Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-16(3-10)-43/2026 25.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: Müvəqqəti təminat, uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və İsayev Elman Bəhruz oğlundan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadından ərizəçi Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ## #### 2017- ci ildə doğulmuş X4, ## ###### 2018-ci ildə doğulmuş X3 cavabdeh Ərizəçi ilə hər həftənin şənbə və bazar günləri axşam cavabdehin yanında qalmaq şərti ilə, bayram günləri isə saat 10:00-dan 17:00-dək ünsiyyətdə olmağına maneə yaradılması Maraqlı şəxs və digər şəxslərə qadağan edilməsi, e-*(*-***)-***/**** saylı mülki iş üzrə iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə müvəqqəti təminat tədbirinin məhkəmə aktının qanuni qüvvəyə minənə qədər (məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər), iddia təmin edildikdə isə məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Ərizəçi Camaldin oğlu ilə aralarında Balakən İHBnin Qullar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində ## ####### 2015-ci ildə 15 nömrə ilə qeydə alınmış nikahın pozulması, azyaşlılar ## #### 2017-ci ildə anadan olmuş X4 və ## ###### 2018-ci ildə anadan olmuş X3 yaşayış yerinin iddiaçının yanında müəyyən edilməsi, azyaşlı ## #### 2017-ci ildə anadan olmuş X4 və azyaşlı ## ###### 2018-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 260 manat alimentin cavabdeh Ərizəçi Camaldin oğlundan tutularaq iddiaçı Maraqlı şəxs ödənilməsi, dövlət rüsumu olaraq ödədiyi 100 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi ilə ## ####### 2015ci ildə qeyri-rəsmi nikahla evlənmişdir. Nikahları Balakən rayonu Qullar kənd İƏD üzrə nümayəndəliyində ## ####### 2015-ci ildə 15 nömrə ilə qeyd edilmişdir. Rəsmi nikahlarından ## #### 2017-ci ildə X4, ## ###### 2018-ci ildə X3 adında övladları olmuşdur. Tərəflər arasında ailə münasibətləri zəminində baş vermiş mübahisə ilə əlaqədar 2026-cı ilin mart ayının sonlarında ayrılmışlar. Həmin vaxtdan uşaqlar İddiaçı Maraqlı şəxs yanında qalırlar. Tərəflər faktiki olaraq ayrıldıqları vaxtdan hazırki vaxtadək iddiaçı uşaqları cavabdehlə əlaqə saxlamağa imkan verməmişdir. Buna görə də birgə nikahdan ## #### 2017-ci ildə doğulmuş X4, ## ###### 2018-ci ildə doğulmuş X3 maddi məişət şəraiti və digər ehtiyaclarını qarşılamaq, onların qayğısı, təlim tərbiyəsində iştirak etmək məqsədi ilə uşaqlarla ünsiyyətdə olmaq istəyir. Maraqlı şəxs isə ## #### 2017-ci ildə doğulmuş X4, ## ###### 2018-ci ildə doğulmuş X3 adında uşaqların ataları ilə ünsiyyətdə olmağına maneçilik yaradır. Hazırda uşaqlar azyaşlı olduqlarına görə cavabdehin onlarla ünsiyyətdə olmağı zəruridir. Qeyd olunan səbəblərdən cavabdeh müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki vəziyyətdə müvvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizənin verilməsi atası ilə uşaqlar arasında ailə bağlarının daha da möhkəmlənməsinə xidmət edir. Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı ilə ərizənin qismən təmin edilməsi, ərizəçi Ərizəçi ## #### 2017-ci ildə doğulmuş X4 və ## ###### 2018-ci ildə doğulmuş X3 ilə hər həftənin şənbə günü saat 10:00-dan 14:00-dək ünsiyyətdə olmasına maneə yaradılmasının Maraqlı şəxs və digər şəxslərə qadağan edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqlar hər həftənin şənbə günü saat 10:00-da onların yaşayış yeri üzrə ünvan 1 ünvanında cavabdeh Maraqlı şəxs tərəfindən ərizəçi Ərizəçi, həmin gün saat 14:00-da isə eyni ünvanda ərizəçi Ərizəçi tərəfindən cavabdeh Maraqlı şəxs təhvil verilməsi, e-*(*-***)-***/**** saylı mülki iş üzrə iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə müvəqqəti təminat tədbirinin məhkəmə aktının qanuni qüvvəyə minənə qədər (məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər), iddia təmin edildikdə isə məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlamasının nəzərə alınması, ərizənin qalan hissədə təmin edilməməsi, qərardadın dərhal icra edilməsi, ərizəçi Ərizəçi tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun onun özünə aid edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan ərizəçi Ərizəçi tərəfindən şikayət verilmişdir. Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.2, 50.3, 56.1, 58.2, 61.1, 61.2-ci maddələrinə, “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2011-ci il tarixli */**** nömrəli qərarının 2.8-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1, 157.2, 157.3, 157.4, 157.6, 157.7, 158.1.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” ## #### 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ## #### 2017-ci ildə doğulmuş X4, ## ###### 2018-ci ildə doğulmuş X3 cavabdeh Ərizəçi ilə hər həftənin şənbə və bazar günləri axşam cavabdehin yanında qalmaq şərti ilə, bayram günləri isə saat 10:00-dan 17:00-dək ünsiyyətdə olmağına maneə yaradılması Maraqlı şəxs və digər şəxslərə qadağan edilməsi, e-*(*-***)-***/**** saylı mülki iş üzrə iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə müvəqqəti təminat tədbirinin məhkəmə aktının qanuni qüvvəyə minənə qədər (məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər), iddia təmin edildikdə isə məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Ərizəçi Camaldin oğlu ilə aralarında Balakən İHBnin Qullar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində ## ####### 2015-ciildə 15 nömrə ilə qeydə alınmış nikahın pozulması, azyaşlılar ## #### 2017-ci ildə anadan olmuş X4 və ## ###### 2018ci ildə anadan olmuş X3 yaşayış yerinin iddiaçının yanında müəyyən edilməsi, azyaşlı ## #### 2017-ci ildə anadan olmuş X4 və azyaşlı ## ###### 2018-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 260 manat alimentin cavabdeh Ərizəçi Camaldin oğlundan tutularaq iddiaçı Maraqlı şəxs ödənilməsi, dövlət rüsumu olaraq ödədiyi 100 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi ilə ## ####### 2015ci ildə qeyri-rəsmi nikahla evlənmişdir. Nikahları Balakən rayonu Qullar kənd İƏD üzrə nümayəndəliyində ## ####### 2015-ci ildə 15 nömrə ilə qeyd edilmişdir. Rəsmi nikahlarından ## #### 2017-ci ildə X4, ## ###### 2018-ci ildə X3 adında övladları olmuşdur. Tərəflər arasında ailə münasibətləri zəminində baş vermiş mübahisə ilə əlaqədar 2026-cı ilin mart ayının sonlarında ayrılmışlar. Həmin vaxtdan uşaqlar İddiaçı Maraqlı şəxs yanında qalırlar. Tərəflər faktiki olaraq ayrıldıqları vaxtdan hazırki vaxtadək iddiaçı uşaqları cavabdehlə əlaqə saxlamağa imkan verməmişdir. Buna görə də birgə nikahdan ## #### 2017-ci ildə doğulmuş X4, ## ###### 2018-ci ildə doğulmuş X3 maddi məişət şəraiti və digər ehtiyaclarını qarşılamaq, onların qayğısı, təlim tərbiyəsində iştirak etmək məqsədi ilə uşaqlarla ünsiyyətdə olmaq istəyir. Maraqlı şəxs isə ## #### 2017-ci ildə doğulmuş X4, ## ###### 2018-ci ildə doğulmuş X3 adında uşaqların ataları ilə ünsiyyətdə olmağına maneçilik yaradır. Hazırda uşaqlar azyaşlı olduqlarına görə cavabdehin onlarla ünsiyyətdə olmağı zəruridir. Qeyd olunan səbəblərdən cavabdeh müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırki vəziyyətdə müvvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizənin verilməsi atası ilə uşaqlar arasında ailə bağlarının daha da möhkəmlənməsinə xidmət edir. Balakən Rayon Məhkəməsinin ##.##.2026-cıil tarixli e- **(*-***)-**/**** saylı qərardadı ilə ərizənin qismən təmin edilməsi, ərizəçi Ərizəçi ## #### 2017-ci ildə doğulmuş X4 və ## ###### 2018-ci ildə doğulmuş X3 ilə hər həftənin şənbə günü saat 10:00-dan 14:00-dək ünsiyyətdə olmasına maneə yaradılması Maraqlı şəxs və digər şəxslərə qadağan edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqlar hər həftənin şənbə günü saat 10:00-da onların yaşayış yeri üzrə ünvan 1 ünvanında cavabdeh Maraqlı şəxstərəfindən ərizəçi Ərizəçi, həmin gün saat14:00-da isə eyni ünvanda ərizəçi Ərizəçi tərəfindəncavabdeh Maraqlı şəxs təhvil verilməsi, e-*(*-***)- ***/**** saylı mülki iş üzrə iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə müvəqqəti təminat tədbirinin məhkəmə aktının qanuni qüvvəyə minənə qədər (məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər), iddia təmin edildikdə isə məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlamasının nəzərə alınması qərara alınmışdır. Balakən Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli e-**(*-***)-**/**** saylı qərardadı qəbul edərkən düzgün hüquqi nəticəyə gəlməmiş, ərizəni qismən təmin etməklə ərizəçinin övladları üzərində valideyinlik hüquqlarını real və maneəsiz həyat keçirə bilməsinə məhdudiyyətlər tətbiq etməklə ərizəçinin yalnız həftədə bir dəfə 4 saat ünsiyyət hüququnun təmin edilməsini müəyyən etmişdir. Qeyd edilməlidir ki, valideynin ondan ayrı yaşayan uşaqla ünsiyyətdə olma hüququ onların arasında bir-birinə mənəvi bağlılıq tellərinin qorunmasına və daha da güclənməsinə xidmət etməklə yanaşı bu ünsiyyət uşağa mənəvi dayaq olmaqla onun fiziki və əqli inkişafına, tərbiyəsi və əxlaqına təsir edən mühüm amillərdən biridir. Ona görə uşaqla ünsiyyətdə olmaq üçün yetərli bir vaxtın müəyyən edilməsi uşaqdan ayrı yaşayan valideynin uşaqla ünsiyyətdə olmaqla bağlı pozulmuş hüququnun bərpa edilməsi ilə yanaşı ünsiyyətdə olan uşağın da üstün maraqlarının qorunmasına xidmət edir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2011-ci il tarixli */**** saylı Qərarının 1-ci bəndində göstərilir ki, ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmçinin həmin bənddə göstərilmişdir ki, uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyat keçirə bilsin. ## #### 2017-ci ildə doğulmuş X4 və ## ###### 2018ci ildə doğulmuş X3 artıq böyükdürlər və sərbəst olaraq valideynlərin hər birinin yanında qalmağı bacarırlar. Bundan əlavə iddiaçının yaşadığı ərazi ilə cavabdehin yaşadığı atası evi arasında 10 km- dən çox məsafə vardır və həftədə bir dəfə 4 saat saat 10:00-dan 14:00-dək uşaqların atası ilə ünsiyyətdə olması atanın valideyinlik hüquqlarını real və maneəsiz həyat keçirə bilməməsinə, uşaqlarına zəruri qayğını göstərə bilməməsinə səbəb olacaqdır ki, bu da uşaqların üstün maraqlarının qorunmasına xidmət etmir. Eyni zamanda məhkəmə də öz qərardadında ünsiyyət müddətinin qısa zamanda məhdudlaşdırılmasını hər hansı qanunun tələbləri və ya hər hansı norma ilə əsaslandırmamışdır. Ona görə də şikayət əsaslı olduğundan təmin edilməli, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə tam təmin edilməlidir. Odur ki, Balakən Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli e-**(*-***)-**/**** nömrəli qərardadının qismən, ərizənin təmin edilməyən hissəsində ləğv edilməsi, ərizənin tam təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. 157.7-ci maddəsinə əsasən məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. 158.1.2-ci maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. 158.1.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti təminat tədbiri kimi mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. 159.2-ci maddəsinə əsasən, hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. 163.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri üzrə bütün qərardadlardan şikayət vermək olar. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadının qismən, təmin edilməyən hissəsində ləğv edilməsi və müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizənin tam təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e- **(*-***)-**/**** nömrəli qərardadını ərizənin təmin edilməyən hissədə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, ərizənin təmin edilmiş hissəsində birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, müvəqqəti təminat tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, müvəqqəti təminat tədbiri tətbiqinin zəruriliyi üçün işdə iştirak edən şəxslərin, xüsusən də belə tədbirin tətbiqinə dair ərizə vermiş şəxsin irəli sürdüyü dəlillər onların ilkin əsaslılığı və ağlabatanlılığı baxımından qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə kollegiyası, müvəqqəti təminat tədbiri tətbiq olunarkən işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafelərini və onların müdafiəsindəki mütənasibliyin təmin edilməsi zərurətini nəzərə almalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olubolmadığını araşdırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təminat tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi ərizəçi uşaqla ünsiyyətə dair məsələni məhkəmədə iddia qaldıraraq mübahisələndirmişdir. Hazırkı ərizə ilə isə ərizəçinin tələbi ilkin tədbir kimi qismən təmin edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli qərarının 8ci bəndinə əsasən, “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il ## ####### */**** nömrəli qərarına dəyişiklik edilərək, həmin qərarın 2.2-ci bəndinə “uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir” məzmunda abzas əlavə edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun X2 şikayəti üzrə 2017-ci il ## ### tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi haqqında işdə iştirak edən şəxsin ərizəsinə baxılarkən işin konkret halları nəzərə alınmalı və məsələyə iddianın əsaslığı prezumpsiyası (ehtimalı) baxımından yanaşılmalıdır. Müvəqqəti təminat tədbirlərinin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmasa da, bu tədbirlərin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş işdə iştirak edən şəxsin pozulmuş və ya mübahisəli hüququnun mövcudluğunu təsdiq edən ilkin sübutların məhkəməyə təqdim olunması zəruridir. Ərizəçi Ərizəçi şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsinin təmin edilən hissəsində qərardad qəbul edərkən məhkəmə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən Ərizəçi şikayəti təmin edilməməli və Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı ərizəçi Ərizəçi şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 157.1, 157.2, 157.7, 158.1, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q ə r a r a a l d ı: Ərizəçi Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-**(*-***)-**/**** nömrəli qərardadı ərizəçi Ərizəçi şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-16(3-10)-43/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-16(3-10)-43/2026
25.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver