Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-16(3-10)-38/2026 18.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi üzrə (Açar sözlər: müvəqqəti təminat tədbirinin tətbiqi, qismən təmin, qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Ərizəçi Ərizəçi cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizəsi üzrə Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)- **/**** nömrəli qərardadından ərizəçi Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə yekun məhkəmə aktının icrasına qədər cavabdeh cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 5 ünvanında yerləşən mənzilin, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən mənzilin, cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və Ismayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən 0.0400 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin hər hansı bir şəxsin adına özgəninkiləşdirilməsinin cavabdehlər cavabdeh1 və cavabdeh2 qadağan edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin ## ### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı ilə ərizə qismən təmin edilərək işə mahiyyəti üzrə baxılıb həll edilənədək, mübahisə predmeti olan cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və Ismayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən 0.0400 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin hər hansı bir şəxsin adına özgəninkiləşdirilməsi cavabdeh cavabdeh2 qadağan edilmişdir. Qərardaddan ## ### 2026-cı il tarixdə ərizəçi Ərizəçi və nümayəndəsi və vəkili Vəkil tərəfindən elektron qaydada məhkəməyə şikayət göndərilərək Ismayıllı Rayon Məhkəməsinin e- **(*-***)-**/**** saylı ##.##.2026-cı il tarixli qərardadını qismən ləğv edərək müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizənin tam təmin edilməsi haqqında yeni qərardad çıxarılmasını xahiş etmişlər. Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, müvəqqəti təminat tədbiri institutu özünün mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. Bu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə müvəqqəti təminat tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası isə həmin subyektiv hüququn real bərpası deməkdir. Bu mənada, məhkəmə qeyd edir ki, müvəqqəti təminat tədbiri öz təbiəti etibarilə qaçılmaz olaraq proses iştirakçılarından birinin hüquqlarına toxuna, onların həyata keçirilməsində müəyyən məhdudiyyətlər yarada bilər. Belə ki, hazırda mübahisənin predmeti nəzərə alındıqda, tərəflər arasında mübahisənin gedişi zamanı daşınmaz əmlakların özgəninkiləşdirilməsi ehtimalı mövcuddur və bu halın gerçəkləşməsi iddiaçının tələbinin təmin olunması nəzərə alındığında, təmin olunmuş hüququn reallaşdırılmasını Mülki Məcəllənin 158.3-cü maddəsinin müddəaları baxımından əhəmiyyətsiz edə bilər. Həmin maddəyə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Belə hallar, bu institutun bilavasitə mahiyyətindən irəli gəlir. Ona görə də, müvəqqəti təminat tədbirlərindən verilmiş dəlilinə istinad özlüyündə kifayət deyildir. Belə dəlil məhkəmə tərəfindən mütənasiblik prinsipi baxımından ciddi şəkildə qiymətləndirilməlidir. Konstitusiyanın 71-ci maddəsinin II hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Bundan başqa məhkəmə qeyd etmişdir ki, müvəqqəti təminat tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən məhkəmə həmin dəlillərin ağlabatan olmasını və əsaslılığını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də işdə iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, müvəqqəti təminat tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olmasını nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 164-cü maddəsinin tətbiqi ilə bağlı S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2022- ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, müvəqqəti təminat tədbiri institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm hüquqi vasitələrindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış edir. Lakin, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu səbəbdən də işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Müvəqqəti təminat tədbiri üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş əsas iddia tələblərinə mütənasib olmalıdır. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 2018-ci il ## #### tarixli Qərar). Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və Ismayıllı rayonu, Lahıc qəsəbəsində yerləşən 0.0400 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin hər hansı bir şəxsin adına özgəninkiləşdirilməsinin cavabdeh cavabdeh2 qadağan edilməsindən ibarətdir ki, bu da iddianın əsaslılığı prezumpsiyasına əsaslanmaqla, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasının təmin edilməsi və subyektiv hüquqların real bərpası üçün kifayət edir. Məhkəmə müvəqqəti təminat tədbiri barədə ərizənin cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 5 ünvanında yerləşən mənzilin və Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən mənzilin hər hansı bir şəxsin adına özgəninkiləşdirilməsinin cavabdeh cavabdeh1 qadağan edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmənin e-**(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin edilərək işə mahiyyəti üzrə baxılıb həll edilənədək, cavabdeh1 məxsus mühərrik nömrəsi 5687876, Ban nömrəsi MR0FR22G9D0622822, buraxılış ili 2012-ci il olan “TOYOTA HILUX MINIK” markalı ** KO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi qadağan edildiyindən və eyni zamanda hazırkı ərizənin təmin edilmiş hissəsi çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasının təmin edilməsi və subyektiv hüquqların real bərpası üçün kifayət edir. Ona görə də ərizənin cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 5 ünvanında yerləşən mənzilin və Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən mənzilin hər hansı bir şəxsin adına özgəninkiləşdirilməsinin cavabdeh cavabdeh1 qadağan edilməsi hissəsində də təmin edilməsi cavabdeh cavabdeh1 hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Məhkəmə qərara gəlmişdir ki, müvəqqəti təminat tədbiri barədə ərizə cavabdeh1 məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin, Bakı şəhəri,Sabunçu rayonu,ünvan 5 ünvanında yerləşən mənzilin və Bakı şəhəri, Sabunçu rayonu, ünvan 4 ünvanında yerləşən mənzilin hər hansı bir şəxsin adına özgəninkiləşdirilməsinin cavabdeh cavabdeh1 qadağan edilməsi tələbinə dair hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə məhkəmə müvəqqəti təminat tədbiri kimi cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. Həmin Məcəllənin 160.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, müvəqqəti təminat tədbirini təmin etmək haqqında qərardad məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada dərhal icra edilir. “Icra haqqında” Azərbaycan Respublikası qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından,həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından,zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından,onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Ərizəçi Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Ismayıllı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-10)-38/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-10)-38/2026
18.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver