvestisiyalı MMC-nin cavabdeh Cavabdeh İbrahim oğluna və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs üçüncü şəxs1 qarşı “əmlakdan istifadə və sahibliyə yönəlmiş hərəkətlərə son qoyulması və əmlakların cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi” tələbinə dair e-*-*(***)- ****/**** nömrəli iş Şəki Kommersiya Məhkəməsinin icraatındadır. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, o, fəaliyyətə X4 mülkiyyətində olan ünvan 1ndə (keçmiş – Zaqatala şəhəri, Tibilisi prospekti-4; hazırda Zaqatala şəhəri, F.Əmirov küçəsi-4) yerləşən əmlak kompleksi kimi müəssisədə başlamış və hazırda da həmin ünvanda qeydiyyatdadır. X4 qeyd olunan daşınmaz əmlak üzərində hüquqları ## #### 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirmişdir. Daha sonra həmin daşınmaz əmlak iş üzrə cavabdeh üçüncü şəxs1 satılmış və sonuncunun qeyd olunan daşınmaz əmlak üzərində hüquqları ## #### 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirmişdir. İş üzrə cavabdeh üçüncü şəxs1 qeyd olunan daşınmaz əmlakı ## #### 2021-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, iş üzrə digər cavabdeh Cavabdeh İbrahim oğluna satmış və sonuncunun qeyd olunan daşınmaz əmlak üzərində hüquqları ## #### 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirmişdir. Ərizəçinin hazırkı tələblə məhkəməyə müraciət etməsinin səbəbi, alqı-satqı müqavilələrinin predmeti olmayan ərizəçiyə məxsus əmlakların cavabdehdən tələb etməsidir. Belə ki, ərizəçi cavabdehdən ünvan 1ndə yerləşən əmlak kompleksi kimi müəssisənin ərazisində olan və alqı-satqı müqavilələrinin predmeti olmayan qurğuları, tikililəri, avadanlıqları tələb etməsinə baxmayaraq, cavabdeh qərəzli olaraq bundan boyun qaçırmışdır. Ərizəçinin tələb etdiyi əmlakların əsas hissəsi cavabdehin mülkiyyətində olmayan və ona heç bir aidiyyatı olmayan ərazidə yerləşir. İş materiallarında olan texniki pasportdan da göründüyü kimi, əmlak kompleksi kimi müəssisənin istifadəsində olan torpaq sahəsi 5000 m-dır. Lakin, cavabdeh ümumilikdə 11559,8 m torpaq sahəsindən istifadə edir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən göründüyü kimi, qeyd olunan daşınmaz və daşınar əşyaların ərizəçiyə məxsus olmasına baxmayaraq, iş üzrə cavabdeh iddiaçının nə həmin əmlaklardan istifadəsinə imkan verir, nə də həmin əmlakları iddiaçıya təhvil verir. Onlarda olan qeyri-rəsmi məlumata görə iş üzrə cavabdeh prosesin gedişatında mübahisə predmeti olan daşınmaz əmlakı özgəninkiləşdirməklə və orada olan əşyaları daşınmaz əmlakın ərazisindən çıxarmaqla hüquqi məsuliyyətdən yaxa qurtarmaq istəyir. Hətta cavabdehin əşyaların böyük bir qismini daşınmaz əmlakın ərazisindən gizlincə çıxardığı iddia olunur. İş üzrə cavabdeh həmçinin məhkəmənin qərardadı ilə təyin edilmiş qiymətləndirmə ilə bağlı ekspertizanın keçirilməsinə və ƏMDX DƏDKR PHŞ ** saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarının əmlaka yerində baxış keçirməsinə də maneçilik yaratmışdır. Odur ki, müvəqqəti təminat tədbiri barədə ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) ## ##### 2026-cı il tarixli, e- **(*-**)-**/**** saylı qərardadı ilə ərizə qismən təmin edilərək ünvan 1ndə (keçmiş – Zaqatala şəhəri, Tibilisi prospekti-4; hazırda Zaqatala şəhəri, F.Əmirov küçəsi-4) yerləşən əmlak kompleksi kimi müəssisənin özgəninkiləşdirilməsi iş üzrə cavabdeh Cavabdeh İbrahim oğluna qadağan edilməsi, həmin daşınmaz əmlakın ərazisində yerləşən, mübahisə predmeti olan - (1) ümumi sahəsi 1500 (bir min beş yüz) m sahəyə malik (60 metr eni x 40 metr uzunluğu) olan soyuducu anbar binası; (2) hündürlü 7 (yeddi) metr olan metal konstruksiya üzərində 30 (otuz) ton tutuma malik su çəni; (3) ümumi sahəsi 240 m olan (40 metr x 6 metr) mişar daşından inşa edilmiş talvar (altıaçıq) binası ; (4) hər birinin sahəsi 24 m olan 3 (üç) ədəd hazır, 2 (iki) ədəd yarımçıq qurutma kamerası; (5) “Altay” markalı işıq generatoru; (6) “E- markalı buxar qazanı; (7) ofis mebeli (6 ədəd oturacaq, 1 masa, 1 kreslo, 1 yan masa); (8) ümumi sahəsi 10 m (5 metr x 2 metr) olan anbar binası; (9) 250 kw gücə malik işıq transfarmatoru (yarımkeçirici stansiya və digər təchizatları ilə birlikdə); (10) 3 ton tutuma malik dizel çəni; (11) 200 metr uzunluğa və 2,4 metr hündürlüyə malik mişar daşından inşa edilmiş hasar; (12) 1 (bir) ədəd avtokar; (13) 1 (bir) ədəd freze dəzgahı (makinası); (14) 1 (bir) ədəd qalınlıq nizamlama dəzgahı (makinası); (15) 1 (bir) ədəd planya dəzgahı (makinası); (16) 1 (bir) ədəd zimpara dəzgahı (makinası); (17) 1 (bir) ədəd biləmə (itiləmə) dəzgahı (makinası); (18) 2(iki) ədəd almaz bıçaq; (19) 1 (bir) ədəd pelarama dəzgahı (makinası); (20) parket qablaşdırma dəzgahı (makinası); (21) parket xətti (liniyası) dəzgahı (makinası) və (22) parket baş kəsmə dəzgahının (makinasının) həmin ərazidən çıxarılması iş üzrə cavabdeh və digər şəxslərə qadağan edilməsi, Şəki Kommersiya Məhkəməsinin icraatında e-*-*(***)-****/**** nömrəli kommersiya işi üzrə iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər, iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlanılması, qərardadın icrasının Zaqatala rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Üçüncü şəxs üçüncü şəxs1 Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-**/**** saylı qərаrdаdındаn şikаyət verərək həmin qərardadın ləğv edilməsini və ərizənin rədd edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs şikayətini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 829,55 kv.m. olan əmlak kompleksini qanuni hərrac yolu ilə mülkiyyət hüquqi əsasında əldə etmiş, Bakı şəhəri ** saylı notariat ofisində 4Ə\994 reyestr nömrəsilə ## #### 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İbrahim oğluna satmış, bu illər ərzində kiminsə həmin kompleksin həyətində hər hansı malının və ya mülkünün olması barədə hər hansı müraciəti olmamışdır. Əmlak kompleksinin həyətində əmlakın əvvəlki sahibi X4 ilə Azərbaycan Respublikası Kənd Təsərüfatı Nazirliyi arasında bağlanmış Lizinq müqaviləsi yolu ilə götürülmüş soyuducu avadanlıqlarının aidiyyəti qurum tərəfindən həll olunması vədi verilməsinə baxmayaraq, bu vəd yerinə yetirilmədiyindən aralarında bağlanmış 4Ə\994 reystr nömrəli, ## #### 2021-ci il tarixli alqı-satqı müqaviləsinə ## #### 2025-ci il tarixdə həmin notariat ofisində xitam verilmişdir. Bu barədə Cavabdeh İbrahim oğlu Şəki Kommersiya Məhkəməsinə rəsmi məktub təqdim etmişdir. Həmin etiraz məktubu Şəki Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*-*(***)-****/**** saylı qərardadında öz əksini tapmışdır. Buna baxmayaraq, məhkəmə heç bir araşdırma aparmadan, cavabdeh olmayan şəxsi əsl cavabdeh olan şəxslə əvəz etmədən ona məxsus əmlak üzərinə heç bir hüquqi əsas olmadan məhdudlaşdırma qərarı vermişdir. Qeyd olunanları nəzərə alaraq, Şəki Kommersiya məhkəməsinin ## ##### 2026-cı il tarixli, e- **(*-**)-**/**** saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-**)-**/**** saylı qərardadı ilə həmin Məhkəmənin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-**/**** saylı qərardadından verilmiş şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 10.8-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılmasına dair vəsatət daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, üçüncü şəxs üçüncü şəxs1 tərəfindən verilmiş şikayət təmin edilməməli, iş üzrə Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. MPM-in 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. MPM-in 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. MPM-in 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. MPM-in 158.3-cü maddəsinə əsasn, əmlak üzərinə həbs qoyulması aşağıdakı ardıcıllıqla həyata keçirilir: 158.3.1. birinci növbədə - cavabdehin və ya arbitraj mübahisəsi tərəfinin bilavasitə istehsalda iştirak etməyən əmlakı: qiymətli kağızlar, cavabdehin hesabında olan pul vəsaitləri, valyuta sərvətləri, minik avtonəqliyyatı, ofislərin dizayn predmetləri və sairə: 158.3.2. ikinci növbədə - hazır məhsul (əmtəə), habelə bilavasitə istehsalatda istifadə edilməyən və istifadəsi nəzərdə tutulmayan maddi sərvətlər; 158.3.3. üçüncü növbədə - daşınmaz əmlak obyektləri, habelə xammal və materiallar, dəzgahlar, avadanlıqlar, bilavasitə istehsalatda istifadəsi nəzərdə tutulan digər əsas vəsaitlər; 158.3.4. dördüncü növbədə - başqa şəxslərə verilmiş əmlak. MPM-in 157-ci və 158-ci maddələrinin məzmunundan görünür ki, müvəqqəti təminat tədbiri tətbiq edilməsində məqsəd mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından ibarətdir. Müvəqqəti təminat tədbiri tətbiq edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbir olduğundan, qanunun göstərilən maddələrinin mənasına görə məhkəmədə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilinməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. Müvəqqəti təminat tədbiri tətbiq edilməsi üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddianı təmin tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Bu, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Beləliklə, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və onun yalnız prosessual-hüquqi məqsədi vardır: gələcəkdə qətnamənin icrasını təmin etmək və bu məqsədlə zəruri hallarda işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisə obyektini qoruyub saxlamaq. Bu mənada, məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbiri öz təbiəti etibarilə qaçılmaz olaraq proses iştirakçılarından birinin hüquqlarına toxuna, onların həyata keçirilməsində müəyyən məhdudiyyətlər yarada bilər. Belə hallar, bu institutun bilavasitə mahiyyətindən irəli gəlir. Ona görə də, müvəqqəti təminat tədbirlərindən verilmiş şikayətin dəlilinə istinad özlüyündə kifayət deyildir. Belə dəlil məhkəmə tərəfindən mütənasiblik prinsipi baxımından ciddi şəkildə qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi sonrakı mərhələdə əmlak kompleksinin özgəninkiləşdirilməsi nəticəsində prosesin mürəkkəbləşməsi və məhkəmə aktının icra edilməsinin mümkün olmaması ehtimalları nəzərə alınaraq hesab etmişdir ki, ərizə əmlak kompleksi kimi müəssisənin özgəninkiləşdirilməsinin iş üzrə cavabdehə qadağan edilməsi və həmin daşınmaz əmlakın ərazisində yerləşən mübahisə predmeti olan əmlakların həmin ərazidən çıxarılmasının iş üzrə cavabdehə və digər şəxslərə qadağan edilməsi hissəsində təmin edilməlidir. Lakin ərizə həmin əmlakla bağlı daşınmaz əmlakın dövlət reyestrində hüquqi əməliyyatların aparılmasının üçüncü şəxslərə qadağan edilməsi hissəsində qeyrimüəyyən olduğundan, həmçinin əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi ilə bağlı müvəqqəti təminat tədbirinin görülməsi barədə ərizənin təmin edilməsi nəticəsinə gəlindiyindən qeyd edilən hissədə ərizə təmin edilməməlidir. Bu səbəbdən birinci instansiya məhkəməsi ərizənin qismən təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, müvəqqəti təmin tədbiri mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair ## #### 2018-ci il tarixli qərar). Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin II hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun X2 şikayəti üzrə 2017-ci il ## ### tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı sayır. Göründüyü kimi, tətbiq olunan müvəqqəti təminat tədbirləri hazırkı vəziyyətdə əsas iddia üzrə işin mahiyyəti üzrə baxılmasına maneçilik və ya qarşı tərəfin hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olacaq halları özündə ehtiva etmir. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş və şikayətin dəlilləri əsassızdır, ona görə də Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən tərəflərin həmin əmlakdan istifadəsinə və həmin daşınar əmlakların istehsal etdikləri məhsullara və ya həmin qurğuların işinin dayandırılması ilə bağlı hər hansı bir qərar qəbul edilməmiş, sadəcə olaraq həmin əmlakların yerləşdiyi əmlak kompleksinin özgəninkiləşdirilməsi və qeyd edilən daşınar əmlakların həmin ərazidən çıxarılması tərəflərə qadağan edilmişdir. Bu isə şikayət verən şəxsə və digər maraqlı şəxslərə münasibətdə hər hansı bir maneəçilik törətmir və tərəflər üçün əmlak ziyanı ilə nəticələnmə ehtimalı yoxdur. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs üçüncü şəxs1 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Kommersiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-**)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №e-16(3-10)-34/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-10)-34/2026
26.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver