Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-16(3-10)-35/2026 25.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsinə dair iş üzrə (Açar sözlər: Müvəqqəti təminat, qadağan edilmə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsinə dair iş üzrə Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-***)-*/**** nömrəli qərardadından maraqlı şəxs üçüncü şəxs1 tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: Ərizəçi Ərizəçi nümayəndəsi -vəkili nümayəndə2 vasitəsi ilə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Ərizəçi cavabdehlər üçüncü şəxs2, üçüncü şəxs1, Balakən regional "ASAN Xidmət" mərkəzində Notariat ofisi xüsusi notariusu X7 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Zaqatala Ərazi Idarəsinə qarşı "daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Balakən şəhəri, Dağlıq küçəsi, 21 ünvanda yerləşən 0.0951 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 102.5 kv.m olan iki otaqlı fərdi yaşayış evinin 1/2 hissəsinə (və ya 1/2 hissəsinin dəyərinin olan 39.500 (otuz doqquz min beş yüz) manata) payın müəyyən edilməsi və payın dəyərinin ödənilməsi tələbinə dair mülki mübahisəyə mahiyyəti üzrə baxılana və qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək Balakən şəhəri, Dağlıq küçəsi, 21 ünvanında yerləşən 0.0951 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 102.5 kv.m olan iki otaqlı fərdi yaşayış evinin üzərinə həbs qoyulması, Balakən şəhəri, Dağlıq küçəsi, 21 ünvanda yerləşən 0.0951 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 102.5 kv.m olan iki otaqlı fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin cavabdeh üçüncü şəxs1 və digər şəxslərə qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Ərizəçi ilə cavabdeh üçüncü şəxs2 arasında ## ###### 2019-cu il tarixdə rəsmi nikah bağlanmış, həmin nikahdan 2 uşaqları dünyaya gəlmişdir. Iddiaçı ilə cavabdeh birgə nikahda olduqları müddətdə, yəni ## #### 2023-cü il tarixdə Balakən şəhəri, Dağlıq küçəsi, 21 ünvanda yerləşən ümumi sahəsi 0.0951 ha torpaq sahəsini X3 18.000 (on səkkiz min) manata notarial qaydada almışdır.2024-cü ilin əvvəllərində tərəflər həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmək qərarına gəlmiş və ## ###### 2024-cü il tarixdə həmin torpaq sahəsinin qonşu mülkiyyətçisi X4 razılığı alındıqdan sonra tərəflər həmin ünvanda ümumi sahəsi 102.5 kv.m olan iki otaqlı fərdi yaşayış evi inşa etmiş birgə nikahda olduqları müddətdə həmin evdə yaşamışlar. Fərdi yaşayış evinin inşası və təmiri üçün, torpaq sahəsinin ətrafının hasarlanması və həyətdə baseynin tikintisi üçün tərəflər təxminən 60.000 manata yaxın xərc çəkmişlər, lakin fərdi yaşayış evi üzərində hüquqlarını dövlət qeydiyyatına aldırmamışlar. Cavabdeh 2024-cü ildə iddiaçıya bildirmişdir ki, onun borcla bağlı bəzi şəxslərlə problemləri yaranmış, bu səbəbli adına olan mübahisəli torpaq sahəsinin formal olaraq anasının adına keçirilməsi zəruridir. Belə ki, borc məsələsi həll edildikdən sonra torpaq sahəsinə dair hüquqların anası tərəfindən onlara geri qaytarılacağına iddiaçını inandırmış və buna vəd vermişdir. Bundan sonra, ## ###### 2024-cü il tarixdə iddiaçının da razılığı ilə cavabdeh həmin əmlakı formal olaraq anası üçüncü şəxs1 bağışlamışdır.Tərəflər həmin müddətdə mübahisəli torpaq sahəsində inşa etdikləri fərdi yaşayış evində yaşamışlar.Cavabdehin anası üçüncü şəxs1 ## #### 2025-ci il tarixdə torpaq sahəsini təkrar cavabdehə bağışlamış, daha sonra tərəflər arasında təkrar ailə mübahisələri yaranmağa başladığından ## ###### 2025-ci il tarixli müqavilə ilə həmin torpaq sahəsinin cavabdehə bağışlanılması barədə ## #### 2025-ci il tarixli müqavilə ləğv edilmişdir.Bundan sonra, Balakən Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Daha sonra, Balakən şəhəri, Dağlıq küçəsi, 21 ünvanda yerləşən ümumi sahəsi 102.5 kv.m olan iki otaqlı fərdi yaşayış evinə dair ## ####### 2025-ci il tarixdə üçüncü şəxs1 adına daşınmaz əmlakın dövlət reyestrində 3625014983 nömrə ilə qeydiyyat aparılmışdır.Bundan sonra iddiaçı iddia ərizəsi ilə ünvan 1 ünvanda yerləşən 0.0951 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 102.5 kv.m olan iki otaqlı fərdi yaşayış evinin 1/2 hissəsinə (və ya 1/2 hissəsinin dəyərinin olan 39.500 (otuz doqquz min beş yüz) manata) iddiaçı Ərizəçi paynın müəyyən edilməsi; payın dəyəri olan 39.500 (otuz doqquz min beş yüz) manat pulun cavabdeh üçüncü şəxs2 tutularaq iddiaçı Ərizəçi xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti olan ünvan 2 ünvanda yerləşən 0.0951 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ## #### 2026-cı il tarixdə YouTube platforması üzərindən (https: //yo utu. be/rH Kotn D- in4?si=hVua B3U3nLdfMDZ) 87.000 (səksən yeddi min) manata satışa çıxarılmışdır.Buna görə də, ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisə predmeti olan ünvan 2 ünvanda yerləşən 0.0951 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ## #### 2026-cı il tarixdə YouTube platforması üzərindən (https: //youtu. be/rH Kotn Din4?si=hVua B3U3nLdfMDZ) 87.000 (səksən yeddi min) manata satışa çıxarıldıqdan sonra iddiaçının vəkili tərəfindən ## #### 2026-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsinə müraciət edilərək mübahisəli əmlakla bağlı notariat hərəkətinin aparılmasını on gün müddətinə təxirə salınmasını xahiş edilmiş, notariusun bildirdiyinə əsasən, ## #### 2026-cı il tarixdən 10 günlük məhdudiyyət tətbiq edilmişdir. Həmin məhdudiyyət aradan qaldırıldıqdan sonra faktiki olaraq mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi satıla bilər ki, bununla da iddiaçının hüquqlarının realizə olunması və gələcəkdə qəbul ediləcək qətnamənin icra olunması qeyri-mümkün olacaqdır. Bu səbəbli müvəqqəti təminat tədbirinin tətbiq edilməsi zəruridir. Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-***)-*/**** nömrəli qərardadı ilə ərizəçi Ərizəçi nümayəndəsi -vəkili nümayəndə2 vasitəsi ilə verdiyi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsinin qismən təmin edilməsi, Balakən Rayon Məhkəməsinin icraatında olan, iddiaçı Ərizəçi cavabdehlər üçüncü şəxs2, üçüncü şəxs1, Balakən regional "ASAN Xidmət" mərkəzində Notariat ofisi xüsusi notariusu X7 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Zaqatala Ərazi Idarəsinə qarşı "daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Balakən şəhəri, Dağlıq küçəsi, 21 ünvanda yerləşən 0.0951 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 102.5 kv.m olan iki otaqlı fərdi yaşayış evinin 1/2 hissəsinə (və ya 1/2 hissəsinin dəyərinin olan 39.500 (otuz doqquz min beş yüz) manata) payın müəyyən edilməsi və payın dəyərinin ödənilməsi tələbinə dair mülki iş mahiyyəti üzrə həll olunana kimi (iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər, iddia təmin edildikdə məhkəmə aktının icrasına qədər) Balakən şəhəri, Dağlıq küçəsi, 21 ünvanda yerləşən 0.0951 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 102.5 kv.m olan iki otaqlı fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin üçüncü şəxs1 qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Maraqlı şəxs üçüncü şəxs1 Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-***)-*/**** nömrəli qərardadından şikayət vermişdir. Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-***)-*/**** nömrəli qərardadı ilə maraqlı şəxs üçüncü şəxs1 və onun nümayəndəsi-vəkili nümayəndə1 tərəfindən verilmiş şikayətin əsassız olduğundan təmin edilməməsi, Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-***)-*/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılması, Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-***)-*/**** nömrəli qərardadından üçüncü şəxs1 və onun nümayəndəsi-vəkili nümayəndə1 tərəfindən verilmiş şikayətin mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1, 157.2, 157.3, 157.4, 157.5, 157.5.1, 157.2, 157.5.2, 157.6, 157.7, 158.1, 158.1.1, 158.1.2, 158.1.3, 158.1.4, 158.1.5, 158.1.6, 158.1.7, 158.2ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli qərardadı ilə onun mülkiyyətində olan evin özgəninkiləşdirilməsini qadağan etməklə, faktiki olaraq onu mülkiyyət hüququmun ən mühüm elementi olan "sərəncam" hüququndan məhrum etmişdir. Xüsusilə vurğulamaq lazımdır ki, Ərizəçi iddia ərizəsindəki tələbi 39.500 AZN pulun digər cavabdeh üçüncü şəxs2 tutulmasıdır. Məhkəmə maddi hüququn subyekt prinsiplərini pozaraq, öhdəliyi (borcu) olmayan bir şəxsin-onun mülkiyyətini dondurmuşdur. Iddiaçı tərəfindən irəli sürülən subyektiv ehtimallar (məsələn, satış elanı) mülkiyyətçinin Konstitusion hüquqlarının bu dərəcədə kobud şəkildə məhdudlaşdırılması üçün maddi hüquqi əsas yarada bilməz. Işdə mövcud olan sənədlərə (##.##.2025-ci il tarixli müqavilənin ləğvi barədə sənədə) əsasən, əmlak üzərindəki hüquqlar tam və qanuni şəkildə yenidən ona qaytarılmışdır. Məhkəmə müvəqqəti təminat tədbiri tətbiq edərkən mülkiyyətin bu sənədli tarixçəsini və iddiaçının bu əqdlərdə tərəf olmadığını araşdırmalı idi. Iddiaçı Ərizəçi ona məxsus əmlakla bağlı heç bir qanuni gözləntisi və ya maddi hüququ olmadığı halda, məhkəmənin yalnız "YouTube" elanını "sübut" kimi qəbul edib mülkiyyəti həbs etməsi mülkiyyət hüququna müdaxilənin mütənasibliyi prinsipini tamamilə pozur. Bu, mülkiyyətçinin sərbəst dövriyyədə olan əmlakı ilə bağlı hərəkətlərini hüquqazidd şəkildə əngəlləməkdir. Iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *** nömrəli rəsmi məktub sübut edir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ona (üçüncü şəxs1) ##.##.2024- cü il tarixli, 40-**** reyestr nömrəli bağışlanma müqaviləsi əsasında keçmişdir. Iddiaçı Ərizəçi iddia ərizəsində bu əmlakın "birgə vəsait hesabına" alındığını qeyd etsə də, qanunvericiliyin tələbinə görə əvəzsiz əqd (bağışlanma) əsasında yaranan mülkiyyət hüququ heç bir halda ümumi birgə mülkiyyət rejiminə daxil edilə bilməz. Məhkəmə bu maddi hüquq normasını səthi tətbiq edərək, hüquqi mənşəyi "bağışlanma" olan əmlak üzərinə "pay bölgüsü" iddiası çərçivəsində qadağa qoymaqla mülkiyyətçinin qanuni imtiyazlarını heçə saymışdır. Müvəqqəti təminat tədbirləri iddia məqsədlərinə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına səbəb olmamalıdır. Iddiaçı Ərizəçi cəmi 39.500 AZN məbləğində pul tələbi irəli sürmüşdür. Lakin məhkəmə dəyəri bu tələbdən dəfələrlə çox olan daşınmaz əmlakın (evin və torpağın) özgəninkiləşdirilməsinə tam qadağa qoymuşdur. Bu, mütənasiblik prinsipinin kobud şəkildə pozulması və mülkiyyətçi olaraq onun hüquqlarının lüzumsuz, əsassız dərəcədə məhdudlaşdırılmasıdır. Müvəqqəti təminat tədbiri o halda tətbiq olunur ki, gələcəkdə qətnamənin icrası çətinləşsin. Məhkəmə (hakim) reyestr sənədlərindən əmlakın bağışlanma yolu ilə əldə edildiyini və iddianın perspektivsiz olduğunu görməli idi. Hakim bu iddianın uğurlu olacağına dair hüquqi əminliyi olmadığı halda, yalnız iddiaçının subyektiv ehtimallarına söykənərək və sənədlərdəki hüquqi reallıqları (bağışlanma faktını) görməzdən gələrək evin üzərinə həbs qoymuşdur. Belə olan halda qərardad gələcəkdə mümkün icranı təmin etmək məqsədi deyil, mülkiyyətçiyə qarşı əsassız sıxışdırma xarakteri daşıyır. Odur ki, Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-*/**** nömrəli qərardadının ləğv edilməsini və müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin rədd edilməsini xahiş etmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: 157.5.1. müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; 157.5.2. iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. 158.1.1-ci maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri kimi cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlakın üzərinə həbs qoya bilər. 158.1.2-ci maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. 158.1.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri kimi mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. 159.2-ci maddəsinə əsasən, hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. 163.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri üzrə bütün qərardadlardan şikayət vermək olar. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-*/**** nömrəli qərardadının ləğv edilməsini və müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin rədd edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, maraqlı şəxs şikayətində Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-*/**** nömrəli qərardadının tam ləğv edilməsini xahiş etsə də, ərizənin rədd edilmiş hissəsində qərardadın nə üçün ləğv edilməli olmasını əsaslandırmamışdır. Ona görə də məhkəmə kollegiyası Balakən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-*/**** nömrəli qərardadının ərizənin təmin edilmiş hissəsində yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, ərizənin təmin edilmiş hissəsində birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olubolmadığını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təminat tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, şikayətin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Ərizənin mahiyyətindən göründüyü kimi ərizəçinin məhkəmənin icraatında olan mülki iş üzrə iddia tələbi "daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, Balakən şəhəri, Dağlıq küçəsi, 21 ünvanda yerləşən 0.0951 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 102.5 kv.m olan iki otaqlı fərdi yaşayış evinin 1/2 hissəsinə (və ya 1/2 hissəsinin dəyərinin olan 39.500 (otuz doqquz min beş yüz) manata) payın müəyyən edilməsi və payın dəyərinin ödənilməsi” barədədir. Müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsində məqsəd qətnamənin gələcəkdə icrasını təmin etməkdir. Bununla da qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər tətbiq edilərək mübahisə həll edilənədək mövcud vəziyyət qorunub saxlanılmağa çalışılır. Kollegiya qeyd edir ki, iddia tələbi daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlak üzərində payın müəyyən edilməsi ilə bağlı olduğundan, əmlakın özgəninkiləşdirilməsi məhkəmənin icraatında olan iddia tələbi üzrə ən azından mövcud vəziyyətin dəyişməsi ilə nəticələnəcəkdir ki, bu da gələcəkdə iddia tələbi üzrə gəlinən nəticədən asılı olaraq ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz vəziyyətə gətirə bilər. Kollegiya şikayətin Ərizəçi iddia ərizəsindəki tələbinin 39.500 AZN pulun digər cavabdeh üçüncü şəxs2 tutulmasından ibarət olması, məhkəmənin dəyəri bu tələbdən dəfələrlə çox olan daşınmaz əmlakın (evin və torpağın) özgəninkiləşdirilməsinə tam qadağa qoymasına dair dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə yanaşı Balakən şəhəri, Dağlıq küçəsi, 21 ünvanda yerləşən 0.0951 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 102.5 kv.m olan iki otaqlı fərdi yaşayış evinin 1/2 hissəsinə (və ya 1/2 hissəsinin dəyərinin olan 39.500 (otuz doqquz min beş yüz) manata) payın müəyyən edilməsi və payın dəyərinin ödənilməsindən ibarətdir. Yəni iddiaçı tələbində açıq aşkar həm də ev və torpaq sahəsinin ½ hissəsinə payının müəyyən edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədəki mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında işdə iştirak edən şəxsin ərizəsinə baxılarkən işin konkret halları nəzərə alınmalı və məsələyə iddianın əsaslığı prezumpsiyası (ehtimalı) baxımından yanaşılmalıdır. Müvəqqəti təminat tədbirlərinin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmasa da, bu tədbirlərin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş işdə iştirak edən şəxsin pozulmuş və ya mübahisəli hüququnun mövcudluğunu təsdiq edən ilkin sübutların məhkəməyə təqdim olunması zəruridir. Konstitusiya Məhkəməsi Plenumunun X5 şikayəti üzrə 2017-ci il ## ### tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, müvəqqəti təminat tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, müvəqqəti təminat tədbiri tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə kollegiyası, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. Maraqlı şəxs üçüncü şəxs1 şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, ərizənin təmin edilmiş hissəsində qərardad qəbul edərkən məhkəmə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ərizənin təmin edilmiş hissəsində mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də maraqlı şəxs üçüncü şəxs1 şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-***)-*/**** nömrəli qərardadı maraqlı şəxs üçüncü şəxs1 şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Q ə r a r a a l d ı: Maraqlı şəxs üçüncü şəxs1 şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-***)-*/**** nömrəli qərardadı maraqlı şəxs üçüncü şəxs1 şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-10)-35/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-10)-35/2026
25.05.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver