Məhkəmə qərarları › İş №e-16(3-10)-39/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-10)-39/2026

18.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-16(3-10)-39/2026 18.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi qızının müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi üzrə (Açar sözlər: Müvəqqəti təminat, qüvvə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadından maraqlı şəxs Cavabdeh oğlu tərəfindən verilmiş şikayətə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, yazılı icraat qaydasında bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh cavabdeh Ərizəçi qarşı nikahın pozulması, yetkinlik yaşına çatmayan uşaqların atada qalması tələbinə dair iddia ərizəsi ilə (iş № *(5-108)-4/2026) məhkəməyə müraciət etmişdir. Ərizəçi Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinə baxılıb yekun qərar qəbul edilənədək ## ######## 2013-cü il təvəllüdlü X7, ## #### 2015-ci il təvəllüdlü X8 və ## ###### 2020-ci il təvəllüdlü X4 üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.70 misli, cəmi 2.1 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq Ərizəçi ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X9 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən ## ###### 2017-ci il təvəllüdlü X2 və ## #### 2024-cü il təvəllüdlü X3 hər uşaq üçün 246 manat sabit pul məbləğində aliment və X3 üç yaşına çatanadək 100 (yüz) manat baxım pulu tutularaq ona ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəçi Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh ona qarşı nikahın pozulması və uşaq tələbinə dair iddia qaldırmışdır. Qeyd edir ki, onların birgə nikahdan ##.##.2013-cü il təvəllüdlü X7, ##.##.2015-ci il təvəllüdlü X8 və ##.##.2020-ci il təvəllüdlü X4 anadan olmuşdur. Həmin uşaqların 3-də faktiki olaraq onun himayəsindədirlər. Hesab edir ki, uşaqlarının və onun diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, iddiaçıdan uşaqların saxlanması üçün aliment tutulmalıdır. Belə ki, iddiaçı öz atalıq borcunu yerinə yetirməyərək uşaqların qeydinə qalmır. Bütün bunlara əsasən hesab edir ki, uşaqların və onun diqqətəlayiq mənafeyini nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdeh uşaqların saxlanması xərclərini ödəməlidir. Göstərilənləri nərəzə alaraq, məhkəmə tərəfindən uşaqların saxlanılması üçün müvəqqəti alimentin tututlması zəruridir. Ağdaş Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, iddiaçı Cavabdeh cavabdeh Ərizəçi qarşı nikahın pozulması, yetkinlik yaşına çatmayan uşaqların atada qalması tələbinə dair (iş № *(5-108)- 4/2026) mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Cavabdeh ## ######## 2013-cü il təvəllüdlü X7, ## #### 2015-ci il təvəllüdlü X8 və ## ###### 2020- ci il təvəllüdlü X4 üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.30 misli həddində aliment tutularaq Ərizəçi verilməsi, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Maraqlı şəxs Cavabdeh məhkəməyə şikayətlə müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı ilə, maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 101.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il ## #### tarixli, *-*/**** nömrəli Qərarınına, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024- cü il tarixli ** nömrəli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə çıxararkən maddi və prossesual hüququ normalarını pozmuşdur. Hakim mülki işə baxarkən onunla bağlı qeyd olunan faktları araşdırmamışdır. Belə ki, o, Ərizəçi ilə ##.##.2012-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan ##.##.2013-cu il təvəllüdlü X7, ##.##.2015-ci il təvəllüdlü X8 və ##.##.2020-ci il təvəllüdlü X4 dünyaya gəlmişlər. Əvvəllər münasibətləri yaxşı olsa da sonralar pozulmuşdur. Hazırda taksi sürücüsü olaraq işləyir, rəsmi iş yeri yoxdur. Aylıq gəliri 280 (iki yüz səksən) manat, 300 (üç yüz) manat ayılıq qazanc əldə edir. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər: Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; hakim bu maddəsinin tələblərini nəzərə almamış onun indiki vəziyyətdə maddi cəhhətdən aylıq gəlirinin 280 (iki yüz səksən) manat və ya 300 (üç yüz) manata gəlib çıxmasını və əlavə heç bir gəliri olmadığını, bütün yükün onun üzərində olduğunu, araşdırılma aparılmadan nəzərə almamışdır. Buna baxmayaraq ərizəçi uşaqların maddi cəhətdən saxlanılmasında iştirak etmədiyini, eyni zamanda hazırda maddi vəziyyəti məhduddur, başqa heç bir əlavə gəlir mənbəyi yoxdur. Ahıl yaşlı X5 və anası X12 onun öhdəliyindədir və onlara o baxır. Eyni zamanda bacısı X10 övladları ilə birgə onun öhdəliyindədir və onlara da o baxır. Evin bütün bazarlıq, kommunal və uşaqların maddi cəhətdən baxımı onun üzərindədir. X5 ürək xəstəliyindən əziyyət çəkməsi hakim tərəfindən nəzərə alınmamışdır. AR Ailə Məcəlləsinin 107.2 maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Hakim onun rəsmi iş yerinin olmadığını, taksi sürücüsü kimi aylıq gəlirinin 280 və ya 300 manatdan yuxarı olmadığını və uşaqların onun yaşadığı evdə qalmalarını, onlara maddi cəhətdən onun baxdığını nəzərə almamışdır. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər: hal-hazırda maddi vəziyyəti məhduddur, başqa heç bir əlavə gəlir mənbəyi yoxdur. Övladları eyni zamanda onun yaşadığı evə yaşayırlar və onlara maddi baxımlarını o təmin edir. (bununla bağlı uşaqlar üçün bazarlıq qəbzləri işə əlavə edir). Lakin hakim tərəfindən bu faktlar araşdırılmamışdır. Uşaqların 3-də onun və valideyinlərinin himayəsində yaşayır. Ata və ana eyni hüquqa malikdir və maddi cəhətdən uşaqların saxlanılmasında hər ikisi də iştirak etməlidir. Halbuki, bu faktın araşdırılması ümumiyyətlə uşaqların maddi cəhətdən saxlanılması tək onun üzərinə düşdüyünü və maddi cəhətdən aylıq gəlirinin 280 (iki yüz səksən) manat və ya 300 (üç yüz) manata gəlib çıxmasını və əlavə heç bir gəliri olmadığını, bütün yükün onun üzərində olduğunu, araşdırılma aparılmadan iddianın təmin edilməsi kobud qanun pozuntusudur. Maddi cəhətdən vəziyyətinin yaxşı olmaması və ##.##.2013-cü il təvəllüdlü X7, ##.##.2015-ci il təvəllüdlü X8 və ##.##.2020-ci il təvəllüdlü X4 bütün maddi cəhətdən saxlanması onun üzərinə düşdüyünü nəzərə alınmamışdır. Hazırda maddi vəziyyəti məhduddur, başqa heç bir əlavə gəlir mənbəyi yoxdur. Ahıl yaşlı X5 və anası X12 onun öhdəliyindədir və onlara o baxır. Eyni zamanda bacısı X10 övladları ilə birgə onun öhdəliyindədir və onlarada o baxır. Evin bütün bazarlıq, kommunal və uşaqların maddi cəhətdən baxımı onun üzərindədir. X5 ürək xəstəliyindən əziyyət çəkir. Lakin ərizəçi işləmir və onun yaşadığı evdə övladları ilə birgə yaşayır. Odur ki, yuxarıda qeyd olunanları rəhbər tutaraq Ağdaş Rayon Məhkəməsinin e-**(*-***)-**/**** saylı ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsinə dair yeni qərardad çıxarılmasını xahiş edir. Odur ki, Ağdaş Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadının ləğv edilərək ərizənin təmin olunmamasını xahiş edir. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 157.5.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tələbi haqqında ərizədə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. 158.2-ci maddəsinə əsasən məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. Məhkəmə müvəqqəti təminat tədbirlərinin bir neçə növünü birlikdə tətbiq edə bilər. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 101.1-ci maddəsinə əsasən məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər. «Uşaq hüquqları haqqında» Beynəlxalq Konvensiyanın; 6-cı maddəsinə əsasən, hər bir uşaq yaşamaq üçün ayrılmaz hüquqa malikdir və buna görə də dövlət uşağın sağ qalmasına və inkişafını təmin etməyə borcludur. 3-cü maddəsinə əsasən, uşaq barəsində bütün tədbirlərdə onun manefeləri tam həcmdə nəzərə alınmalıdır. Əgər uşağa müvafiq qayğı üçün məsuliyyət daşıyan valideyn(lər) və ya digər şəxslər bu qayğını göstərməmişsə, onda dövlət uşağı müvafiq qayğı ilə təmin etməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanununun; «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün hüquqi və fiziki şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafeylərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafeyləri məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Ağdaş Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadının ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-**(*- ***)-**/**** saylı qərardadının tam yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Ərizəçi ilə Cavabdeh birgə nikahlarından ## ######## 2013-cü il təvəllüdlü X7, ## #### 2015-ci il təvəllüdlü X8 və ## ###### 2020-ci il təvəllüdlü X4 adlı uşaqları vardır. Cavabdeh nikahın pozulması, uşaqların himayəsində qalması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və hazırda ərizəçi müvəqqəti təminat tədbiri qismində maraqlı şəxsdən uşaqların saxlanılması üçün alimentin tutulmasını xahiş edir. Məhkəmə kollegiyası şikayətin hazırda taksi sürücüsü olaraq işləməsi, rəsmi iş yerinin olmaması, aylıq gəlirinin 280 (iki yüz səksən), 300 (üç yüz) manat olması, ahıl yaşlı X5 və anası X12 onun öhdəliyində olması, övladlarının onun yaşadığı evdə yaşaması və onların maddi təminatının onun tərəfindən qarşılanması dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər. Kollegiya qeyd edir ki, hazırkı işdə ərizəçi azyaşlı uşaqlar onun himayəsində olduğundan Ailə Məcəlləsindən irəli gələn hüquqlarından istifadə edərək müvəqqəti olaraq cavabdehdən uşaqların saxlanması üçün aliment tutulması barədə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə mülki işin icraatının davam etdiyi müddətdə valideynlərin uşaqları saxlamaq vəzifəsini, habelə tutulan vəsaitin müvəqqəti xarakter daşıdığını nəzərə alaraq bu qənaətə gəlir ki, şikayətin heç bir hüquqi əsası yoxdur və ona görə də şikayət təmin edilə bilməz. Bu mənada, hazırkı işin halları, mübahisənin mahiyyəti və tərəflərin münasibətləri baxımından birinci instansiya məhkəməsi əsaslı nəticəyə gəlmişdir. Ona görə də qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 357, 360, 398.0.3, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Maraqlı şəxs Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin ## ##### 2026-cıl il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar