Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-16(3-10)-42/2026 18.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Cavabdeh cavabdeh Ərizəçi qarşı nikahın pozulması və uşaqla ünsiyyət tələbinə dair mülki iş üzrə (Açar sözlər: müvəqqəti təminat tədbirinin tətbiqi, qismən təmin, qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı Cavabdeh cavabdeh Ərizəçi qarşı nikahın pozulması və uşaqla ünsiyyət tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-***)-**/**** nömrəli qərardadından cavabdeh Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Iddiaçı Cavabdeh cavabdeh Ərizəçi qarşı nikahın pozulması və uşaqla ünsiyyət tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Ərizəçi müvəqqəti təminat tədbirinə dair ərizə verərək, Cavabdeh birgə nikahlarından doğulmuş ##.##.2012-ci il təvəllüdlü X1 üçün hər ay 260 manat alimentin tutulub ona verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-**(*-***)-**/**** saylı qərardadı ilə ərizə qismən təmin edilərək, Yevlax Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh cavabdeh Ərizəçi qarşı nikahın pozulması və uşaqla ünsiyyət tələbinə dair mülki iş üzrə qətnamə çıxarılanadək ##.##.2012-ci il təvəllüdlü X1 üçün ## ##### 2026-cı il tarixdən başlayaraq hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin iddiaçı Cavabdeh tutularaq cavabdeh Ərizəçi ödənilməsi qərara alınmışdır. Cavabdeh Ərizəçi şikayət verərək, Yevlax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- **(*-***)-**/**** saylı qərardadının ləğv edilməsini və ərizənin tam təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işdə olan Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02.07.20211-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 ## #### 2011-ci ildə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında *** saylı qeydiyyat aparılaraq, arvada Baxışova soyadı verilmişdir. Işdə olan Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ##.##.2012-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ## ####### 2012-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası X4 qızıdır. Iş materiallarına əlavə edilmiş iddia ərizəsindən görünür ki, iddiaçı Cavabdeh cavabdeh Ərizəçi qarşı nikahın pozulması və uşaqla ünsiyyət tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iş materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh cavabdeh Ərizəçi qarşı nikahın pozulması və uşaqla ünsiyyət tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 101.1-ci maddəsinə əsasən məhkəmənin aliment tutulması barədə çıxardığı qətnamə qanuni qüvvəyə minənədək (uşaqlar üçün aliment tutularkən məhkəmənin aliment tutulması barədə qətnaməsi çıxarılanadək) məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada alimentin müvəqqəti tutulmasını qət edə bilər. Məhkəmə hesab etmişdir ki, ərizə qismən təmin edilərək, Yevlax Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh cavabdeh Ərizəçi qarşı nikahın pozulması və uşaqla ünsiyyət tələbinə dair mülki iş üzrə qətnamə qəbul edilənədək 21 oktyaybr 2012-ci il təvəllüdlü X2 üçün ## ##### 2026-cı il tarixdən başlayaraq hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq Ərizəçi qızına ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllinin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iş üzrə Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Cavabdeh Ərizəçi və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-10)-42/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-10)-42/2026
18.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver